Şək. 4.
Nanoheterostrukturlu fotoçevirici
Şək. 5.
Nanokompozit qatılmış polimerdən hazırlanmış
hərbi sahədə istifadə olunan rabitə vasitəsi
Çinlilərin VIII əsrdə kəşf etdikləri “qara pudra“ - nanohissəciklər nanotexnologiyanın o
dövrdəki nailiyyəti idi. Onlar bu nanohissəciklərdən hərbi sahədə barıt kimi istifadə etmişdilər. Çin
alimlərinə görə, qara pudranın – nanohissəciklərin ölçüləri kiçildikcə barıtın alışma sürəti də
böyüyür.
Orta əsrlərdə Suriyanın paytaxtı Dəməşqdə həddən artıq möhkəm və iti hərbi alət olan qılınc –
qalxan düzəldilirdi ki, bunu da sirr olaraq saxlayır, ancaq nəsildən – nəsilə ötürürdülər. Həmin
dövrdə Hindistan və Yaponiyada da müxtəlif hərbi alətlər düzəldilirdi, lakin möhkəmliklərinə görə
Suriyada düzəldilən alətlərdən geridə qalırdı. Sonralar bu düzəldilən alətlərin keyfiyyət analizləri
aparılmış və müəyyən olunmuşdur ki, Hindistan və Yaponiya alətlərinin tərkibi polad, dəmir və
karbondan ibarətdir. Yəqin burada karbon dedikdə, qrafen layları şəklində birləşmələr başa düşülür.
Lakin alman alimləri Suriya materiallarını turşuda həll etməklə dəqiq müəyyən etdilər ki, Dəməşq
alətlərinin tərkibi polad, dəmir və nanoborulardan ibarətdir. Dəməşq poladının tərkibindəki
nanoboruların içərisinə sement də doldurulmuşdur. Sementin nazik lifləri nanoboruları bir – biri ilə
birləşdirərək materiala möhkəmlik və elastiklik verir.
Azad Mirzəcanzadənin rəhbərliyi altında bir qrup Azərbaycanlı alim neft hasilatını artırmaq
məqsədilə dəmir və alüminium nanohissəciklərinin təsiri ilə neftçıxarmada qazayrılması prosesinin
intensivliyinin artırılması prosesini öyrənmişlər [1]. Nanohissəciklər təkcə neftçıxarmada yox, digər
sahələrdə də geniş tətbiq olunur.
Dəmir elementi istənilən halda fauna üçün zəhərli deyildir, torpaq, çay, dəniz və dağlarda
kifayət qədərdir. Torpağın tərkibində trixloretilen, karbon tetraxlorid, dioksinlər, difenillər və s.
kimi zəhərli maddələr xeyli miqdardadır. Dəmir nanohissəciyini torpağa qatanda onlar belə zəhərli
maddələrlə reaksiyaya girir, nəticədə ya zərərsiz komponentlərə parçalanır, ya da neytral maddələr
yaranır. Kimyəvi reagentlərə nisbətən nanohissəciklərin effektivliyi xeyli yüksək, zərərsizləşdirmə
|