Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018
TEXNİKİ ELMLƏR TECHNICAL SCIENCES
21
vaxtı isə xeyli qısadır. Digər tərəfdən dəmir nanohissəcikləri torpağı radiasiya və kimyəvi
çirklərdən də təmizləyir.
Nanohissəciklər, nanoborular, ümumiyyətlə nanoquruluşlar bütün sahələrdə, o cümlədən
maşınqayırma, elektronika və moptoelektronikada, informatika, energetika, kənd təsərrüfatı,
səhiyyə, ekologiya, hərbi və s. sahələrdə tətbiq olunur.
Nanoborular əsasında nanoboyalar alınmışdır [3]. Nanoboyalar adi boyalara nisbətən yüksək
temperatura davamlılığı ilə seçilir. Karbon nanoboruları qatışdırılmış nanoboyalar elektromaqnit
dalğasını udur, yaxud səpələyir. Ona görə də nanoboyalar vasitəsilə hərbi təyyarələri radardan
yayındırmaq, yaxud onları görünməz etmək olar. Nanoborular və digər nanohissəciklər əsasında öz-
özünü söndürən boyalar da almaq mümkündür. Polivinil spirtinə və polivinil karbazola uyğun
olaraq, 1% və 8% nanoboru qatılarsa, onların həm Yunq modulları, həm də möhkəmlikləri artır.
Nanoborunun uclarına 1,7 V gərginlik verdikdə, o, suyu buraxır. Nanoborular vasitəsilə suyu
təmizləmək, eləcə də dəniz suyundan içməli su almaq olar. Dağlarda yerləşən hərbi hissələrdə, su
olmayan yerlərdə buluddan nanoborular vasitəsilə içməli su əldə etmək mümkündür.
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi tərəfindən platin silisidi-silisium
nanokontaktı əsasında infraqırmızı oblastda işləyən Şottki fotoqəbuledicisi işlənib hazırlanmışdır və
bunun əsasında tank əleyhinə hərbi sursat düzəldilmiş, Rusiya istehsalı olan БРДМ maşınında digər
komplektə olunmuş qurğularla birgə yerləşdirilmişdir (Şək. 6).
Şək. 6.
Tank əleyhinə hərbi maşın
Qeyd edək ki, hərbi maşın 4 raket mərmi ilə təchiz olunmuşdur. Raketlər at-unut tiplidir.
Yəni qarşı tərəfdən 4 düşmən tankı gəlirsə, raketi həmin istiqamətə yönəltmək kifayətdir.
Ümumiyyətlə, nanohissəciklər istər hərbi sahədə, istərsə də sənayenin digər sahələrində geniş
tətbiq olunur:
Alüminium (Al) nanohissəciyini raket yanacağına qatanda sürət artır;
Titan (Ti) nanohissəciyi vasitəsilə qumbaraların gücünü artırmaq olar;
Mis (Cu) nanohissəciyi yüksək əksetdirmə qabiliyyətinə malikdir, ona görə də lazer hərbi
texnikasında istifadə oluna bilər.
Dostları ilə paylaş: |