Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018
TEXNİKİ ELMLƏR TECHNICAL SCIENCES
18
diffuziya olunur, ona görə boya ləkəsiz və həmişə təzə kimi görünür. Havanın temperaturu boyanın
rənginə də təsir edir. Ona görə də temperaturdan asılı olaraq fasadın rəngi də dəyişir. Belə
boyalardan istifadə edən
zaman boyaya xeyli, demək olar ki, 3 dəfə qənaət olunur. Nanoboya özünü
xarici təsirlərdən də qoruyur, yəni özü-özünü müalicə edir. Nanoboyaya gümüş nanohissəciyi
qatanda (tm bd-bio) antimikrob xassəsi verir. Həm də nanoboyalar ekoloji təmiz olur. Nanoboyalar
unikal sıxlığa
malikdir, belə ki, onların çəkildikləri səth ideal hamar olur. Həmçinin belə boyalar
temperatura davamlıdır, yanğın olduqda öz-özünü söndürür. İstiliyin təsiri ilə boya üzərində təbəqə
yaranır, növbəti qızma nəticəsində təbəqə şişir, yanğına lazım olan oksigenin qarşısını alır, yəni
yanğın baş vermir.
Nanoboyaların metal, ağac, beton və s. səthlərlə adgeziyası da əla olur.
Ümumiyyətlə,
hər bir metal nanohissəciyi, ancaq müəyyən bir funksiyanı yerinə yetirir.
Məsələn, alüminium nanoporoşokunu raket yanacağına qatdıqda müəyyən olunmuşdur ki,
yanmanın sürəti 160 dəfə artır (Şək. 2) [4].
Şək. 2.
Alüminium (Al) nanoporoşok raket yanacağında
Gümüş (Ağ) nanohissəciyi də antibakterial və antibakterisid xassəsinə malik olduğundan
ondan suyun tərkibindəki zərərli maddələri təmizləmək üçün antioksidant kimi istifadə edilir.
Amerikan mühəndisləri tərəfindən deşiklərinin ölçüsü 55 nm olan menbran düzəldilmişdir ki, bu da
suyun bakteriyalardan təmizlənməsində geniş istifadə olunur. Su molekulunun ölçüsü 0,1 nm,
bakteriyaların
ölçüsü isə, 60 nm-dən böyük olduğundan membran su molekulunu buraxır, lakin
bakteriyanı buraxmır.
Karbon nanoboruları müasir zamanda özlərini nanoelektronikanın əsas materialı kimi
göstərmişdir (Şək. 3) [5].
Şək. 3.
Karbon nanoboruları (KNB)