Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018
MİLLİ TƏHLÜKƏSİZLİK NATIONAL SECURITY
55
alınmaqla yüksəksəviyyəli əməkdaşlıq aparılır. Lakin Qafqazın “sərt geosiyasi iqlimi” Azərbaycanın
NATO-ya daxil olmasını mümkünsüz edir. Azərbaycanın Alyansa üzv olmasında maraqlı olmayan
ölkələrin mövcudluğu ilə yanaşı, digər bir maneə də Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini
tapmamasıdır. Alyansın nizamnaməsində deyilir ki, “digər ölkələrə ərazi iddiaları olan və ya digər
ölkələr tərəfindən ərazi iddialarının obyekti olan ölkələr təşkilata qəbul edilə bilməz” [17]. Bütün
bunlara baxmayaraq, Azərbaycanın NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrinin
inkişafı üçün geniş imkanlar vardır.
Nəticə
Bu gün Azərbaycan Respublikası beynəlxalq arenada mövqeyini kifayət qədər
möhkəmləndirmiş və milli maraqlarına qarşı yönələn təhdidlərə adekvat cavab vermək iqtidarındadır.
Ölkəmizin milli təhlükəsizliyini təmin edən sektorun daha da gücləndirilməsi və səmərəli
fəaliyyətinin təşkil edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində əhəmiyyətli addımlar
atılmış və atılmaqdadır. Dövlətimizin başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə
praktiki fəaliyyət göstərən orqan və qurumların, xüsusən də ölkəmizin hərbi təhlükəsizliyinin qarantı
olan Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində səmərəli və
məqsədyönlü iş aparır. Güclü iqtisadiyyat və qüdrətli ordunun yaradılması formulu müasir və peşəkar
ordumuzun təşəkkülündə önəmli rol oynayır. Ölkəmizin günü-gündən artan iqtisadi gücü milli
təhlükəsizliyimizin sütununu və siyasi arenada təsir imkanlarımızın əsasını təşkil edir. Azərbaycan
neft və qaz istehsalı sahəsində dünyanın lider ölkələri sırasındadır. Bu da ölkəmizi beynəlxalq oyunçu
və təşkilatların diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikası qlobal və regional güclərlə
əlaqələrini milli maraqlar üzərində qurulmuş konsepsiya əsasında sistemli xarici siyasət kursu
səviyyəsinə çatdırmışdır. Balanslı xarici siyasət konsepsiyası kifayət qədər geniş manevr imkanları
yaratmaqla, istənilən təhlükəsizlik mühitində ölkəmizin qarşılaşdığı təhdidlərə adekvat cavab
verməsinə imkan yaradır. NATO ilə yaxından əlaqələr qurmaq və onun bütün tədbirlərində iştirak
etmək də bu prinsipdən irəli gəlir. Azərbaycan Respublikasının təxminən son 70 ilin ən güclü və
effektiv hərbi-siyasi təşkilatı olan NATO-nun standartlarını qəbul etməsi və qloballaşan dünyaya
adaptasiyası – onun müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, sərhədlərinin
toxunulmazlığının təmin edilməsi, müdafiə və hərbi potensialının gücləndirilməsi, Silahlı
Qüvvələrinin modernləşdirilməsi kimi milli maraqlarının təminatı üçün əlverişli şərait yaratmaqdadır.
Dostları ilə paylaş: |