www.kitabxana.net
– Milli Virtual Kitabxana
45
informasiyalaşdırma proseslərinin mahiyyətini baş düşməyən məmur, bu proseslərdə öz rolunu da çətin ki, başa
düşə bilər. Belə məmurlar ya innovasiyanı qəbul edib, onların aktiv tətbiqinə çalışmalı, ya da ki, öz yerlərini
innovativ ideyaları dərk edən daha perspektivli kadrlara verməlidirlər.
Beşinci problem vətəndaş iştirakının zəif olmasıdır. Hər bir vətəndaş imkan dərəcəsində yaşadığı ölkənin
həyatında aktivlik göstərməlidir. Dövlət hiss etməlidir ki, vətəndaşlar hökumətin fəaliyyətini izləyir, onunla
maraqlanır, dövlətə inanır və ona böyük ümidlər bağlayır. E-hökumət özü vətəndaşların marağına, onların
həyatının yaxşılaşdırılmasına hesablanmış, eyni zamanda hələ tam sınaqdan çıxmamış bir qədər yeni
mexanizmdir. Hər yeni sistemin, mexanizmin, proqramın mənfi və müsbət cəhətləri isə onlardan istifadə
prosesində daha aydın üzə çıxır. Çünki, ən mükəmməl hesab edilən sistem istifadə zamanı gözlənilməz çatlar
verə bilər. Bir çox müəlliflər öz məhsulları barədə, onlardan istifadə edənlərdən öz rəy və təkliflərini verməyi
xahiş edirlər və onların əsasında həmin məhsulları daha da təkmilləşdirirlər. Əgər vətəndaşlar aktivlik göstərib
dövlət qurumlarının e-hökumət xidmətlərindən daima istifadə etsələr, öz rəy və təkliflərini həmin təşkilatlara
bildirsələr, əlbəttə ki, bu qeydlər nəzərə alınar, onların əsasında e-hökumət sistemində təkmilləşdirilmə işləri
daha səmərəli aparılar. Yox əgər vətəndaşlar e-hökumətə biganəlik göstərsə, onun xidmətlərindən istifadə
etməsə, onda bu sistem öz əhəmiyyətini itirər və iflasa uğrayar. Bu problemin həlli üçün hökumət öz
növbəsində vətəndaş iştirakının stimullaşdırılmasına səy göstərməli, informasiya cəmiyyətinin üstünlüklərini
əhaliyə çatdıran tədbirlər həyata keçirməli və müxtəlif layihələr hazırlananda vətəndaşların mənafeyini nəzərə
almalıdır. RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin respublika səviyyəsində birgə
keçirdikləri "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsi, İctimai TV-də hər həftə yayımlanan, RİTN-nin
dəstəyi ilə keçirilən "Virtual rinq" intellektual oyunu, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunun təşkil etdiyi "İnformasiya cəmiyyəti" televiziya proqramı kimi digər tədbirlərin
həyata keçirilməsi informasiya cəmiyyəti inkişafının stimullaşdırılmasında, əhalinin, xüsusən gənclərin
maarifləndirilməsində, onların İKT ilə bağlı biliklərinin artırılmasında, vətəndaşların e-hökumət quruculuğunda
iştirakının aktivləşdirilməsində mühüm rol oynaya bilər.
Altıncı problem dövriyyədə və arxivdə olan sənədlərin kağız üzərindən elektron şəklinə salınması, onlara
hüquqi statusun verilməsi, verilənlər bazasının yaradılması, hər təşkilatın özünün "elektron imzasının" təsdiq
edilməsi və tanınmasıdır. Baxmayaraq ki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minib, Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə
xidmətlər göstərən mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi qaydaları təsdiq
edilib və bir sıra digər tədbirlər həyata keçirilib, hələ ki, bu mexanizm tam qüvvəsi ilə işə düşməyib. Bunlardan
əlavə ümumi, məxfi, idarələrarası, mütəxəssislər, məhkəmə və hüquq orqanları üçün nəzərdə tutulmuş sənədlər
müəyyənləşdirilməli, onların istifadəyə verilmə qaydaları dəqiqləşdirilməlidir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
46
Bununla da vətəndaşlar üçün ən böyük problemlərdən biri olan dövlət idarələrindən sənəd alınması prosesini
xeyli yüngülləşdirmək olar.
Yeddinci problem informasiya təhlükəsizliyinin təmin edilməsidir. Respublikamızda dövlət qurumlarının
informasiya sistemləri formalaşdıqca, verilənlər bazası yaradıldıqca onların təhlükəsizliyini təmin etmək,
hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyinin əsas şərtlərindən biridir. Dövlət
informasiyasının təhlükəsizliyi və məxfiliyi fiziki, texniki, təşkilati, struktur, həmçinin heyəti seçimlə və digər
təhlükəsizlik tədbirləri ilə təmin edilməlidir. Xüsusi informasiyalar müvafiq olaraq iş ehtiyacı, qanunverici və
siyasi tələbatlarla əlaqədar yalnız qeydiyyata alınmış təşkilatlar və istifadəçilər üçün açıq olmalıdır. Xüsusi
informasiyalara giriş şərtləri müəyyənləşdirilməli və onlara icazə yalnız bu şərtlərə uyğunluq yoxlanıldıqdan
sonra müstəqil komissiya tərəfindən verilməlidir. Hər elektron mübadilə olunan xüsusi informasiyanın sonradan
qanunsuz istifadə olunduğu halda onun kim tərəfindən və nə vaxt alındığını müəyyənləşdirmək üçün onların
mütləq qeydiyyatı aparılmalıdır. Bunlardan əlavə dövlət əhəmiyyətli məlumatların şəbəkə vasitəsilə düşmən
qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə mənfi fəsadların baş
verməməsi və qarşısının vaxtında alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir
tipli müdafiə sistemləri quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi
dəyərlərinə zidd saytlar bloklanmalıdır. Belə təhlükələrin qarşısının alınması beynəlxalq səviyyədə də birgə
tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi "Kibercinayətkarlıq haqqında
Konvensiya", 2003-cü ildə isə kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə
olunan protokol məhz dövlətlərin informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan
da 2008-ci il həmin Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır.
Səkkizinci problem informasiya bərabərsizliyidir. İnternet şəbəkəsinin regionlar üzrə bərabər yayılmaması,
rayonlarda, ucqar kəndlərdə internet şəbəkəsinin iri şəhərlərə nisbətən zəif inkişaf etdirilməsi, orda yaşayan
əhalinin qlobal şəbəkənin geniş imkanlarından tam yaralanmağa imkan vermir. Elektron hökumətin əsas
prinsiplərindən biri vətəndaşlara ölkənin hər nöqtəsindən internetə girişi təmin etməkdir. Ona görə də bütün
respublika ərazisinin informasiya infrastrukturunun inkişaf etdirilməsi, internet provayderlərə, serverlərə hər
bölgədə xidmət göstərməyə əlverişli şəraitin yaradılması informasiya bərabərsizliyini aradan qaldırılmasında
əsas rol oynaya bilər. Qeyd edək ki, informasiya bərabərsizliyi problemi o qədər ciddidir ki, BMT onu
yoxsulluqla mübarizə kontekstində həll edir. Çünki, yoxsul adamın pulu yalnız yemək içməyinə güclə çatdığı
üçün, onun istədiyi digər şeyləri, o cümlədən İKT vasitələri almağa və internetdən istifadə etməyə imkanı
olmur. Ona görə də yoxsulluğun azaldılması elə rəqəmli bərabərsizliyin də aradan götürülməsinə səbəb ola
bilər. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilmiş respublikamızda yoxsulluğun azaldılması,
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və yuxarıda adı çəkilən təhsil sisteminin informasiyalaşdırılması
Dostları ilə paylaş: |