www.kitabxana.net
– Milli Virtual Kitabxana
47
üzrə Dövlət Proqramları ölkəmizdə informasiya bərabərsizliyinin aradan qaldırılmasında
çox mühüm
əhəmiyyətə malikdir. Bu işdə internetdən istifadə qiymətlərinin aşağı salınması və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan "Xalq kompyuter" layihəsi də mühüm rol oynaya bilər.
Respublika ərazisinin hər yerində informasiya bərabərsizliyinin aradan götürülməsi həm də kəndlərdən şəhərə
kompyuter biliyi tələb edən işlər axtarmaq məqsədilə gələn insan axınının qarşısını müəyyən mənada ala bilər.
Yuxarıda göstərilənlərdən əlavə, onlardan da daha böyük bir problem olan ermənilərin torpaqlarımıza təcavüz
etməsi, bir milyondan çox azərbaycanlının qaçqın və köçkün düşməsi, ölkəmizin bir hissəsinin işğal altında
olması e-hökumət şəbəkəsinin bütün respublika ərazisinə tam tətbiq etməyə imkan vermir. Göründüyü kimi
problemlər az deyil, ancaq bu problemlərin hamısını birdən həll etmək də qeyri-mümkündür. Bütün bu
çətinliklərə baxmayaraq Azərbaycanda e-hökumət sistemi işə salınıb, hazırda əsas məsələ odur ki, o daha da
inkişaf etdirilsin, yuxarıda qeyd olunan və digər mümkün problemlər isə dövlətimizin
siyasi-iqtisadi gücü və
beynəlxalq aləmdə qazandığı böyük nüfuzun hesabına tədricən öz müsbət həllini tapacaq.
Dünya təcrübəsi göstərir ki, hansı ölkələr ki, informasiya texnologiyalarının inkişafı, tətbiqi və istifadəsi
sahəsində irəlidə gedir, həmin ölkələrdə iqtisadi artım, əhalinin əmək məhsuldarlığı, həyat və yaşayış səviyyəsi
də yüksəkdir. Ona görə də respublikamızda bütün fəaliyyət sahələrində İKT-nin geniş tətbiqi dövlət
orqanlarında işin keyfiyyətinin və şəffaflığının artırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına,
vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılmasına
xidmət etməklə bərabər, həm də ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyasına,
respublikamızın siyasi, hüquqi,
iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişləndirilməsinə,
qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə şərait yaradacaq və Azərbaycan
bütün dünyana qarşısında həqiqətən vətəndaşların konstitusiya hüquqlarını gerçəkləşdirən demokratik bir
məkan olduğunu bir daha sübut edəcək.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
48
Vüqar Haqverdiyev
Virtual məkanda niklər aləmi...
(Nikləri ləqəblərin - təxəllüslərin müasir forması hesab etmək olarmı?!)
Bu gün internetdə saysız-hesabsız nikneymlərə ("nickname" ingilis dilində ləqəb, təxəllüs deməkdir), qısa
desək, niklərə rast gəlmək olar. Müxtəlif insanlara məxsus olan bu niklərin başlıca vəzifəsi virtual aləmdə öz
sahibini anonim saxlamaq və onu uydurma ad altında gizlətməkdir. Bu baxımdan nikləri təxəllüslərin müasir
forması hesab etmək olar. Çünki, təxəllüslər də ilk dəfə yarananda məhz müəlliflərini anonim saxlamaq
funksiyası daşımışdır.
Demək olar ki, bütün xalqların ədəbiyyatında əsl adını gizlədən ədiblər olmuşlar. Onları
belə addım atmağa müxtəlif səbəblər məcbur etmişdir. Bir çox müəlliflər təqibdən qorunmaq üçün, digərləri
adlarının yaxşı səslənmədiyinə görə və ya eyni adlı başqa yazanla səhv düşməmək üçün təxəllüslərdən istifadə
etmişlər. İctimai vəziyyətləri açıq ədəbiyyat sahəsində fəaliyyət göstərməyə icazə verməyən insanlar da
müxtəlif gizli adlar altında fəaliyyət göstərmişlər. Təzə yazmağa başlayanlar isə tənqiddən uzaq olmaq
məqsədilə uydurma ad altında gizlənirdilər. Dəbə görə və ya oxucuları intizarda saxlamaq üçün təxəllüs
götürənlər də olmuşdur. Bəzən
isə təxəllüs götürməklə, müəllif öz adını gizlətmək yox, əksinə öz peşəsini,
millətini, doğulduğu yeri, sosial vəziyyətini, yaradıcılıq istiqamətini və ya xarakterinin əsas cizgisini xüsusi
qeyd etmək məqsədini güdmüşdür. Təxəllüslərə aid bütün bu xüsusiyyətləri, niklərə də şamil etmək olar. Yəni,
insan həyatda öz adı ilə deyə bilmədiyini internetdə çox asanlıqla nik vasitəsilə söyləyə bilər və eyni zamanda
da anonim qalar.
Ümumiyyətlə, niklərdən, əsasən,
internet forumlarda, çatlarda, virtual tanışlıqda istifadə olunur. Bunun üçün
isə həmin xidmətlərdə qeydiyyata düşmək lazımdır. Registrasiya zamanı hər istifadəçiyə özü haqqında minimal
məlumat vermək üçün anket açılır və xidmətə giriş üçün iştirakçı özünə nik və parol seçir. Administrator isə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
49
həmin nikləri digər iştirakçılarla müqayisə edir, eynilik olanda yeni iştirakçıdan başqa ad seçməyi tələb edir.
Nik təsdiq olunduqdan sonra müəllif özünə şəxsi ikona da seçə bilər. Avatara adlanan belə ikonalar hərəkət
edən .gif uzantılı və ya hərəkətsiz .jpg sonluqlu şəkil fayllarından ibarət olur və nikin yanında yerləşdirilir.
Qeyd etmək lazımdır ki, nikləri hər hansı bir saytda qeydiyyata düşəndə və ya elektron poçta açanda istifadə
edilən loginlərlə (ing. Log in - qeydiyyata alma) qatışdırmaq olmaz. Loginlər
internetdə sistemə və ya
istifadəçinin konfindensial informasiyalarına giriş üçündür. Ona görə də onlar digər istifadəçilər üçün əlçatmaz
və görünməz olur.
Bu gün virtual məkanda niklər aləmi çox zəngin və rəngarəngdir. Burda cansız əşyaların adından tutmuş canlı
varlıqların isimlərini əks etdirən istənilən nikə təsadüf etmək olar. Onların arasında elmə məlum olan və
olmayan, gülməli və kədərli, mənalı və ya ilk baxışdan mənasız görsənən niklər kifayət qədərdir. Uğurlu
seçilmiş, yaxşı nik internetdə istifadəçilərin diqqətini tez cəlb etməklə onları maraqlanmağa və həmin nikin
sahibi barədə düşünməyə məcbur edir. Psixoloqlar qeyd edirlər ki, nicklər, bir növ, insanın xarakterini əks
etdirir. Onlar sahibinin özünü necə görməsi və ya görmək istəməsi amilindən yaranır. Virtual reallıq
da elə
yerdir ki, orda insan özünü istədiyi ampulada göstərməklə müxtəlif rollara girə bilər. Klassiklər demişkən
"Yalnız bir rol oynayan həyatını uduzar". Şəbəkədə istifadəçilər ayrı-ayrı rollara elə məhz müxtəlif niklər
vasitəsilə girirlər.
Niklərin köməyi ilə insan əsil simasını gizlədərək özünü istədiyi adam kimi qələmə verməklə virtual şəxsiyyətə
çevrilir. Virtual şəxsiyyət isə insanın daxili "Mən"inin real həyatda gerçəkləşdirə bilmədiyi bəzi aspektlərini
özündə cəmləşdirir. İnternetdə münasibətlərin kompyuterlə əlaqələndirilməsi və söhbətlərin mətn yığımı ilə baş
verməsi istifadəçilərə ünsiyyət zamanı öz duyğularını istədiyi kimi ifadə etməyə imkan verir. Yəni, insan öz
həqiqi hisslərini həm ifadə, həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər.
Çatlarda
və ya forumlarda nik sahibinin gözəlliyi və ya çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə
insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi qarşılıqlı münasibətdə çox az əhəmiyyət daşıyır. Bəzən məlum
olur ki, həmsöhbətini aldatmaq məqsədilə çatda oğlan qızlara məxsus, qız isə oğlanlara aid niklərlə iştirak
edirlər. Məhz belə imkanlardan istifadə edərək elə adam var ki, internet məkanında öz adına iyirmidən çox nik
yaradıb. Belə niklərin hərəsinin öz təyinatı olur. İştirakçı hər tema üzrə uyğun niklərdən istifadə edə bilər.
Məsələn, avtomobil mövzusunda "Avtoş", "Tormoz", idman söhbətində "Çempion", "Boksyor", məhəbbətə aid
temalarda "Tənha", "Aşiq" və s. kimi niklər daha cəlbedici görsənə bilər.
Dünyanın
nüfuzlu nəşrlərindən biri, Fransanın "Rsychologies" (Psixologiya) jurnalının Rusiya variantının 34-cü
nömrəsində gedən "Öz nickini mənə de, mən deyim sən kimsən" başlıqlı məqalədə çox maraqlı bir statistika var
ki, internet istifadəçilərinin 36,5%-i nikləri öz şəxsi həyatları ilə əlaqədar, 28%-i mədəniyyət sahəsi ilə bağlı,
20,2%-i isə öz ad və familiyaları ilə əlaqədar seçirlər. Şəxsi həyatla bağlı olan niklərin 23,6%-i ailə vəziyyəti və