www.kitabxana.net
– Milli Virtual Kitabxana
55
2008-ci il iyunun 23-də İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyasının (İCANN) təşkilatçılığı
ilə Parisdə keçirilən İnternet üzrə tənzimləyici qurumların iclasında gələn ildən Azərbaycan hərfləri və
sözlərindən ibarət domenlərdən (internet şəbəkəsində saytın ünvanı) istifadəyə rəsmən icazə verilib.
Artıq heç kimə sirr deyil ki, kompyuter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı vəzifə
tapmaq şansı sıfra bərabərdir. Bu da bütün dövlət orqanlarında sənəd və məlumatların kompyuterdə
hazırlanması, təşkilatlar arasında əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsilə həyata keçirilməsi ilə
bağlıdır. Hətta Rusiyada dövlət başçısı tərəfindən kompyuterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən
azad edilməsi barədə təklif irəli sürülmüşdür.
Bütün bunlar internetin özünün faydalı resursları ilə həyatımızda necə əhəmiyyətli rol oynadığını və insan
fəaliyyətinin bütün dairələrində geniş perspektivlər açdığını göstərir. İnsanların internetdən öz ixtisasları,
peşələri və yaradıcılıqları üzrə istifadə etməsi ümumilikdə cəmiyyətin inkişafına və intellektual səviyyənin
yüksəlməsinə gətirib çıxardır.
Lakin psixoloqların fikrincə internet müəyyən məsələləri həll etməklə yanaşı, həm də əvvəllər məlum olmayan
yeni problemlər yaratmaqla cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilir. Belə problemlərdən biri
internetdə informasiyanın hədsiz dərəcədə olmasıdır. Belə ki, əvvəllər informasiya qıtlığı var idi, indi isə əksinə
məlumat bolluğundan baş çıxarmaq müşkül məsələyə çevrilib. Nəhəng informasiya axınına məruz qalmış insan
beyni o qədər informasiyanı emal edə bilmək iqtidarında olmadığı üçün onları necə var elə qəbul edir. Belə
haldan istifadə edən informasiyanı yayan mənbə müəyyən maraqlar güdərək çox vaxt şəbəkədə qərəzli və
təsdiq olunmamış faktları həqiqət kimi qələmə verməyə çalışır. İnternetdən hazır məlumatlar almağa öyrəşən və
belə məlumatları doğru sayan istifadəçilər öz fəaliyyətlərində onlara istinad etdikdə hadisə və faktlara
münasibətdə obyektivlik itir. Ona görə də internetdəki məlumatların məzmununa ehtiyatla yanaşmalı və onların
həqiqət olub-olmadığını yoxlamaq lazımdır.
Digər bir təhlükə bəzi insanların özlərindən asılı olmayaraq işləri ilə əlaqədar, bəzilərinin isə sadəcə əylənmək
məqsədilə internetdən çox istifadə etməsi və bununla əlaqədar vaxtlarının böyük hissəsini kompyuter qarşısında
keçirməsidir. Belə vəziyyət onları sağlamlığında, ailəsində, məktəbində və ya işində problemlər əmələ gətirir.
Xüsusən, yeniyetmə və gənc nəslin nümayəndələri arasında müşahidə olunan belə mənfi cəhətlər internetdən
düzgün istifadə olunmamasının nəticəsidir.
İnternetdə əlaqələr kompyuter vasitəsi ilə qurulduğu üçün internet istifadəçisi ilk növbədə kompyuterdən
düzgün istifadə etməyi bacarmalıdır Bu çox vacib məsələdir, çünki kompyuter biliklərinin səviyyəsinin aşağı
olması çoxlarını, əsasan uşaqları kompyuterdən yalnız oyun və internetdə əylənmək məqsədilə istifadə etməyə
məcbur edir. Hazırda orta məktəblərdə kompyuter dərslərinin keçirilməsi nəzərdə tutulsa da, bu sahədə ixtisaslı
www.kitabxana.net
– Milli Virtual Kitabxana
56
mütəxəssislərin çatışmamağı səbəbindən məktəblərdə informatika dərsləri ancaq şagirdlərin kompyuterdə oyun
oynamaları ilə keçir. Kompyuterin yalnız oyun vasitəsi kimi qəbul edən şagird onun müsbət tərəflərini təbii ki,
heç vaxt görə bilməz.
Həkim-psixatorların fikrincə kompyuterdən, internetdən düzgün istifadə olunmaması bir çox nevroz, psixi və
yuxu pozuntularının meydana çıxmasına səbəb olur. Belə əlamətlər nevroloji aspektləri olan uşaqlarda daha çox
büruzə verir. Uşaqlarının kompyuterdən necə istifadə etdiyinə nəzarət etməyən ailələrdə uşaqlar saatlarla, bəzən
hətta səhərə qədər kompyuterin qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və digər mənfi
əlamətlərə gətirib çıxarır.
Ümumiyyətlə psixoloqlar bu gün internet-asılılığı və ya internet-addiksiya adlanan bir xəstəliyin mövcud
olduğunu qəbul edirlər. Artiq ABŞ-da, Kanadada, Rusiyada, Çində, Cənubi Koreyada və bir sıra digər ölkələrdə
internet-asılılığı bir xəstəlik kimi tanınır və tibb müəssisələrində onun müalicəsi aparırlar. İnternet-asılılığı
problemi hələ ötən əsrin 95-ci illərində meydana çıxmış və onunla ilk dəfə İvan Qoldberq, Kimberli Yanq,
Maressa Orzak, Cerald Blok və digər amerikalı psixoloqlar məşğul olmuşlar. Alimlərin fikrincə internet-asılılığı
olan insanlar o qədər virtual həyata daxil olurlar ki, öz real həyatlarından tədricən uzaqlaşırlar və günün çox
hissəsini virtual fəzada keçirirlər. Onlar problemlərin həllini ondan qaçmaqda, ya da onun mövcudluğunu inkar
etməkdə, saatlarla internetdə əylənməkdə görürlər.
İ.Qoldberqə görə rəfedilməz internet həvəsinin və əsası olmadan şəbəkədə uzun müddət qalmağın əsasında
insanın real həyatdan uzaqlaşmaq cəhdi durur ki, bu da alkoqolizmdə, narkomanlıqda və qumar oyunlarında
olan patoloji meyllə müqayisə edilə bilər və belə vəziyyət məişət, təhsil, sosial, iş, ailə, maliyyə və ya psixoloji
mühitə olduqca böyük zərər vurur.
K.Yanq internet-asılılığın elektron poçtu əl çəkmədən yoxlamaq, internetə növbəti çıxışı daima intizarla
gözləmək, ətrafdakıların şəxsdən internetdə çox vaxt və pul sərf etdiyinə görə şikayət etməsi kimi əlamətlərini
göstərmişdir. O, bu sahədə ən məşhur ekspertlərdən biri olmaqla bərabər, özünün məşhur ―Şəbəkə əsirləri‖
(―Caught in the Net‖) kitabını yazmış və www.netaddiction.com saytında internet-asılılığından əziyyət
çəkənlərə internet vasitəsi ilə psixoloji yardım mərkəzi (Center for On-Line Addiction) təşkil etmişdir. İstənilən
şəxs bu saytda testdən keçməklə özündə internet-asılılığının olub-olmamasını müəyyənləşdirə bilər.
Həkim Maressa Orzak (www.computeraddiction.com) internet-addiksiyanın psixoloji əlamətlərindən başqa ona
düçar olmuş şəxslərdə kompyuter arxasında özünü yüksək əhval-ruhiyyədə hiss etmək və fəaliyyətini dayandıra
bilməmək, kompyuterə getdikcə daha çox vaxt sərf etmək, ailəyə və dostlara etinasızlıq, kompyuterdə
olmayanda özünü boş, depressiyyada və əsəbi hiss etmək, işdə, evdə fəaliyyəti barədə yalan danışmaq kimi
pataloji əlamətlərinin olduğunu, bunlardan başqa internet-asılılığında əzələlərin uzun müddət həddindən artıq
Dostları ilə paylaş: |