www.kitabxana.net
– Milli Virtual Kitabxana
57
gərginliyi ilə əlaqədar əlin əsəb gövdələrinin
zədələnməsi, gözlərdə quruluq, miqren tipli baş ağrıları, beldə
ağrılar, qeyri-müntəzəm qidalanma, qida qəbulunun buraxılması, şəxsi gigiyenaya etinasızlıq, yuxunun
pozulması, yuxu rejiminin dəyişməsi kimi fiziki əlamətlərin də olduğunu qeyd edir.
Oreqon Sağlamlıq və Elm Universitetinin əməkdaşı amerikalı psixoloq Cerald Bloka görə internet-asılılığı olan
insanlarda internetə qoşulmaq üçün qarşısıalınmaz və mütəmadi istək yaranır. Onlar daim yeni və daha
mükəmməl avadanlığa sahib olmağa, daha çox "on-line" əlaqə yaratmağa can atırlar. İnternet-addiksiyaya düçar
olan şəxslər zaman anlayışını itirir, fizioloji tələbatlarına etinasızlıq edir, yuxudan və qidadan imtina etməklə
internetdə daha çox qalmağa çalışırlar. Bu da mübahisə etmək, yalan danışmaq, səmərəli fəaliyyətin aşağı
düşməsi, sosial tədric və yorğunluq kimi pis nəticələrə gətirib çıxarda bilər.
C.Blokun araşdırmasına görə internetdən istifadədə dünyada lider olan Cənubi
Koreyada internet-addiksiya
daha çox yayılmışdır. Bu ölkədə internet-kafedə çox oturmaq nəticəsində əmələ gəlmiş trombdan 10 nəfər
dünyasını dəyişmiş, bir nəfər isə oyun üstündə öldürülmüşdür. Hazırda Cənubi Koreyada internet-asılılığı
cəmiyyətin sağlamlığı üçün ən böyük təhlükələrdən biri hesab olunur. Orda 210 min uşaq bu xəstəlikdən
əziyyət çəkir və onların ciddi müalicəyə ehtiyacı vardır. Ola bilsin ki, onların 80%-inin beyin fəaliyyətini
yaxşılaşdıran dərmanlara, 20%-dən 24%-inin isə hospitala yerləşdirilməsinə ehtiyacı vardırdır.
Psixoloqların fikrincə internetdən asılılığın əsas səbəblərindən biri şəbəkədə münasibətlərin kompyuterlə
əlaqələndirildiyi üçün istifadəçilərin anonimlik statusuna malik olmasıdır. İstifadəçi
bu anonimlikdən istifadə
edərək özünü istədiyi şəxs kimi qələmə verməklə əsil simasını gizlədərək virtual şəxsiyyət yarada bilər. Virtual
reallıq ətraf aləmin interaktiv, qrafik təsəvvürüdür. Şəbəkə kommunikasiyası belə qrafik təsəvvür olsa da, qəbul
olunmuş adi ünsiyyət vasitələrindən bir çox üstünlükləri ilə seçilir. Virtual şəxsiyyətə çox vaxt şərti olaraq özgə
ad və ya təxəllüs qoyulur. Təxəllüs ―nick‖ (―nickname‖ ingilis dilində təxəllüs deməkdir) adlanır. Virtual
şəxsiyyət bir növ insanın daxili ―Mən‖inin real həyatda reallaşdıra bilmədiyi bəzi aspektlərini özündə
cəmləşdirir. İnternetdə əlaqə mətn yığımı ilə baş verdiyi üçün insanlar ünsiyyət zamanı
öz hisslərini həm ifadə,
həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Ona görə şəbəkədə ciddi söhbətlər
aparmaq asan olur, burda nədənsə, kimdənsə incimək mənasızdır, çünki səni heç kim görmür. İnternetdə insanın
çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi
qarşılıqlı münasibətdə çox az rol oynayır.
İnternetdə hansı mövzuya daha çox maraq göstərilməsi nəticəsində də insan psixikasında problem yarana bilər.
Uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq internetdə ünsiyyətdə öz yaşıdları ilə əlaqə saxladıqlarına
inanırlar. Onlar müxtəlif forumlarda, konfranslarda öz problemlərini açıqlayır və kömək umurlar. Əslində isə
onların həmsöhbətləri çox vaxt cinsi orentasiyası düzgün olmayan yaşlı adamlar olur.
Belə adamlar şəbəkədə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
58
özlərini qayğıkeş, diqqətli insan kimi göstərməklə uşaqların problemlərinə qulaq asır, onlara canıyananlıq
edirlər. Uşaq əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların
etimadını qazanaraq söhbət əsnasında tədricən söhbəti seksual mövzuya döndərərək şəbəkədə açıq erotik
tərkibli materiallar nümayiş etdirirlər. Cinsi həyata hələ daxil olmayanlar bu mövzuya istər-istəməz maraq
göstərir. Belə hallar bəzi uşaq və ya yeniyetmələrin normal inkişafına mane olmaqla bərabər onların əxlaqının
pozulmasına, hətta impotensiyaya və homoseksuallığa da gətirib çıxara bilər. Ona görə də internet xəstələri
arasında ailə qurmağa meyllilərin sayı son dərəcə aşağıdır.
İnternetdə virtual şəbəkə və kompyuter oyunları da uşaqlar üçün çox cəlbedici və şirnikdirici olur. Uşaq həmişə
özünü döyüş filmlərinin baş qəhrəmanlarına bənzətmək istəyir və onun malik olduğu
fiziki-psixoloji fəndləri
mənimsəmək həvəsində olur. Bu həvəsi təmin etməyin asan yollarından biri kompyuterdə savaş səhnələrini əks
etdirən oyunları oynamaqdır. Bu oyunlarda uşaq müxtəlif "qəhrəmanlıqlar" edə bilir. O, oyunda virtual
səviyyədə savaşçılardan biri ola bilir. Bununla içindəki istəyi reallaşdırmış olur. Savaşda qalib gəlir, məğlub
olur. Ancaq zaman-zaman bu, insan üçün tərgidə bilmədiyi vərdişə çevrilir. O, real dünyada əldə edə
bilmədiyini, göstərə bilmədiyini kompyuterin ekranında həyata keçirməyə öyrəşir.
Bütün bunların nəticəsi olaraq insan özü hiss etmədən şəbəkənin təsiri altına
düşür və demək olar ki, internet
əsirinə çevrilir. Uzun müddət virtual ünsiyyətə aludə olan şəxs canlı ünsiyyətin nə olduğunu yaddan çıxarır və
belə adamlar canlı söhbətdə aqressiv, kobud və bəzi hallarda cinayət meylli olurlar. Bu cür aqressivliyi
respublikamızda da bəzi yeniyetmə və gənclər arasında müşahidə etmək olar. Bakının Xətai rayonu ərazisində
internet klubda iki yeniyetmənin çatda etdiyi mübahisə üstündə bıçaqlanması ilə həyatını dəyişməsi, müxtəlif
vaxtlarda eyni səbəbdən bir neçə analoji hadisənin baş verməsi internet-asılılığın cəmiyyətimiz üçün nə qədər
təhlükəli olduğunu göstərir.
Ona görə də uşaqlarına kompyuter alan valideynlər gələcəkdə xoşagəlməz halların
baş verməməyi üçün
kompyuter dəstini uşağın yataq otağında deyil ümumi otaqda yerləşdirməli, uşaqlarının hansı saytlara girməsinə
ciddi nəzarət etməli, lazım olsa kompyuterdə valideyn-nəzarət rejimini tətbiq etməklə zərərli saytların qarşısını
almalıdır. Valideyn uşaqlarının yaşından asılı olaraq onların gündə nə qədər kompyuterlə məşğul olmasına və
hətta kompyuterdən nə qədər məsafədə əyləşməsinə fikir verməlidir. Çünki, ətraf mühit inkişafda olan
yeniyetmə orqanizminə asanlıqla təsir göstərir. Kompyuter qarşısında işləyəndə uşaqlar daimi olaraq statik
gərginlik keçirir. Bundan başqa, hərəkətsiz iş vəziyyəti, yorğunluğa, əl, boyun, kürək və çiyin əzələlərinin
ağrılarına, dayaq-hərəkət aparatının hərəkətinin pozulmasına, gətirib çıxarır. Bütün bunların
baş verməməyi
üçün, ekran uşaqların gözündən 55-65 sm aralı, göz həddindən 5-10 dərəcə aşağı olmalıdır. Bu normalara əməl
etmədikdə, uşaqlar emosional gərginlik keçirir, görmə qabiliyyəti zəifləyir, ümumi süstlük yaranır. Bundan
başqa, uşaqların uzun müddət belə şəraitdə qalması istilik mübadiləsinə mənfi təsir edir, müdafiə sistemi