www.kitabxana.net
– Milli Virtual Kitabxana
59
zəifləyir, patologiya və yoluxucu xəstəliklərə qarşı mübarizə çətinləşir.
Müşahidələr göstərir ki, əslində çox
yüklənmənin qabağını adi normativlərə əməl etməklə almaq mümkündür. Belə ki, ekrandan istifadə edən hər bir
kəs hər 15-25 dəqiqədən bir, 8-10 dəqiqə istirahət etməlidir. Bəzən elə hal olur ki, həkimlər uşağa qəti şəkildə
kompyuterə yaxın getməyi qadağan edirlər.
İnternetin mənfi cəhətləri yalnız psixoloji fəsadlarla kifayətlənmir. Son zamanlar
müasir kriminal aləmdə yeni
informasiya-kommunikasiya vasitələrindən, o cümlədən internetdən geniş istifadə edilməsi cinayətkarların da
―peşəkarlığının‖ artmasına, onların virtual aləmə çıxmasına gətirib çıxarmışdır. Cinayətkar qurumlar
internetdə
özlərinə tərəfdar toplamağa çalışırlar. Onların ideologiyasını qəbul edən, müxtəlif ölkələrdən olan adamlar
həmin təşkilatlara üzv olur və beləliklə cinayətkarlığın beynəlxalq səviyyəyə qalxmasına şərait yaranır.
Beynəlxalq axtarış strukturu olan İnterpolun yaradılmasında əsas məqsədlərdən biri da məhz belə hallarla
mübarizə aparmaqdır.
Hazırda şəbəkədə çoxlu hakerlər fəaliyyət göstərir. Haker olmaq yüksək professional hazırlıq tələb edir. Onlar
kompyuter sənətinin əsl ustaları, yaradıcıları, ideya verənləri və bu ideyaları proqramlaşdırıb həyata
keçirənlərdir. Ancaq bir qisim hakerlər müəllif hüquqlarını pozaraq öz kompyuter biliklərini internetdə
vətəndaşların intellektual mülkiyyətlərinə təcavüz etməyə, onların proqramlarının, kitablarının və digər elektron
məhsullarının kodlarını açmağa və bu məhsulları şəbəkədə pulsuz yaymağa sərf edirlər.
Hakerlərin bir qismi isə internet saytlarını dağıtmaqla, serverləri iflic vəziyyətinə salmaqla, məxfi məlumatların
oğurlanması və başqalarının hesablarına girməklə məşğul olurlar. Onların fəaliyyətinə qarşı şəbəkədə müdafiə
sistemləri yaradılsa da bu, hələ kifayət eləmir. Çünki hakerlər də daima ―axtarışda‖ olur və şəbəkədə yeni-yeni
ziyanverici proqramlar yayırlar. İnformasiya sistemlərinə, kompyuterlərə, şəbəkələrə daxil olan
bu proqramlar
istifadəçinin xəbəri olmadan onun kompyuterində olan şəxsi məlumat bazasına yol tapır və onları qabaqcadan
müəyyən olunmuş mənbəyə ötürür. Kibercinayətkarlıq adlanan belə əməlləri hakerlər bəzən pul yox sadəcə
əylənmək xətrinə edirlər.
Qeyd etmək lazımdır ki, hakerlərin qanunsuz hərəkətləri bəzən yaxşı nəticələr də verir. Belə ki, keçən əsrin 70-
ci illərində ARPA şəbəkəsinə qoşulan kompyuterlərin sayı artdıqca Rey Tomnilson adlı hakerin ağlına
kompyuterlər arasında göndərilən fayllara əlavə özünün şəxsi verilənlərini qoşmaq ideyası gəlir. O, istifadəçini
şəbəkədə kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır və bu zaman önlük işarəsi at (yanında, da, də
şəkilçisi) üçün bu gün hamının yaxşı tanıdığı ―@‖ işarəsini seçir. Sonradan bu metod əsasında bütün dünyanı
dəyişən elektron poçtu yarandı ki, bu da haker fəaliyyətinin ən böyük nailiyyətlərindəndir.
Statistikaya görə internetdə virus yayan zərərli proqramların sayı, qabaqcıl şirkətlərin, bankların, təşkilatların,
qurumların kommersiya sirlərinin oğurlanması, vətəndaşların bank hesablarına girilməsi faktı durmadan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
60
artmaqda davam edir. Fırıldaqçıların əsas hədəfi olan belə cəhdlər ABŞ və Böyük Britaniyada 532,2 milyon
funt-sterlinqin oğurlanması ilə nəticələnib ki, bu da 2006-cı illə müqayisədə 25 faiz çoxdur. İstifadəçilərin
ünvanlarına yönələn spamların sayı da artmaqda davam edir. Əgər belə davam
edərsə bir neçə ildən sonra
internet məhv ola bilər. Ona görə də internetdə antivirusların, təhlükəsizlik qaydalarının tətbiqinin səmərəliliyi
artırılmalı və bu istiqamətdə daha radikal addımlar atılmalıdır.
Respublikamızda dövlət qurumlarının informasiya sistemləri formalaşdıqca onların təhlükəsizliyini təmin
etmək, hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyin əsas şərtlərindən biridir. Çünki dövlət
əhəmiyyətli məlumatların düşmən qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada
bilər. Belə təhlükələrin qarşısının alınması dövlətlərdən birgə tədbirlərin görülməsini tələb edir.
Avropa
Şurasının 2001-ci ildə qəbul etdiyi ―Kibercinayətkarlıq haqqında Konvensiya‖, 2003-cü ildə isə kompyuter
informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə olunan protokol məhz dövlətlərin
informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan da 2008-ci ildən həmin
Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır. Konvensiyaya qoşulmazdan əvvəl də Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində ―Kompüter informasiyası sahəsində cinayətlər‖ 30-cu fəslində 271, 272,
273 kimi xüsusi maddələr var. Bu, artıq əsas
verir ki, bu sahədə ciddi mübarizə tədbirləri görülsün. Ona görə də
bu sahədə siyasəti müəyyənləşdirən dövlət və hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti göstərən
operatorlar bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü tədbirlərin effektiv olması
üçün Avropa Şurası kimi kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq
qurumlardan da bəhrələnməlidir. [8]
Qeyd etmək lazımdır ki, Azərbaycan da hakerlərin, xüsusən erməni hakerlərinin təcavüzünə ən çox məruz qalan
ölkələrdəndir. Belə ki, 22 iyul 2006-cı il tarixdə erməni hakerləri Azərbaycan Milli Elmlər Akademiyasının
www.science.az ünvanında yerləşən rəsmi portalına hücum edərək onu məhv etmişlər.
Bu təcavüz Ermənistan
Respublikası ərazisində yerləşən Xalt llc AUA Center adlı İnternet xidmətləri provayderi tərəfindən edilmişdir.
Erməni cinayətkarların qanunsuz hərəkətləri nəticəsində Azərbaycan ziyalılarını və ümumiyyətlə Azərbaycan
elmini təmsil edən bu resursa böyük həcmdə maddi və mənəvi ziyan vurulmuşdur.
Bədnam qonşularımız yalnız şəbəkədə hakerlik fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar internetin imkanlarından
―geniş istifadə‖ edərək ölkəmizə qarşı soyuq müharibə aparırlar. Ermənilər virtual məkanda respublikamızın
ərazi bütövlüyünü şübhə altına alan yalançı məlumatlar yaymaqla Dağlıq Qarabağın ―erməni torpağı‖ olduğunu
sübut etməyə çalışırlar. Virtual dünyanın ən böyük açıq ensiklopediyası, dünyanın ən populyar 10 saytından biri
olan Wikipediyada erməni və ermənipərəst qüvvələr tərəfindən Azərbaycan həqiqətləri təhrif edilir, Azərbaycan
əleyhinə məlumat və dezinformasiyalar yerləşdirilir. Rus, ingilis, fransız, eləcə də müxtəlif dillərdə fəaliyyət
göstərən Wikipediya ilə yanaşı, hətta milli Wikipediyada da (az.wikipedia.org) ermənilər
Azərbaycan dilində