www.kitabxana.net
– Milli Virtual Kitabxana
61
saxta materiallar yayırlar. Ermənilər
hətta Azərbaycan domenlərindən, yəni internet saytlarının adlarından da
istifadə edirlər. Nəzərə alsaq ki, bu gün faktiki olaraq bütün məlumatlar internetlə əldə olunur, demək
düşmənlərimiz informasiya müharibəsində hələlik bizi üstələyirlər. Saxta erməni uydurmalarının effektivliyini
azaltmaq üçün dünya ictimaiyyəti qarşısında ermənilərin böhtan və yalanları ifşa edilməli, onların regionda
hansı fəsadlar
törətdikləri göstərilməli, eyni zamanda Dağlıq Qarabağ tarixi haqqında maddi sübutlar və faktlar
haqqında əsl həqiqətlər məşhur internet saytlarında yerləşdirilməlidir.
Bunlardan əlavə zərərli dini təriqətlər internetdə özlərinin saytlarını yaradaraq İslam dinin sosial-əxlaqi
dəyərlərini təhrif edirlər. Onlar hər vəchlə yeniyetmə və gəncləri öz qurumlarına cəlb etməyə, onlara şirnikdirici
vədlər verməklə öz çirkin əməlləri üçün istifadə etməyə çalışırlar. Belə qurumlar gənclərin psixikasında
təhlükəli meyllərin baş qaldırmasına, onların səhv yola düşməsinə, mövhumata qapanmasına
da şərait
yaradırlar. Bu gün qloballaşma prosesinin getdiyi şəraitdə biz dünya xalqlarının müsbət cəhətlərindən
bəhrələnməklə yanaşı, öz mənəvi dəyərlərimizi də qoruyub saxlamalı və gəncləri bu ruhda tərbiyə etməliyik.
Çünki mənəvi və dini dəyərlərimiz xalqımızı digər xalqlardan fərqləndirən, onun mənliyini təmin edən mühüm
amildir.
Sonda qeyd etmək lazımdır ki, informasiya cəmiyyətinin qurulmasında internetdən istifadənin genişləndirilməsi
zamanın tələbidir. Ona görə də günü-gündən sürətlə inkişaf edən Azərbaycan bu prosesdə geri qalmamalı,
əksinə internetin ümumdünya resurslarından geniş istifadə etməklə bərabər, yeni milli internet xidmət növləri də
yaradılmalıdır. Bu zaman respublikamızda internetin mənfi fəsadlarının baş verməməyi və qarşısının vaxtında
alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir tipli müdafiə sistemləri
quraşdırılmalı, internet saytları
xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi dəyərlərinə zidd saytlar
bloklanmalı, virtual məkanda Azərbaycan haqqında materiallar və məqalələrin sayı artırılmalıdır. Bunlardan
əlavə hər bir ailədə, orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclər maarifləndirilməli, onları
internetin
xeyirli imkanlarından bəhrələnməyə, internetdə olan xeyli sayda informasiya, elm, təhsil xarakterli saytlardan,
elektron kitabxanalardan, interaktiv xarici dil kurslarından və digər faydalı resurslardan
istifadə etməyə
həvəsləndirmək vacibdir. Bunun nəticəsində biz respublikamızın işıqlı gələcəyi üçün sağlam və bilikli nəsil
yetişdirə bilərik.
1.
Мануель Кастельс. Галактика Интернет. Екатеренбург: «У-Фактория», 2004 – 328с. 23-26 с.
2.
Христоф Хафкемейер. Internet. Путешествие по всемирной компьютерной сети. Книга из серии
«Что есть что». Специальный выпуск. Москва: «Слово/Slovo». 1998 - 64с. 39-40 с.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
63
Azərbaycanda Ġnternet jurnalistikasının inkiĢafı və bloqlar mədəniyyəti
Müasir dövrdə yüksək peşəkarlıqla informasiya toplamaq və yaymaq istəyən jurnalistin qarşısında xeyli
problemlər dayanır. Təbii ki, bu sistem onunla yeni tanış olan insan üçün çox çətin, həlli olmayan məsələ kimi
görünə bilər. Məhz elə bir anda jurnalistin köməyinə müasir informasiya texnologiyaları və xüsusilə də ―
İnternet‖ gəlir.
―İnternet‖in yaranması bir çox sahələrə olduğu kimi, jurnalistikaya da təsirsiz ötüşmədi. Bunun nəticəsində KİV
sahəsində özünə möhkəm yer tutmuş ―şəbəkə jurnalistikası‖ – ―İnternet jurnalistikası‖ yarandı. Artıq
jurnalistikanın bu sahəsinin də nəzəri məsələləri yaranmağa başlayıb. ―Şəbəkə jurnalistikası‖
nəzəriyyəsinə
baxış keçirsək, görərik ki, burada da informasiyanın qarşı tərəfə ötürülmə prinsipləri əsas götürülür. Həmin
prinsiplər isə İnternetin bir neçə mühüm xüsusiyyətlərinə hesablanır. Bura`‖multimedialılıq‖, ―interaktivlik‖,
―anilik‖, ―sərhədsizlik‖ və digər xüsusiyyətlər daxildir. Adı çəkilən xüsusiyyətlərin hər biri özünəməxsus
keyfiyyətlərə malikdir. Lakin bunlar arasında bir xüsusiyyət var ki, o, digərlərindən bir qədər irəlidə dayanır, bir
qədər fərqlənir. Bu ―sərhədsizlik‖ xüsusiyyətidir.―İnternet jurnalistikası‖nda ―sərhədsizlik‖ xüsusiyyəti bu peşə
sahiblərinə geniş imkanlar bəxş edir.
Eyni vaxtda istər ölkəmizdə, istər xarici ölkələrdə müxtəlif mətbuat
orqanlarla əməkdaşlıq edə bilmək şəraiti yaradır. Jurnalist virtual məkanın yaratdığı imkanlar hesabına yerindən
asılı olmayaraq, məlumatı qısa vaxt ərzində lazımı mətbu orqana çatdırmaqla operativlik amilinin öhdəsindən
yetərincə gəlmiş olur.İnternetin verdiyi imkanlardan yararlanmaqla mətbuat sahəsində də yeniliklər əldə etmək
mümkün oldu. Elektron qəzetlərin yaranması jurnalistlərin dünyaya çıxışlarını xeyli genişləndirdi. ―Online
qəzet‖lərin yaranması və oxucular tərəfindən maraqla qarşılanması yeni sosialyönümlü resursların meydana
gəlməsinə zəmin yaratdı. Beləcə, ―İnternet jurnalistikası‖nda yeni bir sahə - ― şəbəkə gündəliyi‖ – bloglar
yarandı. Azərbaycan internet məkanında blogların jurnalistlərə verdiyi imkanlar günbəgün artmaqdadır.
Bloglardan istifadə imkanı yaradılana kimi dərc olunma problemi ilə qarşılaşan jurnalistlər artıq
bu maneələri
çoxdan geridə qoyublar. Onların materialları heç bir problem yaşanmadan bloglarda yerləşdirilərək oxucuların
ixtiyarına buraxılır. Blogların müxtəlif mövzular üzrə ixtisaslaşması isə ( siyasi, iqtisadi, cəmiyyət, tarix, din,
təbabət və s. ) jurnalistlərə özlərinə yaxın mövzular əsasında fəaliyyət göstərməyə şərait yaradır. Belə ki,
müəyyən sahə üzrə jurnalist blogların verdiyi imkanlardan yararlanaraq, peşə fəaliyyətində yeni – yeni uğurlara