www.kitabxana.net
– Milli Virtual Kitabxana
71
İnternet mediasının texniki baxımından tənzimlənməsi məsələsində heç bir problem yoxdur,
məzmun
baxımından tənzimləmə isə söz azadlığı kontekstində həyata keçirilir. 1996-cı ildə hökumət ―Kommunikasiyada
əxlaq‖ qanunu qəbul edərək internetə müdaxiləyə çalışıb. Lakin qanun ifadə azadlığı baxımdan konstitusiyaya
zidd sayılıb və ləğv olunub. Məhkəmə qərarında internetin düşüncələrin sərbəst dolaşdığı məkan olduğu, ona
televiziya kimi baxmağın və dövlət tərəfindən müdaxilənin yolverilməzliyi vurğulanıb.
2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda baş verən terrordan sonra ABŞ-da internetlə bağlı sərt təhlükəsizlik
tədbirləri gündəmə gəlib. Həmin ildən ―Vətənpərvərlik qanunu‖ ilə internetdəki məlumatların izlənməsi
qanuniləşdirilib.
Almaniya
İnternet mediası ilə bağlı ayrıca qanun yoxdur və geniş yayılmış fikir bundan ibarətdir ki, mövcud qanunlar bu
sahəni tənzimləmək üçün kifayətdir. Amma 1997-ci ildə Almaniyada 16 əyalətin iştirakı ilə media xidmətləri
haqqında rəsmi müqavilə (MDStV) imzalanıb və bu müqavilə internet mediasının da fəaliyyətini tənzimləyir.
Həmin müqaviləyə görə, əyalətlərin mətbuat qanunlarında yazılı mətbuat üçün qoyulan ―impressium‖ şərti
internet mediası üçün də keçərlidir – yəni hər bir sayt sahibi yayıma məsul olan ən azı bir nəfərin adını, soyadını
və ünvanını göstərməlidir. Həmin şəxs saytdakı bütün məlumatlara görə məsuliyyət daşıyır.
Eyni zamanda,
sənədə görə, bütün hüquqi və fiziki şəxslər internet mediasında haqlarında yer alan məlumatlara
cavab vermək və ya onları düzəltmək haqqına malikdir. Almaniyada internet qəzetinin tərifi də məlumdur.
2001-ci ildə Köln Əyalət Məhkəməsinin qəbul etdiyi qərara əsasən, internetdə davamlı olaraq yerləşdirilən
məhsulları qərar çıxarmaq səlahiyyəti olan redaksiya heyəti hazırlayırsa, bu resurs internet qəzeti sayıla bilər.
Avstraliya
İnternetin tənzimlənməsi həm federal səviyyədə, həm də əyalətlər səviyyəsində qanunlara əsaslanır. Şikayətlərə
baxan federal subyekt mövcuddur və bu subyekt yalnız hostinq və server xidmətlərini
təmin edənlər üçün
keçərlidir, saytın məzmununa cavabdeh olanlara aid deyil. Ölkədə internet mediasına nəzarəti Kommunikasiya
və Media Şurası (Teleradio Şurası və Telekommunikasiya İdarəsinin birləşməsi nəticəsində yaradılan qurum)
həyata keçirir. Saytlarda gedən hər hansı məlumatın hüquqa uyğun olub-olmadığını qanunvericilik əsasında
Kommunikasiya və Media Şurası müəyyənləşdirir. Əgər hər hansı saytda hüquqa zidd məlumat yerləşdirilibsə
və ya hər hansı saytın fəaliyyəti bütövlükdə qanuna uyğun deyilsə, bu zaman Kommunikasiya və Media Şurası
www.kitabxana.net
– Milli Virtual Kitabxana
72
hostinq xidməti göstərən quruma xəbərdarlıq məktubu göndərir. Xəbərdarlıqdan sonra hostinq xidməti
Avstraliya daxilində qeydiyyatdan keçən saytın yayımını dayandırmaq məcburiyyətindədir.
Qanuna görə, provayderlər hər hansı xarici sayta çıxışı bağlamağa borclu deyil. Amma Kommunikasiya və
Media Şurası filtrləmə-bloklama,
başqa sözlə, süzgəc proqramlarını hazırlayanlara arzuolunmaz xarici saytlar
haqqında məlumat göndərir ki, onlar həmin saytları ―qara siyahı‖larına salsınlar. Avstraliyada internet
səhifələrində yol verilən qanun pozuntuları ilə əlaqədar ayrıca qanun yoxdur, bu pozuntulara da cinayət
hüququna dair ümumi qanunlar tətbiq edilir.
Böyük Britaniya
İnternetlə bağlı ayrıca qanun mövcud deyil. 1996-cı ildə internetdə qanuna uyğun olmayan məzmunla mübarizə
məqsədilə İnternet Müşahidə İdarəsi (Internet Watch Foundation) adlı qeyri-hökumət təşkilatı yaradılıb.
Təşkilatın internetdə gedən materiallardan vətəndaşların fərdi şəkildə şikayət edə bilməsi üçün yardım-məsləhət
xətti (hotline) var. Həmin xətlə təşkilata daxil olan məlumat, onun qanuna uyğun olub-olmadığı araşdırılır, daha
sonra materialın çıxış nöqtəsi müəyyənləşdirilir və İngiltərə polisinə bildiriş göndərilir. Britaniyada dövlət sirri
haqqında qanunlar internetə də tətbiq olunur. Təhqirə qarşı da qanun var (Diffamasiya Aktı – 1996 ) - bir nəfər
internet vasitəsilə başqasını təhqir edirsə, burada serverin məsuliyyəti yoxdur. Amma serverə cavabdeh
adamlar
bu təhqirdən xəbər tutanda səhifəyə girişi dayandırmırsa, məsuliyyət daşıyır. Britaniyada həm yerli, həm də
beynəlxalq saytları izləyən kiberpolislər fəaliyyət göstərir.Sinqapur
Media İnkişaf Şurası (radio və televiziyaların fəaliyyətini tənzimləyən qurum) həm də internet yayımçılığına
nəzarət edir. 1996-cı ildən internet mediası ayrıca subyekt kimi qəbul edilib. Hansı məzmunda məlumatın
qadağan olunmasına dair xüsusi qaydalar mövcuddur. Şura bu qaydaları pozan sayt sahiblərinə cəza vermək
səlahiyyətinə malikdir, amma öncədən sayta girişi əngəlləyə bilməz, o,
daha çox pornoqrafiya, irqçilik və dini
nifrət yayan materiallara nəzarət edir. Malayziya
İnternet mediasını tənzimləməni Kommunikasiya və Multimedia Komissiyası həyata keçirir. Bu qurum həm
internet saytlarının məzmununa nəzarət edir, həm də ictimaiyyəti məlumatlandırır.
Çin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
73
Tənzimləmə əsil senzura xarakteri daşıyır. Saytlar süzgəcdən keçirilir. Sərt süzgəc sistemi 1996-cı
ildən tətbiq
edilir. Qərb saytlarına, Tayvandan yazan və hökumətə müxalif olan portallara güzəşt yoxdur – belələrini dərhal
bağlayırlar.
Səudiyyə Ərəbistanıİnternet mediası üzərində senzura hökm sürür. 1999-cu ildən internetə çıxış bir mərkəzdən
həyata keçirilir. Dövlət siyasi və ya dini səbəbdən uyğun hesab etmədiyi saytlara çıxışı bu mərkəz vasitəsilə
bağlayır.
Vyetnam
Hakimiyyəti tənqid edən xəbər saytlarına, mühacirətdə olan müxalifət partiyalarının və beynəlxalq hüquq
müdafiəsi təşkilatlarının saytlarına giriş qadağandır.
Bundan başqa, internetdə ifadə azadlığını müdafiə edənləri
həbs gözləyir.
İran
Dövləti tənqid edən, qadın haqlarını dəstəkləyən saytlara, bloqlara qadağalar var. ―Youtube.com‖a giriş
yasaqdır. Müstəqil media, vətəndaş cəmiyyəti və insan haqları ilə bağlı saytlar süzgəcdən keçirilir. İran bloq
yazarlarının ən çox həbs olunduğu ölkələr sırasındadır.
Kuba
İnternetə giriş dövlət nəzarətində olan bir xətdən keçir. İstifadəçi girişini ləğv etməkdən tutmuş saytı tam
bağlamağa qədər bütün ―təmzimləmə‖ metodlarından istifadə olunur.
Suriya, Şimali Koreya da interneti bu şəkildə ―tənzimləyir‖.
Kanada, Danimarka, Norveç kimi ölkələrdə internetin məzmunu heç bir şəkildə tənzimlənmir.
Türkiyədə internet mediasi necə tənzimlənir?