www.kitabxana.net
– Milli Virtual Kitabxana
74
Bir çox məsələlərdə təcrübəsinə istinad etdiyimiz Türkiyədə internet mediasının texniki tənzimlənməsində ciddi
problem mövcud deyil. Bu ölkədə kommunikasiyanın digər sahələri kimi internet sektoru da sürətlə inkişaf edir.
Amma internet məzmunu baxımından xeyli problem var. Beynəlxalq internet
hüququ üzrə ekspert olan
müsahibimiz Yaman Akdəniz Türkiyənin internet baxımından inkişaf etməkdə olan ölkə sayıldığını, amma
məzmuna müdaxilə məsələsində ciddi problemlərin olduğunu deyir. Onun sözlərinə görə, Türkiyədə internetdə
dövlət məmurları və siyasətçilərə dair məlumatların, dövlətçilik dəyərlərini aşağılayan ifadələrin yayılmasına,
irqçilik və terror təbliğatının aparılmasına yönəlik fəaliyyət göstərən saytlara əngəlləmə və süzgəc tətbiq edilir.
Türkiyədə internet 1996-97-ci illərdə yayılmağa başlayıb. 1997-ci ilin sonlarına doğru xəbər portalları və
tematik saytların sayı artmağa başlayıb. 2000-ci ildə yaşanan iqtisadi böhran nəticəsində işsiz qalan professional
jurnalistlərin də alternativ media adlanan internet sektoruna transferi ilə bu sahədə xüsusi canlanma yaranıb.
Mediada söz sahibi
olan Doğan, Uzan, Qaramehmet qrupları da internet mediasına yatırım qoymağa
başlayıblar. Bir tərəfdən xəbər portalları yaradan bu qruplar eyni zamanda sektorun texniki inkişafı
istiqamətində də rəqabətə başlayıblar.
İnternet hüququ və interneti tənzimləmə mövzusu isə 2001-ci ildən sonra aktuallaşmağa başlayıb. Həmin ildə
―Superonline‖ internet şirkətinindən açdığı müxtəlif internet forumlarına rəhbərlik edən jurnalist Coşqun Ak
məhkəməyə verilib. Buna kimliyi bəlli olmayan bir istifadəçinin foruma Türkiyədə insan haqlarının
pozulmasına dair mesaj yollaması səbəb olub. Başqa bir istifadəçi Coşqun Akdan cinayət tərkibi olan bu mesajı
forumdan silməyi tələb edib. Jurnalist tələbə əməl etmədiyindən istifadəçi onu məhkəməyə verib.
Məhkəmə internetin
qanunla tənzimlənmədiyini, amma Coşqun Akın vəzifəsinin bir qəzetin redaksiya heyətinin
işinə bənzədiyini əsas gətirərək onun barəsində 40 ay həbs hökmü çıxarıb. Jurnalistin vəkili ―qanunsuz cinayət
və cəza olmaz‖ prinsipindən çıxış edərək müştərisinin bəraətini istəyib. Amma onun tələbi rədd edilib. Coşqun
Ak Türkiyənin hərbi və polis güclərini təhqir etmək ittihamı ilə 40 ay həbsə məhkum edilib,
daha sonra isə
həbs pul cəzası ilə əvəzlənib.
Bu hadisədən sonra hökumət internet mediasının tənzimlənməsi ilə bağlı qanun qəbul etməyə çalışıb. Lakin
internet mediasında çalışan jurnalistlərin və vətəndaş cəmiyyəti institutlarının etirazları nəticəsində söz
azadlığının məhdudlaşdırılmasına yönələn bu qanun qəbul edilməyib.
Ölkədə internetlə əlaqədar şikayətlərin artması nəcticəsində 2007-ci ilin mart ayında ―İnternet yayımının
tənzimlənməsi və internet vasitəsilə həyata keçirilən cinayətlərə qarşı mübarizə‖ qanun (5651 saylı qanun)
qəbul edilib. Bu sahədə tənzimləmə funksiyasını Telekommunikasiya İdarəsi həyata keçirir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
75
5651 saylı qanuna görə, internet səhifəsində onun sahibi, eləcə də saytı hostinq və domenlə təmin edən hüquqi
və ya fiziki şəxslərlə bağlı məlumatlar göstərilməlidir. Telekommunikasiya İdarəsi
bu tələbə əməl etməyənlərə
2000 lirədən 10000 lirəyədək cəza verə bilər. Saytda yer alan məlumatlara görə onun sahibi məsuliyyət daşıyır.
Ancaq o, səhifəsində yer verdiyi başqasına aid məlumata məsul deyil. Sadəcə, həmin bağlantını açıq şəkildə
oxucusuna çatdırmaq istəyi aşkarlanar və təqdimat formasında bu hədəf açıq görünərsə, məsuliyyət daşıyır.
Səhifəni yerlə təmin edən şəxs onun məzmununa görə məsuliyyət daşımır. Amma qanuna görə, saytın
bütünlükdə fəaliyyətini dayandırmaq və ya hər hansı materialı çıxarmaqla bağlı rəsmi xəbərdarlıq edildiyi və
texniki imkanlar olduğu halda hostinq
sahibi buna əməl etmirsə, cəzalandırıla bilər.
Qanun serverə istifadəçinin yayımladığı hüquqazidd məlumatla bağlı xəbərdar edildiyi təqdirdə bağlantını
əngəlləmək hüququ verir. Amma serverin verdiyi bağlantı vasitəsilə yayılan məlumatların hüquqa zidd olub-
olmadığını və ya sayt sahibinin qanuna uyğun məlumatlar yayıb-yaymadığını araşdırmaq məsuliyyəti yoxdur.
5651 saylı qanun internetdə yol verilməsi cinayət sayılan əməlləri kataloq şəklində müəyyən edir. Bu kataloqa
görə, internet səhifəsində intihara, uşaqların cinsi istismarına, narkotik maddələrin istifadəsini asanlaşdırmağa,
sağlamlıq üçün
təhlükəli maddə təmin etməyə, fahişəliyə, qumara təşviq edən və imkan yaradan məlumatlar,
eləcə də ―Atatürk əleyhinə həyata keçirilən cinayətlər haqqında qanun‖da göstərilən hüquq pozuntuları yer
alarsa, onun yayımı dayandırılır. Qapadılma qərarını məhkəmə verir. Məhkəmə uzun sürdüyü təqdirdə prokuror
da internet saytının dayandırılmasına qərar verə bilir. Amma bu qərarı məhkəmə 24
saat içərisində
təsdiqləməlidir, təsdiqləməzsə, qərar qüvvədən düşmüş sayılır.
Qanun hər kəsə özünə yönələn ittihamları internet səhifəsində cavablandırma haqqı tanıyır. Bu qanunla əlaqədar
olaraq internet server və provayderlərinə, eləcə də internet kafelərinin fəaliyyətinə dair ayrıca normativ
aktlar
qəbul edilib.
2008-ci ilin sonuna qədər Türkiyədə bu qanunun müddəaları əsasında 1115 sayta giriş yasaqlanıb. Bu saytların
252-ni məhkəmə, 863-nü isə qanunun icrasına nəzarət funksiyası daşıyan Telekommunikasiya İdarəsi
Başqanlığı qapadıb. Ən çox səs gətirən isə ―Youtube‖ saytının bağlanması ilə bağlı qərarlar olub. 2008-ci ildə
bu saytda Atatürkü və türk bayrağını təhqir edən video yerləşdirilib, İstanbul I Sülh Cəza Məhkəməsi sayta
girişi yasaqlayıb. Bundan sonra ―Youtube‖ həmin videonu çıxarıb və məhkəmənin qərarı ləğv olunub. Lakin 3
gün sonra həmin video başqa saytlarda və təkrar ―youtube.com‖da yayımlanıb. Bu səbəbdən Anraka 5-ci Sülh
Cəza Məhkəməzi ―Youtube.com‖ və ondan alınan videonu yerləşdirən digər saytlara girişi yasaqlayan qərar
çıxarıb. Hazırda Türkiyədən ―youtube.com‖a giriş yasaqdır.