Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə22/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
61 
 
saxta materiallar yayırlar. Ermənilər hətta Azərbaycan domenlərindən, yəni internet saytlarının adlarından da 
istifadə edirlər. Nəzərə alsaq ki, bu gün faktiki olaraq bütün məlumatlar internetlə əldə olunur, demək 
düşmənlərimiz informasiya müharibəsində hələlik bizi üstələyirlər. Saxta erməni uydurmalarının effektivliyini 
azaltmaq üçün dünya ictimaiyyəti qarşısında ermənilərin böhtan və yalanları ifşa edilməli, onların regionda 
hansı fəsadlar törətdikləri göstərilməli, eyni zamanda Dağlıq Qarabağ tarixi haqqında maddi sübutlar və faktlar 
haqqında əsl həqiqətlər məşhur internet saytlarında yerləşdirilməlidir.  
Bunlardan əlavə zərərli dini təriqətlər internetdə özlərinin saytlarını yaradaraq İslam dinin sosial-əxlaqi 
dəyərlərini təhrif edirlər. Onlar hər vəchlə yeniyetmə və gəncləri öz qurumlarına cəlb etməyə, onlara şirnikdirici 
vədlər verməklə öz çirkin əməlləri üçün istifadə etməyə çalışırlar. Belə qurumlar gənclərin psixikasında 
təhlükəli meyllərin baş qaldırmasına, onların səhv yola düşməsinə, mövhumata qapanmasına da şərait 
yaradırlar. Bu gün qloballaşma prosesinin getdiyi şəraitdə biz dünya xalqlarının müsbət cəhətlərindən 
bəhrələnməklə yanaşı, öz mənəvi dəyərlərimizi də qoruyub saxlamalı və gəncləri bu ruhda tərbiyə etməliyik. 
Çünki mənəvi və dini dəyərlərimiz xalqımızı digər xalqlardan fərqləndirən, onun mənliyini təmin edən mühüm 
amildir.  
Sonda qeyd etmək lazımdır ki, informasiya cəmiyyətinin qurulmasında internetdən istifadənin genişləndirilməsi 
zamanın tələbidir. Ona görə də günü-gündən sürətlə inkişaf edən Azərbaycan bu prosesdə geri qalmamalı, 
əksinə internetin ümumdünya resurslarından geniş istifadə etməklə bərabər, yeni milli internet xidmət növləri də 
yaradılmalıdır. Bu zaman respublikamızda internetin mənfi fəsadlarının baş verməməyi və qarşısının vaxtında 
alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir tipli müdafiə sistemləri 
quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi dəyərlərinə zidd saytlar 
bloklanmalı, virtual məkanda Azərbaycan haqqında materiallar və məqalələrin sayı artırılmalıdır. Bunlardan 
əlavə hər bir ailədə, orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclər maarifləndirilməli, onları internetin 
xeyirli imkanlarından bəhrələnməyə, internetdə olan xeyli sayda informasiya, elm, təhsil xarakterli saytlardan, 
elektron kitabxanalardan, interaktiv xarici dil kurslarından və digər faydalı resurslardan istifadə etməyə 
həvəsləndirmək vacibdir. Bunun nəticəsində biz respublikamızın işıqlı gələcəyi üçün sağlam və bilikli nəsil 
yetişdirə bilərik. 
 
1. 
Мануель Кастельс. Галактика Интернет. Екатеренбург: «У-Фактория», 2004 – 328с.  23-26 с. 
2. 
Христоф Хафкемейер. Internet. Путешествие по всемирной компьютерной сети.  Книга из серии 
«Что есть что». Специальный выпуск. Москва: «Слово/Slovo». 1998 - 64с. 39-40 с. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
62 
 
3. 
Уорли Бекки, Интернет: реальные и мнимые угрозы. Moskva: М:КУДИЦ-ОБРАЗ 2004, 320с., 18с. 
4. 
Саймон Джонсон. Как защитить детей от опасности Интернета. Москва: НТ-Пресс, 2006, 304с. 
70-71 с. 
5. 
Cəfərli Rəşad. İnformasiya-kommunikasiya texnologiyaları və gənclik. // ―Azərbaycan‖ qəzeti, 30 
sentyabr 2007 
6. 
―Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli 
Strategiya (2003—2012-ci illər)‖ Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli 1146 
nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur. // http://www.informasiya.org/docs/aze/law07.doc 
7. 
Ermənilərdən növbəti informasiya savaşı // http://news.qaynar.info/index.php?mod=view&id=10996  
8. 
Azərbaycanın Avropa Şurasının ―Kibercinayət haqqında‖Konvensiyasına qoşulmasına dair sənəd 
imzalanıb. //  ―Rabitə Dünyası‖ qəzet, 03 Iyul 2008-ci il il 
9. 
Yeniyetmələr internetdən hansı məqsədlə istifadə edirlər? // ―Rabitə Dünyası‖ qəzet, 28 Fevral 2008-ci il  
10. 
Issues for DSM-V: Internet AddictionJerald J. Block, M.D. // 
http://ajp.psychiatryonline.org/cgi/content/full/165/3/306   
 
http://kitabxana.net/?oper=readBook&id=638
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
63 
 
 
 
 
Azərbaycanda Ġnternet jurnalistikasının inkiĢafı və bloqlar mədəniyyəti 
 
Müasir dövrdə yüksək peşəkarlıqla informasiya toplamaq və yaymaq istəyən jurnalistin qarşısında xeyli 
problemlər dayanır. Təbii ki, bu sistem onunla yeni tanış olan insan üçün çox çətin, həlli olmayan məsələ kimi 
görünə bilər. Məhz elə bir anda jurnalistin köməyinə müasir informasiya texnologiyaları və xüsusilə də ― 
İnternet‖  gəlir. 
―İnternet‖in yaranması bir çox sahələrə olduğu kimi, jurnalistikaya da təsirsiz ötüşmədi. Bunun nəticəsində KİV 
sahəsində özünə möhkəm yer tutmuş ―şəbəkə jurnalistikası‖ – ―İnternet jurnalistikası‖ yarandı. Artıq  
jurnalistikanın bu sahəsinin də nəzəri məsələləri yaranmağa başlayıb. ―Şəbəkə jurnalistikası‖ nəzəriyyəsinə 
baxış keçirsək, görərik ki, burada da informasiyanın qarşı tərəfə ötürülmə prinsipləri əsas götürülür. Həmin 
prinsiplər isə İnternetin bir neçə mühüm xüsusiyyətlərinə hesablanır. Bura`‖multimedialılıq‖, ―interaktivlik‖, 
―anilik‖, ―sərhədsizlik‖ və digər xüsusiyyətlər daxildir. Adı çəkilən xüsusiyyətlərin hər biri özünəməxsus 
keyfiyyətlərə malikdir. Lakin bunlar arasında bir xüsusiyyət var ki, o, digərlərindən bir qədər irəlidə dayanır, bir 
qədər fərqlənir. Bu ―sərhədsizlik‖ xüsusiyyətidir.―İnternet jurnalistikası‖nda ―sərhədsizlik‖ xüsusiyyəti bu peşə 
sahiblərinə geniş imkanlar bəxş edir. Eyni vaxtda istər ölkəmizdə, istər xarici ölkələrdə müxtəlif mətbuat 
orqanlarla əməkdaşlıq edə bilmək şəraiti yaradır. Jurnalist virtual məkanın yaratdığı imkanlar hesabına yerindən 
asılı olmayaraq, məlumatı qısa vaxt ərzində lazımı mətbu orqana çatdırmaqla operativlik amilinin öhdəsindən 
yetərincə gəlmiş olur.İnternetin verdiyi imkanlardan yararlanmaqla mətbuat sahəsində də yeniliklər əldə etmək 
mümkün oldu. Elektron qəzetlərin yaranması jurnalistlərin dünyaya çıxışlarını xeyli genişləndirdi. ―Online 
qəzet‖lərin yaranması və oxucular tərəfindən maraqla qarşılanması yeni sosialyönümlü resursların meydana 
gəlməsinə zəmin yaratdı. Beləcə, ―İnternet jurnalistikası‖nda yeni bir sahə - ― şəbəkə gündəliyi‖ – bloglar 
yarandı.      Azərbaycan internet məkanında blogların jurnalistlərə verdiyi imkanlar günbəgün artmaqdadır. 
Bloglardan istifadə imkanı yaradılana kimi dərc olunma problemi ilə qarşılaşan jurnalistlər artıq bu maneələri 
çoxdan geridə qoyublar. Onların materialları heç bir problem yaşanmadan bloglarda yerləşdirilərək oxucuların 
ixtiyarına buraxılır. Blogların müxtəlif mövzular üzrə ixtisaslaşması isə ( siyasi, iqtisadi, cəmiyyət, tarix, din, 
təbabət və s. ) jurnalistlərə özlərinə yaxın mövzular əsasında fəaliyyət göstərməyə şərait yaradır. Belə ki, 
müəyyən sahə üzrə jurnalist blogların verdiyi imkanlardan yararlanaraq, peşə fəaliyyətində yeni – yeni uğurlara 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə