Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə20/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
57 
 
gərginliyi ilə əlaqədar əlin əsəb gövdələrinin zədələnməsi, gözlərdə quruluq, miqren tipli baş ağrıları, beldə 
ağrılar, qeyri-müntəzəm qidalanma, qida qəbulunun buraxılması, şəxsi gigiyenaya etinasızlıq, yuxunun 
pozulması, yuxu rejiminin dəyişməsi kimi fiziki əlamətlərin də  olduğunu qeyd edir. 
Oreqon Sağlamlıq və Elm Universitetinin əməkdaşı amerikalı psixoloq Cerald Bloka görə internet-asılılığı  olan 
insanlarda internetə qoşulmaq üçün qarşısıalınmaz və mütəmadi istək yaranır. Onlar daim yeni və daha 
mükəmməl avadanlığa sahib olmağa, daha çox "on-line" əlaqə yaratmağa can atırlar. İnternet-addiksiyaya düçar 
olan şəxslər zaman anlayışını itirir, fizioloji tələbatlarına etinasızlıq edir, yuxudan və qidadan imtina etməklə 
internetdə daha çox qalmağa çalışırlar. Bu da mübahisə etmək, yalan danışmaq, səmərəli fəaliyyətin aşağı 
düşməsi, sosial tədric və yorğunluq kimi pis nəticələrə gətirib çıxarda bilər.   
C.Blokun araşdırmasına görə internetdən istifadədə dünyada lider olan Cənubi Koreyada  internet-addiksiya 
daha çox yayılmışdır. Bu ölkədə internet-kafedə çox oturmaq nəticəsində əmələ gəlmiş  trombdan 10 nəfər 
dünyasını dəyişmiş, bir nəfər isə oyun üstündə öldürülmüşdür. Hazırda Cənubi Koreyada internet-asılılığı 
cəmiyyətin sağlamlığı üçün ən böyük təhlükələrdən biri hesab olunur. Orda  210 min uşaq bu xəstəlikdən 
əziyyət çəkir və onların  ciddi müalicəyə ehtiyacı vardır. Ola bilsin ki, onların 80%-inin beyin fəaliyyətini 
yaxşılaşdıran dərmanlara, 20%-dən 24%-inin isə hospitala yerləşdirilməsinə ehtiyacı vardırdır.  
Psixoloqların fikrincə internetdən asılılığın əsas səbəblərindən biri şəbəkədə münasibətlərin kompyuterlə 
əlaqələndirildiyi üçün istifadəçilərin anonimlik statusuna malik olmasıdır.  İstifadəçi bu anonimlikdən istifadə 
edərək özünü istədiyi şəxs kimi qələmə verməklə əsil simasını gizlədərək virtual şəxsiyyət yarada bilər. Virtual 
reallıq ətraf aləmin interaktiv, qrafik təsəvvürüdür. Şəbəkə kommunikasiyası belə qrafik təsəvvür olsa da, qəbul 
olunmuş adi ünsiyyət vasitələrindən bir çox üstünlükləri ilə seçilir. Virtual şəxsiyyətə çox vaxt şərti olaraq özgə 
ad və ya təxəllüs qoyulur. Təxəllüs ―nick‖ (―nickname‖ ingilis dilində təxəllüs deməkdir) adlanır. Virtual 
şəxsiyyət bir növ insanın daxili ―Mən‖inin real həyatda reallaşdıra bilmədiyi bəzi aspektlərini  özündə 
cəmləşdirir. İnternetdə əlaqə mətn yığımı ilə baş verdiyi üçün insanlar ünsiyyət zamanı öz hisslərini həm ifadə
həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Ona görə şəbəkədə ciddi söhbətlər 
aparmaq asan olur, burda nədənsə, kimdənsə incimək mənasızdır, çünki səni heç kim görmür. İnternetdə insanın 
çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi  
qarşılıqlı münasibətdə çox az rol oynayır. 
İnternetdə hansı mövzuya daha çox maraq göstərilməsi nəticəsində də insan psixikasında problem yarana bilər. 
Uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq internetdə ünsiyyətdə öz yaşıdları ilə əlaqə saxladıqlarına 
inanırlar. Onlar müxtəlif forumlarda, konfranslarda öz problemlərini açıqlayır və kömək umurlar. Əslində isə  
onların həmsöhbətləri çox vaxt cinsi orentasiyası düzgün olmayan yaşlı adamlar olur. Belə adamlar şəbəkədə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
58 
 
özlərini qayğıkeş, diqqətli insan kimi göstərməklə uşaqların problemlərinə qulaq asır, onlara canıyananlıq 
edirlər. Uşaq əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların 
etimadını qazanaraq söhbət əsnasında tədricən söhbəti seksual mövzuya döndərərək şəbəkədə açıq erotik 
tərkibli materiallar nümayiş etdirirlər. Cinsi həyata hələ daxil olmayanlar bu mövzuya istər-istəməz maraq 
göstərir. Belə hallar bəzi uşaq və ya yeniyetmələrin normal inkişafına mane olmaqla bərabər onların əxlaqının 
pozulmasına, hətta impotensiyaya və homoseksuallığa da gətirib çıxara bilər. Ona görə də internet xəstələri 
arasında ailə qurmağa meyllilərin sayı son dərəcə aşağıdır.  
İnternetdə virtual şəbəkə və kompyuter oyunları da uşaqlar üçün çox cəlbedici və şirnikdirici olur.  Uşaq həmişə 
özünü döyüş filmlərinin baş qəhrəmanlarına bənzətmək istəyir və onun malik olduğu fiziki-psixoloji fəndləri 
mənimsəmək həvəsində olur. Bu həvəsi təmin etməyin asan yollarından biri kompyuterdə savaş səhnələrini əks 
etdirən oyunları oynamaqdır. Bu oyunlarda  uşaq müxtəlif "qəhrəmanlıqlar" edə bilir. O, oyunda virtual 
səviyyədə savaşçılardan biri ola bilir. Bununla içindəki istəyi reallaşdırmış olur. Savaşda qalib gəlir, məğlub 
olur. Ancaq zaman-zaman bu, insan üçün tərgidə bilmədiyi vərdişə çevrilir. O, real dünyada əldə edə 
bilmədiyini, göstərə bilmədiyini kompyuterin ekranında həyata keçirməyə öyrəşir.  
Bütün bunların nəticəsi olaraq insan özü hiss etmədən şəbəkənin təsiri altına düşür və demək olar ki, internet 
əsirinə çevrilir. Uzun müddət virtual ünsiyyətə aludə olan şəxs canlı ünsiyyətin nə olduğunu yaddan çıxarır və 
belə adamlar canlı söhbətdə aqressiv, kobud və bəzi hallarda cinayət meylli olurlar. Bu cür aqressivliyi 
respublikamızda da bəzi yeniyetmə və gənclər arasında müşahidə etmək olar. Bakının Xətai rayonu ərazisində 
internet klubda iki yeniyetmənin çatda etdiyi mübahisə üstündə bıçaqlanması ilə həyatını dəyişməsi, müxtəlif 
vaxtlarda eyni səbəbdən bir neçə analoji hadisənin baş verməsi internet-asılılığın cəmiyyətimiz üçün nə qədər 
təhlükəli olduğunu göstərir. 
Ona görə də uşaqlarına kompyuter alan valideynlər gələcəkdə xoşagəlməz halların baş verməməyi üçün 
kompyuter dəstini uşağın yataq otağında deyil ümumi otaqda yerləşdirməli, uşaqlarının hansı saytlara girməsinə 
ciddi nəzarət etməli, lazım olsa kompyuterdə valideyn-nəzarət rejimini tətbiq etməklə zərərli saytların qarşısını 
almalıdır. Valideyn uşaqlarının yaşından asılı olaraq onların gündə nə qədər kompyuterlə məşğul olmasına və 
hətta kompyuterdən nə qədər məsafədə əyləşməsinə fikir verməlidir. Çünki, ətraf mühit inkişafda olan 
yeniyetmə orqanizminə asanlıqla təsir göstərir. Kompyuter qarşısında işləyəndə uşaqlar daimi olaraq statik 
gərginlik keçirir. Bundan başqa, hərəkətsiz iş vəziyyəti, yorğunluğa, əl, boyun, kürək və çiyin əzələlərinin 
ağrılarına, dayaq-hərəkət aparatının hərəkətinin pozulmasına, gətirib çıxarır. Bütün bunların baş verməməyi 
üçün, ekran uşaqların gözündən 55-65 sm aralı, göz həddindən 5-10 dərəcə aşağı olmalıdır. Bu normalara əməl 
etmədikdə, uşaqlar emosional gərginlik keçirir, görmə qabiliyyəti zəifləyir, ümumi süstlük yaranır. Bundan 
başqa, uşaqların uzun müddət belə şəraitdə qalması istilik mübadiləsinə mənfi təsir edir, müdafiə sistemi 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə