Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə17/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
50 
 
ya yaxın adamlarla münasibətdən doğur, 8,6%-i ətrafdakıların adlandırdıqları ləqəblərlə bağlı olur, 4,3%-i isə 
öz sahibinin xarakterinin cizgilərindən birini əks etdirir. Mədəniyyət sahəsindən gələn niklərin 9%-i  teatr 
pyeslərində və ya kinofilmlərdə olan adlardan düzəldilir, 8%-i nağıllardan, teleseriallardan, kompyuter 
oyunlarından və musiqi qruplarının adlarından, 5%-i komik qəhrəmanların şərəfinə düzəldilir, 4,3%-i 
mifologiyadan, 1%-i isə din sahəsindən əmələ gəlir. Adlar və familiyalar ilə bağlı olan niklərin 16%-i 
istifadəçilərin özlərinin əsl adları ilə, 4,2%-i isə onların etnik mənsubiyyəti və ya yaşadığı yerlə bağlı olur. 
Ümumiyyətlə, məntiqi düşüncəsi olan insanlar, adətən, funksional nicklər seçirlər, bəzən belə nuklərdən 
sahibinin peşəsini, hətta əsl adını da müəyyənləşdirmək olur. İnternet forumlarda və çatlarda təcrübəli 
iştirakçılar nikdən, onun avatarasından və forumdakı çıxışlarından nik sahibi haqqında müəyyən təsəvvürə 
gəlirlər. Psixoloq Aleksandr Batxen qeyd edir ki, bəzən niklər bizim kimə oxşamaq arzumuzu, hansı obrazın 
bizi cəlb etdiyini ifadə edir. Biz özümüzü bu obraza proyeksiya edirik və bir müddət keçdikdən sonra isə 
yenidən əvvəlki əslimizə qayıda bilərik. Həqiqi, yaxşı nik zaman keçdikcə öz sahibinə daha möhkəm qovuşur 
və nəticədə əks asılılıq əmələ gəlir. İnsan sadəlövhcəsinə hesab edir ki, o, nikin sahibidir, ancaq məlum olur ki, 
hər şey əksinədir.  Hələ üstəlik niki imicə uyğunlaşdırmaq əvəzinə, çox vaxt imici nikə uyğun qururlar.  
Niklərlə bağlı bir ciddi məsələ də var ki, uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq, internetdə kiminlə 
ünsiyyətdə olduqlarını yaxşı dərk edə bilmirlər. Onlara elə gəlir ki, virtual məkanda söhbət etdikləri adamlar 
onların həmyaşıdları və onlarla həqiqətən dost olmaq istəyənlərdir. Müəyyən problemi olan uşaqlar müxtəlif 
forumlarda, çatlarda öz dərdlərini açıqlayır və kömək umurlar. Belə situasiyadan istifadə edən pis niyyətli 
insanlar müxtəlif cəlbedici niklərindən istifadə edərək forumlarda və çatlarda fəallıq göstərir, özlərini qayğıkeş, 
diqqətli insan kimi qələmə verərək uşaqların problemləri ilə maraqlanır, onlara canıyananlıq edirlər. Uşaq 
əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların etimadını 
qazanaraq söhbət əsnasında tədricən söhbəti öz istədikləri istiqamətə yönəldərək onları yoldan çıxartmağa 
çalışırlar. Belə söhbətlərin sonu isə dünya mətbuatından göründüyü kimi çox faciəvi qurtara bilər. Ona görə də 
valideynlər və müəllimlər bu barədə uşaqları məlumatlandırmalı, onları şübhəli  söhbətlərə girişməməyi və 
özləri haqqında məlumatları tanımadıqları nik sahiblərinə verməməyi məsləhət görməlidirlər.  
Nicklərin dəyişdirilməsi isə çox vaxt insanın uzun müddət ünsiyyətdə olduğu dairədən çıxmaq, xoş olmayan, 
təngə gətirən kontaktlardan uzaqlaşmaq arzusu ilə, bəzən isə istifadəçinin şəbəkədə ifşa olunması ilə əlaqədar 
olur. Yeni seçilən niklər isə, yeni rollar, yeni əlaqələr gətirir.  
Niklər barədə bir şeyi də qeyd etmək lazımdır ki, artıq bu gün internetdə icazəsiz olaraq yaxşı nickləri 
mənimsəmək kimi ənənələr də yaranmışdır. Bu da əsl nick sahiblərinin haqlı narazılığına səbəb olur və onlar 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
51 
 
bunu müəllif hüquqlarının pozulması kimi qiymətləndirirlər. Başqasına  mənsub niki götürmək, bu addımı atan 
adamın şüursuz olaraq daxilən həmin nikə uyğun gəlməyindən də xəbər verə bilər.  
Beləliklə, biz görürük ki, niklər barədə maraqlı faktlar çoxdur və onların hamısını eyni vaxtda sadalamaq çətin 
olar, lakin sonda bir şeyə ümid edək ki, niklər vasitəsilə özlərini virtual məkanın gizli sakinləri  hesab edənlər, 
yəqin ki, bu söhbətdən sonra özlərinə yeni nik seçəndə hər şeyi ölçüb-biçəcək və niklərin də bizim haqqımızda 
müəyyən informasiyalar verdiyini nəzərə alacaqlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
52 
 
 
 
 
Vüqar Haqverdiyev 
 
Azərbaycanda internet və onun sosial-psixoloji aspektləri 
 
İnternetin yaranmasında əsas rolu ötən əsrin 60-cı illərində ABŞ-ın Müdafiə Nazirliyinin hərbi məqsədlər üçün 
etibarlı rabitə sistemi yaratmaq qərarı oynamışdır. Nazirlik bu qərarın ıcrasını tabeliyində olan Perspektiv 
Tədqiqat Layihələri Agentliyinə (ARPA - Advanced Research  Projects Agency) həvalə etdikdən sonra 1969-cu 
ildə ARPA alimlərinin hazırladığı yeni texnologiya əsasında ABŞ-ın Yura Universiteti, SRİ (Stanford Research 
İnstitute – Stanford Elmi-Tədqiqat İnstitut), Los-Anceles və Santa-Barbarada yerləşən Kaliforniya 
Universitetləri arasında ARPANET adlanan kompyuter şəbəkəsi quruldu. ARPANET həmin dövrdə mövcud 
olan digər şəbəkələrdən fərqli olaraq rabitə xəttində hər hansı bir kompyuter sıradan çıxdıqda və ya digər 
problemlər yarandıqda öz fəaliyyətini nəinki dayandırmır, əksinə şəbəkənin qalan hissələri arasında on-line 
(qaynar xətlə) rejimində əlaqəni tam təmin edirdi. ARPANET-in bu üstünlüyünə görə artıq 1971-ci ildə ona 
qoşulan elmi-tədqiqat müəssisələrinin sayı 15-ə çatmışdı.  
İstifadəçilərinin sayı artdıqca ARPA öz tabeliyində olan digər PRNET (Packet Radio Net) və SATNET 
(Satellite Network) kompyuter şəbəkələrini ARPANET-ə qoşur və bununla da bugünkü internetin əsası olan -  
―şəbəkələr şəbəkəsi‖ əmələ gəlir. 1990-cı ildə Amerika hökuməti texniki cəhətdən köhnəlmiş ARPANET-i 
istismardan çıxardaraq interneti Milli Elm Fondunun (NSF) tabeçiliyinə verir. Bundan sonra internetin 
özəlləşdirilməsi və dinc məqsədlər üçün istifadəsi prosesinə başlanılır. Özəl sahədə şəbəkələrin sayı artdıqca 
proqramçılardan internetdən istifadə qaydalarını  maksimum sadələşdirən proqramlar yazmaq tələb olunurdu. 
Çünki həmin dövrlər internet səhifələri yalnız mətndən ibarət idi və şəbəkə xidmətlərindən istifadə edən  
istifadəçi bir neçə çətin proqram bilməklə yanaşı hər dəfə kompyuterin klaviaturasında xüsusi komandalar 
yığmağa məcbur olurdu. Bu problem 1990-cı illərdə İsveçrənin Avropa Nüvə Tədqiqatlar Mərkəzində (CERN) 
işləyən İngiltərəli fizik Tim Berners-Linin ideyası əsasında yaradılan World Wide Web (Ümumdünya Şəbəkə 
Toru) və ya qısaca WWW. internetin yeni informasiya xidməti ilə həll olundu. İnternet səhifələrə mətnlərdən 
əlavə qrafik, səs, multimedia, video elementləri və bir toxunuşla digər səhifələrə keçmək üçün hiperistinadlar 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə