Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə14/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
43 
 
"government-to-foreigner") da əlavə olunması məqsədəuyğun olar. Bu problemin həllinə isə hökumət internet 
saytlarında məlumat və xəbərlərin ana dilimizdən əlavə rus və ingilis dilində verilməsi  kömək edə bilər. 
Düzdür, bu məsələ dövlət qurumlarının saytları yaradılarkən nəzərdə tutulur, ancaq sonradan onun həlli 
istiqamətində işlər ya zəifləyir, ya da tamam unudulur. Bir çox saytların ingilis dili bölməsinə daxil olduqda, 
"Qurulmaqdadır (Under construction)" ifadəsi ilə rastlaşırıq.  
Məlumdur ki, hər yeni keyfiyyətə keçid bir sıra problemlər və çətinliklərlə üzləşir, bəzən isə ciddi krizislərlə 
müşayiət olunur. Çətinliklərə və mənfi fəsadlara rast gəlməmək üçün dövlətdən yeni mərhələyə keçid yollarını 
müəyyənləşdirən strategiyalar, proqramlar və onların uğurla həyata keçirilməsi üçün dəqiq tədbirlər planı 
hazırlamaq tələb olunur. E-hökumət dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələsi olduğu üçün  onun 
qurulması da problemsiz ola bilməz. Belə problemlərdən biri e-hökumət sisteminin qurulmasının və 
saxlanılmasının çox baha başa gəlməsidir. Çünki müasir İKT vasitələrinin qiyməti çox yüksəkdir, köhnələrin isə 
almağa dəyməz. Həm də burda söhbət təkcə İKT avadanlığının alınmasından getmir. Bu avadanlığın 
quraşdırılmasına, şəbəkədə əlaqənin yaradılmasına, onlara xidmət və nəzarət edən işçi qrupuna əmək haqqı 
verilməsinə xeyli maliyyə vəsaiti tələb olunur. Bu vəsaitlərin də demək olar ki, hamısının dövlət büdcəsindən 
ödəniləcəyini nəzərə alsaq, onda bütün dünyanı bürüyən iqtisadi böhran şəraitində bunun nə qədər çətin 
olduğunu başa düşmək olar. Ona görə də dövlət büdcəsinin səmərəli sərf olunması və çəkilən xərclərin özünü 
tam doğrultması üçün atılacaq addımlar qabaqcadan planlaşdırılmalı və iqtisadi cəhətdən əsaslandırılmalıdır. E-
hökumətin mahiyyətini, dövlət, vətəndaş, biznes münasibətlərində  əldə olunacaq nailiyyətləri nəzərə alsaq, 
onun qurulmasına çəkilən xərclərin özünü tam doğrultacağına inam yaranır. Çünki səlahiyyətli orqanlarla 
ünsiyyətdə, sənədləşdirmə, qeydiyyata alma, arayış vermə və digər proseslərdə maneçilik olmayanda, şəffaflıq 
və rahatçılıq olanda, biznesin, vətəndaşın işinin keyfiyyəti, gəliri və onlara müvafiq olaraq dövlət büdcəsinə 
daxil olan vergilərin həcmi də artır. Bundan əlavə, e-hökumətin bəzi xidmətlərini pullu etmək olar. Məsələn, 
müəlliflərlə şərtləri razılaşdırılmış şəkildə, intellektual mülkiyyət məhsulları olan elektron kitablar, proqramlar, 
audio, video fayllar və digər materiallardan ibarət iri verilənlər bazası yaradıla bilər və vətəndaş müəyyən 
məbləğdə pul ödəməklə istədiyi materialı elektron formada öz kompyuterinə yükləyə bilər.  
İkinci problem kadrlarla bağlıdır.  
İKT vasitələrinin hər hansı bir sahəyə tətbiqi həm də bu vasitələrdən düzgün istifadə etməyi bacaran 
mütəxəssislər tələb edir. E-hökumət özü bir texnoloji sistem olduğu üçün və onun mühafizəsini, etibarlığını, 
dayanıqlığını və vaxtaşırı təkmilləşdirilməsini təmin edən yüksəkixtisaslı kadrların yetişdirilməsi əsas 
məsələlərdən biridir. Bu məsələlərin həllinə orta məktəblərdə informatika fənnindən keçirilən dərslərin sayının 
və keyfiyyətinin artırılması, ali təhsil məktəblərində güclü proqramçıların hazırlanması üçün İKT-nin həm 
texniki, həm də nəzəri problemlərini öyrədən əlavə fənlərin daxil edilməsi, xarici ölkələrin İKT ilə bağlı elmi və 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
44 
 
istehsalat müəssisələrində təhsil və staj keçmə kurslarının təşkili köməklik edə bilər. Azərbaycan 
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə ABŞ, İsveç və  
digər ölkələrin informasiya texnologiyaları üzrə tanınmış müəssisələri ilə əldə edilmiş razılaşmaya əsasən, 
hazırda həmin təşkilatlarda azərbaycanlı gənclər təhsil alır və mütəxəssislər üçün vaxtaşırı ixtisasartırma 
kursları keçirilir. 
Üçüncü problem bürokratizmin müqavimətidir. Bu problemin həlli üçün, bəzi dövlət təşkilatlarının idarəyə 
yönlü fəaliyyətindən vətəndaşların ehtiyac və problemlərinin həllinə yönəlmiş fəaliyyətə keçidi zəruridir. Yəni 
dövlət məmurları öz fəaliyyətlərində yalnız öz daxili idarə maraqlarını deyil, həm də vətəndaşların və biznesin 
maraqlarını nəzərə almalı, onlara hökumət xidmətlərinin istifadəçisi kimi baxmalı, özlərinə sərf etməyən hər işə 
maneçilik törətməməli, zəruri olmayan iş və arayış üçün onları get-gələ salmamalı, aylarla gözlətməməlidirlər. 
Ümumiyyətlə, bəzən idarəçiliyinin problemi ayrı-ayrı adamlarda (bürokratlarda) deyil, bürokratik sistemin 
özündə olur. Hamıya məlumdur ki, bəzi arayış və ya sənədləri almaq necə müşkül məsələyə çevrilir. Gərək bir 
ay qabaqcadan növbəyə yazılasan, növbə vaxtı çatandan sonra isə təzədən bir ay da alacağın sənədi gözləyəsən. 
İnformasiya əsri olan XXI əsrdə bir günlük iş üçün iki-üç ay gözləmək dövrlə heç cür uzlaşmır. Bu müddət 
ərzində həm vətəndaşın işi, həm də əsəbləri pozula bilər.  Belə vəziyyət həm də korrupsiyaya, rüşvətxorluğa 
əlverişli şərait yaradır. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin «Sahibkarlıq fəaliyyəti 
subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» 25 
oktyabr 2007-ci il tarixli sərəncamına əsasən respublikamızda biznesmenlər,  sahibkarlar, vergi ödəyiciləri üçün 
tətbiq edilən "vahid pəncərə" sistemi bürokratiyaya qarşı mübarizədə nümunəvi misal ola bilər. Əsas 
məlumatları bir mərkəzdə cəmləşdirən, qeydiyyat üçün lazım olan proseduraların sayını azaldan və lisenziyaları 
mərkəzləşdirilmiş qaydada verən bu sistem vətəndaşların məmurlardan asılılığını minimuma yendirməyə, 
sahibkarların işini xeyli yüngülləşdirməyə, onların vaxtına və puluna qənaət etməyə xidmət edir. Bundan əlavə 
dövlət başçısının tapşırığına əsasən ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, nazirliklərdə aparılan 
islahatlar, icra hakimiyyəti orqanlarının Mərkəzləşdirilmiş İnformasiya Təminatı Sisteminin yaradılması 
bürokratiyanın aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. 
Dördüncü problem dövlət qulluqçularının İKT ilə işləməyə sosial-psixoloji və professional cəhətdən 
adaptasiyasındadır. E-hökumətdə sənəd və məlumatların kompyuterdə hazırlanması, təşkilatlar arasında 
əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsilə həyata keçirilməsi ilə bağlı olduğu üçün məmurların 
informasiya texnikaları ilə işləmək bacarıqlarının olması olduqca vacib şərtdir.  Artıq heç kimə sirr deyil ki, 
kompyuter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı vəzifə tapmaq şansı sıfıra 
bərabərdir. Hətta Rusiyada dövlət başçısı tərəfindən kompyuterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən 
azad edilməsi barədə təklif irəli sürülmüşdür. Çünki, informasiya texnikasından istifadə edə bilməyən, 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə