Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə15/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
45 
 
informasiyalaşdırma proseslərinin mahiyyətini baş düşməyən məmur, bu proseslərdə öz rolunu da çətin ki, başa 
düşə bilər. Belə məmurlar ya innovasiyanı qəbul edib, onların aktiv tətbiqinə çalışmalı, ya da ki, öz yerlərini 
innovativ ideyaları dərk edən daha perspektivli kadrlara verməlidirlər. 
Beşinci problem vətəndaş iştirakının zəif olmasıdır. Hər bir vətəndaş imkan dərəcəsində yaşadığı ölkənin 
həyatında aktivlik göstərməlidir. Dövlət hiss etməlidir ki, vətəndaşlar hökumətin fəaliyyətini izləyir, onunla 
maraqlanır, dövlətə inanır və ona böyük ümidlər bağlayır. E-hökumət özü vətəndaşların marağına, onların 
həyatının yaxşılaşdırılmasına hesablanmış, eyni zamanda hələ tam sınaqdan çıxmamış bir qədər yeni 
mexanizmdir. Hər yeni sistemin, mexanizmin, proqramın mənfi və müsbət cəhətləri isə onlardan istifadə 
prosesində daha aydın üzə çıxır. Çünki, ən mükəmməl hesab edilən sistem istifadə zamanı gözlənilməz çatlar 
verə bilər. Bir çox müəlliflər öz məhsulları barədə, onlardan istifadə edənlərdən öz rəy və təkliflərini verməyi 
xahiş edirlər və onların əsasında həmin məhsulları daha da təkmilləşdirirlər. Əgər vətəndaşlar aktivlik göstərib 
dövlət qurumlarının e-hökumət xidmətlərindən daima istifadə etsələr, öz rəy və təkliflərini həmin təşkilatlara 
bildirsələr, əlbəttə ki, bu qeydlər nəzərə alınar, onların əsasında e-hökumət sistemində  təkmilləşdirilmə işləri 
daha səmərəli aparılar. Yox əgər vətəndaşlar e-hökumətə biganəlik göstərsə, onun xidmətlərindən istifadə 
etməsə, onda bu sistem öz əhəmiyyətini itirər və iflasa uğrayar. Bu problemin həlli üçün hökumət öz 
növbəsində vətəndaş iştirakının stimullaşdırılmasına səy göstərməli, informasiya cəmiyyətinin üstünlüklərini 
əhaliyə çatdıran tədbirlər həyata keçirməli və müxtəlif layihələr hazırlananda vətəndaşların mənafeyini nəzərə 
almalıdır. RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin respublika səviyyəsində birgə 
keçirdikləri "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsi, İctimai TV-də hər həftə yayımlanan, RİTN-nin 
dəstəyi ilə keçirilən "Virtual rinq" intellektual oyunu, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya 
Texnologiyaları İnstitutunun təşkil etdiyi "İnformasiya cəmiyyəti" televiziya proqramı kimi digər tədbirlərin 
həyata keçirilməsi informasiya cəmiyyəti inkişafının stimullaşdırılmasında, əhalinin, xüsusən gənclərin 
maarifləndirilməsində, onların İKT ilə bağlı biliklərinin artırılmasında, vətəndaşların e-hökumət quruculuğunda 
iştirakının aktivləşdirilməsində mühüm rol oynaya bilər.   
Altıncı problem dövriyyədə və arxivdə olan sənədlərin kağız üzərindən elektron şəklinə salınması, onlara 
hüquqi statusun verilməsi, verilənlər bazasının yaradılması, hər təşkilatın özünün "elektron imzasının" təsdiq 
edilməsi və tanınmasıdır. Baxmayaraq ki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan 
Respublikasının Qanunu qüvvəyə minib, Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə 
xidmətlər göstərən mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi qaydaları təsdiq 
edilib və bir sıra digər tədbirlər həyata keçirilib, hələ ki, bu mexanizm tam qüvvəsi ilə işə düşməyib. Bunlardan 
əlavə ümumi, məxfi, idarələrarası, mütəxəssislər, məhkəmə və hüquq orqanları üçün nəzərdə tutulmuş sənədlər 
müəyyənləşdirilməli, onların istifadəyə verilmə qaydaları  dəqiqləşdirilməlidir.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
46 
 
Bununla da vətəndaşlar üçün ən böyük problemlərdən biri olan dövlət idarələrindən sənəd alınması prosesini 
xeyli yüngülləşdirmək olar.  
Yeddinci problem informasiya təhlükəsizliyinin təmin edilməsidir. Respublikamızda dövlət qurumlarının 
informasiya sistemləri formalaşdıqca, verilənlər bazası yaradıldıqca onların təhlükəsizliyini təmin etmək, 
hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyinin əsas şərtlərindən biridir. Dövlət 
informasiyasının təhlükəsizliyi və məxfiliyi fiziki, texniki, təşkilati, struktur, həmçinin heyəti seçimlə və digər 
təhlükəsizlik tədbirləri ilə təmin edilməlidir. Xüsusi informasiyalar müvafiq olaraq iş ehtiyacı, qanunverici və 
siyasi tələbatlarla əlaqədar  yalnız qeydiyyata alınmış təşkilatlar və istifadəçilər üçün açıq olmalıdır. Xüsusi 
informasiyalara giriş şərtləri müəyyənləşdirilməli və onlara icazə yalnız bu şərtlərə uyğunluq yoxlanıldıqdan 
sonra müstəqil komissiya tərəfindən verilməlidir. Hər elektron mübadilə olunan xüsusi informasiyanın sonradan 
qanunsuz istifadə olunduğu halda onun kim tərəfindən və nə vaxt alındığını müəyyənləşdirmək üçün onların 
mütləq qeydiyyatı aparılmalıdır. Bunlardan əlavə dövlət əhəmiyyətli məlumatların şəbəkə vasitəsilə düşmən 
qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə mənfi fəsadların baş 
verməməsi və qarşısının vaxtında alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir 
tipli müdafiə sistemləri quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi 
dəyərlərinə zidd saytlar bloklanmalıdır. Belə təhlükələrin qarşısının alınması beynəlxalq səviyyədə də birgə 
tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının  2001-ci ildə qəbul etdiyi "Kibercinayətkarlıq haqqında 
Konvensiya", 2003-cü ildə isə kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə 
olunan protokol məhz dövlətlərin informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan 
da 2008-ci il həmin Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır.  
Səkkizinci problem informasiya bərabərsizliyidir. İnternet şəbəkəsinin regionlar üzrə bərabər yayılmaması, 
rayonlarda, ucqar kəndlərdə internet şəbəkəsinin iri şəhərlərə nisbətən zəif  inkişaf etdirilməsi, orda yaşayan 
əhalinin qlobal şəbəkənin geniş imkanlarından tam yaralanmağa imkan vermir. Elektron hökumətin əsas 
prinsiplərindən biri vətəndaşlara ölkənin hər nöqtəsindən internetə girişi təmin etməkdir. Ona görə də bütün 
respublika ərazisinin informasiya infrastrukturunun inkişaf etdirilməsi, internet provayderlərə, serverlərə hər 
bölgədə xidmət göstərməyə əlverişli şəraitin yaradılması informasiya bərabərsizliyini aradan qaldırılmasında 
əsas rol oynaya bilər. Qeyd edək ki, informasiya bərabərsizliyi problemi o qədər ciddidir ki, BMT onu 
yoxsulluqla mübarizə kontekstində həll edir. Çünki, yoxsul adamın pulu yalnız yemək içməyinə güclə çatdığı 
üçün, onun istədiyi digər şeyləri, o cümlədən İKT vasitələri almağa və internetdən istifadə etməyə  imkanı 
olmur. Ona görə də yoxsulluğun azaldılması elə rəqəmli bərabərsizliyin də aradan götürülməsinə səbəb ola 
bilər. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilmiş respublikamızda yoxsulluğun azaldılması, 
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı  və yuxarıda adı çəkilən təhsil sisteminin informasiyalaşdırılması 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə