Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə23/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   19   20   21   22   23   24   25   26   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
64 
 
nail olur, mütəxxəsisə çevrilir. Blogların üstün cəhətləri ilə yanaşı bəzi çatışmamazlıqları da var. Məsələn, 
blogda yazı yerləşdirən jurnalist mövzusuna uyğun şəkil seçərkən mütləq ölçü amilini nəzərə almalıdır. Çünki 
170 kb – dan artıq olan şəkilləri blogda yerləşdirmək mümkün deyil. Bu da təbii olaraq şəkilin keyfiyyətinə təsir 
edən amillərdən biridir. Digər bir məsələ isə bloglarda şrift problemidir. Bəzi şriftlər var ki, onlardan istifadə 
zamanı Azərbaycan dilində olan hərflər elektron səhifədə səliqəsiz dərc olunur. Bu da oxucuda jurnalist 
haqqında zövqsüzlük təəssüratı yaradır. Azərbaycan internet məkanında bugünə kimi yalnız ―azeriblog.com‖ 
bizlərə blog yaratmaq üçün şərait yaradırdısa, artıq bu sıraya ―azersayt.com‖ - u da əlavə edə bilərik. Bu ondan 
xəbər verir ki, inkişafda olan müasir texnologiya bizlərə gələcəkdə daha çox informasiya əldə etmək və ötürmək 
imkanı yaradacaq.  
 
Ürfan MƏMMƏDLİ 
 
Elmi rəhbər: f. e. n. Əliyev Rövşən Ramiz oğlu   
 
 
http://media-info.azeriblog.com/2009/04/17/azerbaycanda-internet-jurnalistikasinin-inkishafi-ve-bloglar-
medeniyyeti 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
65 
 
 
 
 
 
Ġnternet jurnalistikası, oxucu problemi, professor Meyer və Məmməd kiĢi 
 
 
 
Ötən gün elektron poçtuma daxil olan bir xəbər məni heyrətə salmasa da düşündürdü. Gələn məktubda 
Amerikanın ―Christian Science Monitor‖ adlı qəzetində yer alan bir xəbərdən söhbət gedirdi. Ərinmədim, 
açdım qəzetin internet versiyasını… Çünki, məktubda yazılan reklam xarakterli cümlələr ilk anda diqqətimi 
çəkmişdi: 
 
―1964-cü ildə yeniyətmələrin 81 faizi qəzet oxuyurdusa, 2004-cü ildə bu rəqəm 52 faizə qədər azalıb. Belə 
davam etsə, bir neçə on ildə qəzet oxuyan heç kim qalmayacaq‖ 
 
Bu sətirləri oxuyub daha əvvəl yazdığım məqalələrdən birini xatırladım. O yazıda da Azərbaycanda qəzetlərin 
oxucu tapmaqdakı çətinliklərinə ötəri də olsa nəzər salmağa çalışmışdım. Ötəri bir gülümsəməylə Amerikanın 
da artıq Azərbaycana oxşamağa başladığını düşünməyə başlayırdım ki, həmin xəbərin tam mətnini oxuduqdan 
sonra vəziyyətin tamam fərqli olduğunu başa düşdüm. 
 
―Christian Science Monitor‖ qəzetində yer alan ―Newspapers struggle to avoid their own obit‖ başlıqlı xəbərdə 
amerikalı jurnalistika professoru Philip Meyer dəyir ki, artıq xüsusilə gənclər internet qəzetlərini oxumağa 
meyllidir. Bunun nəticəsində də çap qəzetlərini oxuyanların sayı gündən-günə azalır. Oxucu dairəsi daralan çap 
qəzetlərinə bir gün rastlaşmama ehtimalını qorxaraq və qorxudaraq vurğulayan professor Meyerin bu fikrinə 
qarşı çıxmaq üçün olduqca samballı arqumentlər gətirmək olar. Amma mövzunu ―internet çap mətbuatını 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
66 
 
öldürəcəkmi?‖ sualına cavablarla məhdudlaşdırmaq istəməzdim. Əksinə, istərdim ki, ənənəvi qəzetlərə təhlükə 
olaraq görülən və çoxlarının həyəcan təbilini çalmağa başladığı bir vaxtda ölkəmizdə internet mediasının hansı 
vəziyyətdə olduğuna baxaq və beləcə internetin gətirdiyi fürsətlərdən nə dərəcədə faydalanıb, təhlükələrindən 
də nə dərəcədə yayına bildiyimizi görək. 
 
Ölkə mətbuatının internetlə gəc tanış olması bilinən bir həqiqətdir. Dünyada gedən təxnoloji inkişaf prosəsindən 
hələ da dalda qaldığımız da heç kimə sirr deyil. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bəzi aparıcı 
qəzetlərimiz artıq internet vasitəsilə də fəaliyyət göstərir. Başqa sözlə çap mətbuatı onlayn variantlarını 
yaradaraq elektronik məkanda da öz oxucusunu itirməmə mübarizəsi vərir. Amma… 
 
Amma bütün məsələ çap mətbuatının internet variantlarının nə qədər təsirli olub –olmamasından ibarət deyil. 
Tam əksinə əsl məsələ internet qəzetlərinin və internet jurnalistikasının Azərbaycanda inkişafıdır. Bu inkişaf 
jurnalistikamız üçün əhəmiyyət kəsb edən bir mövzudur, çünkü milli mətbuatımızın hələ də sadiq oxucuya 
çevirə bilmədiyi müəyyən təbəqə alternativ mətbuat axtarışındadır. Heç şübhəsiz bu axtarışın cərəyan etdiyi 
məkanlardan biri də internet olmaqdadır. Elə bu baxımdan da, alternativ axtarışlara vərə biləcəyimiz alternativ 
cavablarımız məhdud olduğu üçün çox geridə olduğumuzu söyləmək mümkündür. 
 
Xatırlayırsınızsa, Bill Klintonun kreslosunu silkələyən Monika skandalı məhz bir internet saytı vasitəsilə ortaya 
çıxmışdı. 2003-cü il prezidənt səçkilərində Azərbaycan müxalif mətbuatının ən çox müraciət etdiyi xəbər 
mənbələrindən biri də Türkiyədə yaradılmış bir internet qəzetiydi. 
 
Sırf bu iki örnək internet mediasının hansı potensiala malik olduğunu göstərir. Bəs Azərbaycanda… 
 
Səhv etmirəmsə bizim ilk internet qəzetimiz Xəbər.net olmuşdu. Amma bu saytın bəlkə də ən mənfi cəhəti çap 
mətbuatında yer alan informasiyanı olduğu kimi elektronik məkana köçürməsiydi. Elə ―xəbər.net‖in ardından 
yaradılan bir nəçə layihə də eyni yola davam ədib, çap mətbuatının yığma elektronik variantından irəli gedə 
bilmədi. Daha sonra internet gəzintisi zamanı rastladığım başqa-başqa saytlar da internet qəzeti adını ala 
bilmədilər. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
67 
 
 
İndi problemin adını qoya bilərik. Yuxarıda fikirlərinə yer verdiyim professor Meyerin toxunduğu problem 
fərqli olsa da, (hətta problemin səbəbləri haqqında da bambaşqa bir mövzuya toxunsa da), Azərbaycan internet 
məkanında yaşadığımız problemin mahiyyəti tamam başqadır. Bizdə çatışmayan internet jurnalistikasıdır. Yəni, 
jurnalistika praktikasının bütün mərhələlərindən keçib yalnız oxucuyla görüş məkanı baxımından fərqlənən bir 
janrın yoxluğunu aşıq-aşkar hiss edirik. Söz yox, son vaxtlarda bu bədbinliyi ortadan qaldıran təşəbbüsləri də 
qeyd etmək lazımdır. Rus dilində ―Day.az‖ və Azərbaycan türkcəsində ―Media Forum‖ saytları internet 
jurnalistikası baxımından ilk örnəkləri təşkil edir. Xüsusilə ―Media Forum‖ saytının artıq özünəxas bir üslub və 
araşdırma xəttinə sadiq qalması, bundan əlavə digərlərindən fərqli olaraq çap mətbuatına istinad etməkdənsə 
artıq çap mətbuatına mənbə olmasını Azərbaycan internet jurnalistikası baxımından sevindirici bir işarət 
saymaq olar. Amma təbii ki, problemlər də olduqca çoxdur və indilik biz bu problemlərin tədricən həll 
olunacağını ümid edə bilərik. Çünki, problem internet jurnalistikası ilə məşğul olacaq professionalların varlıği 
və onların bu işin öhdəsindən gəlib-gəlməmə bacarığı ilə məhdud deyil. Kaş belə olsa… Başqa sözlə, professor 
Meyerin fikirlərinə qayıdıb internetin Azərbaycan jurnalsitikası və mətbuatı üçün oxucu problemi yaradıb 
yaratmadığına baxsaq, onda görərik ki, əcnəbini çap mətbuatından uzaqlaşıran səbəblə Məmməd kişini çap 
mətbuatına yaxın qoymayan səbəblər bambaşqadır. Daha Məmməd kişinin komputəri olub-olmadığını 
dəmirəm… 
 
Rizvan Qənbərli 
 
http://www.jurnalistler.com/meyer/ 
 
 
 
 
 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə