www.kitabxana.net
– Milli Virtual Kitabxana
88
Beləliklə, məlum olur ki, Azərbaycanda internet mediasının həm də məhkəmə problemi var. Daha doğrusu,
ölkədə müstəqil və ədalətli məhkəmənin olmaması faktı informasiya cəmiyyətinin bir parçası olan internet
subyektləri üçün də təhlükə mənbəyidir. Eyni zamanda siyasi hakimiyyətin xarakteri internet mediasının
inkişafında özünü ciddi şəkildə göstərir.
―Day.az‖ saytının təsisçisinin dəyişməsi ilə müşayiət olunan bir neçə günlük dayanma kimi faktlar,
hakimiyyətin, onun ayrı-ayrı məmurlarının bütövlükdə media üzərindəki avtoritar nəzarətinin həm də internet
mediasının məzmununa aid olması, hakimiyyət üçün ―arzuolunmaz‖ saytlara texniki xarakterli hücumlar,
ümumiyyətlə, saytların texniki baxımdan müdafiəsizliyi hər kəs tərəfindən dilə gətirilməsə də, hamıya məlum
olan gerçəkliklərdir.
Yuxarıda sadaladığımız problemlərin bir çoxu ilə internet mediasının təmsilçiləri də razılaşırlar. Onların
əlavələri də var.
―Lent.az‖ saytının baş redaktoru Qabil Abbasoğlunun sözlərinə görə, Azərbaycanda internetin texniki, iqtisadi
şərtləri, infrastrukturu ilə bağlı çox ciddi problemlər var və bu sahəyə texniki-praktik yardım göstərən qurum
mövcud deyil: ―Sağlam kabeldən tutmuş tariflərə qədər internet medianın inkişafına mane olan çox ciddi
problemlər var və bunlar tənzimlənmir. Dövlət internet mediasına yardım etmir.
―APA.az‖ saytının rəhbəri Vüsalə Mahirqızı isə saytların texniki təchizatının zəifliyi ilə yanaşı, internetdə
müəllif hüquqlarının pozulmasından şikayətçidir: ―Müəllifin internetdə hüququ pozulur, plagiat olur və yaxud
onun imzasından istifadə olunmur, xəbərləri oğurlanır. Müəllif bunu heç bir formada qanunla tənzimləyə bilmir.
Çünki ―Müəllif hüquqları haqqında‖ qanunda internetdə gedən yazılarda müəllif hüquqlarının necə qorunması
ilə bağlı heç bir müddəa yoxdur‖.
―Anspress.com‖ saytının baş redaktor müavini Kəmalə İsgəndərova və ―Musavat.com‖ portalının redaktoru
Xalid Kazımlı da texniki problemlərə diqqət çəkirlər.
―Qaynar.info‖ saytının rəhbəri Zahir Əzəmət isə internetin nəzarət altına alınması prosesinin artıq başladığını
deyir və bundan narahatlığını ifadə edir: ―Son günlərdə Ədliyyə Nazirliyində internet orqanlarını qeydiyyata
almırlar. Biz bugünlərdə başqa bir saytımızı qeydiyyatdan keçirmək istədik, qeydiyyata almadılar. Dedilər,
internet vasitələri media deyil. Amma əvvəllər belə münasibət yox idi. Bu ona işarədir ki, sistemli şəkildə
interneti bir əldə cəmləməyə, belə demək mümkünsə, Mətbuat Şurasının başqa formasını yaratmağa çalışırlar‖.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
89
Z.Əzəmət internetin sürəti, qiyməti, internet jurnalistikasının peşəkarlığı kimi problemlərin də mövcudluğunu
dilə gətirir: ―Azərbaycanda internetin surəti qonşu Gürcüstandan 10 dəfələrlə aşağıdır. Ona görə sürəti zəif
saxlayırlar ki, internet televiziyalar, radiolar yaranmasın. İndiki mövcud sürət buna imkan vermir. Amma indi
təzyiqlər var, sistem böyüyür. Məcburdurlar ki, internetin sürətini artırsınlar. Sürət artacaqsa, istər-istəməz
internet üzərindən azad televiziyalar yaranacaq, canlı yayımlar gedəcək, radiolar fəaliyyətə başlayacaq. Bundan
qorxurlar və ona görə də hansısa şəkildə tənzimləməyə çalışırlar‖.
Ekspertlərin və internet mediasının təmsilçilərinin dediklərindən ortaya çıxan mənzərə budur ki, Azərbaycanda
bu sahənin özünün çox ciddi problemləri var. Bu problemləri necə həll etməli? İnternet mediasını
tənzimləməlimi? Necə tənzimləməli? MTRŞ-in təklif etdiyi tənzimləmə metodu internet mediasının inkişafına
nə dərəcədə xidmət edə bilər? Azərbaycanda hakimiyyətinin internet mediasını tənzimləmək istəyi bu sektorun
təmsilçilərini niyə narahat edir?
Dünya təcrübəsinin təhlili, ekspertlərin yerli qanunvericilikdən gətirdikləri misallar, internet mediası
təmsilçilərinin bitib-tükənməyən şikayətləri göstərir ki, bu sahədə tənzimləməyə ehtiyac var. Söhbət Milli
Teleradio Şurasının təklif etdiyi, Əli Həsənovun timsalında siyasi hakimiyyətin dolayı yolla dəstəklədiyi
cilovlamadan yox, internet mediasının inkişafına imkan yaradan nizamlamadan gedir.
Nizamlama necə olmalıdır?
―Lent.az‖ saytının baş redaktoru Qabil Abbasoğlu hesab edir ki, Azərbaycanda internetin özünü tənzimləmək,
qaydaya salmaq, onun texniki, iqtisadi şərtlərini, infrastrukturunu düzəltmək lazımdır: ―İnternet mediasının
tənzimlənməsi isə yalnız bu sektora dəstək şəklində ola bilər. Əvvəla, internet mediasının fəaliyyətinin
yaxşılaşdırılması istiqamətində zəruri olan bütün qanunvericilik aktları, sənədlər, təkliflər, əlavə və düzəlişlər
qəbul edilməlidir. İkincisi, Azərbaycanda internet mediasının fəaliyyətinə praktik olaraq yardım edə biləcək
texniki-iqtisadi infrastruktur yaradılmalıdır. Üçüncüsü, dövlət internet mediasına vaxtında yardımlar etməlidir‖.
―Anspress.com‖ saytının baş redaktor müavini Kəmalə İsgəndərova da bu fikirdədir ki, internet mediasının
dəstək xarakterli tənzimləməyə ehtiyacı var: ―Amma tənzimləmə senzura xarakterli olacaqsa, informasiyanın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
90
azadlığının qarşısını alacaqsa, azad mətbuatın əleyhinə yönələcəksə, yeni məhdudiyyətlər qoyulacaqsa, bu,
qəbuledilməzdir‖.
―1news.az‖ saytının baş redaktoru Günel Həsənova özünütənzimləmə dedikdə məsələyə daha çox məsuliyyət
anlayışı ilə yanaşma təklif edir. Amma belə anlaşılır ki, o, məsuliyyət deyəndə tənqidi materiallara senzura
tətbiqini nəzərdə tutur: ―Biz başa düşməliyik ki, internet geniş məkandır. Ona görə də gərək internet məkanında
Azərbaycan barədə düzgün xəbərlər yerləşdirilsin, olan problemlərə də tənqidi istiqamətdə yox, onların həlli
nöqteyi-nəzərindən yanaşılsın. Buna biz redaktorlar nəzarət etsək, yaxşı olar‖.
―Vesti.az‖ saytının baş redaktor müavini Mətin Yaşaroğlu da daha çox özünütənzimləmədən yanadır. Onun
fikrincə, internet mediasına hansısa nəzarət mexanizmləri tətbiq etmək, hansısa qaydalar qoymaq effektiv də
deyil, faydalı da deyil: ―Azərbaycanda internet mediasında çalışan insanlar bilməlidirlər ki, Azərbaycanda
yaşayırlar və professionallıqla yanaşı, milli həssaslıqları da nəzərə almalıdırlar. Məsələn, Ermənistanla bağlı
xəbərlərdə obyektivliklə yanaşı, həm də azərbaycanlı olduqlarını unutmamalıdırlar. Qalan məsələlər isə
qanunvericiliklə həll olunur. Məsələn, kiminsə şəxsi həyatı barədə onun özünün icazəsi olmadan hansısa
xəbərin yayılmasına görə hüquqi məsuliyyət qəzet üçün necədirsə, internet üçün də elədir. Dəqiqləşdirilməmiş,
dövlət sirri olan, təhqiramiz yazılarla da bağlı qanunvericilik mövcuddur. Bu baxımdan xüsusi tənzimləyici
mexanizmlərə ehtiyac görmürəm‖.
―Qaynar.info‖ saytının baş redaktoru Zahir Əzəmət saytların, portalların qeydiyyata alınmasını təklif edir:
―Bloqlar onsuz da bütün dünyada KİV subyekti kimi qəbul olunmur. Saytlarda, portallarda çalışan jurnalistlərin
isə digər KİV-lərdə çalışan jurnalistlərdən heç bir fərqi yoxdur. Ona görə də bu subyektlər KİV orqanı kimi
qəbul olunmalı, fəaliyyəti də müvafiq qanunla tənzimlənməlidir. Amma xüsusi nəzarət mexanizmi tətbiq
edilməməlidir‖.
―Azəri-Press‖ Agentliyinin rəhbəri Vüsalə Mahirqızının fikrincə, mövcud olan qanunvericilikdə internet
mediasına subyekt olaraq imkan və hüquqlar tanımaqla bu sahəni tənzimləmək lazımdır, başqa şəkildə
nizamlamaya isə ehtiyac yoxdur: ―KİV, müəllif hüquqları haqqında qanunlarda, Cinayət Məcəlləsində
internetin ciddi faktor kimi nəzərə alınması kifayət edər, əlavə tənzimləmə mexanizmlərinə ehtiyac yoxdur‖.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internet mediasına dövlət nəzarətindən daha çox, bir
sıra demokratik dövlətlərdə olduğu kimi, qeyri-hökumət nəzarətinin və özünütənzimləmə mexanizminin
tərəfdarıdır: ―Məsələn, internet mediası adına iddia edənlərin könüllü qeydiyyatı məsələsini qaldırmaq olar.
Bunun üçün müəyyən parametrlər də müəyyənləşdirilə bilər – məsələn, saytın təsisçisinin, jurnalist
komandasının, ünvanının, koordinatının bilinməsi, özünün informasiya istehsalı ilə məşğul olması, interaktiv
rejimdə fəaliyyət göstərməsi kimi şərtlər qoyulması mümkündür. Amma bu qeydiyyat könüllü olmalıdır.
Dostları ilə paylaş: |