Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə32/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
91 
 
İnternet mediası özü-özünü tənzimləməlidir və üzərindəki nəzarət də inzibati yox, ictimai xarakterli olmalıdır. 
Qanunazidd məqamlarla bağlı isə xüsusi qurum yaratmağa ehtiyac yoxdur, qanunvericilik bu məsələləri həll 
edir‖.  
O.Gündüz hesab edir ki, internet mediasının inkişafı ilə bağlı müzakirələr olmalıdır: ―Mən Mətbuat Şurasının 
sədri ilə də bu məsələni müzakirə edəcəm. Dövlət internet mediasına dəstək verməlidir. Yaxud KİV üçün 
nəzərdə tutulan dəstək internet mediasını da əhatə etməlidir‖. 
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı da özünütənzimləmə tərəfdarıdır. Onun fikrincə, dövlət 
istəsə də internet mediasını cilovlamaq mümkün deyil: ―Çünki internet mahiyyətcə elə qurulub ki, onun 
tənzimlənməsinə çalışmaq effektiv deyil və hətta zərərlidir. Tutaq ki, Azərbaycanda hansısa radio internetdən 
yayımlanır. Əgər o Azərbaycandan yayımlanırsa, belə çıxır ki, Milli Teleradio Şurasından lisenziya almalıdır. 
Tutaq ki, Milli Teleradio Şurası lisenziya vermədi. O zaman həmin radio materiallarını rahat şəkildə Çexiyaya 
göndərib ordan yayımlamaq olar. Bunu qadağan etməyə isə Milli Teleradio Şurasının səlahiyyəti və texniki 
imkanı olmayacaq. O zaman nə olacaq? Bu səbəbdən də daha çox özünütənzimləmə üsulundan faydalanmaq 
lazımdır. İnternetin həm texniki, həm də məzmun olaraq özünü tənzimləməsi barədə düşünmək olar. Ölkəyə 
gətirilən internet üzərindən inhisar qaldırılmalıdır. İnternetin texniki bazasını tənzimləmək üçün müstəqil qurum 
yaradıla bilər. Başqa ölkələrdə bu var. Məsələn, Gürcüstanda telekommunikasiya ilə bağlı xüsusi komissiya var 
ki, həm inhisara qarşı mübarizə aparır, həm də ədalətli şəkildə texniki məsələlərin həllinə nəzarət edir. 
Azərbaycanda da bu həyata keçirilməlidir. Məzmunla bağlı məsələdə isə provayderlərin rolu o ola bilər ki, 
müəyyən olunmuş qaydalarla, məhkəmə qərarı əsasında hansısa məzmunu çıxarsınlar. Məzmunu yaradan və 
yayanların özünütənzimləməsinə gəlincə, onlar da bir araya gəlib müəyyən etik prinsiplər müəyyənləşdirə 
bilərlər‖.  
Yeri gəlmişkən, qeyd edək ki, bu təcrübə Türkiyədə artıq var. Bir sıra internet portalının rəhbərləri birləşərək 
İnternet Jurnalistləri Dərnəyi yaradıblar. Həmin dərnək qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir və bu 
sektorla bağlı müzakirələrdə effektiv fəaliyyət göstərə bilir.  
Q.Abbasoğlu Azərbaycanda da internet mediası təmsilçilərinin bir araya gəlib, öz problemlərini müzakirə 
etməsinə, konkret təkliflər irəli sürməsinə ehtiyac olduğunu deyir: ―Mən bildiyim qədər, Milli Teleradio Şurası 
təklif edir ki, internet mediasını sadəcə media olaraq qəbul etmək və nəzarət mexanizmi yaratmaq lazımdır. 
İnternet mediasının fəaliyyət formasını da təxminən elektron KİV-ə yaxın hesab edirlər. Amma burda xeyli 
aydınlaşdırılmalı məsələ var. Tutaq ki, mənim bu məsələyə baxışım Milli Teleradio Şurasından fərqlənir. 
Görünür, bu baxışları bir araya gətirmək, uyğunlaşdırmaq, yaxud hansının doğru, hansının yanlış olduğunu 
müəyyən etmək üçün tək Milli Teleradio Şurası ilə deyil, bütövlükdə Azərbaycanda internet mediasını təmsil 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
92 
 
edənlərin iştirakı ilə müzakirələr açmaq lazım gələcək. Biz əvvəl öz problemlərimizə nəzər salmalı, öz 
baxışlarımızı müəyyənləşdirməliyik‖.  
 
İnzibati tənzimləmə effektiv deyil 
 
İnternetin tənzimlənməsi üzrə dünyadakı mexanizmləri araşdıran türkiyəli mütəxəssis Yaman Akdəniz isə hesab 
edir ki, nizamlamadan öncə risklərin analizi aparılmalı və potensial təhlükələr müəyyənləşdirilməlidir: 
―Problem nədir – dövlət əvvəl bu suala cavab tapmalı, həmin cavabı cəmiyyətə açıqlamalı, təhlükənin reallığına 
cəmiyyəti inandırmalı, sonra mexanizmlərdən danışmalıdır. Sizin dövlətin təmsilçilərinin ifadə etdiyi kimi, 
söhbət internet mediasında təhqirin, böhtanın, qanuna uyğun olmayan materialların önünü almaqdan gedirsə
bunun yolları ölkənin qanunvericiliyində var. Onun üçün xüsusi tənzimləməyə ehtiyac yoxdur. Çünki 
tənzimləmə olduğu zaman mütləq nəzarət mexanizmi olur. İnternetdə isə belə mexanizmlər işə yaramır‖. 
 
Azərbaycan internet mediasının təmsilçiləri də eyni fikirdədirlər. Z.Əzəmət hesab edir ki, niyyət varsa, 
bağlanan saytı başqa bir server üzərindən yayımlamaq olduqca asandır: ―Bir yerdən giriş bağlanacaqsa, gedib 
başqa bir serverdə yeni adla yeni sayt açacaq. Biri Kanadada oturub Azərbaycan dilində sayt yaradacaq. Burdan 
ona hansı qanunu tətbiq edəcəksən, Kanada yoxsa, Azərbaycan qanununu? Və ya biri Almaniyada internet 
televiziyası, radiosu yaradacaq. Buna hansı qanunu tətbiq edəcəksən?‖ 
V.Mahirqızı da oxşar sözlər deyir: ―O sahələr lisenziyalaşdırılır ki, müəyyən maddələr pozulduqda ona sanksiya 
tətbiq etmək mümkün olsun. Tutaq ki, mən internetdə radio və ya televiziya açmışam. Lakin heç bir lisenziya 
almamışam, bu da Milli Televiziya və Radio Şurasının xoşuna gəlmir. Şura hansı formada sanksiya tətbiq 
edəcək? Saytımı bağlayacaq? Axı bunun yolu yoxdur. Üstəlik, Azərbaycanda internet mediası elə bir struktura 
malik olmayıb, formalaşmayıb ki, onun tənzimlənməsindən danışaq. Dünyada internet mediasının 
tənzimlənməsi deyilən bir mexanizm yoxdur. Biz niyə tələsirik?‖ 
 
―Hakimiyyət tənzimləmə adı altında internet mediasını cilovlamaq istəyir?‖ 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
93 
 
Beləliklə, rəylərdən də göründüyü kimi, internet mediasının tənzimlənməsi təşəbbüsü hamıda şübhə, narahatlıq 
və suallar yaradır. ―İnternet mediasını tənzimləməlimi‖ sualına kimsə birmənalı şəkildə ―hə‖ cavabı vermir. 
Çünki kimsə təklif olunan tənzimləmənin internet mediasının inkişafına xidmət edəcəyini düşünmür.  
V.Mahirqızı hesab edir ki, internet mediasına qadağalar tətbiq etmək, ―bu yazılsın, o yazılmasın‖ demək, 
internet televiziyasının, radiosunun yaradılması üçün hansısa qurumun lisenziya verməsi kimi məsələlər internet 
mediasının inkişafına mənfi təsir göstərə bilər: ―Bu cür tənzimləmə yolverilməzdir‖. 
Q.Abbasoğlu da eyni fikirdədir: ―Şübhəsiz, ölkə qanunvericiliyinin müəyyən tələbləri var ki, internetdə onların 
pozulmasına kimsə əngəl olmaq istəməz. Söhbət terrorçuluqla, pornoqrafiya, uşaq istismarı və bu kimi hallarla 
mübarizə kontekstində bütün dünyada qəbul olunan və bizdə də həyata keçirilən tədbirlərdən gedir. Amma bunu 
bəhanə edib internetin media olaraq fəaliyyətinə, informasiya siyasətinə maneə törədiləcəksə, nəzarət cəhdi üzə 
çıxacaqsa, bu sektoru yönləndirməyə çalışacaqlarsa, internet mediası buna münasibət bildirməli olacaq‖. 
―Musavat.com‖ portalının redaktoru Xalid Kazımlı Milli Teleradio Şurasının təklif etdiyi tənzimləmədən 
narahatlığını siyasi hakimiyyətin ölkədə söz azadlığını məhdudlaşdırmaq istiqamətindəki sistemli addımları ilə 
izah edir: ―Son illər ölkədə azadlıqların məhdudlaşdırılması prosesi sürətlə gedir, o cümlədən insanların azad 
informasiya almaq imkanları məhdudlaşdırılır. Televiziyalar tam inhisardadır, qəzetlər kifayət qədər boğulub, 
bir az açıq qalan yer internet mediasıdır. Ona görə də indi internet mediasını buxovlamağa, boğmağa çalışırlar‖.  
―Qaynar.info‖ saytının baş redaktoru da bu fikri bölüşür: ―İnternet jurnalistikasını ənənəvi jurnalistikadan 
ayırmaq cəhdinin arxasında başqa məqsədlər dayanır. Hakimiyyət interneti yayım orqanı kimi ayırıb nəzarətdə 
saxlamaq, yeri gələndə onu bağlamaq, kiməsə təzyiq vasitəsi kimi istifadə etmək üçün tənzimləmə təklif edir. 
Bu təşəbbüs internet mediasını nəzarətə almaq xarakteri daşıyır. Televiziyaları, yazılı mətbuatı tamamilə nəzarət 
altına alıblar, bu sistemi internetə də tətbiq etmək istəyirlər. İnternetdə bir-iki azad söz ocağı var, onları da 
susdurmağa çalışırlar‖. 
―İREX-Azərbaycan‖ media təşkilatının hüquqşünası Ələsgər Məmmədli hökumət qurumlarında olan insanların 
tənzimlənmə deyəndə nəzarəti nəzərdə tutduqlarını düşünür və bunu yolverilməz sayır. Ə.Məmmədlinin 
sözlərinə görə, Azərbaycanda internetin filtrasiyası Milli Təhlükəsizlik Nazirliyinin nəzarəti altındadır və əlavə 
xüsusi qurum yaratmağa və ya hansısa quruma səlahiyyət verməyə ehtiyac yoxdur.  
R.Hacılı da Milli Teleradio Şurasının tənzimləmə təşəbbüsünün daha çox nəzarət mexanizminə əsaslandığını, 
bununsa dünyada qəbul olunmuş qaydalara və demokratik normalara uyğun olmadığını deyir.  
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə