Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə30/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   26   27   28   29   30   31   32   33   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
85 
 
Mütəxəssislərin bu fikirlərini müəyyən mənada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 
nümayəndəsi də bölüşür. Nazir müavini Rüfət Gülməmmədov deyir ki,  Azərbaycanda internet mediasının 
tənzimlənməsi sahəsində problem yoxdur: ―Açığı, mən bilmirəm, söhbət  nəyi tənzimləməkdən gedir. 
Avropanın belə internet mediasının tənzimlənməsi ilə bağlı standartı yoxdur. Hansı addımları atacaqlar, 
təklifləri nədir  - məlum deyil.  
Azərbaycan internetin qlobal problemləri ilə məşğul olmur. Bunu müəyyənləşdirən böyük dövlətlər var. Hətta 
bu yaxınlarda informasiya cəmiyyəti üzrə dünya sammitində də bu məsələ müzakirə olundu və ortaq məxrəcə 
gəlinmədi. Çünki interneti tənzimləmək mümkün deyil.  Əgər Avropada, dünyada hansısa standartlar qəbul 
olunarsa, biz də baxarıq, məqbul saysaq, həyata keçirərik. Hazırda mən Azərbaycanda buna ehtiyac görmürəm. 
İnternetdə təhqirə, qanun pozma hallarına gəlincə, bunun da həlli yolları var. Nə fərqi var ki, adam qanunu 
harda pozub – qəzetdə, ya saytda? Cinayət Məcəlləsinin müvafiq maddələri var, tədbirlər görülə bilər‖. 
Belə məlum olur ki, hələlik Milli Teleradio Şurasını çıxmaqla istər rəsmi qurumlar, istər də mütəxəssislər 
internet mediası ilə bağlı ciddi təhlükənin olduğunu düşünmürlər və onun tənzimlənməsinə ehtiyac duymurlar. 
Digər maraqlı tərəf – internet mediasının təmsilçiləri nə düşünürlər? Bu sualın cavabına keçməzdən əvvəl 
Azərbaycanda internet medianın durumu barədə qısa statistik məlumatlara nəzər salaq. 
 
Azərbaycanda internet mediasının real durumu 
 
Ölkəmiz internetlə  1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media 
resursları yaranıb. Bunlar qəzetlərin internet versiyaları olub. Azərbaycan İnternet Forumunun məlumatına görə, 
hazırda ölkədə 100-yə yaxın internet media resursu fəaliyyət göstərir, amma onlardan təxminən 50-ni internet 
media üçün qəbul olunmuş parametrlərə uyğun hesab etmək olar. Əksər populyar qəzetlərin və informasiya 
agentliklərinin saytları var.  
Azərbaycan İnternet Forumu cəmi 10-15 saytın  internet auditoriyasına təsir göstərdiyini qeyd edir. Bunların 
arasında ―Lent.az‖ , ―Day.az‖, ―Anspress.com‖, ―Mediaforum.az‖, ―APA.az‖, ―Musavat.com‖, 
―News.bakililar.az‖, ―1news.az‖, ―Novosti.az‖, ―Aze.az‖, ―Vesti.az‖, ―Azadliq.org‖ saytları önə çıxır. 
―Qaynar.info‖, ―Top7.az‖, ―Xeberler.az‖, ―Contact.com.az‖ və digər bu kimi saytlar da oxunur. Saytların aylıq 
təxmini auditoriyası 200-300 min nəfərdir.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
86 
 
Rəsmi məlumatlara görə, ölkə üzrə cəmi 900 min nəfər (12 faiz) əhalinin internetə çıxışı var. Onlara 32 internet 
provayderi xidmət edir. İstifadəçilərin böyük əksəriyyəti internetə Dial-up vasitəsilə 56 kilobit/san. sürətlə 
qoşulur ki, bu da qlobal şəbəkənin imkanlarından geniş istifadəni çətinləşdirir.  
Amma internetin imkanlarını məhdudlaşdıran problemlər təkcə bu deyil. Azərbaycan İnternet Forumu bu 
problemləri belə qruplaşdırır:  
- İnternet  auditoriyasının yetərli inkişaf etməməsi, internetin bahalığı və  keyfiyyətinin aşağı olması. Audio və  
video xəbər sistemlərinin zəif inkişaf etməsi də bununla  bağlıdır; 
-  Kadr problemi - internet jurnalistlərinin azlığı;  
-  Dövlət  dəstəyinin olmaması və internet mediasının tamamilə diqqətdən kənarda qalması; 
- Ciddi investisiya yatırımına mane olan hadisələr; 
- Reklam bazarının zəif inkişafı;  
- Müəllif hüquqları ilə  bağlı problemlər; 
- Ciddi marketinq  araşdırmalarının olmaması; 
- Texniki-texnoloji problemlər ( hostinq , domen, dil, internet mediasının idarəetmə sistemləri və s.); 
- Online  rejimdə xəbərlərin sistemləşdirilməsi və təqdim edilməsi üzrə mərkəzləşdirilmiş  xəbərlər 
aqreqatorunun olmaması;  
- RSS kanalların bütün internet mediası  subyektlərində olmaması, internet KİV  subyektlərinin  texniki 
cəhətdən xeyli dayanıqsızlığ; 
Osman Gündüzün sözlərinə görə, Azərbaycanda internet mediası ilə bağlı yox, bu subyektin özünün 
problemləri var də diqqət ona yönəlməlidir: ―Azərbaycanda fəaliyyət göstərən cəmi 10-15 sayt varsa, bunu 
tənzimləməyə nə ehtiyac? Söhbət ondan getməlidir ki, niyə internet media subyekti azdır?  Saytların sayı niyə 
azdır, niyə bəyan etdikləri inkişaf səviyyəsinə uyğun deyil?  
Neft Akademiyasındakı hadisə göstərdi ki, Azərbaycanda internet mediasına ehtiyac var, amma serverlər 
dözmür. Kritik anda bizim internet mediamız texniki baxımdan çökür. Bir dəfə Gürcüstandakı müharibə, sonra 
da Neft Akademiyasındakı hadisə zamanı gördük ki, internet mediası məzmun baxımından deyil, məhz texniki 
baxımdan fors-majora hazır deyil. Bu o deməkdir ki, münaqişə vəziyyətində olan Azərbaycanda sabah 
müharibə başlasa, bizim internet resurslarımız ona dözəsi halda deyil. Bu problem qoyulmalıdır və müzakirə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
87 
 
olunmalıdır ki, niyə internet mediası dayanıqsızdır? Ölkə rəhbərliyi KİV-ə dəstək proqramları hazırlayır, amma 
heç birinndə internet mediası subyekt olaraq nəzərə alınmır. Subyekt olaraq görmədikləri internet mediasını 
niyə və necə tənzimləmək istəyirlər? Azərbaycanda bazara nəzarət edən internet subyektləri ona görə tab 
gətirmirlər ki, onlara böyük vəsait lazımdır. Bu vəsait isə yoxdur‖.  
R.Hacılı O.Gündüzün saydığı bu problemlərə heç də az önəm daşımayan başqa birini əlavə edir: ―Bizdə 
internetin texniki cəhətdən inkişafı ilə bağlı problemlərin bir çox səbəbləri var. Onlardan ən başlıcası odur ki,  
ölkədə bütövlükdə rabitə üzərində monopoliya mövcuddur, rəqabət yoxdur. İkincisi, interneti ölkəyə gətirən 
şirkət bu sahəni monopoliyaya alıb. Halbuki istənilən ölkədə interneti 10-20 mənbədən almaq mümkündür, 
orada inhisardan söhbət gedə bilməz. Azərbaycanda provayderlərlə bağlı inzibati məhdudiyyətlər var‖. 
 
Ələsgər Məmmədli isə xüsusilə ―az‖ sonluğu ilə qurtaran domen adları üzərində qeyri-rəsmi inhisarın 
mövcudluğunu vurğulayır.  
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Rüfət Gülməmmədov isə internetə nəzarət və inhisarla 
bağlı deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, ölkədə internetin texniki tərəfləri ilə bağlı məsələlərə təmsil 
etdiyi qurum cavabdehdir və bu qurum da yalnız sektorun inkişafı istiqamətində addımlar atır. 
R.Gülməmmədovun sözlərinə görə, indiyə qədər Rabitə Nazirliyi sayt bağlanması ilə bağlı yalnız bir məhkəmə 
qərarını icraya yönəldib. Bu da qeydiyyatına son verilmiş Seçki Monitorinq Mərkəzinin saytları olub.  
Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə nazir müavinini təkzib edir və saytın qanunsuz
məhkəmə qərarı olmadan bağlandığını söyləyir. ―Media forum‖ saytına açıqlamasında A.Məmmədli bildirib ki, 
məhkəmə qərarı ―Emc-az.org‖ və ―Smm-az.org‖ ünvanlı saytların  deyil, təşkilatın qeydiyyatının ləğvi ilə 
bağlıdır: ―Təşkilatın qeydiyyatının ləğvindən bir neçə ay sonra saytlarımıza girmək mümkün olmadı. Biz 
araşdırdıqda məlum oldu ki, xaricdən saytımıza girmək mümkündür. Sonra nazirliyə müraciət etdik, bildirdilər 
ki, Xətai Rayon Məhkəməsinin qərarı əsasında giriş başlanıb. Yəni əslində nazirlik bizim təşkilatın 
qeydiyyatının ləğvi ilə bağlı qərardan istifadə edərək özfəaliyyətlə məşğul olub. Saytları SMM-in mülkiyyəti 
kimi bağlayıblar, amma bu, hüquqi baxımdan doğru deyil, çünki o saytlar təşkilatın deyil, mənim adıma 
qeydiyyatdan keçib‖. 
A.Məmmədli ifadə azadlığının pozulmasını əsas gətirərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini 
məhkəməyə verdiklərini, rayon və apellyasiya məhkəməsinin onların əleyhinə qərar çıxardığını deyib: ―Biz 
qətnaməni alan kimi Ali Məhkəməyə şikayət edəcəyik, iddiamız təmin olunmasa, Avropa Məhkəməsinə üz 
tutacağıq‖. 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə