Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə26/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
74 
 
Bir çox məsələlərdə təcrübəsinə istinad etdiyimiz Türkiyədə internet mediasının texniki tənzimlənməsində ciddi 
problem mövcud deyil. Bu ölkədə kommunikasiyanın digər sahələri kimi internet sektoru da sürətlə inkişaf edir.  
Amma internet məzmunu baxımından xeyli problem var. Beynəlxalq internet hüququ üzrə ekspert olan 
müsahibimiz Yaman Akdəniz Türkiyənin internet baxımından inkişaf etməkdə olan ölkə sayıldığını, amma 
məzmuna müdaxilə məsələsində ciddi problemlərin olduğunu deyir. Onun sözlərinə görə, Türkiyədə internetdə 
dövlət məmurları və siyasətçilərə dair məlumatların,  dövlətçilik dəyərlərini aşağılayan ifadələrin yayılmasına, 
irqçilik və terror təbliğatının aparılmasına yönəlik fəaliyyət göstərən saytlara əngəlləmə və süzgəc tətbiq edilir.  
 
Türkiyədə internet 1996-97-ci illərdə yayılmağa başlayıb. 1997-ci ilin sonlarına doğru xəbər portalları və 
tematik saytların sayı artmağa başlayıb. 2000-ci ildə yaşanan iqtisadi böhran nəticəsində işsiz qalan professional 
jurnalistlərin də alternativ media adlanan internet sektoruna transferi ilə bu sahədə xüsusi canlanma yaranıb. 
Mediada söz sahibi olan Doğan, Uzan, Qaramehmet qrupları da internet mediasına yatırım qoymağa 
başlayıblar. Bir tərəfdən xəbər portalları yaradan bu qruplar eyni zamanda sektorun texniki inkişafı 
istiqamətində də rəqabətə başlayıblar.   
İnternet hüququ və interneti tənzimləmə mövzusu isə 2001-ci ildən sonra aktuallaşmağa başlayıb. Həmin ildə 
―Superonline‖ internet şirkətinindən açdığı müxtəlif internet forumlarına rəhbərlik edən jurnalist Coşqun Ak 
məhkəməyə verilib. Buna kimliyi bəlli olmayan bir istifadəçinin  foruma Türkiyədə insan haqlarının 
pozulmasına dair mesaj yollaması səbəb olub. Başqa bir istifadəçi Coşqun Akdan cinayət tərkibi olan bu mesajı 
forumdan silməyi tələb edib. Jurnalist tələbə əməl etmədiyindən istifadəçi onu məhkəməyə verib.  
Məhkəmə internetin qanunla tənzimlənmədiyini, amma Coşqun Akın vəzifəsinin bir qəzetin redaksiya heyətinin 
işinə bənzədiyini əsas gətirərək onun barəsində 40 ay həbs hökmü çıxarıb. Jurnalistin vəkili ―qanunsuz cinayət 
və cəza olmaz‖ prinsipindən çıxış edərək müştərisinin bəraətini istəyib. Amma onun tələbi rədd edilib. Coşqun 
Ak Türkiyənin hərbi və polis güclərini təhqir etmək ittihamı ilə  40 ay həbsə məhkum edilib, daha sonra isə 
həbs pul cəzası ilə əvəzlənib.  
Bu hadisədən sonra hökumət internet mediasının tənzimlənməsi ilə bağlı qanun qəbul etməyə çalışıb. Lakin 
internet mediasında çalışan jurnalistlərin və vətəndaş cəmiyyəti institutlarının etirazları nəticəsində söz 
azadlığının məhdudlaşdırılmasına yönələn bu qanun qəbul edilməyib.  
Ölkədə internetlə əlaqədar şikayətlərin artması nəcticəsində  2007-ci ilin mart ayında  ―İnternet yayımının 
tənzimlənməsi və internet vasitəsilə həyata keçirilən cinayətlərə qarşı mübarizə‖ qanun (5651 saylı qanun) 
qəbul edilib. Bu sahədə tənzimləmə funksiyasını Telekommunikasiya İdarəsi həyata keçirir.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
75 
 
5651 saylı qanuna görə, internet səhifəsində onun sahibi, eləcə də saytı hostinq və domenlə təmin edən hüquqi 
və ya fiziki şəxslərlə bağlı məlumatlar göstərilməlidir. Telekommunikasiya İdarəsi bu tələbə əməl etməyənlərə 
2000 lirədən 10000 lirəyədək cəza verə bilər.  Saytda yer alan məlumatlara görə onun sahibi məsuliyyət daşıyır. 
Ancaq o, səhifəsində yer verdiyi başqasına aid məlumata məsul deyil. Sadəcə, həmin bağlantını açıq şəkildə 
oxucusuna çatdırmaq  istəyi aşkarlanar və təqdimat formasında bu hədəf açıq görünərsə, məsuliyyət daşıyır.  
Səhifəni yerlə təmin edən şəxs onun məzmununa  görə məsuliyyət daşımır. Amma qanuna görə, saytın 
bütünlükdə fəaliyyətini dayandırmaq və ya hər hansı materialı çıxarmaqla bağlı rəsmi xəbərdarlıq edildiyi və 
texniki imkanlar olduğu halda hostinq sahibi buna əməl etmirsə, cəzalandırıla bilər. 
Qanun serverə istifadəçinin yayımladığı hüquqazidd məlumatla bağlı xəbərdar edildiyi təqdirdə bağlantını 
əngəlləmək hüququ verir. Amma serverin verdiyi bağlantı vasitəsilə yayılan məlumatların hüquqa zidd olub-
olmadığını və ya sayt sahibinin qanuna uyğun məlumatlar yayıb-yaymadığını  araşdırmaq məsuliyyəti yoxdur.  
5651 saylı qanun internetdə yol verilməsi cinayət sayılan əməlləri kataloq şəklində müəyyən edir. Bu kataloqa 
görə, internet səhifəsində intihara, uşaqların cinsi istismarına, narkotik maddələrin istifadəsini asanlaşdırmağa, 
sağlamlıq üçün təhlükəli maddə təmin etməyə, fahişəliyə, qumara təşviq edən və imkan yaradan məlumatlar, 
eləcə də  ―Atatürk əleyhinə həyata keçirilən cinayətlər haqqında qanun‖da göstərilən hüquq pozuntuları yer 
alarsa, onun yayımı dayandırılır. Qapadılma qərarını məhkəmə verir. Məhkəmə uzun sürdüyü təqdirdə prokuror 
da internet saytının dayandırılmasına qərar verə bilir. Amma bu qərarı məhkəmə 24 saat içərisində 
təsdiqləməlidir, təsdiqləməzsə, qərar qüvvədən düşmüş sayılır.  
Qanun hər kəsə özünə yönələn ittihamları internet səhifəsində cavablandırma haqqı tanıyır. Bu qanunla əlaqədar 
olaraq internet server və provayderlərinə, eləcə də internet kafelərinin fəaliyyətinə dair ayrıca normativ aktlar 
qəbul edilib.  
2008-ci ilin sonuna qədər Türkiyədə bu qanunun müddəaları əsasında 1115 sayta giriş yasaqlanıb. Bu saytların 
252-ni məhkəmə, 863-nü isə qanunun icrasına nəzarət funksiyası daşıyan Telekommunikasiya İdarəsi 
Başqanlığı qapadıb. Ən çox səs gətirən isə  ―Youtube‖ saytının bağlanması ilə bağlı qərarlar olub. 2008-ci ildə 
bu saytda  Atatürkü və türk bayrağını təhqir edən video yerləşdirilib, İstanbul I Sülh Cəza Məhkəməsi sayta 
girişi yasaqlayıb. Bundan sonra ―Youtube‖ həmin videonu çıxarıb və  məhkəmənin qərarı ləğv olunub. Lakin 3 
gün sonra həmin video başqa saytlarda və təkrar ―youtube.com‖da yayımlanıb. Bu səbəbdən Anraka 5-ci Sülh 
Cəza Məhkəməzi ―Youtube.com‖ və ondan alınan videonu yerləşdirən digər saytlara girişi yasaqlayan qərar 
çıxarıb. Hazırda Türkiyədən ―youtube.com‖a giriş yasaqdır.   


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə