Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə25/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
71 
 
İnternet mediasının texniki baxımından tənzimlənməsi məsələsində heç bir problem yoxdur, məzmun 
baxımından tənzimləmə isə söz azadlığı kontekstində həyata keçirilir. 1996-cı ildə hökumət ―Kommunikasiyada 
əxlaq‖ qanunu qəbul edərək internetə müdaxiləyə çalışıb. Lakin qanun ifadə azadlığı baxımdan konstitusiyaya 
zidd sayılıb və ləğv olunub. Məhkəmə qərarında internetin düşüncələrin sərbəst dolaşdığı məkan olduğu, ona 
televiziya kimi baxmağın və dövlət tərəfindən müdaxilənin yolverilməzliyi vurğulanıb.  
 
2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda baş verən terrordan sonra ABŞ-da internetlə bağlı sərt təhlükəsizlik 
tədbirləri gündəmə gəlib. Həmin ildən ―Vətənpərvərlik qanunu‖ ilə internetdəki məlumatların izlənməsi 
qanuniləşdirilib. Almaniya 
İnternet mediası ilə bağlı ayrıca qanun yoxdur və geniş yayılmış fikir bundan ibarətdir ki, mövcud qanunlar bu 
sahəni tənzimləmək üçün kifayətdir. Amma 1997-ci ildə Almaniyada 16 əyalətin iştirakı ilə media xidmətləri 
haqqında rəsmi müqavilə (MDStV) imzalanıb və bu müqavilə internet mediasının da fəaliyyətini tənzimləyir. 
Həmin müqaviləyə görə, əyalətlərin mətbuat qanunlarında yazılı mətbuat üçün qoyulan ―impressium‖ şərti 
internet mediası üçün də keçərlidir – yəni hər bir sayt sahibi yayıma məsul olan ən azı bir nəfərin adını, soyadını 
və ünvanını göstərməlidir. Həmin şəxs saytdakı bütün məlumatlara görə məsuliyyət daşıyır.  
Eyni zamanda, sənədə görə, bütün hüquqi və fiziki şəxslər internet mediasında haqlarında yer alan məlumatlara 
cavab vermək və ya onları düzəltmək haqqına malikdir. Almaniyada internet qəzetinin tərifi də məlumdur. 
2001-ci ildə Köln Əyalət Məhkəməsinin qəbul etdiyi qərara əsasən, internetdə davamlı olaraq yerləşdirilən 
məhsulları qərar çıxarmaq səlahiyyəti olan redaksiya heyəti hazırlayırsa, bu resurs internet qəzeti sayıla bilər.  
 
Avstraliya 
 
İnternetin tənzimlənməsi həm federal səviyyədə, həm də əyalətlər səviyyəsində qanunlara əsaslanır. Şikayətlərə 
baxan federal subyekt mövcuddur və bu subyekt yalnız hostinq və server xidmətlərini təmin edənlər üçün 
keçərlidir, saytın məzmununa cavabdeh olanlara aid deyil. Ölkədə internet mediasına nəzarəti Kommunikasiya 
və Media Şurası (Teleradio Şurası və Telekommunikasiya İdarəsinin birləşməsi nəticəsində yaradılan qurum) 
həyata keçirir. Saytlarda gedən hər hansı məlumatın hüquqa uyğun olub-olmadığını qanunvericilik əsasında 
Kommunikasiya və Media Şurası müəyyənləşdirir. Əgər hər hansı saytda hüquqa zidd məlumat yerləşdirilibsə 
və ya hər hansı saytın fəaliyyəti bütövlükdə qanuna uyğun deyilsə, bu zaman Kommunikasiya və Media Şurası 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
72 
 
hostinq xidməti göstərən quruma xəbərdarlıq məktubu göndərir. Xəbərdarlıqdan sonra hostinq xidməti 
Avstraliya daxilində qeydiyyatdan keçən saytın yayımını dayandırmaq məcburiyyətindədir.  
Qanuna görə, provayderlər hər hansı xarici sayta çıxışı bağlamağa borclu deyil. Amma Kommunikasiya və 
Media Şurası filtrləmə-bloklama, başqa sözlə, süzgəc proqramlarını hazırlayanlara arzuolunmaz xarici saytlar 
haqqında məlumat göndərir ki, onlar həmin saytları ―qara siyahı‖larına salsınlar. Avstraliyada internet 
səhifələrində yol verilən qanun pozuntuları ilə əlaqədar ayrıca qanun yoxdur, bu pozuntulara da cinayət 
hüququna dair ümumi qanunlar tətbiq edilir. Böyük Britaniya 
 
İnternetlə bağlı ayrıca qanun mövcud deyil. 1996-cı ildə internetdə qanuna uyğun olmayan məzmunla mübarizə 
məqsədilə İnternet Müşahidə İdarəsi (Internet Watch Foundation) adlı qeyri-hökumət təşkilatı yaradılıb. 
Təşkilatın internetdə gedən materiallardan vətəndaşların fərdi şəkildə şikayət edə bilməsi üçün yardım-məsləhət 
xətti (hotline) var. Həmin xətlə təşkilata daxil olan məlumat, onun qanuna uyğun olub-olmadığı araşdırılır, daha 
sonra materialın çıxış nöqtəsi müəyyənləşdirilir və İngiltərə polisinə bildiriş göndərilir. Britaniyada dövlət sirri 
haqqında qanunlar internetə də tətbiq olunur. Təhqirə qarşı da qanun var (Diffamasiya Aktı – 1996 ) - bir nəfər 
internet vasitəsilə başqasını təhqir edirsə, burada serverin məsuliyyəti yoxdur. Amma serverə cavabdeh adamlar 
bu təhqirdən xəbər tutanda səhifəyə girişi dayandırmırsa, məsuliyyət daşıyır. Britaniyada həm yerli, həm də 
beynəlxalq saytları izləyən kiberpolislər fəaliyyət göstərir.Sinqapur  
Media İnkişaf Şurası (radio və televiziyaların fəaliyyətini tənzimləyən qurum) həm də internet yayımçılığına 
nəzarət edir. 1996-cı ildən internet mediası ayrıca subyekt kimi qəbul edilib. Hansı məzmunda məlumatın 
qadağan olunmasına dair xüsusi qaydalar mövcuddur. Şura bu qaydaları pozan sayt sahiblərinə cəza vermək 
səlahiyyətinə malikdir, amma öncədən sayta girişi əngəlləyə bilməz, o, daha çox pornoqrafiya, irqçilik və dini 
nifrət yayan materiallara nəzarət edir. Malayziya 
İnternet mediasını tənzimləməni Kommunikasiya və Multimedia Komissiyası həyata keçirir. Bu qurum həm 
internet saytlarının məzmununa nəzarət edir, həm də ictimaiyyəti məlumatlandırır.  
 
Çin 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
73 
 
Tənzimləmə əsil senzura xarakteri daşıyır. Saytlar süzgəcdən keçirilir. Sərt süzgəc sistemi 1996-cı ildən tətbiq 
edilir. Qərb saytlarına, Tayvandan yazan və hökumətə müxalif olan portallara güzəşt yoxdur – belələrini dərhal 
bağlayırlar. 
Səudiyyə Ərəbistanıİnternet mediası üzərində senzura hökm sürür. 1999-cu ildən internetə çıxış bir mərkəzdən 
həyata keçirilir. Dövlət siyasi və ya dini səbəbdən uyğun hesab etmədiyi saytlara çıxışı bu mərkəz vasitəsilə 
bağlayır. 
 
Vyetnam 
Hakimiyyəti tənqid edən xəbər saytlarına, mühacirətdə olan müxalifət partiyalarının və beynəlxalq hüquq 
müdafiəsi təşkilatlarının saytlarına giriş qadağandır. Bundan başqa, internetdə ifadə azadlığını müdafiə edənləri 
həbs gözləyir.  
 
İran 
 
Dövləti tənqid edən, qadın haqlarını dəstəkləyən saytlara, bloqlara qadağalar var. ―Youtube.com‖a giriş 
yasaqdır. Müstəqil media, vətəndaş cəmiyyəti və insan haqları ilə bağlı saytlar süzgəcdən keçirilir. İran bloq 
yazarlarının ən çox həbs olunduğu ölkələr sırasındadır.  
 
Kuba 
 
İnternetə giriş dövlət nəzarətində olan bir xətdən keçir. İstifadəçi girişini ləğv etməkdən tutmuş saytı tam 
bağlamağa qədər bütün ―təmzimləmə‖ metodlarından istifadə olunur.  
Suriya, Şimali Koreya da interneti bu şəkildə ―tənzimləyir‖.  
Kanada, Danimarka, Norveç kimi ölkələrdə internetin məzmunu heç bir şəkildə tənzimlənmir.  
 Türkiyədə internet mediasi necə tənzimlənir?   


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə