Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə21/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
59 
 
zəifləyir, patologiya və yoluxucu xəstəliklərə qarşı mübarizə çətinləşir. Müşahidələr göstərir ki, əslində çox 
yüklənmənin qabağını adi normativlərə əməl etməklə almaq mümkündür. Belə ki, ekrandan istifadə edən hər bir 
kəs hər 15-25 dəqiqədən bir, 8-10 dəqiqə istirahət etməlidir. Bəzən elə hal olur ki, həkimlər uşağa qəti şəkildə 
kompyuterə yaxın getməyi qadağan edirlər.  
İnternetin mənfi cəhətləri yalnız psixoloji fəsadlarla kifayətlənmir. Son zamanlar müasir kriminal aləmdə yeni 
informasiya-kommunikasiya vasitələrindən, o cümlədən internetdən geniş istifadə edilməsi cinayətkarların da 
―peşəkarlığının‖ artmasına, onların virtual aləmə çıxmasına gətirib çıxarmışdır. Cinayətkar qurumlar internetdə 
özlərinə tərəfdar toplamağa çalışırlar. Onların ideologiyasını qəbul edən, müxtəlif ölkələrdən olan adamlar 
həmin təşkilatlara üzv olur və beləliklə cinayətkarlığın beynəlxalq səviyyəyə qalxmasına şərait yaranır. 
Beynəlxalq axtarış strukturu olan İnterpolun yaradılmasında əsas məqsədlərdən biri da məhz belə hallarla 
mübarizə aparmaqdır.  
Hazırda şəbəkədə çoxlu hakerlər fəaliyyət göstərir. Haker olmaq yüksək professional hazırlıq tələb edir. Onlar 
kompyuter sənətinin əsl ustaları, yaradıcıları, ideya verənləri və bu ideyaları proqramlaşdırıb həyata 
keçirənlərdir. Ancaq bir qisim hakerlər müəllif hüquqlarını pozaraq öz  kompyuter biliklərini internetdə 
vətəndaşların intellektual mülkiyyətlərinə təcavüz etməyə, onların proqramlarının, kitablarının və digər elektron 
məhsullarının kodlarını açmağa və bu məhsulları şəbəkədə pulsuz yaymağa sərf edirlər.  
Hakerlərin bir qismi isə internet saytlarını dağıtmaqla, serverləri iflic vəziyyətinə salmaqla, məxfi məlumatların 
oğurlanması və başqalarının hesablarına girməklə məşğul olurlar. Onların fəaliyyətinə qarşı şəbəkədə müdafiə 
sistemləri yaradılsa da bu, hələ kifayət eləmir. Çünki hakerlər də daima ―axtarışda‖ olur və şəbəkədə yeni-yeni 
ziyanverici proqramlar yayırlar. İnformasiya sistemlərinə, kompyuterlərə, şəbəkələrə daxil olan bu proqramlar 
istifadəçinin xəbəri olmadan onun kompyuterində olan şəxsi məlumat bazasına yol tapır və  onları qabaqcadan 
müəyyən olunmuş mənbəyə ötürür. Kibercinayətkarlıq adlanan belə əməlləri hakerlər bəzən pul yox sadəcə 
əylənmək xətrinə edirlər. 
Qeyd etmək lazımdır ki, hakerlərin qanunsuz hərəkətləri bəzən yaxşı nəticələr də verir. Belə ki, keçən əsrin 70-
ci illərində ARPA şəbəkəsinə qoşulan kompyuterlərin sayı artdıqca Rey Tomnilson adlı hakerin ağlına 
kompyuterlər arasında göndərilən fayllara əlavə özünün şəxsi verilənlərini qoşmaq ideyası gəlir. O, istifadəçini 
şəbəkədə kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır və bu zaman önlük işarəsi at (yanında, da, də 
şəkilçisi) üçün bu gün hamının yaxşı tanıdığı ―@‖ işarəsini seçir. Sonradan bu metod əsasında bütün dünyanı 
dəyişən elektron poçtu yarandı ki, bu da haker fəaliyyətinin ən böyük nailiyyətlərindəndir.  
Statistikaya görə internetdə virus yayan zərərli proqramların sayı, qabaqcıl şirkətlərin, bankların, təşkilatların, 
qurumların kommersiya sirlərinin oğurlanması, vətəndaşların bank hesablarına girilməsi faktı durmadan 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
60 
 
artmaqda davam edir. Fırıldaqçıların əsas hədəfi olan belə cəhdlər ABŞ və Böyük Britaniyada 532,2 milyon 
funt-sterlinqin oğurlanması ilə nəticələnib ki, bu da 2006-cı illə müqayisədə 25 faiz çoxdur. İstifadəçilərin 
ünvanlarına yönələn spamların sayı da artmaqda davam edir. Əgər belə davam edərsə bir neçə ildən sonra 
internet məhv ola bilər. Ona görə də internetdə antivirusların, təhlükəsizlik qaydalarının tətbiqinin səmərəliliyi 
artırılmalı və bu istiqamətdə daha radikal addımlar atılmalıdır. 
Respublikamızda dövlət qurumlarının informasiya sistemləri formalaşdıqca onların təhlükəsizliyini təmin 
etmək, hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyin əsas şərtlərindən biridir. Çünki dövlət 
əhəmiyyətli məlumatların düşmən qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada 
bilər. Belə təhlükələrin qarşısının alınması dövlətlərdən birgə tədbirlərin görülməsini tələb edir. Avropa 
Şurasının  2001-ci ildə qəbul etdiyi ―Kibercinayətkarlıq haqqında Konvensiya‖, 2003-cü ildə isə kompyuter 
informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə olunan protokol məhz dövlətlərin 
informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan da 2008-ci ildən həmin 
Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır. Konvensiyaya qoşulmazdan əvvəl də Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsində ―Kompüter informasiyası sahəsində cinayətlər‖ 30-cu fəslində 271, 272, 
273 kimi xüsusi maddələr var. Bu, artıq əsas verir ki, bu sahədə ciddi mübarizə tədbirləri görülsün. Ona görə də 
bu sahədə siyasəti müəyyənləşdirən dövlət və hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti göstərən 
operatorlar bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü tədbirlərin effektiv olması 
üçün Avropa Şurası kimi kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq 
qurumlardan da bəhrələnməlidir. [8] 
Qeyd etmək lazımdır ki, Azərbaycan da hakerlərin, xüsusən erməni hakerlərinin təcavüzünə ən çox məruz qalan 
ölkələrdəndir. Belə ki, 22 iyul 2006-cı il tarixdə erməni hakerləri Azərbaycan Milli Elmlər Akademiyasının 
www.science.az ünvanında yerləşən rəsmi portalına hücum edərək onu məhv etmişlər. Bu təcavüz Ermənistan 
Respublikası ərazisində yerləşən Xalt llc AUA Center adlı İnternet xidmətləri provayderi tərəfindən edilmişdir. 
Erməni cinayətkarların qanunsuz hərəkətləri nəticəsində Azərbaycan ziyalılarını və ümumiyyətlə Azərbaycan 
elmini təmsil edən bu resursa böyük həcmdə maddi və mənəvi ziyan vurulmuşdur. 
Bədnam qonşularımız yalnız şəbəkədə hakerlik fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar internetin imkanlarından 
―geniş istifadə‖ edərək ölkəmizə qarşı soyuq müharibə aparırlar. Ermənilər virtual məkanda respublikamızın 
ərazi bütövlüyünü şübhə altına alan yalançı məlumatlar yaymaqla Dağlıq Qarabağın ―erməni torpağı‖ olduğunu 
sübut etməyə çalışırlar. Virtual dünyanın ən böyük açıq ensiklopediyası, dünyanın ən populyar 10 saytından biri 
olan Wikipediyada erməni və ermənipərəst qüvvələr tərəfindən Azərbaycan həqiqətləri təhrif edilir, Azərbaycan 
əleyhinə məlumat və dezinformasiyalar yerləşdirilir. Rus, ingilis, fransız, eləcə də müxtəlif dillərdə fəaliyyət 
göstərən Wikipediya ilə yanaşı, hətta milli Wikipediyada da (az.wikipedia.org) ermənilər Azərbaycan dilində 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə