Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə19/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
55 
 
2008-ci il iyunun 23-də İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyasının (İCANN) təşkilatçılığı 
ilə Parisdə keçirilən İnternet üzrə tənzimləyici qurumların iclasında gələn ildən Azərbaycan hərfləri və 
sözlərindən ibarət domenlərdən (internet şəbəkəsində saytın ünvanı) istifadəyə rəsmən icazə verilib.  
Artıq heç kimə sirr deyil ki, kompyuter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı vəzifə 
tapmaq şansı sıfra bərabərdir. Bu da bütün dövlət orqanlarında sənəd və məlumatların kompyuterdə 
hazırlanması, təşkilatlar arasında əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsilə həyata keçirilməsi ilə 
bağlıdır. Hətta Rusiyada dövlət başçısı tərəfindən kompyuterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən 
azad edilməsi barədə təklif irəli sürülmüşdür.  
Bütün bunlar internetin özünün faydalı resursları ilə həyatımızda necə əhəmiyyətli rol oynadığını və insan 
fəaliyyətinin bütün dairələrində geniş perspektivlər açdığını göstərir. İnsanların internetdən öz ixtisasları, 
peşələri və yaradıcılıqları üzrə istifadə etməsi ümumilikdə cəmiyyətin inkişafına və intellektual səviyyənin 
yüksəlməsinə gətirib çıxardır.  
Lakin psixoloqların fikrincə internet müəyyən məsələləri həll etməklə yanaşı, həm də əvvəllər məlum olmayan 
yeni problemlər yaratmaqla cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilir. Belə problemlərdən biri 
internetdə informasiyanın hədsiz dərəcədə olmasıdır. Belə ki, əvvəllər informasiya qıtlığı var idi, indi isə əksinə 
məlumat bolluğundan baş çıxarmaq müşkül məsələyə çevrilib. Nəhəng informasiya axınına məruz qalmış insan 
beyni o qədər informasiyanı emal edə bilmək iqtidarında olmadığı üçün onları necə var elə qəbul edir. Belə 
haldan istifadə edən  informasiyanı yayan mənbə müəyyən maraqlar güdərək çox vaxt şəbəkədə qərəzli və 
təsdiq olunmamış faktları həqiqət kimi qələmə verməyə çalışır. İnternetdən hazır məlumatlar almağa öyrəşən və 
belə məlumatları doğru sayan istifadəçilər öz fəaliyyətlərində onlara istinad etdikdə hadisə və faktlara 
münasibətdə obyektivlik itir. Ona görə də internetdəki məlumatların məzmununa ehtiyatla yanaşmalı və  onların 
həqiqət olub-olmadığını yoxlamaq lazımdır. 
Digər bir təhlükə bəzi insanların özlərindən asılı olmayaraq işləri ilə əlaqədar, bəzilərinin isə sadəcə əylənmək 
məqsədilə internetdən çox istifadə etməsi və bununla əlaqədar vaxtlarının böyük hissəsini kompyuter qarşısında 
keçirməsidir. Belə vəziyyət onları sağlamlığında, ailəsində, məktəbində və ya işində problemlər əmələ gətirir. 
Xüsusən, yeniyetmə və gənc nəslin nümayəndələri arasında müşahidə olunan belə mənfi cəhətlər internetdən 
düzgün istifadə olunmamasının nəticəsidir. 
İnternetdə əlaqələr kompyuter vasitəsi ilə qurulduğu üçün internet istifadəçisi ilk növbədə kompyuterdən 
düzgün istifadə etməyi bacarmalıdır Bu çox vacib məsələdir, çünki kompyuter biliklərinin səviyyəsinin aşağı 
olması çoxlarını, əsasan uşaqları kompyuterdən yalnız oyun və internetdə əylənmək məqsədilə istifadə etməyə 
məcbur edir. Hazırda orta məktəblərdə kompyuter dərslərinin keçirilməsi nəzərdə tutulsa da, bu sahədə ixtisaslı 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
56 
 
mütəxəssislərin çatışmamağı səbəbindən məktəblərdə informatika dərsləri ancaq şagirdlərin kompyuterdə oyun 
oynamaları ilə keçir. Kompyuterin yalnız oyun vasitəsi kimi qəbul edən şagird onun müsbət tərəflərini təbii ki
heç vaxt görə bilməz. 
Həkim-psixatorların fikrincə kompyuterdən, internetdən düzgün istifadə olunmaması bir çox nevroz, psixi və 
yuxu pozuntularının meydana çıxmasına səbəb olur. Belə əlamətlər nevroloji aspektləri olan uşaqlarda daha çox 
büruzə verir. Uşaqlarının kompyuterdən necə istifadə etdiyinə nəzarət etməyən ailələrdə uşaqlar saatlarla, bəzən 
hətta səhərə qədər kompyuterin qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və digər mənfi 
əlamətlərə gətirib çıxarır. 
Ümumiyyətlə psixoloqlar bu gün internet-asılılığı və ya internet-addiksiya adlanan bir xəstəliyin mövcud 
olduğunu qəbul edirlər. Artiq ABŞ-da, Kanadada, Rusiyada, Çində, Cənubi Koreyada və bir sıra digər ölkələrdə 
internet-asılılığı bir xəstəlik kimi tanınır və tibb müəssisələrində onun müalicəsi aparırlar. İnternet-asılılığı 
problemi hələ ötən əsrin 95-ci illərində meydana çıxmış və onunla ilk dəfə İvan Qoldberq, Kimberli Yanq, 
Maressa Orzak, Cerald Blok və digər amerikalı psixoloqlar məşğul olmuşlar. Alimlərin fikrincə internet-asılılığı 
olan insanlar o qədər virtual həyata daxil olurlar ki, öz real həyatlarından tədricən uzaqlaşırlar və günün çox 
hissəsini virtual fəzada keçirirlər. Onlar problemlərin həllini ondan qaçmaqda, ya da onun mövcudluğunu inkar 
etməkdə, saatlarla internetdə əylənməkdə görürlər.  
İ.Qoldberqə görə rəfedilməz internet həvəsinin və əsası olmadan  şəbəkədə uzun müddət qalmağın əsasında 
insanın real həyatdan uzaqlaşmaq cəhdi durur ki, bu da alkoqolizmdə, narkomanlıqda və qumar oyunlarında 
olan patoloji meyllə müqayisə edilə bilər və belə vəziyyət məişət, təhsil, sosial, iş, ailə, maliyyə və ya psixoloji 
mühitə olduqca böyük zərər vurur. 
K.Yanq internet-asılılığın  elektron poçtu əl çəkmədən yoxlamaq, internetə növbəti çıxışı daima intizarla 
gözləmək, ətrafdakıların şəxsdən internetdə çox vaxt və pul sərf etdiyinə görə şikayət etməsi kimi əlamətlərini 
göstərmişdir. O, bu sahədə ən məşhur ekspertlərdən biri olmaqla bərabər, özünün məşhur ―Şəbəkə əsirləri‖ 
(―Caught in the Net‖) kitabını yazmış və www.netaddiction.com saytında internet-asılılığından əziyyət 
çəkənlərə internet vasitəsi ilə psixoloji yardım mərkəzi (Center for On-Line Addiction) təşkil etmişdir. İstənilən 
şəxs bu saytda testdən keçməklə özündə internet-asılılığının olub-olmamasını müəyyənləşdirə bilər.  
Həkim Maressa Orzak (www.computeraddiction.com) internet-addiksiyanın psixoloji əlamətlərindən başqa ona 
düçar olmuş şəxslərdə kompyuter arxasında özünü yüksək əhval-ruhiyyədə hiss etmək və fəaliyyətini dayandıra 
bilməmək, kompyuterə getdikcə daha çox vaxt sərf etmək, ailəyə və dostlara etinasızlıq, kompyuterdə 
olmayanda özünü boş, depressiyyada və əsəbi hiss etmək, işdə, evdə fəaliyyəti barədə yalan danışmaq kimi 
pataloji əlamətlərinin olduğunu, bunlardan başqa internet-asılılığında əzələlərin uzun müddət həddindən artıq 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə