Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə18/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
53 
 
(hyperlinks) daxil edildi. World Wide Web özünün sadəliyi və güclü imkanları ilə interneti dünya əhalisi 
arasında son dərəcə populyar etdi və bunun nəticəsində internet istifadəçilərinin sayı ilbəil yüksək sürətlə 
artmağa başladı.  
Dünya Əhalisi və İnternet İstifadəçiləri Statistikasının (World Internet Users www.internetworldstats.com) 
məlumatına görə dünyada internet istifadəçilərinin ümumi sayı 2009-cu ilin ortalarında təxminən 1milyard 668 
min (2007-ci ilin sonunda 1 milyard 407 milyon nəfər) nəfər olmuşdur.   
Bu gün dünyanın milyonlarla kompyuterini birləşdirən qlobal internet şəbəkə özünün forma və tərkibi 
baxımından cürbəcür, miqdarca sərhədsiz olan şəbəkə resursları ilə cəmiyyətin sosial təşkilinin ayrılmaz 
hissəsinə çevrilmişdir. Bu şəbəkə genişləndikcə internetin imkanları da artırılmış, yeni internet xidmət növləri 
yaradılmışdır. İnternet vasitəsi ilə dünyanın istənilən nöqtəsində olan insanlarla virtual ünsiyyət qurmaq, 
məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin 
elektron versiyalarını oxumaq, dükanlardan alış-veriş etmək, radioya qulaq asmaq, televizor verilişlərinə 
baxmaq,  gündəlik hadisələr haqqında  operativ məlumatlar almaq olar. İnternetin nəhəng məlumat bazası 
demək olar ki, hər saniyə yeni xəbərlərlə zənginləşir. 
Azərbaycanda internetin inkişafı keçən əsrin 95-ci illərindən başlayıb. Ötən müddət ərzində qlobal şəbəkə öz 
ətrafına yüzminlərlə Azərbaycan vətəndaşını toplayıb. 2009-cu ilin ortalarına olan məlumata görə ölkəmizdə 
təxminən 1 milyon 500 min internet istifadəçisi vardır. Bu 2007-ci illə müqayisədə 50% çoxdur. 
Respublikamızın əhalisinin hər 100 nəfərinə 18 internet istifadəçi düşür. Bu gün respublikamızda fəaliyyət 
göstərən internet provayderlərin, ana dilimizdə olan saytların, milli vec-poçtlarımızın,  əhaliyə xidmət göstərən 
internet klubların sayı artmaqda davam edir. İnternetin yeni yaradılan xidmət növləri ölkəmizdə uğurla həyata 
keçirilir. Belə xidmətlərə internet vasitəsi ilə abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, 
ixtisas seçməsi, dövlət qurumlarının saytlarının yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın 
yerləşdirilməsi, internet vasitəsi ilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və ərizələrinə baxılması, iş 
yerlərinə müsabiqə elan edilməsi və s. misal ola bilər.  
Son 5 ildə respublikamızda dövlət səviyyəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və 
informasiya cəmiyyətinin qurulması  istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, qısa müddət 
ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanın inkişafı naminə 2003-2012-ci illər 
üçün informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya müəyyənləşdirilmiş və bu 
Strategiyanın davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları 
Nazirliyi yaradılmış, 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya 
texnologiyaları ilə təminatı, 2005-2008-ci illər üçün rabitə və informasiya texnologiyalarının (―Elektron 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
54 
 
Azərbaycan‖) inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin 
informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq edilmişdir. 
Qəbul olunmuş Milli Strategiya və Dövlət Proqramlarında elektron informasiya məkanında Azərbaycan 
seqmentinin genişləndirilməsi, Azərbaycan dilinin geniş istifadəsinin təmin olunması, ana dilimizdə proqram 
təminatının və milli internet informasiya resursları kataloqunun yaradılması, milli axtarış saytlarının inkişaf 
etdirilməsi, elm və təhsil sahəsində informasiya və biliklərin mübadiləsini təmin edən kompyuter şəbəkələrinin 
inkişaf etdirilməsi, ölkəmizdə bütün ümumtəhsil məktəblərinin internetə qoşulması, vahid milli elektron 
informasiya məkanının formalaşdırılması, milli informasiya resurslarının ümumdünya elektron informasiya 
məkanına inteqrasiyası və onların beynəlxalq aləmə çatdırılması, Azərbaycan diasporuna elektron informasiya 
dəstəyinin təmin olunması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.  
Ümumdünya şəbəkənin imkanlarından istifadə etməklə həyata keçiriləcək tədbirlər respublikamızda dövlət 
orqanlarında işin keyfiyyətinin artırılmasına, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasına 
və bürokratik əngəllərin aradan qaldırılmasına, effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəçiliyinə, 
vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılmasına 
xidmət etməklə bərabər, həm də ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyasına, 
Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, 
qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə şərait yaradır.  
 Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyasının icrası ilə əlaqədar artıq 
"Elektron imza və elektron sənəd haqqında‖, ―Telekommunikasiya haqqında‖, ―İnformasiya, 
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında‖ və ―İnformasiya əldə etmək haqqında‖ 
Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş, ―Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı‖, 
―Elektron kargüzarlıq‖, ―Azərbaycan dilinin informasiya məkanında işlədilməsi‖, ―Milli informasiya 
resurslarının yaradılması‖, ―İKT sahəsində kadr hazırlığı‖, ―Rəqəmli bərabərsizliyin ləğvi‖, habelə təhsil 
sahəsində MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan ―Mənim məktəbim‖, ―On-line 
rejimində hazırlıq kursları‖, ―Poliqlot‖ elektron lüğətlər sistemi və digər layihələr həyata keçirilmişdir.  
BMT Baş Assambleyasının 2006-cı ildən etibarən 17 may tarixini Beynəlxalq Telekommunikasiya və 
İnformasiya Cəmiyyəti Günü elan etməsi ilə əlaqədar artıq 3-cü ildir ki, bu əlamətdar gün ölkəmizdə yüksək 
səviyyədə qeyd olunur. İnformasiya Cəmiyyəti Gününün 2008-ci ildə mövzusu əlil insanların informasiya və 
kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması, 2009-cu ildə isə uşaqların kiberməkanda 
mühafizə olunması olmuşdur.  


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə