Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə24/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
68 
 
 
 
 
 
Könül ġAMĠLQIZI 
 
"ĠNTERNET MEDĠASININ TƏNZĠMLƏNMƏSĠ: HÖRÜMÇƏYĠ TORA SALMAQ OLARMI?" 
 
Tənzim etmək, nizama salmaq, qaydaya salmaq – Azərbaycan dilinin izahlı lüğətində ―tənzimləmək‖ sözünün 
izahı belədi. Bu izahdan yola çıxsaq, deyə bilərik ki, Azərbaycanın televiziya və radio məkanını nizamlamaq 
səlahiyyətinə malik olan Milli Televiziya və Radio Şurası (MTRŞ) internet mediasını da qaydaya salmaq 
istəyir. Şuranın sədri Nuşirəvan Məhərrəmli hesab edir ki, internet mətbuatı mənəvi və əxlaqi sahəyə neqativ 
təsir göstərir, bu səbəbdən onu tənzimləmək lazımdır. Sədrin indiyə qədər verdiyi açıqlamalardan və MTRŞ-nin 
iyunun 4-də Avropa Şurasının Bakı ofisi ilə birlikdə təşkil etdiyi ―Azərbaycanda internet mediasının 
tənzimlənməsi‖ konfransındakı çıxışından hasil olan ümumi qənaət budur ki, virtual medianın nizama salınması 
üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməli, mexanizmlər müəyyənləşdirilməli, hansısa quruma bunun 
üçün səlahiyyətlər verilməlidi.  
Təşəbbüs MTRŞ-dən gəlmiş kimi görünsə də, mövzunun müzakirəsinə qoşulanların bir çoxu tənzimləmə 
ideyasının siyasi hakimiyyətin internet mediasına nəzarət etmək niyyətindən qaynaqlandığını düşünür. 
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konfransdakı çıxışında ―Biz kiçik 
dövlətik, baxaq görək Avropa dövlətləri nə qəbul edəcək? Onlara baxıb biz də Avropa Şurasının standartlarına 
uyğun addımlar düşünəcəyik‖ deməklə hələlik hakimiyyətin bu sahə ilə xüsusi ―ilgilənmədiyi‖ görüntüsünü 
yaratmağa çalışıb. Amma hakimiyyət rəsmisi internet mediasına nəzarət təşəbbüsünə bəraət qazandıran 
cümlələr də qurub: ―İnternet mediası ciddi daxili və xarici siyasət resursudur, cəmiyyətə təsir edir. Bir saytda 
verilən dezinformasiya az qala Azərbaycan və Türkiyəni bir-birinə düşmən etmişdi‖.  
Azərbaycan hakimiyyətindən fərqli olaraq avropalı ekspertlər məzmunla bağlı məhdudlaşdırmalara isti 
baxmırlar. Konfransda iştirak edən rumıniyalı və hollandiyalı ekspertlər, eləcə də Avropa Şurasının təmsilçisi 
Veronika Kotek internet mediasına dövlət nəzarətinin yolverilməz olduğunu deyiblər. Media hüququ üzrə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
69 
 
ekspertlər mövcud qanunvericiliyin internet mediasındakı məzmunla bağlı problemləri həll etmək üçün yetərli 
olduğunu və əlavə cəza mexanizmlərinin bu sektorun inkişafının qarşısını almağa yönələcəyini düşünürlər. 
Onların fikrincə, dövlət hansı sahəni tənzimləməyə cəhd göstərirsə, o sahə geriləyir. 
 
İnternet mediasının təmsilçiləri də ―tənzimləmə‖yə xeyli ehtiyat və şübhəylə yanaşır. Çünki lüğətimizin də 
xəsisliklə izah etdiyi bu söz Azərbaycanın indiki durumunda nizama salmadan çox nəzarət altına alma 
assosiasiyasını verir. MTRŞ internet mediasını çərçivəyə salmaq istəyir  
Əslində, bunu MTRŞ də inkar etmir. Qurumun hüquqşünası Tohid Əliyev ―Media forum‖a açıqlamasında deyir 
ki, söhbət internet mediasına dövlət nəzarətindən gedir: ―Bu nəzarəti həyata keçirmək üçün bir qurum olmalıdır. 
Şərt deyil ki, MTRŞ olsun, başqa qurum da ola bilər. Amma mütləq hansısa çərçivə, tənzimləmə mexanizmi 
olmalıdır ki, hər kəs ağzına gələni yazmasın‖.  
T.Əliyev onu da əlavə edir ki, əsas məsələ internet mediasının məzmununa nəzarətdir: ―Texniki nəzarəti Rabitə 
və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir. Hər hansı hadisə baş verəndə Milli Təhlükəsizlik, 
Daxili İşlər nazirlikləri müdaxilə edə bilir. Amma internetdə gedən məlumatlara nəzarət edən qurum, bu işi 
tənzimləyən mexanizm yoxdur. Televiziya, radio, qəzetlərlə bağlı hansısa qaydalar var və qanun pozuntusu 
olanda da həmin qaydalar əsasında tədbir görülür. İnternetlə bağlı da belə olmalıdır. Məsələn, saytlar hardansa 
icazə almalıdırlar, yaxud onlar qayda pozuntusuna yol verəndə onlara qarşı hansısa konkret tədbirlər 
görülməlidir‖. 
Oxşar fikirləri N.Məhərrəmli ―Azərbaycanda internet mediasının tənzimlənməsi‖ konfransında da səsləndirirb: 
―Media qanunlarında internetlə bağlı müddəalar, hüquq varsa, bu, Milli Teleradio Şurasına aiddir. Amma 
məsələ burasındadır ki, televiziya və radionu izləmə mexanizmi var, internetin izlənməsi mexanizmi yoxdur. 
Televiziyada və radioda qanun pozulursa, izlənir, tədbir görülür, internetdə isə bu, mümkün deyil. Ona görə də 
internet mediası tənzimlənməlidir‖. 
Amma necə? Bu sualın cavabını MTRŞ-də bilmirlər. T.Əliyev MTRŞ-nin konkret layihə və təkliflərinin 
olmadığını bildirir. Beynəlxalq təcrübəni araşdıran ekspert nə deyir 
Azərbaycan rəsmiləri beynəlxalq təcrübəyə istinad edəcəklərini deyirlər. Amma məsələ ondadır ki, bu sahədə 
beynəlxalq təcrübə də köməyə gəlmir. Çünki internet mediasını tənzimləmə metodları ayrı-ayrı ölkələrin söz və 
mətbuat azadlığına, informasiya əldə etmək azadlığına, insan haqlarına münasibətinə, hətta mentalitetinə görə 
dəyişir - bir neçə ildir Britaniyanın Lids Universitetində internet hüququndan dərs deyən və bu sahədə elmlər 
namizədi olan türkiyəli ekspert Yaman Akdəniz belə deyir.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
70 
 
İnternet və insan haqları mövzusundakı araşdırmalarını rəhbərlik etdiyi ―Cyber-Rights & Cyber-Liberties‖ adlı 
qeyri-hökumət təşkilatı çərçivəsində davam etdirən Y.Akdəniz Avropa Birliyi və BMT-nin bu sahədəki 
toplantılarının əksəriyyətində ekspert qismində çıxış edib və internet hüququ sahəsində ən yaxşı 
mütəxəssislərdən biri sayılır. Bu sahədə bir neçə kitab və araşdırmanın da müəllifi olan Y.Akdəniz ―Media 
forum‖a açıqlamasında internet mediasının qanun və cəza mexanizmləri ilə tənzimlənməsinin mümkün 
olmadığını söyləyib: ―Çünki internetdə risklər var və onların tamam ortadan qaldırılması mümkün deyil. 
Kompüterimizdə gördüyümüz saytlar əksər halda bizim yaşadığımız ölkədə fəaliyyət göstərmir. Bu səbbədən 
onları öz ölkənizin qanunları ilə tənzimləyə bilməzsiniz. Amma bu o demək deyil ki, qanunlar qəbul olunmur və 
ya olunmamalıdır. Qərbi Avropa ölkələrinin əksəriyyətində məzmun tənzimləmələri var. Amma vahid standart 
yoxdur. Çünki hər ölkənin həssas olduğu məsələlər var. Mənim uzun illər yaşadığım İngiltərədə ən çox 
həssaslıq uşaq pornoqlrafiyası ilə bağlıdır. Almaniyada, Fransada irqçi saytlara münasibətdə çox həssasdırlar – 
belə saytlara yasaq var. Türkiyənin durumu daha fərqlidir – qəbul edilən qanunda bir sıra cinayətlər sadalanıb 
və o cinayətlərin hər hansı birinin müşahidə olunduğu saytlara senzura tətbiq edilir. Məsələn, 13 aydır 
―Youtube‖ saytına giriş məhkəmə qərarı ilə yasaqlanıb. Səbəb bu saytda Atatürkü təhqir edən materialın 
yayımlanmasıdır. Türkiyə qanunvericiliyinə görə, internet səhifəsində ―Atatürk əleyhinə həyata keçirilən 
cinayətlər haqqında qanun‖da yer alan hallara rast gəlinərsə, bu, həmin resursun cəzalandırılması üçün əsasdır‖.  
Amma ekspert bildirir ki, belə senzura heç bir ölkədə işə yaramır: ―Bir neçə ildir Avropa ölkələri mövcud 
qanunvericiliklə kifayətlənməyib internetlə bağlı yeni siyasət yürüdür. Saytları bağlaya bilmirlər, texniki 
imkanlardan istifadə edib sayta girişi yasaqlayırlar. Yəni bir az Türkiyənin etdiyi kimi edirlər. Amma təbii ki, 
bu da yetmir. Bu gün Türkiyədə kimdən soruşsanız, ―youtube.com‖ saytına necə girmək lazım olduğunu sizə 
deyər. Bunun qarşısını almaq mümkün deyil‖.  
Y.Akdəniz qeyd edir ki, internetlə internet mediası arasındakı sərhədi müəyyənləşdirmək də xeyli çətindir: ―Bu 
yaxınlarda İslandiyada Avropa Şurasının yeni media ilə bağlı konfransı keçirildi. Tədbirdə Azərbaycan 
təmsilçisi də iştirak edirdi. Orada da bu suala cavab tapmağa çalışdıq - internet mediası nədir? Ortaya konkret 
nəticə çıxmadı. Bütün ölkələrdə radio, televiziya və yazılı mətbuatla bağlı ayrıca qanunlar var. Amma internet 
bütün hüquqi yanaşmaları qarışdırır. Məsələn, bloqçular jurnalistdir, yoxsa yox; saytı olan bir nəfər media 
qanununa tabe olmalıdır, yoxsa yox – belə qəliz suallar ortaya çıxır. Onların cavabını tapmaq isə o qədər asan 
deyil‖. Dünya təcrübəsi: İnterneti kim necə tənzimləyir?  
 
ABŞ 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə