Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə12/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
38 
 
•Google.az: 
http://www.google.com
  
•Azlink.info: 
http://www.azlink.info
  
•Bakililar: 
http://www.bakililar.com
  
 
E-mail xidmətləri: 
 
•Box.az: 
http://www.box.az
  
•Mail.az: 
http://www.mail.az
  
•BakuMail: 
http://www.bakumail.com
  
•Diaspora: 
http://www.diaspora.az
  
•AzeriFun: 
http://www.azerifun.com
  
•Avrasiya: 
http://www.avrasiya.net
  
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
39 
 
 
 
 
 
 
Vüqar Haqverdiyev 
 
"Elektron Azərbaycan": vətəndaĢ hüquqlarını reallaĢdıran virtual məkan 
  
 
İKT-dən istifadə etməklə dövlətin texnoloji sisteminin dəyişdirilməsi və onun müasir tələblərə uyğun 
formalaşdırılması zamanın tələbidir. Artıq bu gün bizim gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal 
informasiya-telekommunikasiya şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni növbəti informasiya 
inqilabı  baş verir. Bu yeni sosial-texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Bununla əlaqədar 
məqalədə elektron inqilabın hansı zərurətdən doğulduğu, informasiya cəmiyyəti quruculuğu ilə əlaqədar 
keçirilən beynəlxalq tədbirlər, inkişaf edən ölkələrin nə üçün bu yolu seçdiyi, Azərbaycanda elektron hökumətin 
yaradılması ilə bağlı görülən işlər, e-hökumətin üstünlükləri, bu sahədə olan problemlər və onların həlli yolları 
barədə oxuculara ətraflı məlumat verilir. 
 
"Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan 
 
XX əsrin sonunda bir çox ölkələr müasir dövrün çağırışına adekvat olmayan klassik dövlət idarəçiliyinin qayda 
və modellərinə yenidən baxmaq zərurəti ilə qarşılaşdılar. Hətta inkişaf etmiş ölkələrin rəhbərləri də dövlət 
idarəçiliyində bürokratiyanın rolunun aradan qaldırmaq mümkün olmadığını görərək onun qarşısının alınması 
üçün  yeni nəzarət formalarını axtarmağa başladılar. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) 
sürətlə inkişaf etdiyi və internetin geniş yayılmağa başladığı bir dövrdə bu problemin həlli üçün əsas 
addımlardan biri İKT-dən istifadə etməklə dövlətin texnoloji sisteminin dəyişdirilməsi və onun müasir tələblərə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
40 
 
uyğun formalaşdırılması oldu. Texnoloji sistemin radikal dəyişiklikləri isə ictimai fəaliyyətin bütün sahələrinə 
mədəniyyətə, siyasətə, sənayeyə, kənd təsərrüfatına və s. əhəmiyyətli təsir göstərir. Belə təsirlər tarixin bəzi 
mərhələlərində elə güclü olub ki, onları texnoloji inqilab kimi qiymətləndirirlər. Hər texnoloji inqilabın 
kökündə isə Rusiya alimi A.İ.Rakitova fikrincə, bir informasiya inqilabı durur ki, o da öz növbəsində, 
cəmiyyətin keyfiyyətcə yeni texnoloji inkişaf səviyyəsinə keçməsinə zəruri şərait yaradır. Ona görə də 
sivilizasiyalı inkişafın bu və ya digər  mərhələsinin əsas fərqləndirici əlaməti dövlət quruluşunun növü ilə deyil,  
məhz dövlətin texnoloji sistemi ilə müəyyənləşdirilir.  
Artıq bu gün bizim gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal informasiya-telekommunikasiya 
şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni növbəti informasiya inqilabı baş verir. Bu yeni sosial-
texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Əvvəlki bütün elmi-texniki inqilablar kimi, cəmiyyətin 
həyatında köklü dəyişiklər edən bu inqilaba ilk yaxın olan ölkələr, o vaxtlar əhalisinin 30-50%-i internet 
istifadəçisi olan ABŞ, Fransa, İngiltərə, İtaliya, Sinqapur, Avstraliya, Almaniya və digər inkişaf etmiş ölkələr 
oldular. Onlar vətəndaşların marağını nəzərə alaraq dövlət idarəçiliyi sistemində və hökumət orqanlarında 
islahatlara başladılar. İslahatların əsasını mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsi, dövlət 
məsuliyyətinin artırılması, vəsaitlərin idarə edilməsinin təkmilləşdirilməsi, bazar münasibəti elementlərinin 
tətbiqi təşkil edirdi. Bu tədbirlərlə yanaşı dövlət idarəetmə sisteminin elektron infrastrukturunun inkişaf 
etdirilməsi, inzibati idarə etmə fəaliyyətinin bir hissəsinin avtomatlaşdırılması, yəni onun "kağız dünyasından" 
rəqəmsal məkana keçirilməsi də həyata keçirilirdi. "Elektron hökumət (e-hökumət)" və ya "elektron idarəetmə"  
adlanan bu mərhələni, sadə şəkildə, yeni informasiya texnologiyalarından istifadə etməklə dövlət təşkilatları və 
vətəndaşların qarşılıqlı əlaqəsini təmin edən müəyyən kommunikasiya infrastrukturunu yaratmaq kimi izah 
etmək olar.  
Bunların nəticəsi olaraq 1993-cü ildə ABŞ hökuməti milli informasiya infrastrukturunun inkişaf etdirilməsi 
planı ilə bağlı məruzə hazırladı. (Agenda for Action) və bu məsələ ilə əlaqədar problemləri öyrənmək üçün 
İnformasiya İnfrastrukturu üzrə İşçi Qrupu (İnformation İnfrastructure Task Force) yaradıldı. 1995-ci ildə ABŞ-
da "Kağız sənəd dövriyyəsinin azaldılması haqqında" qanun qüvvəyə mindi. 1996-cı ildə isə "İnformasiya 
azadlığı haqqında" qanuna əhəmiyyətli dəyişikliklər edildi. 1994-cü ildə Avropa Cəmiyyəti Komissiyası  
"İnformasiya cəmiyyətinə Avropa yolu" iş planı, 2000-ci ildə isə yeni "Elektron Avropa" 10 illik Proqramı 
qəbul etdi. 1995-ci ildə Finlandiyada "İnformasiya cəmiyyətinə Finlandiya yolu", 1996-cı ildə isə Almaniyada 
"İnformasiya cəmiyyətinə Almaniya yolu" hökumət Proqramları hazırlandı. 1999-cu illərdə Böyük Britaniya 
hökuməti tərəfindən ölkənin beş milyon dövlət qulluqçusunu əhatə edən "Dövlət hakimiyyətinin 
modernləşdirilməsi"strateji proqramı qəbul edildi və elə həmin il Sinqapurda böyük hökumət portalı eCitizen 
Centre (www.ecitizen.gov.sg) yaradıldı. Sinqapur eCitizen Centre portalı elektron hökumətlə bağlı faktiki 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə