Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə13/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
41 
 
dünyada həyata keçirilən ilk böyük layihələrdən biri oldu. 2000-ci ilin iyul ayında Okinavada keçirilən "Böyük 
səkkizlik" (İngiltərə, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya) ölkələrinin sammitində 
"Qlobal İnformasiya Cəmiyyətinin Xartiyası" (Okinawa Charter on Global Information Society) qəbul edildi. 
Xartiyada belə bir fikir təsbit olundu ki, informasiya cəmiyyəti istiqamətində atılan addımlar insan 
sivilizasiyasının gələcəyinə aparır. Sammitdə "Böyük səkkizliyə" daxil olan dövlət rəhbərləri öz ölkələrində 
informasiya cəmiyyətinin inkişafına və informasiya bərabərsizliyinin aradan qaldırılmasına yönəlmiş 
proqramların həyata keçirilməsinə hazır olduqlarını ifadə etmişdilər.   
Analoji fəaliyyətlər digər beynəlxalq birliklər tərəfindən də aparılırdı. BMT-nin himayəsi altında 2003-cü ilin 
dekabrında İsveçrənin Cenevrə şəhərində, 2005-ci ilin noyabrında isə Tunisdə İnformasiya Cəmiyyəti üzrə 
Ümumdünya Sammitləri keçirildi.  
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrə Sammitinə xüsusi olaraq 
dəvət olunmuş və dövlət başçısı  Sammitin açılışında çıxış edərək informasiya cəmiyyəti ideyasını 
dəstəklədiyini, Azərbaycanın elmi potensialının, əldə etdiyi texnoloji nailiyyətlərin biliklərə əsaslanan 
cəmiyyətin bərqərar edilməsi üçün tam kifayət etdiyini, informasiya, bilik bazarının formalaşdırılmasına, onun 
inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-
kommunikasiya xidmətlərinin genişləndirilməsinə Azərbaycanda böyük diqqət yetirildiyini xüsusi qeyd edərək, 
hazırda elektron hökumətdən elektron iqtisadiyyata qədər çox sayda konkret layihələri əhatə edən "Elektron 
Azərbaycan" dövlət proqramı üzərində iş getdiyini bildirmişdir. 
Dövlət başçısının Cenevrə Sammitində söylədiyi fikirlər bu gün artıq reallığa çevrilmişdir. İnformasiya  
cəmiyyətinin qurulması dövlət siyasətinin prioritetlərindən biri kimi qəbul olunub, Azərbaycanın inkişafı 
naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə qəbul olunmuş Milli 
Strategiya uğurla həyata keçirilir və bu Strategiyanın davamı olaraq dövlət başçısının sərəncamları ilə 2004-cü 
ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, 2005-2007-ci 
illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci 
illər üçün rabitə və informasiya texnologiyalarının ("Elektron Azərbaycan") inkişafı və 2008-2012-ci illərdə 
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq 
edilmişdir.  "Elektron imza və elektron sənəd haqqında", "Telekommunikasiya haqqında", "İnformasiya, 
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında" və "İnformasiya əldə 
etmək haqqında" Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş, "Vətəndaşlıq vəziyyəti aktlarının 
dövlət qeydiyyatı", "Elektron kargüzarlıq", "Azərbaycan dilinin informasiya məkanında işlədilməsi", "Milli 
informasiya resurslarının yaradılması", "İKT sahəsində kadr hazırlığı", "Rəqəmli bərabərsizliyin ləğvi" kimi 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
42 
 
müxtəlif layihələr yerinə yetirilmiş, "Elektron elm", "Elektron kitabxana", Elektron ticarət", "Milli elektron 
sağlamlıq kartı sistemi" və digər layihələrin həyata keçirilməsi üzrə işlər isə bu gün uğurla davam etdirilir.  
BMT Baş Assambleyasının 2006-cı ildən etibarən 17 may tarixini Beynəlxalq Telekommunikasiya və 
İnformasiya Cəmiyyəti Günü elan etməsi ilə əlaqədar artıq 3-cü ildir ki, bu əlamətdar gün ölkəmizdə yüksək 
səviyyədə qeyd olunur. İnformasiya Cəmiyyəti Gününün keçən ilki mövzusu əlil insanların informasiya və 
kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması olmuşdur. Tədbirdə respublikamızın alim 
və mütəxəssisləri bir araya gələrək xalqımızın inkişafına xidmət edəcək informasiya cəmiyyətinin qurulması 
prosesində əlil insanların iştirakının, məhdud imkanlı vətəndaşlarımızın informasiya texnologiyalarının 
imkanlarından yararlanmasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparmış, "Təhsildə 
qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatı"nın və "On-layn ödəmə sistemi"nin təqdimatları 
keçirilmişdir. 
Ümumiyyətlə, "e-hökumət" layihəsi ölkəmizdə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata 
keçirilir. Bu işdə ümumdünya internet şəbəkəsinin imkanlarından uğurla istifadə edilir. İnternet vasitəsi ilə 
abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının 
yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın, onların əsasnamələrinin və strukturlarının 
yerləşdirilməsi, hazırlanan qanunların, sənədlərin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planın 
layihələrinin xalqın müzakirəsinə çıxarılması, internet vasitəsi ilə vətəndaşların suallarına cavab verilməsi
şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi, bəzi kommunal borcların online rejimində 
öyrənilməsi, elektron seçkilərin keçirilməsi və s. misal ola bilər. Bunlardan əlavə virtual kitabxanaların 
yaradılması, qəzet və jurnalların elektron variantlarının internetdə verilməsi oxucuları evdən çölə çıxmadan 
kitabxana xidmətindən yararlanmağa, gündəlik xəbərlərlə, ölkədə baş verən hadisələrlə tanış olmağa imkan 
verir.  
Beynəlxalq standartlara görə elektron hökumətin əsas funksiyaları hökumətin biznes (G2B "government-to-
business"), hökumət orqanları (G2G "government-to- government") və vətəndaşlar (G2C "government-to-
citizen") ilə qarşılıqlı əlaqəsini təmin etməkdir. Bu funksiyalar əsasən ölkə daxilindəki tələbatları ödəməyə 
yönəlmişdir. Lakin Azərbaycanın sürətli iqtisadi inkişaf yolunda olduğunu, beynəlxalq aləmdə nüfuzunun 
durmadan artdığını, regionda xarici şirkətlər və investorlar üçün əməkdaşlıq baxımından mühüm əhəmiyyət 
kəsb etdiyini  və  internetin geniş imkanlarını nəzərə alsaq, onda aydın olar ki, ölkəmizə gəlmək istəyən, 
müştərək iş birliyi yaratmaq və yaxud, sadəcə respublikamızla maraqlanan xarici ölkə təşkilatları və 
vətəndaşları da elektron hökumətin xidmətlərinə müraciət edə bilər. Bu proses dövlət başçısının 4 mart 2009-cu 
il tarixində imzaladığı "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 
fərmanından sonra daha da sürətlənəcəyini nəzərə alsaq e-hökumət funksiyalarına hökumət və əcnəbilər (G2F 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə