Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə8/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
22 
 
şəbəkə resurslarımızı zənginləşdirmək, orta nəsil, eləcə də yeniyetmə və gənclərin yazdıqları əsərləri İnternet 
səhifələr – bloqlar formasında nəşrə hazırlamaq, şəbəkər resursunda yerləşdirmək, milli-mənəvi dəyərlərinin 
qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gənclərlə şəbəkə təmasları sürətləndirmək, 
çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verməkdir.  
Yeni kompyuter texnologiyalarla işləmək, fərqli – İnternetdəki şəbəkə resurslarından oxumaq, elektron yazı 
mədəniyyətinə yiyələnmək, ana dilimizdə gənclərə istiqamətlənmiş elektron resursların səviyyəsini qaldırmaq, 
dünyadakı soydaşlarımızdan ibarət qlobal informasiya məkanının istifadəçiləri üçün Milli Virtual Kitabxananı 
vaxt itirmədən zənginləşdirmək lazımdır. Yeni nəslin elektron gündəliklərini – bloq portalını yaratmaq, elektron 
rəqəmsal kitabları nəşrə hazırlamaq, mobil rabitə vasitələrindən – e-kağız və e-kitablardan yararlanaraq ciddi 
əsərləri, elmi mətnlərlə faydalı işləmək, elektron cihazlardan mütaliə etmək, İnternet yazı müsabiqələrinin 
təşkili və başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan 50 
milyonluq soydaşlarımızda doğma Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-
mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, Azərbaycançılıq məfkürəsinə marağı 
gücləndirmək, eyni zamanda, Qlobal İnformasiya Şəbəkəsində ―Virtual Azərbaycan‖ı qurmaqda intellektual-
kulturoloji sərvətlərimizin rolu böyükdür.       
Bu problemləri öyrənmək, хalqımızın milli-mədəni dəyərlərinin  geniş ictimai sferada təbliği, təhsilə, elmə, yeni 
texnologi biliklərə, gənc nəslin sivil inkişafına səy göstərməkdən, eləcə də qlobal, xalqların inteqrasiyyaya 
meylinin güclü olduğu bir çağda dünyada millətimizin başqa xalqlardan geri qalmamasından ötrü bir gün də 
vaxt itirmədən yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Hər hansı bir 
dövlətin – millətin sivil inkişafının bir ölçüsü də onun ərazisində yaşayan insanların çağdaş dünya dəyərlərinə 
olan münasibətidir. Bu mənada biz Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. İlk 
addımlardan biri kimi isə cəmiyyətimizin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən, dünya 
gəncləri arasında innovativ-şəbəkə rabitə vasitəsinə çevirilə biləcək milli İnternet resurslarının yaratmaq və 
zənginləşdirmək istiqamətində görülən hər bir iş sadalanan problemin həllində ciddi addımlardan biri olacaq.   
Həyata keçirilən kulturoloji layihənin bir məqsədi də alternativ elektron dərslik və kitablardan istifadəni 
populyarlaşdırmaq, nəinki Azərbaycanda, eləcə də dünyadakı 50 milyonluq soydaşlarımızın təhsil, elm, dərslik, 
kitab və ədəbiyyata olan tələbatını ödəməkdir. Virtual oxu, innovativ tədris, elektron kitab, e-yazı, e-mütaliə və 
şəbəkə ədəbiyyatı kimi yeni metodların, formatların geniş tətbiqi nəticəsində məsafədən tədrisin 
populyarlaşmasına da yardımçı olunur. Müəllimlər bu resursun e-kitabxana bölümündən yararlanaraq ev 
tapşırıqları, əlavə oxu, bədii ədəbiyyatın mütaliəsi, yeniyetmə və gənclərin sosiallaşması, qrup halında 
İnternetdən və İKT-dən yararlanmasına şərait yarada bilərlər... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
23 
 
www.kitabxana.net - Milli Virtual Kitabxana dünyanın aparıcı dillərində kitabların elektron variantı, milli və 
qlobal Elektron Kitabxanaların ünvanları, yazarların saytları, bloqlar, yazılı, eləcə də elektron KİV-in şəbəkə 
ocaqları, tərcümələr, orijinal yazılar, xəbərlər: intelektualların hər gün yenilənən kulturoloji e-resursu kimi 
Azərbaycan, ingilis, rus və türk dilində fəaliyyət göstərir. Eyni zamanda portalda uşaq ədəbiyyatı və kitablarının 
elektron variantlarından ibarət bölmə, Azərbaycanda ilk dəfə e-Dərgi, şəbəkə elmi-kulturoloji jurnalı, gənclərin 
intellektual-ədəbi-poetik-bilgili elektron gündəlikləri - bloqları da mövcuddur.  
Kulturoloji layihənin yeni mərhələsində orta nəsil yazıçı və şairlərin yaradıcılığının geniş cəmiyyətə 
tanıdılması, ölkə daxilində və xaricdə təbliği,  Azərbaycan ictimaiyyətinin, xüsusən də onun ən yeni nəslinin 
təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı 
mədəniyyətinə yiyələnməsi, Virtual Kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, şəbəkədən 
istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Yeni ədəbiyyatın 
zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, yeni nəsil nümayəndələri üçün nəzərdə 
tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının 
genişləndirilməsinə səbəb olaçaq, Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial elektron 
şəbəkəsinin yaradılmasına təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə 
ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, yazıçılarımızı dəyərli ədəbiyyat, poeziya, bilgili əsərlərin 
yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyətini formalaşdıracaq: bir 
sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş 
oхucu kütləsinə tanıdacaq, bunu həm kitab, həm həm də veb-sayt vasitəsilə ediləcəkdir. Eyni zamanda bu 
kulturoloji layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlı oxucuları şəbəkə ədəbiyyatı - 
eletron kitabxana resursu ətrafında birləşməyə dəvət edəcəkdir.  
 
 
 
 
 
 
 
Milli Ədəbiyyat və mədəniyyət portal və saytları 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə