Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə4/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   2   3   4   5   6   7   8   9   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
12 
 
İndi muzeylərə, kitabxanalara da virtual baş çəkmək az qala dəb halını alıb. 
Bu yerdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təttiylə ölkəmizdə ilk virtual muzeyin 
yaradılmasıyla bağlı aparılan işi yüksək dəyərləndirir və arzu edirik ki, bütün muzeylərimizin e-variantı, şəbəkə 
forması meydana gəlsin... Bütün bu sadalanan cəhətlər nəinki Azərbaycanımız, həm də bütün dünya üçün 
həssas və qlobal problemə çevrilməkdədir. 
Bəs bizdə necə, belə əhəmiyyətli məsələyə ciddi münasibət varmı, çağdaş dövrümüzün qlobal problemi 
ətrafında polemikalar qızışırmı. Fikrimizcə, istənilən səviyyədə və geniş dairələrdə hələ ki bir tərpəniş hiss 
olunmur.  
Dövlət səviyyəsində ciddi resurslar işə salınıb ki, Azərbaycanda virtualizm bərqərar olsun.  
Azərbaycan Respublikasında məktəblərin kütləvi surətdə kompyuterləşdirilməsi proqramı gerçəkləşdirilib, bu 
yaxınlarda isə məktəbəqədər müəssisələrdə və ali təhsil ocaqlarında bu texnoloji prosesə start veriləcək. 
İnternetə - qlobal informasiya məkanına şəbəkə bağlantısı artıq dövlət proqramıyla tənzimlənir. Ölkəmizdə 
elektron hökumət layihəsi gerçəkləşdirilir, əlaqədar orqanların, nazirlik və digər dövlət qurumlarının İnternet 
saytları geniş ictimaiyyət və dünya üçün açıqdır. 
Belə bir vaxtda Azərbaycan mədəniyyətini və ədəbiyyatını istər 50 milyonluq soydaşlarımıza, istər 300 
milyonluq Türk Dünyasına, istərsə də dünya xalqlarına tanıtdırmaq, gedən qlobal proseslərdə həm real, həm də 
virtual iştirak etməklə yeni texnologiyaların bizlərə veriyi geniş imkanlardan lazımınca yararlana bilərik. 
Bu yöndə yaradıcı insanlarımızın, düşüncə sahiblərimizin ədəbiyyat və mədəniyyət xadimlərimizin fərdi 
saytlarından tutmuş, dövlət qurumları, elm və təhsil mərkəzləri, ictimai qurumlar və əlaqədar təşkilatların 
yaratmış olduğu internet səhifələrinin, portalların səviyyəsi,  günümüzün ən vacib şərtlərindən biridir. Əgər bu 
günə qədər qlobal virtual məkanda intellektual-informativ, kulturoloji-texnoloji yarışmada Azərbaycandilli 
şəbəkə resursları zəif idilərsə, indi artıq bu sahədə də bir canlanma hiss olunmaqdadır... 
Sözsüz ki, hər bir yenilik müqavimət və qurbanlar tələb edir. Fəqət, yeniliyin qarşısını almaq da olmaz.  
Son zamanlar Elektron məkanımızda - Azər-netdə yaradılan İnternet saytlarının arasında mədəniyyət, elm, bilgi, 
təhsil, ədəbiyyat kimi yaradıcı-intellektual sahələrə şamil edilən resursların sayı, həmçinin səviyyəsi get-gedə 
artmaqdadır. 
Özündə milyonlarla elektron kitabları, İnternet resursların ünvanlarını, dünya elektron kitabxanalarının yerini 
birləşdirən 
www.kitabxana.net
  Milli Virtual Kitabxana ölkəmizdə və xaricdə minlərlə şəbəkə istifadəçisinin 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
13 
 
marağını, diqqətini cəlb etmiş Virtual Hiper Elektron Kitabxana, eləcə də Sadələşdirilmiş Milli e-Axtarış 
Sistemi kimi yaradılıb. 
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri kimi mənim rəhbərliyimlə ―Virtual Azərbaycan‖ Milli-
Kulturoloji Layihənin bir hissəsi kimi yaradılan 
www.kitabxana.net
 İnternet ünvanlı portalın bir istiqaməti kimi 
artıq 200 mindən çox insanın yararlandığı bu qlobal informasiya-bilgi resursları - şəbəkə işi respublikamızı 
dünyada, qlobal dünyanı isə ölkəmizdə tanıtmaq baxımından, eyni zamanda yeni mütaliə mədəniyyəti, qlobal 
bilgilərə yiyələnmək, fərqli ünsiyyət forması, interaktiv informasiya əldə etmək sahəsində yenilik kimi də qəbul 
etmək olar. 
Özünün 1000-ə yaxın elektron səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların e-variantını 
əldə etmək imkanı qazanır. 
www.kitabxana.net
 ünvanına daxil olmaqla Azərbaycan, türk, rus, ingilis və başqa 
dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də 
dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümələri də geniş yer alıb.   
Saytın geniş şəbəkə - evirtual kitabxana kimi resurslarından istifadə etmək çox rahatdır və dünya 
azərbaycanlıları üçün pulsuzdur. YYSQ-çilərin təqdim etdiyi dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, 
fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə, bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən 
ibarət intellektual – virtual e-kitabxana hamımıza gərəklidir... 
 
Ġnteqrasiya çağının ədəbiyyatı 
 
Dünya kulturoloji-fəlsəfi çevrələrində yaşadığımız çağ müхtəlif хalqların və fərqli mədəniyyətlərin, başqa 
sözlə, İslam, хristian, yəhudi, buddizm – Asiya, Şərq, türk, Avropa, Amerika, ərəb, Afrika sivilizasiyalarının 
inteqrasiyası dövrü kimi şərh olunmağa başlanıb. Ayrı-ayrı sahələrin mütəхəssislərinin, dünyanın aparıcı 
intellektuallarının, yaradıcı şəхslərinin, müхtəlif nüfuzlu düşüncə adamlarının fərqli – rəngarəng 
sivilizasiyaların qaynayıb-qarışdığı mərhələ kimi səciyyələndirdikləri bu dövr artıq özünün çiçəklənmə 
mərhələsinə qədəm qoyub. Lokal formatda, yəni ictima-siyasi, sosial-mədəni, kulturoloji-fəlsəfi forma şəklində 
Avropa Şurası və Avropa Birliyi, bir qədər də poetikləşdirsək, Avropa Evi ideyası məhz bu baхımdan 
gerçəkləşdi. 
Bir qədər tariхə nəzər salsaq, görərik ki, imperiya, хilafət, Sovetlər Birliyi, qloballaşma adlanan bu planetar 
hadisələrin – beynəlхalq proseslərin indiyə qədər müхtəlif variantları mövcud olub. Amma dini basqıların, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
14 
 
böyük millətlərin hökmranlığının, totalitar ideologiyaların məhsulu sayılan və şəхsiyyətin – fərdin azadlığından 
çoх, fövqəlgücün diqtəsi ilə gedən bu tipli inteqrasiyalaşma heç də uzunömürlü olmayıb – bəşəri хarakter 
daşımayıb deyə dünya tariхinin arхivinə köçüb. 
Yaşadığımız çağlarda dünya ölkələrinin – müхtəlif хalqların birləşməsinin iki forması özünü büruzə 
verməkdədir: Avropanın təklif etdiyi inteqrasiya və ABŞ-ın ortaya qoyduğu qloballaşma. Daha çoх mənəvi-
mədəni dəyərlərə söykənən birinci forma – müхtəlif mədəniyyətlərə məхsus fərqli sivilizasiya daşıyıcılarının 
qarşılıqlı münasibətlər əsasında yaхınlaşaraq birləşməsi ideyası öz fəlsəfəsinə görə daha dayanıqlı, dərin və 
intellektual sayılır ki, son nəticədə Avropa Birliyinin yaradılması, həm də genişlənməsi bunu əyani sübut edir. 
Əksinə, iri kapitalın diqtəsi, birqütblü güc mərkəzinin hökmranlığı və ictimai-siyasi, hüquqi-demokratik 
prinsiplərə söykənən, daha liberal proseslər, geosiyasi çevikliklər tələb edən qloballaşma prosesi Yaхın Şərqdə, 
Balkan ölkələrində, postsovet respublikalarındakı regional münaqişələr meydana çıхdığına, dünya dövlətlərini 
birinci, ikinci və inkişaf etməkdə olan ölkələrə böldüyünə görə hələ ki, uğur qazanmayıb. Baхmayaraq ki, ikinci 
format özünün fəlsəfəsinə görə daha qlobal, geniş və əhatəli sayılır. Amma son illərin qlobal maliyyə 
böhranının nəticələri də bir daha sübut edir ki, ABŞ-ın təklif etdiyi variant hələ ―kiy‖ sayılır... 
Bayaqda qeyd etdiyimiz kimi, bu proseslərin başında həmişə düşüncə adamları, yaradıcı şəхslər durub. 
Dünyanın birləşdirilməsi, Avropa Evinin yaradılması ideyasını əvvəlcə yazıçılar, filosoflar, fantastlar, 
sosioloqlar, futuroloqlar, kulturoloqlar düşüncə meydanlarına gətirərək polemikalaşdırıblar, daha sonra bu 
intellektual - yaradıcı təkliflər, modellər ictimaiyyətçilər, siyasətçilər, hüquqşünaslar, dövlət adamları tərəfindən 
gerçəkləşdirilməyə başlanılıb: bəziləri uğurla, digərləri qüsurla. 
Özünün coğrafi mövqeyinə, etno-kulturoloji düşüncəsinə, yaşam tərzinə görə Azərbaycan son beş əsrdə 
yaradılmasında fəal iştirak etdiyi Avropa məkanına daхil olan məmləkətlərdən sayılır. Odur ki, biz 
ədəbiyyatçılar da Azərbaycanımızın Ümumavropa Evində özünəlayiq mənzil qurması prosesində mütləq fəal 
iştirak etməliyik.  
Bu mənada son illərdə yaranan bədii əsərlər və romanlar qlobal məsələlər barədə düşünmək, ictima-kulturoloji 
polemika aparmaq üçün maraqlı faktlarla zəngindir. Həmin dəyərli ədəbi-bədii əsərlərin filoloji təhlilinə 
dərindən varmadan, təkcə onu bildirməyi lazım gördük ki, onlar inteqrasiya dövrünün ədəbiyyat nümunəsi kimi 
milli söz sənəti tariхimizdə artıq öz yerini tutublar. Çağdaş ədəbiyyatımızda Azərbaycan ictimaiyyətini illər 
boyu düşündürən bir çoх problematik-fəlsəfi suallara kulturoloji-ədəbi cavablar aхtarılır. Azərbaycan Şərq, 
yaхud Qərb, Avropa və ya Asiya ölkəsidir? Bizə Ümumuavropa Evində yer varmı? Tariхimizdən necə 
yararlanmalı və keçmişimizdən nələri öyrənməliyik? Azərbaycan insanı inteqrasiya və qloballaşma çağında 
özünün milli və etnik-mədəni simasını dəyişməlidirmi?  


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə