Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə7/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   2   3   4   5   6   7   8   9   10   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
19 
 
Бир йазыда проблемин бцтцн тяряфлярини садаламаьа имкан йохдур дейя,  гянаянтляримизи йыьъамлашдырараг 
мцлащизяляримизи ядяби-мядяни вя филоложи иътимаиййятля бу формада бюлцшмяйи мягбул сайдыг. Фикримизъя, 
бу проблематик мювзу давам етмяли вя чох эениш бир иътимаи-културоложи мцзакиря формасында щуманитар 
дцшцнъямиздя елми-филоложи полемикалары гызышдырмалыдыр... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kulturoloji layihə: www.kitabxana.net - Milli Virtual Kitabxana  
barədə müxtəlif KĠV  orqanlarında, Ġnternet portallarında və saytlarda gedən materiallarin xülasəsi... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
20 
 
 
Orta nəsil Azərbaycan yazıçılarının bədii-poetik əsərləri rəqəmsal formatda hazırlanır 
 
Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi 
Şurasının maliyyələşdirdiyi ―Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə 
hazırlanaraq Milli Virtual  Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək‖ 
kulturoloji layihəsinin icrasına başlayıb. 
Layihə barədə geniş məlumat verən YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) bildirdiyinə görə, 
kulturoloji-humanitar layihə sayılan www.kitabxana.net - Milli Virtual Kitabxanada azərbaycan, türk və rus 
dillərində mindən çox elektron kitab, dərslik, lüğət, dünya və milli ədəbiyyat nümunələri, eləcə də on mindən 
çox intellektual materiallı oxucularına ödənişsiz təqdim edilir, elektron resurs hər gün zənginləşdirilir. 
Layihənin növbəti mərhələsi orta ədəbi nəslin nümayəndələrinin yaradıcılığının elektron variantda hazırlanaraq 
virtual kitabxana vasitəsi ilə Azərbaycanda və dünyada yaşayan 50 milyonluq soydaşlarımıza çatdırmaqdır. 
Aydın Xan (Əbilov) layihə barədə daha sonra bunları bildirib:  
Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın 
əksər ölkələrində ədəbiyyat, eləcə də intellektual sərvətlər – kitabların, bədii əsərlərin rəqəmsal formata 
salınmasına başlanılıb. Hazırlanan elektron kitablar isə qlobal informasiya məkanında, milli və lokal elektron 
resurslarında yerləşdirilir. Respublikamızda bu sahədə işlər aparılsa da, zamanın tələbləri səviyyəsində sözü 
gedən istiqamətdə hələ bir sıra problemlər öz həllini tapmamışdır. Yaşlı və yeni nəslin yaratdığı estetik-
intellektul əsərlər İnternetdə yerləşdirilsə də, orta nəslə mənsub milli yazıçı və şairlər bu məsələdə böyük 
çətinliklərlə qarşılaşıblar. Orta ədəbi nəsilin nümayəndələrinin çoxu hələ də kompyuter və yeni İKT 
vasitələrindən lazımınca yaralana bilmir. Eləcə də Azərbaycan daxilində və xaricdə yaşayan oxucular, xüsusən 
də yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitabları, əsərləri oxumaq, fərqli 
– yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində ciddi problemlər həll 
olunmamış qalır. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, Azərbaycan dilində kitab və 
ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni ədəbiyyat nümunələrindən xəbərsizdilər. Araşdırmalar göstərir 
ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qism gənclər kompyuter və İnternet bilgilərinə 
yiyələnsə də, milli İnternet – qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, Azərbaycan dilində 
gənclərə, yeniyetmələrə ünvanlanmış İnternet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət 
göstərməsi, zəif inkişaf etməsi, eləcə də elektron – virtual kitabxanaların, pulsuz bloq – sayt imkanlarının 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
21 
 
yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, yeni nəslin 
nümayəndələri İnternetdən yalnız əyləncə vasitəsi, çox hallarda isə erotik, bəzən isə pornoqrafiya, zorrakılığı 
təbliğ edən materialları asanca əldə etmək imkanı kimi yararlanırlar. 
Respublikamızda ―Elektron hökümət‖, ―Elektron məktəb‖, ―Elektron Kitabxana‖ kimi innovativ proqramlar 
həyata keçirilməsiylə bağlı dövlət proqramları, genişmiqyaslı planlar isə hələ ki, arzuolunan səviyyədə həyata 
keçirilmir. Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti, elektron kitablar, yeni nəslə 
ünvanlanmış saytları, şəbəkə resursları, İnternetdə milli və bilgili resurslar, həmçinin  təhsil və təlimin 
səmərəliyini artırmaq üçün digər innovativ vasitələr sahəsində böyük boşluqlar var. İnternet istifadəçilərimizin 
elektron poçt, elektron gündəlik – bloq, virtual kitabxana, şəbəkə etikası, İnternet mədəniyyəti, yeni e-oxu və e-
yazı vərdişləri, şəbəkə ədəbiyyatı, elektron və audio (səsli) kitablar, televiziya və radio verilişləri, gənclərə 
ünvanlanmış xəbər və əyləncə - İnternet sayt, həmçinin mətbuat sahələrindəki boşluqlar isə artıq ciddi problemə 
çevrilib, çağdaş humanitar-mədəni düşüncəmizdə - təhsil və yeni nəslin formalaşmasında boşluqlara aparıb 
çıxarır. Hələ üstəlik Azərbaycanın daxilində və xaricdə yaşayan gənclər arasında asan, ucuz başa gələn yeni 
ünsiyyət vasitəsi kimi İnternet – yeni informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifçiliyə kəskin 
ehtiyac duyulur.     
YYSQ ölkəmizdə, eləcə də xaricdə yaşayan azərbaycanlı yeni nəsil soydaşlarımız, xüsusən də gənclər, uşaq və 
yeniyetmələr üçün www.kitabxana.net şəbəkə ünvanlı İnternet portalı – Milli Virtual Kitabxana yaratsa da, 
onun durmadan zənginləşdirilməsinə, inkişaf etdirilməsinə, yeni ədəbiyyat və kitabların rəqəmsal formatlara 
salınıb orada yerləşdirilməsinə böyük zərurət duyulmaqdadır. Yeniyetmə və gənclərin mənəvi-estetik 
dünyagörüşlərini formalaşmasından ötrü İnternetdə e-kitablar hazırlanmalı, xüsusən də nisbətən qayğıdan uzaq 
düşmüş orta nəsil yazarlar və şairlərin yaratmış olduğu yeni əsərlərin e-variantı hazırlanmalı, qlobal informasiya 
şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilməlidir.  
Layihənin əsas məqsədi çağdaş oxuculara – ölkəmizdə və ə dünyada yaşayan soydaşlarımıza ünvanlanmış 
klassik, dünya, həmçinin milli ədəbiyyat - kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri İnternet resursları 
vasitəsilə çatdırılmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarımızı 
zənginləşdirmək, oralara girişlərin sayını artırmaq fikrindəyik.  
Məqsədimiz anadilli İnternet resursunda – Milli Virtual Kitabxanada orta nəsil yazarların dəyərli ədəbiyyat 
nümunələrini yerləşdirmək, bu yaradıcı nəslin nümayəndləri üçün bloq sistemini genişləndirmək, onları anadilli 
İnternet resurslarını zənginləşdirməyə həvəsləndirmək, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi 
dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmağı öyrətmək, yeni nəslin 
nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılamaq, milli, anadilli İnternet – 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə