www.kitabxana.net
– Milli Virtual Kitabxana
41
dünyada həyata keçirilən ilk böyük layihələrdən biri oldu. 2000-ci ilin iyul ayında Okinavada keçirilən "Böyük
səkkizlik" (İngiltərə,
Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya) ölkələrinin sammitində
"Qlobal İnformasiya Cəmiyyətinin Xartiyası" (Okinawa Charter on Global Information Society) qəbul edildi.
Xartiyada belə bir fikir təsbit olundu ki, informasiya cəmiyyəti istiqamətində atılan addımlar insan
sivilizasiyasının gələcəyinə aparır. Sammitdə "Böyük səkkizliyə" daxil olan dövlət rəhbərləri öz ölkələrində
informasiya cəmiyyətinin inkişafına və informasiya bərabərsizliyinin aradan qaldırılmasına yönəlmiş
proqramların həyata keçirilməsinə hazır olduqlarını ifadə etmişdilər.
Analoji fəaliyyətlər digər beynəlxalq birliklər tərəfindən də aparılırdı. BMT-nin himayəsi altında 2003-cü ilin
dekabrında İsveçrənin
Cenevrə şəhərində, 2005-ci ilin noyabrında isə Tunisdə İnformasiya Cəmiyyəti üzrə
Ümumdünya Sammitləri keçirildi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrə Sammitinə xüsusi olaraq
dəvət olunmuş və dövlət başçısı Sammitin açılışında çıxış edərək informasiya cəmiyyəti ideyasını
dəstəklədiyini, Azərbaycanın elmi potensialının, əldə etdiyi texnoloji nailiyyətlərin biliklərə əsaslanan
cəmiyyətin bərqərar edilməsi üçün tam kifayət etdiyini, informasiya, bilik bazarının formalaşdırılmasına, onun
inkişaf
etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-
kommunikasiya xidmətlərinin genişləndirilməsinə Azərbaycanda böyük diqqət yetirildiyini xüsusi qeyd edərək,
hazırda elektron hökumətdən elektron iqtisadiyyata qədər çox sayda konkret layihələri əhatə edən "Elektron
Azərbaycan" dövlət proqramı üzərində iş getdiyini bildirmişdir.
Dövlət başçısının Cenevrə Sammitində söylədiyi fikirlər bu gün artıq reallığa çevrilmişdir. İnformasiya
cəmiyyətinin qurulması dövlət siyasətinin prioritetlərindən biri kimi qəbul olunub, Azərbaycanın inkişafı
naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə qəbul olunmuş Milli
Strategiya uğurla həyata keçirilir və bu Strategiyanın davamı olaraq dövlət başçısının sərəncamları ilə 2004-cü
ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, 2005-2007-ci
illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci
illər üçün rabitə və informasiya texnologiyalarının ("Elektron Azərbaycan") inkişafı və 2008-2012-ci
illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq
edilmişdir. "Elektron imza və elektron sənəd haqqında", "Telekommunikasiya haqqında", "İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında" və "İnformasiya əldə
etmək haqqında" Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş, "Vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı", "Elektron kargüzarlıq", "Azərbaycan dilinin informasiya məkanında işlədilməsi", "Milli
informasiya resurslarının yaradılması", "İKT sahəsində kadr hazırlığı", "Rəqəmli bərabərsizliyin ləğvi" kimi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
42
müxtəlif layihələr yerinə yetirilmiş, "Elektron elm", "Elektron kitabxana", Elektron ticarət", "Milli
elektron
sağlamlıq kartı sistemi" və digər layihələrin həyata keçirilməsi üzrə işlər isə bu gün uğurla davam etdirilir.
BMT Baş Assambleyasının 2006-cı ildən etibarən 17 may tarixini Beynəlxalq Telekommunikasiya və
İnformasiya Cəmiyyəti Günü elan etməsi ilə əlaqədar artıq 3-cü ildir ki, bu əlamətdar gün ölkəmizdə yüksək
səviyyədə qeyd olunur. İnformasiya Cəmiyyəti Gününün keçən ilki mövzusu əlil insanların
informasiya və
kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması olmuşdur. Tədbirdə respublikamızın alim
və mütəxəssisləri bir araya gələrək xalqımızın inkişafına xidmət edəcək informasiya cəmiyyətinin qurulması
prosesində əlil insanların iştirakının, məhdud imkanlı vətəndaşlarımızın informasiya texnologiyalarının
imkanlarından yararlanmasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparmış, "Təhsildə
qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatı"nın və "On-layn ödəmə sistemi"nin təqdimatları
keçirilmişdir.
Ümumiyyətlə, "e-hökumət" layihəsi ölkəmizdə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata
keçirilir. Bu işdə ümumdünya internet şəbəkəsinin imkanlarından uğurla istifadə edilir. İnternet vasitəsi ilə
abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının
yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın, onların əsasnamələrinin və strukturlarının
yerləşdirilməsi, hazırlanan qanunların, sənədlərin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planın
layihələrinin xalqın müzakirəsinə çıxarılması, internet vasitəsi ilə vətəndaşların suallarına cavab
verilməsi,
şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi, bəzi kommunal borcların online rejimində
öyrənilməsi, elektron seçkilərin keçirilməsi və s. misal ola bilər. Bunlardan əlavə virtual kitabxanaların
yaradılması, qəzet və jurnalların elektron variantlarının internetdə verilməsi oxucuları evdən çölə çıxmadan
kitabxana xidmətindən yararlanmağa, gündəlik xəbərlərlə, ölkədə baş verən hadisələrlə tanış
olmağa imkan
verir.
Beynəlxalq standartlara görə elektron hökumətin əsas funksiyaları hökumətin biznes (G2B "government-to-
business"), hökumət orqanları (G2G "government-to- government") və vətəndaşlar (G2C "government-to-
citizen") ilə qarşılıqlı əlaqəsini təmin etməkdir. Bu funksiyalar əsasən ölkə daxilindəki tələbatları ödəməyə
yönəlmişdir. Lakin Azərbaycanın sürətli iqtisadi inkişaf yolunda olduğunu, beynəlxalq aləmdə nüfuzunun
durmadan artdığını, regionda xarici şirkətlər və investorlar üçün əməkdaşlıq baxımından
mühüm əhəmiyyət
kəsb etdiyini və internetin geniş imkanlarını nəzərə alsaq, onda aydın olar ki, ölkəmizə gəlmək istəyən,
müştərək iş birliyi yaratmaq və yaxud, sadəcə respublikamızla maraqlanan xarici ölkə təşkilatları və
vətəndaşları da elektron hökumətin xidmətlərinə müraciət edə bilər. Bu proses dövlət başçısının 4 mart 2009-cu
il tarixində imzaladığı "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında"
fərmanından sonra daha da sürətlənəcəyini nəzərə alsaq e-hökumət funksiyalarına hökumət və əcnəbilər (G2F