Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə59/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   55   56   57   58   59   60   61   62   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
173 
 
biləcəyimizi bizə bəziləri söyləsə bəlkə də gülərək keçərdik. 
 
Artıq  hər  seqmentdən  insan,  xarici  görünüşü,  sinif  fərqi,  din,  dil  fərqi  olmadan  sərbəst  şəkildə  ünsiyyət  qura 
bilir. Bəlkə də bu məcrada öyrənir, öyrədir, təhsilli olurlar. 
 
Bəs, biz Sosial Mediada nə qədər azadıq? 
 
Sosial Media’nın sürətlə irəliləməsi və böyüməsiylə artıq hər marka, iş adamı, təşkilat özünün bu axında harada 
olduğunu çox düşünməyə başladı. Ölkəni idarə edənlər də bu vəziyyətə daxildir. Bu səbəbdən yazdıqları bir-bir 
araşdırmalar  kimi  oldu.  Məsələn  Twitter’də  yazdıqlarınızın  ictimai  təsiri  hesablansa  və  kimsə  sizdən  hüquqi 
mənada  hesab  soruşmaz  deyilsə  də,  bir  siyasətçiyə  etdiyiniz  bir  tənqid  sonrası  başınıza  nə  gələcəyini 
bilməzsiniz. Bu o demək olur ki, Sosial Media nə qədər ünsiyyət mövzusunda bizə böyük bir lüks təqdim etsə 
də  əslində  bir  o  qədər  də  azad  deyilik  və  məhdudlaşdırılırıq.  Təbii  ki,  bu  vəziyyət  yaşanılan  ölkəyə,  ətraf 
mühitə,  o  ölkənin  insanlarının  baxış  bucaqlarına  görə  dəyişən  bir  faktdır.  Lakin,  yenə  də  azadlığımızın 
məhdudlaşdırılmadığını iddia edə bilmərik. 
 
Sosial Media Ənənəvi Mediaya nəzərən daha azaddırmı? 
 
Sosial Media, Ənənəvi Media’ya nəzərən gündəmi an etibarilə təqib etməyimizi təmin edən, bir sonrakı günə 
qalmadan  hər  olan-keçəndən  dərhal  xəbər  almağımızı  təmin  edir.  Eyni  zamanda  düşüncələrimizi  də  sanki  bir 
qəzetin köşə yazarıyıq kimi ya da bir televiziya kanalımız varmışcasına canlı nəşr etmə azadlığını bizə təqdim 
edir. Bir müharibə müxbiri müharibənin içindən çəkdiyi bir foto şəkili dərhal paylaşaraq ya da bir şou xəbərçisi 
bir anda tutduğu flash bir şou xəbərini paylaşaraq məlumat almaq azadlığımıza önəmli bir azadlıq qata bilir. 
 
Lakin,  medalyonun  bir  də  o  biri  üzü  var.  Məşhurlarımız  bir  yana  yolda  gedərkən  belə  bir  başqasının  bizim 
şəklimizi  çəkib-çəkmədiyini  bilmədən  yolumuza  davam  edirik.  Anlıq  etdiyimiz  komik  bir  hərəkət  bəlkə  də 
özümüzün  rəzil  olaraq  qəbul  edəcəyi  bir  şeyi  dərhal  bir  Sosial  Media  üzərindən  görməyimiz  mümkün  bir 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
174 
 
vəziyyətdir. 
 
Bəs, azadlıq bunun harasındadır? deyənləriniz olacaq. Keçmişdən bəri davam edən və böyüklərimizin də tez-tez 
istifadə  etdiyi  ―Azadlığımız  başqasının  azadlığının  başladığı  yerdə  bitər‖  sözü  bax  tam  da  bu  anda 
qulaqlarım;zda cingildəyir. Bu çox incə xəttin bir önünə bir arxasına keçənlər üçün bu sözün qulaqlarda sırğa 
olmasını  diləməmək  mümkün  deyil.  Biri  yolda  gedərkən,  ayağı  sürüşüb  yıxılarsa,  digər  biri  də  bunu  komik 
hesab  edib  Sosial  Media  üzərindən  paylaşarsa,  qanunların  mövqeyi  çox  maraqlı  olacaqdır.  Təbii  ki,  bunu 
soruşmaq bizə bir sanksiya gücü təmin edirmi, haqqınızı nə qədər müdafiə edə bilərsiniz, qanunlar bu mövzuda 
nə qədər yetərlidir? Bu böyük bir sual işarəsidir. 
 
Sosial Media bilənlər üçün bir neçə il əvvəlindən varlığını hiss etdirsə də bir çoxumuz üçün yeni bir məcradır. 
Ümumiyyətlə,  qanunlarımızda  bu  mövzuyla  əlaqədar  yetərsiz  qalır.  Bu  vəziyyətdə  öz-özümüzə  bir  tərəzi 
meydana gətirməyimiz lazımdır. 
 
Həqiqətən  də  başqalarının  həyatlarını,  ətraflarını,  ailələrini  nəzərə  alaraq  paylaşmalarda  həm  paylaşım 
keyfiyyətini  həm  də  öz  keyfiyyətimizi,  bizi  təqib  edən,  yazılarımızı  oxuyan,  paylaşdığımız  videoları  izləyən 
şəxslərin keyfiyyətini salmamaq üçün çox lazımlıdır. 
 
İşin hüquqi tərəfini bir yana buraxacaq olsaq Sosial Media, Ənənəvi Media’ya nəzərən azadlıq mənasında daha 
açıq  bir  platforma  təmin  edir.  Ənənəvi  Media’da  xəbərləri  sonradan  almağımızdan  əlavə  subyektiv  bir 
platforma  ilə  qarşı-qarşıya  qalırıq.  Bu  vəziyyət  dövlət  idarəçilərinin  Ənənəvi  Media’nı  da  bir  mənada  idarə 
etməsi və yönləndirməsi ilə çox bağlıdır. Bu demək olur ki qətiliklə Sosial Media’da daha azadıq. 
 
Dünyadakı Sosial Media azadlığını ələ alsaq, məsələn, ölkə olaraq sərt əlaqələr içərisində olan başqa bir ölkənin 
bizə qarşı olan paylaşımlarını görməyimizin qadağan ediləcəyini bilirik. 
 
Bu  vəziyyət  bizi  yenə  eyni  nöqtəyə  daşıyır.  Dünya  idarəçilərinin,  ölkə  idarəçilərinin  təşəbbüsü  qədər  bu 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
175 
 
məcrada varıq və bu qədər azadıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəyə görə “sağlam” sosial Ģəbəkələri “xəstə” sosial Ģəbəkələrə çeviririk? 
 
Sosial şəbəkələri ―xəstə‖ləndirən user-lərimiz haqqında… 
 
İnternet ölkəmizdə inkişaf etdikcə sosial şəbəkələrə də gənclər və həmçinin orta yaşlı nəsil tərəfindən axın artır. 
User-lərimiz  müxtəlif  sosial  şəbəkələrdən  istifadə  edir.  Lakin,  çox  təəssüf  ki,  böyük  faiz  istifadəçi  kütləsinin 
sosial şəbəkələrdən istifadə məqsədi eyni, monoton və xeyirsiz olur. 
 
Məsələn,  odnoklassniki  sosial  şəbəkəsi  sinif,  qrup  yoldaşlarını  tapıb  onlarla  ünsiyyətdə  olmaq  üçün  nəzərdə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
176 
 
tutulub.  Amma  bizim  istifadəçilərin  çoxu  odnoklassniki  sosial  şəbəkəsini  tanışlıq  və  online  oyunlar  oynamaq 
üçün istifadə edir. Həmçinin bizim user-lər öz şəkillərini güzgü qarşısında , avtomobil yanında çəkdirib orada 
paylaşaraq 5, +5 xalı qazanmaq üçün istifadə edir. 
 
Facebook  sosial  şəbəkəsi  əsasən  ünsiyyət,  xaricdə,  uzaqda  qalan  dostlarla,  qohumlarla  danışmaq  üçün  və 
müxtəlif  şirkətlər  haqqında  məlumatlar  əldə  edilməsi  üçün  istifadəsi  nəzərdə  tutulub.  Lakin,  bizim  böyük 
istifadəçi kütləmiz bu sosial şəbəkədə hər gün küçə sözlərindən, nalayiq ifadələrdən , hətta söyüşlərdən ibarət 
başlıqlı səhifələr açıb orada səhifəsinin adına uyğun user-lər kütləsi ilə ünsiyyətdə olurlar. 
 
Həmçinin  bu  kütlə  istifadəçilər  facebook-dan  ―padxod‖  məqsədi  ilə  ona-buna  söz  atmaq,  like  dilənməklə 
məşğul olurlar. Facebook üzrə istifadəçilərimiz çox şükür ki, belə məqsədli və belə düşüncəli user-lərdən ibarət 
deyil.  Bu  tip  user-lər  yavaş-yavaş  Twitter  sosial  şəbəkəsinə  də  gəlməkdədirlər.  Çoxlarının  düşündüyü  lakin 
dilinə gətirmədiyi bir sual var: 
 
Bəs nəyə görə bizim istifadəçi kütləsinin daxil olduğu və istifadə etdiyi sosial şəbəkələr, xəstə sosial şəbəkələrə 
çevrilir? 
 
Sosial  şəbəkələrdə  user-lərin  əksəriyyəti  özünü  sərbəst  hiss  edir.  Belə  user-lər  real  həyatda  olduğundan, 
göründüyündən bir az fərqli görünə bilər. Həmçinin hər kəs öz daxili aləmini, tərbiyəsini bu sosial şəbəkələrdə 
əks  etdirir.  Öncə  qeyd  etdiyim  müəyyən  user-lər  öz  davranışı,  şit-şit  fikirləri  ilə  öz  tərbiyələrini,  dünya 
görüşlərini  göstərirlər.  Bu  zaman  da  sağlam  düşüncəli  istifadəçilərlə  bu  istifadəçilərin  mədəniyyəti,  tərbiyəsi, 
əxlaqı, fikirləri burada toqquşur və bir-birinə zidd gedir. Hər iki tərəf çalışır ki, öz xüsusiyyətlərini bilərəkdən 
və ya bilməyərəkdən təbliğ etsin, insanlara təsir etsin. 
 
Bu tip user-lərin çoxalmasına başlıca səbəb bekarçılıq, özünü real həyatda təsdiq edə bilməməkdir. Buna virtual 
həyatda  can  atmaları,  wap  saytlarda,  chat-larda  keçirdikləri  belə  ―həyat  tərzlərini‖  bu  saytların  dəbdən 
düşməsinə görə sosial şəbəkələrdə istifadə etmək istəyidir. 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə