Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə61/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
180 
 
 
Əgər tvitlər istifadəçiləri cəlb edərsə siz yeni-yeni izləyicilər qazana bilərsiniz. Bundan əlavə hər hansısa tvit ilə 
və  ya  hashtag  ilə  günün  trend-inə  Aztwinin  top  5-liyinə  düşərək  səhifənizə  (profilinizə)  followerlər  qazandıra 
bilərsiniz. Əgər dostarınız arasında 10000-dən biraz az və ya daha çox followeri olanlar varsa, onlar öz tvitində 
səhifənizin profilini paylaşaraq ―reklam― etsələr, o zaman da oxucu auditoriyası toplamaq asanlaşır. Twitter’in 
gözəl  məqamlarından  biri  də  odur  ki,  Aztwi-də  97%  user-lər  sağlam  düşüncəli,  bayağılıqdan  uzaqdırlar  və 
beləliklə burada sağlam auditoriyaya sahib olmaq mümkündür. 
 
 
 
 
 
 
 
 
 
Sosial ġəbəkələr güclüdür yoxsa Kütləvi Ġnformasiya Vasitələri? 
 
Yeni  dövrün  yeni  mediası  sayılan  sosial  şəbəkələr,  Kütləvi  İnformasiya  Vasitələrinə  (KİV)  nə  qədər  təsir 
göstərir? 
 
Sosial şəbəkələr həyatımıza daxil olan zamandan əksər insanlar sosial şəbəkələrə qoşularaq mütəmadi 
istifadə  edirlər.  Kimisi  hər  gün  kimisi  isə  bəzən..  Sosial  şəbəkələr  hər  gün  istifadə  etdiyimiz  həyat 
gündəliyimizə çevrilib.  Ötən  yazımda ölkəmizdə sosial şəbəkələrdə olan problemlər haqqında  yazmışdım. Bu 
mövzunu  davam  etdirmək  istərdim,  çünki  sosial  şəbəkələr  ilə  bağlı  problemlərimiz  çox  təəssüf  ki,  sayılmaz 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
181 
 
qədər çoxdur. 
 
Hər an, hər gün baş verənləri orada paylaşırıq. Dostlarla müzakirə edirik, yeni dostlar qazanırıq, yeni 
tanıdığımız və uzun müddət tanıdığımız insanlarla həyatımızın xoş məqamlarından fotolar və videolar 
paylaşırıq. Lakin, sosial şəbəkələrin xüsusiyyətləri bununla bitmir. Sosial şəbəkələr hal-hazırda böyük 
gücə malikdir. Hardasa onlara cəmiyyətin səsi də demək olar. Çünki, müxtəlif insanlar olduqları müxtəlif 
məkanlardan məlumatlar paylaşırlar. 
 
Hər  hansısa  ərazidə,  məkanda  baş  verən  fors-major  hadisəni  Kütləvi  İnformasiya  Vasitələrindən  öncə  sosial 
şəbəkələrdə hadisə yerində olan istifadəçilər dərhal paylaşır. İstər yazılı, istərsə də foto şəkil formasında. Lakin, 
bu  informasiyanın  dolğunluğunu  tam  əminliklə  təsdiqləmək  ilk  dəfədən  mümkün  olmur.  Çünki  sosial 
şəbəkələrdə  bəzən  şişirdilmiş  halda  informasiyalar  paylaşılır.  Əgər  məlumat  foto  ilə  yayımlanıbsa  fotonun 
montaj  edilə  bilməsi  də  istisna  deyil.  Dəfələrlə  olub  ki,  yalan  məlumat  kimi  fotomontaj  olunmuş  şəkil  sosial 
şəbəkələrin  səhifələrində  dolaşıb.  İstifadəçilər  həmin  fotonu  qınayıb,  müzakirə  edib.  Bir  az  bu  foto  günün 
trendindən  düşdükdən  sonra  aydınlıq  gətirənlər  tapılıb  ki,  məlumat  yanlış  imiş.  Yəni  sosial  şəbəkələrdə 
yayımlanan hər məlumatın dolğunluğuna inanmaq 
çətindir. Ən əsas məlumatın dolğunluğunu yoxlamağa çətinlik yaradan amillərdən biri də həmçinin 
yanlış informasiyanın yanlış olduğunu kütləyə sosial şəbəkələrdə çatdırmağa maneə yaradan bəzi səbəblər var. 
 
Bir  informasiyanın,  xüsusən  də  foto  şəkildən  ibarət  olan  informasiyanı  ilk  öncə  tanınmış  və  çox  saylı 
auditoriyası  olan  səhifənin  yayımlamasından  sonra  digər  çox  saylı  auditoriyaya  malik  olan  səhifələrin  eyni 
məlumatı  həmin  səhifədən  götürərək,  çox  zaman  mənbə  qeyd  etmədən  işıq  sürəti  ilə  paylaşmasındadır. 
Beləliklə, informasiya sosial şəbəkəni və 
ümumiyyətlə cəmiyyəti dolaşır, informasiyanın yanlış olduğunu yayımlayanlar olanda isə artıq bir çox faiz 
kütlə buna inanmaq istəmir. İlkin olaraq aldıqları informasiyanın doğru, onu inkar edən informasiyanın isə 
yanlış olduğunu qəbul edirlər. Az hallarda da olur ki, istifadəçilər kimdənsə dəqiq olmayan şayiə və dedi-qodu 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
182 
 
xarakterli informasiyanı sosial şəbəkələrdə yayımlayırlar. Həm də istinadsız və mənbəsiz… 
 
Sosial Ģəbəkələr və KĠV-lərin xəbər vermək metodları 
 
Hal-hazırda ölkə üzrə informasiya paylaşımları gedən sosial şəbəkələr facebook, twitter və youtube-dur. 
Düzdür bu sosial şəbəkələrdə yayımlanan operativ məlumatlar baş verən hadisələr haqqında bizi 
TV-dən, radiodan və informasiya portallarından öncə xəbərdar edir. Bu gözəldir, lakin informasiyanin doğru 
ya yanlış olmasını bilməyərək informasiyanı qəbul edib ürəklərdə şübhə yaranması informasiyaya qarşı 
çox təəssüfləndirici məqamdır. Operativlik baxımından əla olan, lakin, dəqiqlik və qərəsizlik məsələsində dəqiq 
olmayan bu məsələ qlobal bir problemdir. 
 
Bəlkə də cəmiyyətdə dürüstlük, düzgünlük tərəfdarı olan insanlar çox olsaydı bu baxımdan heç bir problem də 
yaşamazdıq. 
 
Youtube sosial şəbəkəsi vasitəsi ilə də bir çox gizli məqamlar, videolar vasitəsi ilə üzə çıxaraq kütləvi şəkildə 
yayımlanaraq problemin, hadisənin həlli tapılaraq həll olunur. Lakin, burada da montaj olunmuş yanlış videolar 
yayımlandıqda yenə də qeyri-dəqiq informasiya yaranır və çaşqınlıq yaradır. 
 
Yadınızdadırsa, əvvəllər və uzun müddət ərzində demək olar ki, bütün Kütləvi İnformasiya Vasitələri, xəbərlər 
və  sairə  kimi  verilişləri  üçün  hər  biri  informasiyanı  mənbədən  alırdılar.  Müxtəlif  ərazilərdə  yerləşən 
jurnalistlərindən  və  sairə  bu  kimi  metodlardan  istifadə  edirdilər.  Üstəlik  ən  əsası  operativ  məlumatı  hadisə 
yerinə  ezam  olunmuş  müxbirlərdən  əldə  edirdilər.  Düzdür  indi  də  belədir.  Müxbirlərindən,  səlahiyyətli 
şəxslərdən,  hadisə  yerində  olan  əməkdaşlardan  və  ya  hər  hansısa  xəbər  agentliyinə  istinad  edərək  məlumatı 
paylaşırlar. Bunu edənlər istər TV xəbərlər, istərsə də informasiya saytları olur. Lakin bir məqam var… 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə