Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə63/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   59   60   61   62   63   64   65   66   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
187 
 
 
7. Sosial şəbəkənizi saytınız və ya bloqunuzda göstərməyiniz məzmunu yaymaq və yeni izləyicilər qazanmaq 
üçün əla yoldur. Saytınızda yeləşdiriləbilən vidjetlər (Widgets)  sayəsində Twitter bunu sizin üçün asanlaşdırır. 
Saytınızdakı axtarış vidjeti hansısa açar sözü,  haşteqi və ya təşkilat adı Twitter kontenti ilə əlaqəlndirmək üçün 
əla yoldur. Profil Vidjeti, Favoritlər Vidjeti və Siyahı vidjetlərini də yoxlamağa dəyər. 
 
Tvitləri təyin etməklə komanda əməkdaşlığını möhkəmləndirin 
 
8.  Bir  çox  qeyri-komersiya  təşkilatlarının  sosial  media  fəaliyyətinə  nəzarət  etmək  və  cavab  vermək  üçün 
resursları yoxdur. CoTweet və Hootsuite kimi alətlər çoxsaylı əməkdaşlar birgə işləməyə və tvitləri sadə bir alət 
üzərindən  etməyə  imkan  verir.  Planlaşdırılan  komanda  üzvlərini  bloq  postları,  tədbir  xatırlatmaları,  xəbərlər 
barədə tvitləmək və tvitlərə cavab verməkdən, retvit etməkdən azad edir. 
 
Çoxsaylı müraciətlər üçün video annotasiyalardan istifadə edin  
 
9. Tərəfdarlarınızı müəyyən fəaliyyətə səsləmək sosail media fəaliyyətinin verdiyi imkanlardan biridir, belə ki, 
bu  imkanı  heç  vaxt  əldən  verməyin.  YouTube-da  video  annotasiyalarında  istifadə  etmək  izləyicilərinizi  sizin 
saytınıza  gəlməsi  və  orada  qeydiyyatdan  keçmələri  üçün  əla  vasitədir.  STILLER  STRONG  –un  videolarında 
interaktiv  menu  yaratmaq  üçün  video  annotasiyalardan  necə  istifadə  etdiyinə  baxın.  Onlar  həm  də  digər 
təşkilatların  müraciət  üçün  video  annotasiyalardan  necə  istifadə  etdiklərini  öyrənirlər.  (YouTube-nin  qeyri-
komersiya təşkilatları üşün proqramından qeydiyyatdan keçdiyinizdən əmin olun) 
 
Nişanlama (Check-in)  ilə olduğunuz əraziləri qeyd edin 
 
10.Foursquare  qeyri-komersiya  təşkilatlarına  öz  missiyalarını  lokal  ərazidə  yaymaq  və  tanıtmaq  üçün  böyük 
imkan  verir.  Görüş  yerləri,  gediləcək  yerlər  işarələnib  ckeck-in  ilə  göstərilə  bilər.  Məsələn,  Çarleston  Park 
Təbiəti  Mühafizə  xidməti  Foursquare  istifadəçilərini  yaxınlıqdakı  parklara  da  yönəltmək  üçün  bu  nişanlardan 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
188 
 
istifadə edir. (Mən həmçinin ətraf-mühiti mühafizə qruplarını da check-in dən istifadə etdiyi  görmüşəm, onlar 
yaxınlıqdakı zibil atma yerlərini və heyvanlara qulluq mərkəzlərini Foursquare-də qeyd edirlər) 
 
Yaradıcı olun! 
sosailmedia.net 
 
 
 
 
 
 
 
 
 
Sosial Ģəbəkələrin sosial problemləri 
 
Aydın Xan Əbilov: ―Sosial şəbəkələr böyük həyata hazır olmayan gəncləri həm də təhlükə altına ala bilir‖ 
 
İnformasiya-kommunikasiya  texnologiyalarının  şəxsi  və  ictimai  həyata  təsir  imkanları  yüksələn  xətlə  inkişaf 
edir.  Lakin  bunun  müsbət  olmaqla  yanaşı,  mənfi  fəsadları  da  artıq  ortaya  çıxmaqdadır.  10  il  bundan  qabaq 
əhalinin internetdən istifadə edə bilməməsi və ya etməməsi narahatçılığı var idi. Artıq bu baxımdan demək olar 
ki,  heç bir problem qalmayıb.  Lakin  indi  əhalinin  internetdən sui-istifadə etməsi  narahatçılğı  yaranıb.  Demək 
olar ki, əksəriyyət üçün internet deyəndə ilk ağıla gələn sosial şəbəkələrdir. Əksər gənclər öz həyatlarını sosial 
şəbəkələrsiz  təsəvvür  edə  bilmir.  Xüsusən,  mobil  telefonların  internetə  çıxış  imkanı  asanlaşdığından  sosial 
şəbəkələr daha çox insanların həyat amalına çevrilib. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
189 
 
 
 Bəzən saatlarla kompyuter qarşısında əyləşən bir gəncin valideynləri baxanda elə bilirlər ki, övladları ciddi bir 
işlə məşğul olur. Amma əslində onun bu məşğuliyyətinin heç bir müsbət nəticəsi yoxdur. Bir çox hallarda bu 
kimi situasiyada valideynlərlə övlad arasında anlaşılmazlıq yaranır. Buna bir misal çəkək. Çoxdandır tanıdığım 
bir ziyalıya qonşusu tələbə qızının saatlarla internetdən ayrılmadığını deyib və ondan xahiş edib ki, qızına başa 
salsın ki, bu yoldan çəkinsin. Həmin ziyalı qıza nə qədər öyüd-nəsihət veribsə, faydası olmayıb. Qız deyib ki, 
ona  toxunmasınlar,  ―Facebook‖suz  qala  bilməz.    Belə  gənclər  özlərini  virtual  dünyanın  ən  ağıllı  adamları 
sayırlar. Əslində isə bu ―məşğuliyyətləri‖ onlar üçün heç bir perspektiv vəd etmir. 
 
Sosial şəbəkələrin daha bir mənfi cəhəti ailələrin dağılmasına səbəb olmasıdır. Düzdür, sosial şəbəkələrdə tanış 
olub  ailə  quranlar  çoxdur.  Amma  bəzən  sosial  şəbəkələr  ailələrin  dağılmasına  da  yol  açır.  Göründüyü  kimi, 
sosial şəbəkələr elə sosial problemlər meydana çıxarır. 
 
 Valideynlər üçün təklif var 
 
  
 
Azərbaycan  Gənclərinin  Avropaya  İnteqrasiyası  Təşkilatının  (AGAT)  fandreyzinq  şöbəsinin  mütəxəssisi, 
hüquqşünas  Günel  İbrahim  sosial  şəbəkənin,  ümumiyyətlə,  internet  istifadəçiliyinin  tam  tərəfdarı  olan  bir 
insandır. Amma o, sərf edilən zamanı deyil, aldığı məlumatları, qurulan dostluqları, paylaşdığı fikirləri daha çox 
ölçür:  ―Məncə,  internet  dostluğun  və  azadlığın  yeni  məkanıdır.  O  ki  qaldı  neqativ  hallara,  düşünürəm  ki, 
bunların hamısına yalnız bir cavab var, günahı internetdə axtarmaq lazım deyil. İnternet, sosial şəbəkələr yalnız 
şəraitdir.  Qeyri-qanuni,  qeyri-əxlaqi  və  mənəvi  hərəkətləri  şəraitdə  deyil,  hərəkətləri  edən  insanda  axtarmaq 
lazımdır.  Seçimi  hər  zaman  insan  edir.  Seçimimiz  nəticəsində  bizim  xarakterimiz  formalaşır.  Mən  internet 
səbəbilə ayrılan cütlüklərdən daha çox ezamiyyətdən sonra ayrılan cütlüklər haqqında bilirəm və eşidirəm. Yəni 
yaradılmış  şəraitdən  insan  öz  düşüncə  keyfiyyətləri  ilə  istifadə  etməlidir.  Bunda  internetin,  ezamiyyətlərin 
günahı yoxdur‖. 
 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə