www.kitabxana.net
– Milli Virtual Kitabxana
187
7. Sosial şəbəkənizi saytınız və ya bloqunuzda göstərməyiniz məzmunu yaymaq və yeni izləyicilər qazanmaq
üçün əla yoldur. Saytınızda yeləşdiriləbilən vidjetlər (Widgets) sayəsində Twitter bunu sizin üçün asanlaşdırır.
Saytınızdakı axtarış vidjeti hansısa açar sözü, haşteqi və ya təşkilat adı Twitter kontenti ilə əlaqəlndirmək üçün
əla yoldur.
Profil Vidjeti, Favoritlər Vidjeti və Siyahı vidjetlərini də yoxlamağa dəyər.
Tvitləri təyin etməklə komanda əməkdaşlığını möhkəmləndirin
8. Bir çox qeyri-komersiya təşkilatlarının sosial media fəaliyyətinə nəzarət etmək və cavab vermək üçün
resursları yoxdur. CoTweet və Hootsuite kimi alətlər çoxsaylı əməkdaşlar birgə işləməyə və tvitləri sadə bir alət
üzərindən etməyə imkan verir. Planlaşdırılan komanda üzvlərini bloq postları, tədbir xatırlatmaları, xəbərlər
barədə tvitləmək
və tvitlərə cavab verməkdən, retvit etməkdən azad edir.
Çoxsaylı müraciətlər üçün video annotasiyalardan istifadə edin
9. Tərəfdarlarınızı müəyyən fəaliyyətə səsləmək sosail media fəaliyyətinin verdiyi imkanlardan biridir, belə ki,
bu imkanı heç vaxt əldən verməyin. YouTube-da video annotasiyalarında istifadə etmək izləyicilərinizi sizin
saytınıza gəlməsi və orada qeydiyyatdan keçmələri üçün əla vasitədir. STILLER STRONG –un videolarında
interaktiv menu yaratmaq üçün video annotasiyalardan necə istifadə etdiyinə baxın. Onlar həm də digər
təşkilatların müraciət üçün video annotasiyalardan necə istifadə etdiklərini öyrənirlər. (YouTube-nin qeyri-
komersiya təşkilatları üşün proqramından qeydiyyatdan keçdiyinizdən əmin olun)
Nişanlama (Check-in) ilə olduğunuz əraziləri
qeyd edin
10.Foursquare qeyri-komersiya təşkilatlarına öz missiyalarını lokal ərazidə yaymaq və tanıtmaq üçün böyük
imkan verir. Görüş yerləri, gediləcək yerlər işarələnib ckeck-in ilə göstərilə bilər. Məsələn, Çarleston Park
Təbiəti Mühafizə xidməti Foursquare istifadəçilərini yaxınlıqdakı parklara da yönəltmək üçün bu nişanlardan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
189
Bəzən saatlarla kompyuter qarşısında əyləşən bir gəncin valideynləri baxanda elə bilirlər ki, övladları ciddi bir
işlə məşğul olur. Amma əslində onun bu məşğuliyyətinin heç bir müsbət nəticəsi yoxdur. Bir çox hallarda bu
kimi situasiyada valideynlərlə övlad arasında anlaşılmazlıq yaranır. Buna bir misal çəkək. Çoxdandır tanıdığım
bir ziyalıya qonşusu tələbə qızının saatlarla internetdən ayrılmadığını deyib və ondan xahiş edib ki, qızına başa
salsın ki, bu yoldan çəkinsin. Həmin ziyalı qıza nə qədər öyüd-nəsihət veribsə, faydası olmayıb. Qız deyib ki,
ona toxunmasınlar, ―Facebook‖suz qala bilməz. Belə gənclər özlərini virtual dünyanın ən ağıllı adamları
sayırlar. Əslində isə bu ―məşğuliyyətləri‖ onlar üçün heç bir perspektiv vəd etmir.
Sosial şəbəkələrin daha bir mənfi cəhəti ailələrin dağılmasına səbəb olmasıdır. Düzdür, sosial şəbəkələrdə tanış
olub ailə quranlar çoxdur. Amma bəzən sosial şəbəkələr ailələrin dağılmasına da yol açır. Göründüyü kimi,
sosial şəbəkələr elə sosial problemlər meydana çıxarır.
Valideynlər
üçün təklif var
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fandreyzinq şöbəsinin mütəxəssisi,
hüquqşünas Günel İbrahim sosial şəbəkənin, ümumiyyətlə, internet istifadəçiliyinin tam tərəfdarı olan bir
insandır. Amma o, sərf edilən zamanı deyil, aldığı məlumatları, qurulan dostluqları, paylaşdığı fikirləri
daha çox
ölçür: ―Məncə, internet dostluğun və azadlığın yeni məkanıdır. O ki qaldı neqativ hallara, düşünürəm ki,
bunların hamısına yalnız bir cavab var, günahı internetdə axtarmaq lazım deyil. İnternet, sosial şəbəkələr yalnız
şəraitdir. Qeyri-qanuni, qeyri-əxlaqi və mənəvi hərəkətləri şəraitdə deyil, hərəkətləri edən insanda axtarmaq
lazımdır. Seçimi hər zaman insan edir. Seçimimiz nəticəsində bizim xarakterimiz formalaşır. Mən internet
səbəbilə ayrılan cütlüklərdən daha çox ezamiyyətdən sonra ayrılan cütlüklər haqqında bilirəm və eşidirəm. Yəni
yaradılmış şəraitdən insan öz düşüncə keyfiyyətləri ilə istifadə etməlidir. Bunda internetin, ezamiyyətlərin
günahı yoxdur‖.