Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə62/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   58   59   60   61   62   63   64   65   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
183 
 
Hal-hazırda sosial şəbəkələrə olan böyük maraq insanların hadisə  yerindən bir başa məlumat, fotolar, videolar 
paylaşması  jurnalistlərin  işlərini  xeyli  asanlaşdırıb.  İstər  facebook,  istərsə  də  youtube-dan,  həm  TV  kanallar, 
həm də informasiya portalları daima operativ məlumat paylaşan insanları izləyirlər. Həmin istifadəçilər maraqlı 
hadisələr  haqqında  paylaşdığı  məlumatı  dərhal  saytlarında  yerləşdirirlər.  Həmçinin  TV  xəbərlərdə  də  efirdə 
göstərirlər  və  bir  çox  hallarda  mənbəni  yalnız  sosial  şəbəkənin  adını  çəkərək  qeyd  edirlər.  İnformasiyanı 
paylaşanın adı qeyd 
olunmur. 
 
İlk öncə reytinq və operativlik xətrinə informasiyanın tam dəqiq olub olmadığını da dəqiqləşdirmədən 
yayımlayırlar. Sonra başlayırlar dəqiqləşdirməyə və yerləşdirilən xəbəri yeniləyərək öyrəndikləri 
məlumatları əlavə etməyə. Bu isə jurnalistikanın yavaş-yavaş qeyri-peşakarlaşmasına və jurnalistlərin də 
tənbəlləşməsinə gətirib çixarır. Belə davam edərsə bəlkə də yaxın gələcəkdə kütləvi belə hal baş verə 
bilər ki, jurnalistlərin çoxu bütün günü sosial şəbəkələrdə ―Xəbər Ovu‖na çıxsınlar. 
 
İnformasiya portallarının və TV xəbərlərinin informasiyanı və prosesləri belə işıqlandırması hardasa müsbət hal 
sayıla  bilər.  Belə  ki,  internetə  gec-gec  daxil  olanların,  yaşlı  nəslin  və  sosial  şəbəkələrdə  az  vaxt  keçirənlərin 
məlumatdan  operativ  olaraq  məlumatlanması  üçün  yaxşıdır.  Lakin,  ümumilikdə  artıq  bu  məlumatlar 
çeynənilmiş və sosial şəbəkələrdən məlumatları alanlar üçün maraqsız və darıxdırıcı olur. Üstəlik qeyri-dəqiq, 
tam aydınlaşmayan məlumatın belə yayımlanması sosial şəbəkələrdə bu məlumatı oxuyub lakin düzgünlüyünə 
şübhə ilə yanaşanlarda informasiyaya qarşı əminlik yarada bilər. Lakin, birdən o informasiya tam düzgün və ya 
tamamilə yanlış olarsa, xəbər 
portallarına qarşı oxucularda inamsızlıq yarana bilər. 
 
Bəzi tək-tük informasiya portalları da var ki bəzən sosial şəbəkələrdən götürdüyü dolğun məlumatı redaktə edib 
fərqli versiya ilə  yayımlayırlar. Bu məsələ son zamanların aktual məsələsidir. Ən təəssüfləndirici məqamdır ki 
hər hansısa fors-major hadisə,fəlakət və sairə baş verərkən insanların çox faizi məlumatı operativ olaraq sosial 
şəbəkələrdən 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
184 
 
alırlar. Halbuki həmin anda eşitdiyi şayiələrin ətraflı izahını axtaran minlərlə insan xəbərlər 
buraxılışlarına və informasiya portallarına göz dikir. Lakin məlumatı oradan təəssüf ki sosial şəbəkələrdə 
yayımlanandan sonra alır. Bu zaman da artıq KİV-nin informasiyası copy+paste edilmiş kimi sayılır. 
 
Çox gözəl olardı ki KİV-lər informasiyanı sosial şəbəkələrdən öncə dəqiq, qərərsiz, vicdanla, operativ 
təqdim etsinlər. Sosial şəbəkələrdən güclü olduqlarını sübüt etsinlər. Çox təəəssüf ki hal-hazırda sosial 
şəbəkələr informasiya operativliyi baxımından çox güclüdür və öndədirlər. 
 
 
 
 
 
 
 
 
QHT-lər üçün 10 uğurlu məsləhət 
 
Sizin bir sosial media strategiyanız var- bəs indi nə etmək fikriniz var? Strateji məqsədlərinizi həyata keçirmək 
üçün sosial media alətlərindən istifadə ən düzgün yoldur, amma bəzən onlardan istifadə üçün bir neçə məsləhətə 
ehtiyacınız ola bilər. 
 
QHT-lər strategiyalarına maraqlı ideyalar qatmaq üçün 50 məsləhət ( 50 Social Media Tactics for Nonprofits). 
Elementar  səviyyədən  orta  səviyyəyə  qədər  olan  bu  məsləhətlər  strateji  məqsədləri  dəstəkləmək  üçün  və 
tərəfdarlarınızı da fəaliyyətə sövq etmək üçün işlədilə bilər. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
185 
 
 
Aşağıda başlanğıc üşün sizə kömək edə biləcək 10 məsləhət var: 
 
Facebook like düyməsini əlavə edin 
 
1. Oxucuları sizin saytınıza və bloqunuza cəlb etmək üçün ən yaxşı yollardan biri Facebook like düyməsidir.  
customizing this widget at Facebook.com – bununla like düyməsini bir neçə dəqiqə içində saytınızda yerləşdirə 
bilərsiniz.  Kimsə  sizin  bloqunuzda  və  ya  saytınızda  olan  bir  postu  ―like‖etdikdə,  Facebook  ―news  feed‖-də 
görünəcək və həmin insanın Facebook dostlarını sizin kontentinizə gətirəcək. 
 
 
Facebook icmanız üçün qaydaları göstərin 
 
2. Bəzi təşkilatlar onların Facebook divarlarında yazılan mənfi şərhlərə görə narahat olurlar. Bu problem yarada 
bilər,  ona  görə  bizim  fikrimizcə,  Facebook  səhifənizin  kənarında  şərh  yazma  qaydaları  tərtib  edin.  Bu  sizə 
kontentinizi  daha  şəffaf  idarə  etməyə  kömək  edəcək  və  izləyicilərinizə  düzgün  fikirlər  aşılayacaq.  Birləşmiş 
Ştatların Humanitar Cəmiyyəti öz Facebook səhifələrində bundan effektiv istifadə etmişdir 
 
Səhifənizdə müəyyən bir faəliyyətə müraciətdən çəkinməyin 
 
3.  Facebook  səhifənizdə  hansısa  bir  fəaliyyətə  təhrik  yoxdursa  böyük  bir  imkanı  əldən  verirsiniz.  FBML 
tətbiqetməsindən  istifadə  etməklə  siz  proqramları  və  başqa  fəaliyyətləri  göstərən  xüsusi  qoşma  yarada 
bilərsiniz. The Best Friends and Animal Society də Adopt qoşması ilə bundan effektiv istifadə edir. Səhifənizə 
gələn istifadəçiləri müəyyən fəaliyyətə gətirən qoşmalar bunlardır: ―Hesab aç‖, ―Könüllü‖, ―Qeydiyyatdan keç‖. 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
186 
 
Auditoriyanızı genişləndirmək üçün dost kampaniyasına başlayın 
 
4. Yeni dostlarınızdan və digər istifadəçilərdən sizin Facebook səhifənizə qoşulmalarını xahiş etməkdə heç bir 
ziyan yoxdur. Facebook dostlarınızın hər birinin öz şəbəkəsi var (orta Facebook istifadəçisinin 130 dostu olur). 
Onlardan da öz dostlarına sizin səhifənizə qoşulmaları üçün xahiş etməkdən çəkinməyin. The California State 
Parks Foundation―Dost dəst gətirər‖ kampaniyası keçirdilər və 517 tərəfdar qazandılar. 2 həftə içində onların 
tərəfdarlarının sayı 517-dən 33.000-ə çatdı. İndi isə bu say 60.000-ə yaxındır. 
 
Bir iş barədə brendləşmiş sosial şəbəkə yaradın 
 
5. Facebook böyük bir icmadır. Amma bəzi təşkilatlar növbəti və daha yüksək səviyyəyə keçmək üçün xüsusi 
sosial  şəbəkələr  yaratmağa  ehtiyac  duyurlar.  Bir  tərəfdən  də,  daxili  cəmiyyətdə  orta  ölçü  ekvivalent  sosial 
şəbəkə olan Facebook-dan daha genişdir. Bu zaman təhlükəsizlik, branding və məlumatlar üzətində nəzarət də 
asanlaşır.  Bundan  əlavə,  əgər  sizin  təşkilatınız  daha  həssas  mövzularla  maraqlanırsa  bu  sosial  şəbəkələrin 
təhlükəsizlik xüsusiyyətləri  sizi  həvəsləndirə  bilər.  The  Christopher  &  Dana  Reeve  Foundation  sürətlə  inkişaf 
edən sosial şəbəkəyə malikdir. Bu şəbəkə daha çox iflicli adamlara dəstək məqsədilə yaradılıb. 
 
Tərəfdarlarınızı öz sosial şəbəkələrindən istifadə etməyə həvəsləndirin 
 
6. nativlərin təklif edilməsi bacarıqlı və həvəsli tərəfdarları bacarıqlı fond sahiblərinə çevirmək üçün ən maraqlı 
yoldur. Bir çox qeyri-komersiya təşkilatları ad günlərini, toylar, məzun günlərini və tədbirləri zamanı ən-ənəvi 
hədiyyələrdən  çox  pul  mükafatına  önəm  verirlər.  Facebook  Causes  bu  meyli  başqa  istiqamə  daşımış  və 
istifadəçilərin ad günləri zamanı adi hədiyyələr yerinə ad günü arzuları ilə ianə etməyə dəvət edir. Bu yolla 7,5 
milyon  dollardan  çox  pul  bəxş  olunmuşdur.  Belə  ki,  siz  də  öz  tərəfdarlarınızı  öz  ad  günü  arzularını  təqdim 
etməyə həvəsləndirin. 
 
Yenilikləri saytınızda göstərmək üçün Twitter widget-(vidjet)- lərindən istifadə edin 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə