Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə64/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
190 
 
Həmsöhbətimizin  fikrincə,  gənclərin  müəyyən  problemlərlə  bağlı  yaradılmış  azad  situasiyada  doğru  qərar 
vermələrinə  yalnız  və  yalnız  mənəvi  tərbiyə,  keyfiyyətli  düşünmə  kömək  olacaq:  ―Bu  spektrda  daha  çox 
verilişlər,  mətbuat,  təlimlər  və  ailə  dəstək  olmalıdır.  Evdə  internet  istifadəsilə  bağlı  problemlər  yaşayan 
valideynlərə  məsləhət  edərdim  ki,  gəncləri  mütləq  qeyri-hökumət  təşkilatlarına  yazdırsınlar.  Əminəm  ki, 
istifadə məqsədi və niyyətində ciddi dəyişkənliklər baş verəcək‖. 
 
“Azərbaycanda Ġnternet ġurasının yaradılmasına böyük ehtiyac var” 
 
 Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, www.kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri Aydın 
Xan  Əbilov  bizimlə  söhbətində  dedi  ki,  sosial  şəbəkələr  dünyada  olduğu  kimi,  Azərbaycanda  da  çox  sürətlə 
inkişaf edir: ―Hər dövrün öz tələbi, öz diktəsi, öz texnologiyaları var. Bu texnologiyalara uyğun da insanlar öz 
həyatını  qurur  və  müəyyən  yaşayış  işlərini  öyrənirlər.  XXI  əsrin  diktəsi  informasiya  texnologiyalarıdır  və 
onların insan üçün yaratdığı yeniliklərdir. Bu yeniliklərdən biri də sosial şəbəkələrdir‖. 
 
Onun  sözlərinə  görə,  Azərbaycanda  kompyuterləşmə  və  virtuallaşma  başlayanda  bundan  daha  çox  gənclər 
istifadə  edirdi:  ―Böyük  əksəriyyət  daha  çox  intim  məsələlər,  əyləncə,  idman,  eləcə  də  bir  qədər  maşınlar  və 
sahəvi  məsələlərlə  bağlı saytlara daxil olurdu. Hələ  10 il bundan qabaq çoxlu  forumlar var idi. Eyni  zamanda 
elə insanlar var idi ki, öz bloqlarını  yaradırdılar. Bu forumlarda insanlar çox böyük diskussiya və polemikalar 
edirdilər.  Amma  sosial  şəbəkələr  yaranandan  sonra  insanlar  bunun  öz  həyatlarının  virtual  variantı  olduğunu 
anladılar. Ona görə də buna uyğun olaraq sosial şəbəkələrdə genişlənmə başladı. Bu virtual dünyanın bir hissəsi 
qeyri-ciddi məsələlərə  həsr olunursa, digər hissə siyasi,  iqtisadi,  elmi  və  digər sahələri əhatə  edən məsələlərlə 
bağlıdır. Sözsüz ki, virtual həyatda da real həyatda olduğu kimi, böyük problemlər var. Ona görə də biz buna 
artıq hazır olmalıyıq‖. 
A.Əbilovun fikrincə, sosial şəbəkələr böyük həyata hazır olmayan gəncləri həm də təhlükə altına ala bilir: ―Sivil 
ölkələrdə belədir ki, televiziyada kriminal xəbərlər uşaqlar yatandan, saat 11-dən sonra efirə verilir. İnternetdə 
isə  bu  məlumatlar  hər  zaman  açıqdır.  Hələ  psixologiyası  düzəlməmiş  uşaq  saytlara  girib  o  materiallardan 
istifadə edirsə, sözsüz ki, problemlərlə qarşılaşır‖. 
 
O təklif edir ki,  dünyanın hər  yerində  olduğu kimi,  Azərbaycanda da dövlətin özünün və cəmiyyətin müxtəlif 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
191 
 
aktiv şəbəkələrinin iştirakı ilə internet konsepsiyası olmalıdır: ―Bu konsepsiya müəyyən mənada insanlara yol 
göstərməlidir. Lazım olanda bəzi şeyləri qadağan etməlidir, bəzi şeyləri isə təşkil etməlidir. Yeni nəslin sosial 
şəbəkələrdən  yararlanması  və  istifadə  etməsinin  nə  qədər  xeyirli  və  ya  zərərli  olması  ilə  bağlı  dünyanın  hər 
yerində  olduğu  kimi,  Azərbaycanda  da  diskussiyalar  gedir.  Bunun  üçün  artıq  müəyyən  mexanizmlər  işlənib. 
Bunlardan biri də uşaqların və  ya tələbələrin internetdən  ən azı şüurlu surətdə ayrılması üçün məktəb saatları, 
dərsdən  kənar  məşğələlər,  idman  yarışları,  mədəni-kütləvi  tədbirlərin  təşkilidir.  Çünki  istər-istəməz  uşaq  bu 
tədbirlərdə fəal iştirak edəndə virtual aləmə vaxtı az qalır. Amma bizdə görək, bu mümkündürmü? Biz uşaqlara 
və  gənclərə  deyirik  ki,  sosial  şəbəkələrə  daxil  olma  .  Amma  əvəzinə  Azərbaycan  gəncinə  nə  veririk?  Bu 
baxımdan  Azərbaycan  resursları  nə  qədər  ciddidir?  Amerikadan  tutmuş  Avropaya  qədər  virtual  gəzən, 
həmyaşıdları ilə söhbət edən Azərbaycan gəncinə nə qədər ciddi, intellektual, kreativ resurslar təqdim edirik ki, 
onların internetə daxil olmasını qadağan edək‖. 
 
A.Əbilov  Azərbaycanda  İnternet  Şurasının  yaradılmasına  böyük  ehtiyacın  olduğunu  düşünür:  ―Şura  birbaşa 
Prezidentin  yanında  olmalıdır.  Belə  olmasa,  bu  cür  ciddi  bir  məsələ  ilə  bağlı  hər  hansı  bir  iş  görmək  olmaz. 
Konseptual olan məsələləri cəmiyyətimizin, dövlətimizin qarşısında qoya bilmərik‖.    
FUAD 
http://www.palitra.net.az/cemiyyet/4841.html 
Ġnternet jurnalisti, sən kimsən? 
 
KİV üçün yeni "kabus", yoxsa gələcəkdən mesaj gətirən "yeni adam?" 
 
Azərbaycanda internetin inkişafı özü ilə bərabər yeni bir seqmenti-"internet jurnalistikası" anlayışını gündəmə 
gətirib. İnternet əsrində fəaliyyət göstərən müasir jurnalistin işi indi təkcə mətn yazmaqla bitmir. İnternet 
dövrünün jurnalisti sosial şəbəkələr vasitəsilə auditoriya ilə işləməyi də bacarmalıdır. Bir növ "rəy moderatoru" 
kimi çıxış etməlidir. 
 
Çap qəzetləri üçün offlayn 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
192 
 
 
Ənənəvi çap mediası (biz onu offlayn adlandıraq), mütəxəssislər indi belə bir sual üstündə baş sındırır: 
Azərbaycan ictimai kəsimi "yeni media inqilabına" hazırdırmı? Onlayn sistemdə işləyən, xəbər yayan, məlumat 
bölüşən internet portalları KİV hesab etmək olarmı? 
 
Bunlar müzakirə tələb edən məsələlərdir. İnternet jurnalisitkası 20-ci əsrin sonlarında internetin inkişafı 
sayəsində təşəkkül tapmış jurnalistikanın yeni sahəsidir. Məhz internet xüsusi texniki avadanlıq olmadan geniş 
auditoriya üçün informasiya verilişini təşkil etməyə imkan yaratdı. Bununla da demək olar ki, istənilən şəxs 
KİV yaratmaq imkanını əldə etdi. 
 
Peşəsi: interjurnalist! 
 
İnrenet KİV-də işləyən jurnalist (internet jurnalisti) bir qayda olaraq ənənəvi jurnalistikanın bir çox 
atributlarından (teleçəkiliş avadanlığından, səsyazma vasitələrindən, poliqrafik işlərdən) kənarda olur. Bu 
sahədə mühüm olan jurnalist fəaliyyətinin internetdə hüquqi aspektidir. Faktik olaraq jurnalist yazdığı 
informasiyaya görə cavabdehlik daşıyır. Amma praktikada bu həmişə belə olmur. Jurnalitikanın fərdiləşməsi 
geniş populyarlıq qazanmaqdadır. Bu, jurnalistikada yeni təzahürdür. İstənilən şəxs heç bir məhdudiyyət 
olamadan informasiya istehsalçısı və yayımçısı kimi çıxış edir. Şəbəkə KİV-i üçün yazmaq çap mediası üçün 
yazmaqdan fərqlənir. Bu daha çox yazarların hiss-həyəcanı ifadə etmək baxımından seçilir. İnternet jurnalisti 
daim şəbəkədə olmaqla öz oxucusunun "nəfəsini" və onunla kəsilməyən əlaqəni duyur. Onlayn jurnalistlə 
onlayn oxucu arasında nə redaktor, nə nəşriyyat, nə də mətbəə dayanır. Əlaqə birbaşa, real zaman daxilində baş 
verir. Bu isə yazının stilini və xarakterini dəyişir. Belə bir hissi həmçinin oxucu da keçirir. Onlayn əlaqədə olan 
oxucunun yazıdan aldığı təəssürat kioskdan alınan qəzeti oxumaqdan fərqlənir. 
 
"Kopi-past" əzabları... 
 
İnternet jurnalistikada ən prinsipial məsələlərdən biri müəllif imzasının "yoxa çıxmasıdır". Şəbəkədə qoyulan 
yazıya imza qoyula, yaxud anonim saxlanıla bilər. Müəllif hüquqlarının qorunması necə həyata keçirməli? Bir 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə