Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə66/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
196 
 
müzakirəyə çıxarılır. Təbii ki, bu müzakirələr heç də həmişə birmənalı şəkildə müsbət olmur... 
 
Bir məqamı da qeyd edək ki, jurnalistlərimiz bəzən real həyatda axtarıb tapa bilmədikləri yazı qəhrəmanlarını - 
dövlət rəsmilərini, tanınmış simaları məhz sosial şəbəkələrdə ―yaxalayırlar‖. Onların arasında jurnalistin 
zənginə cavab verməyə tənbəllik edib, lakin sosial şəbəkədə sualları məmnuniyyətlə cavablandıranlar da kifayət 
qədərdir. 
 
İnsanlar bir araya toplaşıb fikirlərini bölüşürlər 
Təbii ki, hər şey sosial şəbəkədən necə, hansı limitdə, hansı məqsədlə istifadə etməkdən asılıdır. Məsələn, 
gənclərin bir çoxu sosial şəbəkələrdə vaxt itirsələr də, bəziləri müsbət mənada yararlana bilirlər. Onlar 
şəbəkələrdə özlərinə aid olan virtual bir dünya yaradırlar.  Məhz bu virtual dünya bəzi gənclərin daxilində 
yaranan boşluğu doldurur. 
Azərbaycan Milli Elmlər Akademiyasının  İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim 
Əliquliyev sosial şəbəkələrin əhəmiyyətindən danışarkən bunları deyib: ―Sosial şəbəkələr çox əhəmiyyətli bir 
məsələdir. Məsələn, bir vaxtlar kənddə və ya şəhərdə yaşayanlar daim bir araya gələ bilmirdilər. Çətinlik 
bundan ibarət idi ki, bu sosial şəbəkələr inkişaf etməmişdi. İnsanlar yalnız telefonla danışardılar. Amma bu gün 
şəbəkə sisteminin inkişafı o həddə gəlib çatıb ki, insanlara yeni ünsiyyət sistemi təqdim olunub. Bu da 2003-cü 
ildə fəaliyyətə başlayan ―feysbuk‖dur, sonra ―tvitter‖dir. Sosial şəbəkələr bəşəriyyət tarixində ən önəmli 
yeniliklərdən biridir. Çünki insanlar məkandan asılı olmayaraq, bir araya toplaşıb, fikirlərini bölüşə bilirlər. 
Fikir mübadiləsi aparırlar və sairə‖. 
 
 ―Hər şey sosial şəbəkəyə necə yanaşılmasından asılıdır‖ 
 
Sosial şəbəkələrdəki açılan qrupların da bu gün üçün mühüm əhəmiyyəti var. Hər kəs sosial şəbəkələrdə özünə 
uyğun, yaxın bildiyi mövzuda qrup aça və öz dostlarını bura dəvət edə bilir. Hazırda ölkəmizdə ―feysbuk‖ 
qruplaşması geniş yayılıb. Bunların arasında bölgələri - rayon və ya kəndləri təmsil edən qruplar da var; bura 
üzv olur, öz fikir və rəylərini, düşüncələrini bölüşürlər. 
Psixoloq Dəyanət Rzayev də sosial şəbəkələrin günümüz üçün bir çox faydalarının olduğunu düşünür. Lakin 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
197 
 
psixoloq da bu qənaətdədir ki, hər şey sosial şəbəkəyə necə yanaşılmasından asılıdır. 
Psixoloq sosial şəbəkələrdən zərərli vərdişlər üçün istifadənin daha çox gənclər arasında yayıldığını vurğuladı. 
Ekspert bütün hallarda vaxtının əsas hissəsini sosial şəbəkələrə sərf etməyin qəti əleyhinə çıxır. Onun sözlərinə 
görə, sosial şəbəkələrdən istifadə edən hər bir şəxs vaxt baxımından məhdudiyyət qoysa, daha doğru olar: 
―Məqsədindən asılı olmayaraq, saatlarla kompyuter qarşısında oturmaq, internetdə vaxt itirmək doğru deyil. Bu, 
ən azından sağlamlıq üçün zərərlidir. Ona görə də bütün hallarda sosial şəbəkələrdən istifadəyə məhdudiyyət 
qoymaqda fayda var‖. 
 
 
 
 
 
 
 
  Ramiz Talıbov 
Gənclərin feysbuk ixtiraları 
 
 
  Ramiz Talıbov, "Yeni Yazarlar" ədəbi-kulturoloji kursunun dinləyicisi 
 
Avropa dövlətləri bəşəriyyəti irəli aparan kəşfləri ilə çox qürrələnirlər. Halbuki bizim müasir gənclərin virtual 
aləmdəki kəşfləri onlarınkından heç də geri qalmır. Buna rəğmən, bizim gənclərdə qətiyyən lovğalıq görmərsiz. 
Başları aşağı öz işləriylə məşğuldurlar. 
Yazıda konkret faktlara və statistikaya müraciət etmək üçün ən məşhur və hal-hazırda 700 milyondan çox 
istifadəçiyə malik feysbukdan (facebook.com) bəhs edəcəyik. Azərbaycanda bu sosial şəbəkədən 
faydalananların sayı 400 mini keçir və cəmiyyət həyatında olduğu kimi feysbuk Azərbaycanında da fəallıq 
göstərən təbəqə gənclərdir. Bu cümləni faktla möhkəmləndirmək üçün əlavə edim ki, bizdə feysbuk 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
198 
 
istifadəçilərinin 82%-ini yeniyetmələr və gənclər təşkil edir. 
 
Bir çox dünya dövlətləri sosial şəbəkələrin beynəlmiləlliyindən yararlanaraq öz milli ideyalogiyalarını virtual 
arenada təbliğ etməklə məşğuldur. Eyni zamanda belə dövlətlərin vətəndaşları sosial şəbəkələrdən daim 
yenilənən və sürətli sosial media kimi istifadə etməyi də bacarırlar.Məsələn,statistikaya görə ABŞ və Böyük 
Britaniya feysbukdan sosial media kimi istifadə etməkdə öncül yerləri tuturlar. 
Lakin bizim gənclər əvvəldə qeyd etdiyim kimi gərgin araşdırmalar nəticəsində sosial şəbəkələrin daha ―faydalı 
tərəflərini‖ kəşf etməyə müvəffəq olmuşlar. Mən sözügedən unikal kəşflərin canlı şahidi olaraq əminəm ki, 
texnologiya və təhsil sistemi baxımından inkişaf etmiş heç bir Avropa dövləti sosial şəbəkədən istifadədə 
bizimlə rəqabət apara bilməz. 
Məsələn,gənclərimizin böyük bir qismi feysbuk sosial şəbəkəsində yüksək işgüzarlıq göstərərək böyük ―kəşfə‖ 
nail olmuşdur. Bu kəşfə görə, bayrağımızın, Qarabağın, Milli Qəhrəmanlarımızın, bütövlükdə , özündə millilik 
əks etdirən istənilən fotonun və statusun layk (like / bəyəndim) edilməsi insanda vətənpərvərlik hisslərinin 
oyanmasına və artımıına səbəb olur. Bu səbəbdəndir ki, gənclər dayanmadan milli mövzuda şəkillər və statuslar 
paylaşıb, onların çoxlu layk yığmasını tələb edirlər,hətta yalvarırlar da. 
Bəlkə də,bir çox insan anlamır,amma bu yalvarışlar bizim xeyrimizədir. Çünki belə paylaşımlarda layk sayı 
artıqca, milli duyğular bir o qədər qabarır. Daha çox layk , daha çox millətsevərlik və vətənpərvərlik 
deməkdir.Nə qədər qəribə görünsə də, sən demə,feysbukdakı laykların belə spesifik xüsusiyyəti varmış yoxsa 
bizim gənclər o qədər boş-bekar deyillər ki, vaxtlarının böyük hissəsini belə işlərə sərf etsinlər.Və çox 
―qürurvericidir‖ ki, belə sensasiyonal ixtiranın sahibi nə Amerika,nə də Avropadır.Bu nailiyyət bizə,bizim 
gənclərə məxsusdur.Düzdü,hələ ―ixtiraçı‖ gənclərimiz öz icadlarına bir ad verməyiblər.Amma nəzərə almaq 
lazımdır ki,adsız dəyirmanda xoruz olur.Həm də digər dövlətlərin istifadəçiləri feysbukun fikir mübadiləsi 
aparmaq,faydalı tanışlıq, kütləvi öyrətmə və öyrənmə, geniş təbliğat kimi imkanlarını bir kənara 
qoyub,gənclərimizin bu kəşflərini mənimsəyib,öz adlarına çıxarma ehtimalları var.Buna görə mən həmin kəşfin 
―laykın (like) qüdrəti‖ adlandırılmasının tərəfdarıyam. 
Onu da qeyd etməliyəm ki, feysbuk ―fəallarımız‖ bu yenilikdən düşmənlərimizin əleyhinə də məharətlə istifadə 
edirlər. Bununla Ümid edirəm ki, bundan sonra feysbukda müntəzəm olaraq Ermənistan bayrağının və 
prezidentinin şəkillərini paylaşıb,başlıq olaraq da ―ermənistana nifrət edənlər layk etsin‖, ―bu bayrağı 
tapdalamaq istəyən neçə nəfər var?‖ ―sarkisyanı güllələmək istəyənlər layk eləsin,hər layk bir gülləyə 
bərabərdir‖, ―ermənistan bayrağına tüpürmək istəyən qeyrətli oğul və qızlarımızdan maksimum layk 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə