Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə68/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
203 
 
3. Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalı olacaqdır. XX əsrin ikinci yarısında 
insanların müəyyən bir qisminin maddi məhsul istehsalından informasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə 
maddi sərvətlər istehsal etməyən əhalinin yeni sosial təbəqəsi yarandı. Bu insanlar (müəllimlər, bank işçiləri, 
proqramçılar və s.) informasiyanı emal etməklə məşğul olurdular. Yeni cəmiyyətdə isə maddi nemətlər daha 
çox «informasiya tutumlu» olacaq. Onun dəyəri isə innovasiyalardan, dizayn həllərindən, marketinq 
keyfiyyətindən asılı olacaq. 
4. İnformasiya cəmiyyətində istehsal olunacaq məhsul bilik və intellekt olacaqdır ki, bu da ümumiyyətlə, əqli 
əməyin payını artıracaqdır. İntellektual əməklə bağlı sənət sahələrini seçən insanların sayı artacaqdır. 
5. Dəyərlər dəyişərək, yeni həyat tərzi formalaşacaq, asudə vaxtda məşğuliyyətlər dəyişəcəkdir. Artıq indi 
kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar uzaq məsafədə yerləşən bir neçə 
oyunçunu özündə birləşdirən şəbəkə sisteminə transformasiya olunur. İnternetdə vaxt keçirənlərin sayı artır. 
Onlar tədris saytlarına və virtual muzeylərə səyahət edirlər, lazımi ədəbiyyatı tapıb oxuyurlar və s. İnternetdə 
gap xidmətləri [chat] və ICQ xidməti istifadəçilər tərəfindən çox bəyənilir. Bu xidmətlər vasitəsilə uzaq 
məsafələrdə olan insanlar real zaman rejimində bir-birlərilə əlaqə saxlayırlar. 
6. Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları inkişaf edəcək. 
İnternet şəbəkəsi ayda 10-15% artacaq və onun istifadəçilərinin sayı yüz milyonlarla ölçüləcək. Özündə 
müxtəlif qurğuların funksiyalarını cəmləşdirən (kompüter, televizor, radio, telefon və s.) müasir multimedia 
sistemlərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına gətirib çıxaracaqdır. İnformasiyanı 
saxlayan qurğular isə bapbalaca – ovucun içində yerləşən ölçüdə olacaq. Bu qurğular daxilində həcmi bir neçə 
ensiklopediyaya bərabər olan şəxsi universal soraqçalar da yerləşdiriləcəkdir. Bu qurğuları şəbəkəyə qoşub 
operativ informasiya, məsələn, hava haqqında, yollardakı tıxaclar barədə məlumatlar almaq mümkün olacaqdır. 
7. Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular olacaqdır. Mənzillər naqillər sisteminin 
əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə təchiz olunacaqdır. İnformasiya kabeli rabitə, televiziya 
kanallarını və İnternetə çıxışı özündə birləşdirəcəkdir. Xüsusi elektron blok bütün məişət avadanlıqlarına və 
yaşayış sistemlərinə nəzarət edəcək, binalar ―ağıllı‖ olacaqdır. ―Ağıllı binalar‖la yanaşı ―ağıllı avtomobil‖lər də 
yaranacaqdır. Onlarda avtomobilin texniki hissəsinə cavab verən kompüterdən başqa, şəhər informasiya 
xidmətlərinə qoşulan sistem də işləyəcək. Belə avtomobil ―ağıllı ev‖lə əlaqədə olacaq və hətta evi idarə də edə 
bilə cək. 
8. Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edəcək, insan isə, əsas etibarilə, informasiyanın emalı 
ilə məşğul olacaq. İstehsalatda insanların sayı azalacaq, onların yerini robotlar və manipulyatorlar tutacaqdır. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
204 
 
9. Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaradılacaq. İnsanlar zamanla ayaqlaşmaq üçün, sənəti dəyişmək və 
cəmiyyətdə layiqli yer tutmaq üçün ömrü boyu oxumaq imkanı qazanacaqlar. 
10. Uşaqlar kompüter proqramları və telekommunikasiyalar vasitəsilə evdə təhsil ala biləcəklər. Bununla 
əlaqədar tədris prosesində təlimin formaları dəyişəcək və təlimin tərbiyəvi aspektlərilə bağlı problemlər yarana 
biləcəkdir. 
11. İnformasiya xidmətləri bazarı yaradılaraq inkişaf etdiriləcək. İnformasiya məhsul və xidmət növünə 
çeviriləcək. Bu məhsulu adi əmtəə kimi alıb-satmaq mümkün olacaqdır. 
 
Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçmək üçün informasiya böhranı şəraiti əmələ gəlməli idi. Bu 
şərait XX əsrdə yarandı. İnsanın üzərinə sel kimi gələn böyük həcmdə informasiya axınında istiqamət götürmək 
qeyrimümkün oldu. Artıq və lazımsız olan çoxlu miqdarda informasiya yarandı. İnformasiya cəmiyyətinə keçid 
isə müxtəlif sahələrdə informasiyanın ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə edilməsi ilə 
başlandı. Bu proses infor masiyalaşdırma adlanır. 
Cəmiyyətin informasiyalaşdırma prosesi sənaye cəmiyyətinin informasiya cəmiyətinə keçməsini təmin edir. 
Cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq 
imkanı verir. Son dövrlərə kimi «informasiyalaşdırma» sözü əvəzinə «kompüterləşdirmə» sözündən istifadə 
olunurdu. Lakin «kompüterləşdirmə» sözünün mənası kompüter texnikasının inkişafı və tətbiqi deməkdir. 
Cəmiyyətin informasiyalaşdırılması isə kompüterləş dirməyə nisbətən daha geniş anlayışdır. Belə ki, bu gün 
texniki vasitələr deyil, sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Kompüterləşdirmə isə 
informasiyalaşdırma prosesinin bir hissəsidir, onun texniki bazasıdır. 
 
İnformasiya mədəniyyəti. 
İnsan mədəniyyəti 
• bilik, bacarıq və peşəkar vərdişlər ilə; 
• intellektual, estetik və mənəvi inkişaf səviyyəsinə görə; 
• insanlarla ünsiyyətin forma və üsulları ilə müəyyən olunur. 
İnsanın şəxsi mədəniyyəti 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
205 
 
• əqli inkişaf səviyyəsinə görə; 
• peşəkarlıq və yaradıcılıq fəaliyyətinin xarakterinə görə müəyyən olunur. 
Bu o deməkdir ki, insan nə qədər öz zehni qabiliyyətlərini inkişaf etdirirsə, nə qədər düşünür, fikirləşirsə, bir o 
qədər öz şəxsi mədəni səviyyəsini yüksəltmiş olur. Ona görə də elm və incəsənətlə məşğul olan insanın mədəni 
səviyyəsi daha yüksək olmalıdır. İnformasiya cəmiyyətinə keçərkən insanın ümumi mədəniyyətinə daha bir 
kateqoriya əlavə olunur – informasiya mə dəniyyəti. 
İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işləmək və onun qəbul edil — məsi, emalı və ötürülməsi 
üçün kompüter texnikasından, müasir texniki vasitə və üsullardan istifadə etmək bacarığıdır. 
İnsanın informasiya mədəniyyəti dedikdə aşağıdakılar başa düşülür: 
– telefondan tutmuş fərdi kompüter və kompüter şəbəkələrinə ki mi müxtəlif texniki cihazlardan istifadə etmək 
vərdişlərinə yiyələnməsi; 
– informasiya texnologiyalarına yiyələnmək qabiliyyətinin ol ması; 
– dövri mətbuat və elektron kommunikasiyalarından informasiya əldə etmək bacarığının olması; 
– informasiyanı aydın şəkildə təqdim etmək və ondan maksimum səmərə ilə istifadə etmək bacarığının olması; 
– informasiyanın emalının müxtəlif üsullarını bilməsi; 
– müxtəlif informasiya növlərilə işləmək bacarığının olması. 
İnformasiya resursları. Hər bir dövlət, cəmiyyət, şirkət və adi insan özünün həyat fəaliyyəti üçün zəruri olan 
resurslara malikdir. 
1. Bəşər tarixində hansı informasiya inqilabları olmuşdur? 
2. İnformasiya cəmiyyətini xarakterizə edən cəhətlər hansılardır? 
3. Yaşadığımız cəmiyyət informasiya cəmiyyəti adlana bilərmi? 
4. İnformasiya mədəniyyəti nədir? 
5. İnformasiya resurslarına nə daxildir və onların başqa resurslardan fərqi nədədir? 
İnformasiya resurslarına elmi-texniki biliklər, ədəbiyyat və incəsənət əsərləri, ictimai-dövlət əhəmiyyətli digər 
informasiyalar daxildir. 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə