Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə65/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   61   62   63   64   65   66   67   68   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
193 
 
yazı dəfələrlə saytdan sayta "kopi-past" oluna bilər. Nəticədə əsl müəllifin kimliyini müəyyənləşdirmək həddən 
artıq çətinləşir. Bu məsələdə fikirlər müxtəlifdir. İnternet jurnalistikanın ilk illərində belə bir qənaət vardı ki, 
KİV-ə aid qanunları internetə şamil etmək olmaz. Odur ki, internetdə yayılan məlumat "hamının müştərək malı" 
sayılmalıdır. Lakin son illər internet jurnalistikası ilə bağlı qanunvericilik sisteminin formalaşdırılması baraədə 
rəylər tez-tez eşidilir. Bu isə həddən artıq çətin və mürəkkəb məsələdir. Məsələn, internet qəzetlərin, 
agentlikərin qeydiyyata alınması ilə bağlı təkliflər bu baxımdan ciddi müzakirə tələb edən məsələdir. 100-lərlə 
portal və saytı qeydə almaq onun fəaliyyətinə nəzarət etmək praktik baxımdan mümkünsüzdür. Nəzərə alsaq ki
bir sıra domenlər xaricdə qeydiyyatdan keçdiyi üçün bu portallardan qeydiyyat tələb etmək absurddur. Əlac 
yalınz internet jurnaistikanda peşə və etik kodeksin formalaşdırılması və buna vicdanlı şəkildə əməl etməkdir. 
 
"Vətəndaş jurnalistikası" və jurnalist: kim kimdir? 
 
Xüsüsən bloqçuluğun və sosial şəbəkələrin populyarlığı artıq ənənəvi KİV-də bir sıra narahatçılıqlar yaradıb. 
Peşəkar jurnalistika və bloqçuluq fəaliyyəti də ən çox dartışılan mövzulardan biridir. Hazırda bir çox 
mütəxəssislər bu fikirdədirlər ki, peşəkar jurnalistika və bloq, "vətəndaş jurnalisitkası" bir-birini tamamlayır. 
Belə ki, biri digərinin çatışmayan cəhətlərini ört-basdır edir. Burada nəzərə almaq lazımdır ki, tanınmış 
bloqçular, sosial şəbəkələrdəki tanınmış profillər heç də qarşılarına peşəkar jurnalistika ilə rəqabət aparmaq 
məqsədi qoymayıb. Biz yuxarıda qeyd etdiyimiz kimi, onlar öz fəaliyyətlərində yalnız bir-birilərini 
tamamlayırlar. 
 
Bloqçular üçün əsas olan onlayn şəbəkədə öz maraqlarını, iztirablarını və mövqelərini nümayiş etdirmək, 
bununla da bu və ya digər insanlarla əalqələr qurmaqdır. Buna görə onlar KİV-lərdən fərqli olaraq çox geniş və 
hərtərəfli auditoriyaya müraciət etmirlər. Bloğçular öz yazılarını, kommentlərini daha çox ümumi maraqlarını 
bölüşən fərdi insanlara ünvanlayırlar. Sosial şəbəkədə fəal olan bloqçunun internetdə "ictimaiyyət üçün" mesajı 
ilə yayımladığı xəbər, fikir, rəy heç də "bütün ictimaiyyət üçün aktualdır" anlamına gəlmir. Bu məlumatlardan 
doğan mesaj əsasən "bu xəbərlə maraqlanan şəxslər üçün əlçatan" anlamına gəlir. 
 
Azərbyacandqa yeni media resurslarının durmadan inkişafı ölkəmizin qlobal internet məkanında yer tutması 
üçün xeyli imkanlar açır. İnternet jurnalistikanın uğurları ilə yanaşı, xeyli sualları da açıq qalıb. Çünki dünyada 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
194 
 
müzakirə olunan "internet jurnalistikası" problemləri bizim ölkə üçün də aktuallığını saxlayır. 
 
Xaqani SƏFƏROĞLU, "Yeni Media Jurnalistləri" Ġctimai Birliyinin sədri 
 
http://sosialmedia.net/?cat=42 
 
 
 
 
 
 
 
 
 
NĠCAT ĠNTĠQAM 
Sosial Ģəbəkələr cəmiyyətdən təcrid olanları tənhalıqdan xilas edir 
 
İndi bizdə sosial şəbəkələr barədə söz düşəndə, nədənsə bir çoxları məhz mənfi məqamları qabartmağa çalışır. 
Əslində bunda müəyyən mənada həqiqət də var. Lakin biz bu yazımızda sosial medianın faydalarından bəhs 
etməyə çalışacağıq.   Məlumat üçün deyək ki, dünyada ilk sosial şəbəkə 1979-cu ildə yaradılsa da, populyarlıq 
qazana bilməyib. Müasir dövrdə sosial şəbəkə dedikdə isə ağıla daha çox ―feysbuk‖ (Facebook) və ―tvitter‖ 
(Twitter) gəlir. Hazırda dünyanın ən nüfuzlu sosial medialarından biri olan ―feysbuk‖ 2004-cü ildə yaradılıb. 
Hazırda 700 milyona yaxın üzvü olan ―feysbuk‖un illik gəlirinin təxminən 51 milyard dollar olduğu bildirilir. 
  
Sosial medianın faydaları varmı? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
195 
 
 
Ekspertlərin fikrincə, sosial şəbəkələrin əhəmiyyəti, faydası insanların yaşam şəraitinə görə dəyişir. Məsələn, 
deyək ki, ucqar bir kənddə yaşayan ailə çörəkpulu dalınca Rusiyaya üz tutmuş ailə başçısı ilə hər gün saatlarla, 
bəzən hətta görüntülü əlaqə saxlaya bilir. Bu halda ailə başçısı özünü sanki evindəki kimi hiss edir. O, gündəlik 
evdə baş verənlərlə maraqlanır, tapşırıqlarını verir, sevgisini ifadə edir və s. Yəni sosial şəbəkələr min 
kilometrlərlə məsafəni 1 saniyədə aradan ―götürür‖. 
Evin küncündə sıxılıb qalmış minlərlə əlil indi sosial şəbəkədə aktiv həyata qovuşub 
 
Sosial şəbəkələrin digər önəmi fiziki çatışmazlığı olan insanlarla bağlıdır. Deyək ki, əlil olduğu üçün evindən 
çıxa bilməyən bir insan sosial şəbəkələr vasitəsilə öz dostları ilə əlaqə saxlayır, ―görüşür‖ və sairə. Sosial 
şəbəkələr aktiv fəaliyyətə başlayanadək evin bir küncündə sıxılıb qalmış minlərlə əlil indi gündəlik aktiv həyata 
qədəm qoymuş sayılır. Bu insanlar artıq özlərini əvvəlki kimi tənha və ya  yalqız hiss etmirlər. Əvvəllər 
dərdlərini bölüşməyə bir nəfər belə olsun tapmayanlar sosial şəbəkələr vasitəsilə eyni anda ürəklərini yüzlərlə 
insana boşalda bilir,  gündəlik yaşamlarını əhatə edən fotolar paylaşırlar və sairə. 
 
Sosial şəbəkələr vasitəsilə dost olduqları insanlar hərdən vaxt edib, ―tənhalarla‖ görüşə də gəlirlər. 
 
 Sosial şəbəkələrdə iş elanı 
Sosial şəbəkələr vasitəsilə iş elanı verən, iş axtardığını bəyan edən və istədiyinə nail olanlar da yüzlərlədir. Bu 
mənada sosial şəbəkələrdən istifadə həm asandır, həm də əlverişlidir. Şəxslərlə yanaşı, böyük şirkətlər də sosial 
şəbəkələrdən yetərincə yararlanırlar. Burada belə şəbəkələrin rolu əsasən ictimaiyyətlə əlaqələrə yönəlir. 
 
Sosial şəbəkələr jurnalistlər üçün göydəndüşmə hesab olunur 
 
Mətbuat orqanları üçün də sosial şəbəkələr göydəndüşmə vasitə hesab oluna bilər. Məsələn, bu yolla xəbəri 
daha çox insana çatdırmaq mümkün olur. Bəzən köşə yazısı ilə bağlı oxuculardan aylarla məktub almayan bir 
yazar sosial şəbəkədə ―məktub burulğanı‖na düşə bilir. Sosial şəbəkələrdə onun yazısı həm oxunur, həm də 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə