Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə60/78
tarix05.10.2017
ölçüsü4,94 Kb.
#3168
1   ...   56   57   58   59   60   61   62   63   ...   78

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
177 
 
Təhsilsiz,  mədəniyyətsiz  insanların  internetdən  belə  normal  anlayışı  olmayaraq,  dost-tanışdan  eşitdiyi  sosial 
şəbəkəni  ―Hamı  işlədir  mən  niyə  geri  qalım?―  düşüncəsi  ilə  istifadə  etməsi  bu  cür  vəziyyətə  gətirib-çıxarır. 
Zaman  ötdükcə  onlar  bir  sosial  şəbəkədən  bezdikdə  oranı  ―loru‖  dildə  desək  çirkləndirdikdən  sonra  digər 
sağlam  qalmış  sosial  şəbəkələrə  üz  tutub  oranı  ―yoluxdurub-xəstələndirməyə‖  çalışırlar.  Bu  tip  insanlara  baş 
qoşan  onları  yavaş-yavaş  dəstəkləməyə  başlayan  user-lər  bu  cür  istifadəçilərin  sayının  artmağının  səbəbkarı 
olur. 
 
Çox  təəssüf  ki,  bu  cür  qeyri-sağlam  düşüncəli  kütlə  xarici  istifadəçilərdə  ümumi  istifadəçilərimiz  haqqında 
mənfi imic yaradır. Bu tip user-lərin qarşısını almaq və  ya sayını azaltmaq üçün müxtəlif üsullar tətbiq etmək 
olar. Sadəcə internet azad şəbəkə olduğu üçün heç kəs heç nə etmir. Bəzən belə user-lərə görə sağlam düşüncəli 
user də belə tip user-lər ilə eyni sosial şəbəkədən istifadə etdiyi üçün utanc hissi keçirir. 
 
Hər birimiz bu cür user-lərin qeyri-sağlam düşüncələrini, fikirlərini mütəmadi olaraq sağlamlaşdırmağa çalışsaq 
əla nəticələr verə bilər… 
 
 
 
Facebook və Twitter. Hansında yaxĢı auditoriya toplamaq olar? 
 
Facebook  və  Twitter  sosial  şəbəkələri  bugünə  kimi  çox  cəhətlərinə  görə  müqayisə  olunub.  Bu  dəfə  isə  yerli 
istifadə prinsiplərinə əsasən reallıqları qeyd edəcəyəm. Səbəblər, izahı və müqayisələr… 
 
Sosial şəbəkələr kütləvi halda marağa səbəb olduqca hər bir sosial şəbəkənin öz auditoriyası, kütləsi yaranır. Bu 
kütlə  isə  bu  sosial  şəbəkələrdə  səhifə  açan  şirkətlərə,  yazıçılara,  kreativ  gənclərə  və  sairə  səhifələr  yaradan 
insanlar üçün vacibdir. Çünki, açdığı səhifənin auditoriyası bu kütlə əsasında yaranır. 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
178 
 
Facebook’da hal-hazırda mövcud və açılan yeni səhifələr müxtəlif qruplara bölünür: 
 
1) Şirkət, korporativ səhifələr 
 
2) Musiqi/Müğənni/Qrup/Aktyor -a həsr olunmuş səhifələr 
 
3) Şəxsi səhifələr: yazıçılar, həvəskar yazarlara həsr olunmuş səhifələr 
Və sairə… 
 
Bu səhifələrin olması gözəldir, çünki istənilən şirkət haqqında məlumatı, yeniliyi bir anda işıq sürəti ilə almaq 
olar, yeniliklərdən xəbərdar olmaq olar. Həmçinin, hər hansısa ifaçının sənətində yenilikləri və yeni ifalarından 
xəbərdar olmaq olar. Lakin, bunların da bir qədər mənfi məqamları var. Onlar haqqında az sonra… 
 
 
 
Facebookun bayağı səhifələri 
 
Bu  səhifələrlə  yanaşı  gənclər  tərəfindən  və  yaş  həddi  18-dən  aşağı  olan  gənclər  tərəfindən  də  müxtəlif  tipli 
səhifələr  açılır.  18  yaşından  aşağı  uşaqların  sosial  şəbəkələrdə  olmasının  həm  müsbət,  həm  də  mənfi  tərəfləri 
var. Yuxarıda qeyd etdiyim səhifələr ilə yanaşı çox bayağı olan, dəxlisiz, küçə söhbətləri edilir. Sırf user-lərin 
hissləri ilə oynayıb, onların zövqünü pozmağa çalışan, ‖ağlaşma‖, sevgi tipli statuslar paylaşıb öz user-ləri ilə 
birgə  ―ağlayan―  adminləri  olan  səhifələr  də  mövcuddur.  Belə  səhifələrə  misal  olaraq  ―Bu  feysi  maa  neçəyə 
verərsən― ―Sevgilisindən ayrılanlar buraya‖ və sairə tipli bayağı səhifələri göstərmək olar. 
 
Bu səhifələrin bayağı olmasını bir kənara qoysaq, bir anlıq çox acınacaqlı bir məqam var ki, yeni açılan faydalı, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
179 
 
maraqlı, informasiya ilə bol olan insana hər hansısa bilikləri öyrədəcək səhifələrə user-lər aylarla, hətta illərlə 
çətinliklə  yığılır. Belə sanballı  səhifələrdə user sayı  10-20 minə çatır. Amma bayağı  səhifələrə isə bir-iki aya 
maksimum  3-4  min  user  qoşulmuş  olur  ki,  özü  də  facebook’un  ödənişli  reklamlarından  istifadə  etməyərək 
mümkün olur. 
 
Facebook’da auditoriya toplamaq üçün müxtəlif yollardan istifadə etmək olar. Başlıca olaraq dost-tanışı dəvət 
etməklə  və  onların  öz  dostlarıyla  səhifəni  paylaşması  sayəsində  mümkün  ola  bilər.  Dostların  səhifələri  varsa, 
onları  öz  səhifələrində  reklam  etməsi  ilə,  facebook’un  ödənişli  reklamı  vasitəsilə  və  ən  əsası  da  səhifədə 
keçirilən  müsabiqələr,  ―Ən  Çox  Like‖  tipli  müsabiqələri  ilə  auditoriya  toplayırlar.  Təəssüf  ki.,  belə  yollarla 
toplanan auditoriyaların çoxu sağlam kütlə olmur . Like tipli yarışların sayəsində səhifələr çoxlu fake profillər 
qazanırlar  ki,  onların  sayəsində  səhifədə  olan  kütlənin  sayı  artır.  Düzdür,bu  user  yığmağın  gözəl 
variyantlarından  biridir.  Lakin,  səhifələrin  böyük  faizi  sağlam  auditoriya  haqqında  düşünmür.  Ancaq  digər 
rəqiblərindən  öndə  olmaq  üçün  çoxlu  user  bəhsinə  girərək  bu  yollarla  user  sayını  çoxaldırlar.  Düzdür  sağlam 
auditoriyaya sahib səhifələr də var. Həmçinin çox user-i olan səhifələr də var. Lakin, çox user-i olan səhifələrdə 
böyük kütlə ya bayağı olur, ya mənəvi cəhətdən qeyri-sağlam olur. Səhifənin məğzi haqqında marağı olmayıb, 
yalnız yarış üçün və ya ―mırta‖ like edənlər də olur… 
 
Facebook’da səhifələr üçün auditoriya toplamaq həm asan olsa da, həm də demək olar ki çətin olur. Əsasən də 
normal,  sağlam  düşüncəli  maraq  dairəsinə  sahib  user-lər  tapmaq  çətin  olur.  Əsas  amillərdən  biri  də  user 
toplamaq üçün çoxlu dost tanışının friendlist-də olması və ödənişli reklam üçün aylıq müvafiq olaraq məbləğin 
ayrılmasıdır. 
 
Bəs Twitter sosial şəbəkəsində auditoriya toplamaq necə mümkün olur? 
 
Twitter  sosial  şəbəkəsində  isə  səhifə  anlayışı  olmadığından  adi  bir  akkauntu  qeydiyyat  edərək  həmin  profili 
səhifə  əvəzi  işlədirlər.  Çox  şükür  ki,  hal-hazırda  Aztwi  şəbəkəsində  (Twitter-in  Azərbaycan  seqmenti)  də 
facebook’da olan bayağı tipli profil səhifələr yoxdur. Twitter’də auditoriya toplamaq facebook’a baxanda hal- 
hazırda  daha  rahatdır.  İzləyici  (follower)  yığmaq  çətinliyi  mövcud  olsa  da,  Twitter’in  ―retweet―  funksiyası 
sayəsində açdığınız səhifənin tvitləri böyük kütlələrə yayımlanır. 


Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə