Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə67/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   63   64   65   66   67   68   69   70   ...   112

yaxşı başqa cür yox, məhz belədir... Sən yatanda doyunca ağladım, öpdüm... Onda 
xoşbəxt idim və evə qayıdanda Allaha min şükür dedim. Ancaq indi... İndi gəlib, o 
vaxt mənimlə yatmaq xatirinə əlini yellədərək «cəhənnəmə ki!» dediyin şeyi 
təzədən üzümə çırpırsan, özünü namusu ləkələnmiş adam kimi aparırsan, qısqanc 
ər təki hay-küy salırsan. Nə istəyirsən məndən? Ərkin çatırmı buna? 
– Yox, çatmır. 
– Gördün? Yaxşı ki, bunusa boynuna alırsan. Onda niyə bunları mənim başıma 
qaxırsan? O gecə yanına gələndə niyə demədin? Hə, onda... 
– Joan! 
O susdu. Tövşüyür, gözlərini Ravikdən çəkmirdi. 
– Joan, sən o gecə gələndə elə bildim, qayıtmısan... Mənə özgə şey lazım deyildi. 
Ancaq yanılmışam... Sən qayıtmamışdın... 
184 
– Sənin yanına qayıdan mən deyildim? Yoxsa, başqası idi? Bəlkə, kölgəm olub? 
– Sən gəlmişdin... Ancaq qayıtmamışdın... 
– Çox qəliz oldu. Bunların da fərqi var? 
– Fərqini özün yaxşı bilirsən. Əvvəllər mən də bilmirdim. Ancaq indi bilirəm! Sən 
başqası ilə yaşayırsan... 
– Yenə başladı! Başqası ilə yaşayıram! Bir-iki dost-tanışım varsa, demək, başqası 
ilə yaşayıram!.. Bəlkə, bütün günü dörd divar arasında qaxılıb oturum, heç kəslə 
danışmayım ki, mənə «kiminləsə yaşayır» deməsinlər? 
– Belə gülünc olma, Joan. 
– Gülünc? Gülünc kimdir? Gülünc sən özünsən. 
– Yaxşı, qoy mən olum. İndi deyirsən, səni zorla qapıdan aralayım? 
Joan yerindən tərpənmədi: 
– Mənim kiminləsə yaşamağımın sənə isti-soyuğu var? Özün deyirdin ki, bu, səni 
maraqlandırmır. 
– Düz deyirsən, doğrudan da, maraqlandırmırdı. Elə bilirdim, buna son qoymusan. 
Keçmişin mənə dəxli yox idi. Ancaq səhv eləmişəm, gərək, maraqlanaydım... Ola 
bilsin ki, özüm özümü aldatmaq istəmişəm... Zəiflik eləmişəm... Ancaq bu da heç 
nəyi dəyişmir! 
– Necə yəni heç nəyi dəyişmir? Özün görəndə ki, düz eləmirsən... 
– Burada söhbət düz, ya səhv eləməkdən getmir. Sən təkçə kiminləsə 
yaşamamısan, indi də yaşayırsan! Ondan əl çəkmək də istəmirsən. Onda bunu 
bilmirdim... 
– Yalan danışma!–Joan qəfildən, sakitcə onun sözünü kəsdi. – Həmişə bilmisən! 
Onda da bilirdin! – deyib Ravikin gözlərinin içinə baxdı. 
– Yaxşı, tutaq ki, bilirdim, ancaq onda bilmək istəmirdim. Bilirdim, ancaq 
inanmırdım. Sən bunu başa düşməzsən. Qadınlar belə şeyi bilməz... Bunun da 
məsələyə dəxli yoxdur. 
Joanın üzünə qəfil, dəhşətli bir qorxu çökdü: 
– Mənə heç bir pisliyi keçməmiş adamı birdən-birə, heç nədən neçə atım? Nədir, 
nədir, sən gəlib çıxmısan... Niyə başa düşmürsən? 
– Başa düşürəm. 
Joan indi küncə qısnanmış pişiyə oxşayırdı. Elə bil, tullanmaq istəyəndə, yeri 


ayağının altından çəkib aparmışdılar... 
– Başa düşürsən?! – O, heyrətlə soruşdu. Həmin dəqiqə də gözlərindəki gərginlik 
yoxa çıxdı, qabarmış çiyinləri yerinə düşdü. – Başa düşürsənsə, niyə mənə zülm 
edirsən? – deyə yorğun səslə soruşdu. 
– Çəkil qapıdan! –Ravik çox da rahat olmayan kreslolardan birində oturdu. Joan 
tərəddüd elədi. – Gəl! Qorxma, qaçmaram... 
Joan asta addımlarla qapıdan aralandı, özünü divanın üstünə saldı. Guya, heyi 
qalmamışdı və Ravik gördü ki, bu da qondarmadır. 
– İçməyə bir şey ver, – dedi. 
Ravik başa düşdü ki, o vaxt qazanmaq istəyir. Ancaq onun üçün fərqi yox idi, qoy 
qazansın... 
– Haradadır? 
– Dolabda. 
185 
Ravik dolabı açdı. Xeyli şüşə vardı. Çoxu da nanəli araq. İkrahla onlara baxdı, 
hamısını bir tərəfə yığdı. Künc tərəfdə yarım şüşə «Mortel» konyakı və kalvados 
tapdı. Kalvados şüşəsi hələ açılmamışdı. Ravik ona toxunmayıb, konyakı götürdü. 
– İndi də nanəli araq içirsən?–deyə çiyni üstündən soruşdu. 
– Yox! 
– Onda konyak gətirirəm. 
– Orada kalvados da var, onu aç. 
– Konyak bəs eləyər. 
– Kalvadosu aç! 
– Başqa vaxt... 
– Konyak istəmirəm, kalvados gətir! Xahiş edirəm, onu iç! 
Ravik təzədən dolaba baxdı. Sol tərəfdəki kalvados Ravik üçün idi, sağdakı nanəli 
araq isə o biri üçün. Elə bil, bunları səliqəli evdar qadın yerbəyer düzmüşdü, 
adamın ürəyi şan-şan olurdu. Kalvadosu götürdü. Niyə də götürməyəydi?! Hər 
ikisinin sevimli içkisi idi, onların məhəbbət rəmzinə çevrilmişdi və bu sentimental 
ayrılıq səhnəsi də onunla bitsə, yaxşı olardı. İki qədəh də götürüb, stola yaxınlaşdı, 
Joanın baxışları altında kalvados süzdü. 
Gün günorta yerinə qalxmış, onun qızılı saçaqları pəncərəyə səpələnmişdi. Əsl işıq 
bu idi! Min rəngə çalırdı və səma da ona boyanmışdı... Ravik saata baxdı. Dördə 
yenicə işləyirdi. Baxışları saniyəölçənə ilişib qaldı. Ona elə gəldi ki, saat yatıb. 
Ancaq saniyəölçən balaca, qırmızı quş dimdiyi kimi çevrədəki xətləri, rəqəmləri 
bir-bir dənləyirdi... Düz tapdı, bura gəldiyi yarım saat ancaq olardı. «Nanəli araq! – 
ürəyindən keçirdi. – Zövqə bax!» 
Joan üstünə göy örtük salınmış divanda oturmuşdu. 
– Ravik!..–Çox ehtiyatla, yorğun, həzin səslə danışırdı. – Bunu başa düşməyin 
növbəti kələyin idi, yoxsa doğru deyirdin? 
– Kələk deyildi, doğru sözüm idi. 
– Başa düşürsən? 
– Hə... 
– Bilirdim, belə olacaq...–Onun çöhrəsinə təbəssüm qondu. – Bilirdim, Ravik! 
– Bunu başa düşməyə nə var ki... 


Joan başını tərpətdn: 
– Mənə bir az vaxt ver... İndi deyə bilmərəm... Pislik eləməyib axı... Haradan 
biləydim ki, qayıdacaqsan?! Belə tez deyə bilmərəm.... 
Ravik kalvadosu bir dəfəyə atdı: 
– Xırdalamaq nəyə lazımdır? 
– Yox, bilsən, yaxşıdır. Gərək, başa düşəsən! Bu elə şeydir ki... Mənə bir az vaxt 
lazımdır. Bəlkə də, özü... Heç bilmirəm neyləyəcək... Məni sevir... Ona lazımam... 
Onun günahı yoxdur... . 
– Əlbəttə, yoxdur! Vaxt da nə qədər istəsən, var. Dünyanın bütün vaxtları sənə 
qurbandır, Joan. 
– Yox, bir az olsa, bəsimdir. İndi deyə bilmərəm… – O, divanın mütəkkəsinə 
söykəndi. – Bu mənzil də, Ravik, sən fikirləşdiyin kimi deyil. Özüm işləyirəm, 
əvvəlkindən çox qazanıram... O, mənə kömək eləyib. Aktyordur. Mən də filmlərdə 
xırda rollara çəkilirəm. O düzəldib... 
186 
– Bilirdim... 
Joan ona fikir vermədi: 
– Mən o qədər də istedadlı deyiləm. Özüm özümü də aldatmıram. Məqsədim 
yalnız gecə restoranlarından uzaqlaşmaq idi. Orada irəli getmək olmur. Burada isə 
imkan var... İstedadsız da olar... Müstəqil olmaq istəyirəm... Bunlar sənə gülünc 
görünəcək, ancaq... 
– Yox, ağlabatandır. 
Joan onun üzünə baxdı. 
– O vaxt Parisə də elə bu niyyətlə gəlməmişdin?–Ravik soruşdu. 
– Hə. 
«İndi o, acı-acı ağlayan günahsız körpəyə oxşayır. Həyat da, mən də onunla sərt 
rəftar elədik. Ancaq indi bir az sakitləşib, ilk tufan səngiyib. Günahımdan keçəcək 
və indi çıxıb getməsəm, son üç ayda başına gələnləri bircə-bircə danışaçaq. Hər 
şeyə son qoymaq üçün yanına gəldiyim bu səhləb çiçəyi poladdandır, məni elə 
kökə salıb ki, az qalır deyəm, düz eləmisən!..» 
– Yaxşı, Joan, arzuna çatmısan. İrəli gedəcəksən... 
– Doğru sözündür? 
– Mütləq, gedəcəksən! 
– Doğrudan, Ravik? 
Ravik ayağa durdu. Üçcə dəqiqə də ləngisə, hansı film haqdasa peşəkar söhbət 
başlanacaq! Fikirləşdi ki, onlarla mübahisəyə girişməyin xeyri yoxdur, onsuz da 
uduzaçaq... Belələri məntiqi muma döndərir! Burada sözün xeyri yoxdur, iş 
görmək lazımdır, vəssalam. 
– Mən o mənada demədim. Yaxşısı budur, öz mütəxəssisindən soruş! 
– Gedirsən? 
– Getməliyəm. 
– Niyə bir az da qalmırsan? 
– Xəstəxanada işim var. 
– Bəs bayaq deyirdin, işini qurtarıb gələcəksən?–deyə Joan onun qolundan yapışıb, 
üzünə baxdı. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə