Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə65/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   61   62   63   64   65   66   67   68   ...   112

ağrımır? Hə, doğrudan, niyə ağrımır?» 
Tibb bacısına: 
– Bir şey olsa, mənə zəng eləyin, – dedi. Bu, Ketin qrammofon bağışladığı qız idi. 
– Bu cənab çox fağır adamdır...– Qız dilləndi. 
– Necədir?–Ravik heyrətləndi. 
– Çox fağırdır... Yaxşı xəstədir... 
Ravik yan-yörəsinə baxdı. Burada ona hədiyyə ediləsi heç nə yox idi. Çox fağırdır! 
Bu tibb bacıları bəzən qəribə sözlər tapırlar! Yazıq olub-qalan gücünü, bütün 
əsəblərini toplayıb ölümlə çarpışır. Yox, fağır adam deyil! 
178 
Ravik mehmanxanaya qayıtdı. Qapıda Qoldberqlə rastlaşdı. Saqqalına dən düşmüş 
yaşlı adam idi, döş cibindən qızıl saatının qalın zənciri sallanırdı. 
– Gözəl axşamdır! – Qoldberq onu söhbətə tutdu. 
– Bəli...– Ravik onun indi Vizenhofun otağında olan arvadını xatırladı. –Bəlkə, bir 
az gəzək? 
– Gəzdim... «Konkor» meydanına qədər getmişdim... 
Hə, «Konkor» meydanına qədər! Amerika səfirliyi orada yerləşirdi. Ağ rəngli bina 
idi, damında ulduzlu bayraq yellənirdi. Gediş-gəliş az olan, sakit bir yerdi. Orada 
bir mücrü vardı və həmin mücrünün içində saxlanılan möhürlə vizalar təsdiq 
olunurdu. Əlçatmaz yer idi! Qoldberq də «Krilo» mehmanxanasının yanında 
dayanıb, gözlərini onun bağlı qapısına, işıq gəlməyən pəncərələrinə dikir və elə 
baxırdı ki, deyərdin, Rembrandtın hansı əsərinəsə, ya da əfsanəvi «Koxinor» (19) 
brilyantına tamaşa edir... 
– Bəlkə, bir az da gəzək? «Zəfər tağı»na çatıb qayıdarıq, – deyə Ravik fikirləşdi: 
əgər yuxarıdakı iki nəfəri xilas edə bilsəm, gedib görəçəyəm, Joan gəlib, ya da bir 
azdan gələcək. 
Qoldberq başını buladı: 
– Evə gedirəm. Yəqin, arvadım indi məni gözləyir. İki saatdan çoxdur getdiyim... 
Ravik saata baxdı. Birin yarısına az qalırdı. İndi heç kəsi xilas etmək lazım deyildi. 
Qadın çoxdan öz otağına qayıtmış olardı. O, pilləkəni yavaş-yavaş qalxan 
Qoldberqin arxasınca baxdı, sonra növbətçiyə yaxınlaşdı. 
– Mənə zəng vuran olub? – deyə soruşdu. 
– Xeyr. 
Otağından işıq gəlirdi. Yadına düşdü ki, çıxanda özü söndürməmişdi. Stolun 
üstündəki kağız parçası elə işıldayırdı ki, deyərdin, üstünə qar yağıb. Yazmışdı ki, 
yarım saatdan sonra qayıdacaq. Onu götürüb cırdı. İçməyə bir şey axtardı, ancaq 
heç nə tapmadı. Təzədən aşağı düşdü. Növbətçidə kalvados tapılmadı. Təkcə 
konyak var idi. Ravik bir şüşə «Enessi», bir şüşə də «Vuvre» götürdü. Növbətçi ilə 
xeyli söhbət elədi. Kişi ona sübut etməyə çalışırdı ki, ikiyaşlıların Sən-Kludakı 
növbəti qaçış yarışında II Ludunun imkanları daha böyükdür. İspaniyalı Alvares 
gəlib keçdi. Ravik gördü ki, o, azacıq axsayır. Bir qəzet də götürüb otağına qayıtdı. 
Gecə heç cür qurtarmaq bilmirdi. «Sevən adam möcüzəyə inanmırsa, batıb!» Bu 
sözləri 1933-cü ildə vəkil Arensen Berlində demişdi. Üç həftədən sonra onu həbs 
düşərgəsinə göndərdilər, çünki sevgilisi şeytanlamışdı... Ravik «Vuvre»ni açdı, 
Platonun kitabını əlinə götürdü. Bir-iki dəqiqə keçməmiş, qaytarıb yerinə qoydu, 


gəlib pəncərənin qabağında oturdu. 
Gözlərini telefona zilləmişdi. Lənətə gəlmiş bu qara aparatdan da kömək yox idi. 
Joanın nömrəsini bilmədiyi üçün zəng eləyə bilməzdi. Harada yaşadığını da 
bilmirdi. Özü soruşmamış, Joan da deməmişdi. Bəlkə də qəsdlə deməmişdi. Onsuz 
da bəhanə tapacaqdı... 
Tünd olmayan şərabdan bir qədəh içdi. «Lap axmağam, – deyə ürəyindən keçirdi. 
– Bu gün səhər yanımda olan qadını gözləyirəm. Üç ay yarım ayrı düşdüm, vecimə 
olmadı, indi bircə gün gəlməyib, dözə bilmirəm. Ondan sonra görməsəydim, belə 
olmazdı. Özümü hazırlamışdım. Ancaq indi...» 
179 
Ayağa durdu. Yox, günah bunda deyil. Günah onun içini gəmirən məchulluqda idi. 
Saatbasaat beyninə pərçimlənən inamsızlıqda idi... 
Qapıya tərəf getdi. Bilirdi ki, açıqdır. Ancaq yenə yoxladı. Qəzet oxumağa başladı. 
Hərfləri güclə seçirdi. Polşa münaqişələri... Labüd toqquşmalar... Torpaq iddiası... 
İngiltərə və Fransanın Polşa ilə müqavilə bağlaması... Getdikcə yaxınlaşan 
müharibə... Qəzeti yerə atıb, işığı söndürdü. Qaranlıqda uzanıb gözləməyə başladı. 
Yata bilmirdi. Düyməni basıb işığı təzədən yandırdı. «Enessi» stolun üstündə idi. 
Ancaq açmadı. Durub pəncərənin önündə oturdu. Hava sərin idi, uzaq səmada 
ulduzlar sayrışır, həyətdə pişiklər boğuşurdu. Üzbəüz evin eyvanında bir kişi 
tuman-köynəkdə dayanıb ora-burasını qaşıyırdı. Sonra ucadan əsnəyib, işıq gələn 
otağına girdi. Ravik çarpıyıya baxdı. Bilirdi ki, yata bilməyəcək. Oxumağın da 
mənası yox idi. İndicə oxuduqlarının heç biri yadında qalmamışdı. Yaxşısı budur 
ki, çıxıb getsin. Ancaq hara? Eyni şey idi. Getmək də istəmirdi. Ancaq bir xəbər 
bilmək istəyirdi. Lənət şeytana, konyak şüşəsi yenə əlində idi! Onu yerinə qoydu. 
Sonra əl çantasından həb götürdü. Bunlardan bayaq qırmızıbaş Finkenştayna da 
vermişdi. O indi yatmış olardı. Həbləri atdı. Özünün bunlarla yuxuya gedəcəyi isə 
şübhəli idi... Birini də atdı. Joan gəlsə, oyanardı. Ancaq o gəlmədi. Heç sonrakı 
axşam da gəlmədi... 
XXI 
Ravik mədəsi kəsilmiş kişinin yanında idi. Ejeni başını palatanın qapısından içəri 
uzatdı: 
– Telefona, müsyö Ravik! 
– Kimdir? 
– Bilmirəm, soruşmadım. Telefonçu qız bayırda dedi. 
Ravik Joanın səsini əvvəlcə tanımadı. Səs lap uzaqdan gəlirdi və anlaşılmırdı. 
– Joan, sənsən? Haradasan? 
Səs elə gəlirdi ki, deyərdin, Parisdən danışmır. Gözləyirdi ki, Joan indicə dəniz 
sahilindəki şəhərlərdən birinin adını çəkəcək. O, indiyə kimi xəstəxanaya zəng 
vurmamışdı. 
– Evimdəyəm, – dedi. 
– Parisdə? 
– Əlbəttə! Özgə harada olasıyam? 
– Xəstəsən? 
– Yox. Niyə elə deyirsən? 
– Xəstəxanaya zəng elədiyin üçün. 


– Mehmanxanaya zəng vurmuşdum, yox idin. Ona görə də xəstəxanaya vurdum. 
– Bir hadisə olub? 
– Yox! Nə olmalı idi? Kefini soruşmaq istəyirdim. 
Onun səsi indi aydınlaşmışdı. Ravik siqaret və kibrit çıxardı. Kibritin bir tərəfini 
stola dayayıb, çöp çıxardı, siqaretini yandırdı. 
– Bura xəstəxanadır, Joan, – dedi, – adam hər dəqiqə nəsə gözləyir. Qəza olur, 
xəstələnən olur... 
– Mən xəstə deyiləm. Düzdür, uzanmışam, ancaq xəstə deyiləm. 
180 
– Lap yaxşı...–Ravik əlindəki kibrit qutusunu stolun üstündə oynatmağa başladı. 
Joanın nə deyəcəyini gözləyirdi. 
Joan da nəsə gözləyirdi. Ravik onun nəfəsini aydınca eşidirdi. Joan gözləyirdi ki, o 
başlasın. Onda işi asan alardı... 
– Joan, telefonda çox qala bilmərəm. Yaranı açmışam, tez qayıdıb sarımaq 
lazımdır. 
Joan bir anlığa susdu, sonra: 
– Niyə görünmürsən? – dedi. 
– Ona görə ki, nə telefon nömrəni bilirəm, nə də qaldığın yeri. 
– Deməmişəm? 
– Yox, Joan. 
– Elə şey olmaz, demişəm...–onun ayağı yer aldı. – Dəqiq yadımdadır, dedim. 
Yenə unutmusan. 
–Yaxşı, unutmuşam, bir də de. Yanımda qələm var. 
Joan ünvanı da, telefonu da dedi. 
– Dəqiq bilirəm ki, vermişdim, Ravik. Düz sözümdür. 
– Oldu, Joan. Mən getdim. Bu axşam bir yerdə şam eləyək? 
Joan bir anlığa ləngidi, sonra: 
– Niyə gəlib mənə baş çəkmirsən? – dedi. 
– Yaxşı, bunu da eləyərəm. Axşam səkkizdə gəlim? 
– Niyə indi gəlmirsən? 
– İşim var. 
– Çox çəkər? 
– Təxminən, bir saat. 
– Qurtaranda gəl. 
«Hə, başa düşürəm, axşam vaxtın yoxdur», – deyə fikirləşən Ravik soruşdu: 
– Axşam niyə olmur ki? 
– Ravik, sən hərdən lap adi şeyləri də başa düşmürsən. Ona görə ki, indi gəlməyini 
istəyirəm... Axşama qədər gözləmək istəmirəm... Yoxsa bu vaxt xəstəxanaya niyə 
zəng vururdum?! 
– Yaxşı, qurtaran kimi gələrəm. 
Ravik əlindəki kağızı fikirli-fikirli qatlayıb, geri qayıtdı... 
Bina Paskal küçəsinin tinində idi. Joan yuxarı mərtəbədə yaşayırdı. Qapını özü 
açdı: 
– Gəl, – dedi, – nə yaxşı gəlib çıxdın! İçəri keç. 
Əynində adi, qara rəngli kişi xalatı vardı. Onun bu xasiyyəti Ravikin xoşuna 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə