Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə61/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   57   58   59   60   61   62   63   64   ...   112

geymişdi? Ona aldığı yeganə paltar idi. O haqda heç düşünməmişdi. Heç 
düşünmək də istəmirdi... 
– Səni görəndə... Ravik... birdən... quruyub qaldım.. qurudum. Çıxıb gedəndə... elə 
bildim, səni heç vaxt... görməyəcəyəm. Yox... o dəqiqə yox... Əvvəlcə gözlədim ki, 
bəlkə, qayıdasan. Elə bilirdim, mütləq qayıdaçaqsan... Niyə qayıtmadın? 
166 
– Nəyə görə qayıtmalıydım? 
– Qayıtsan, səninlə gələrdim. 
Ravik bilirdi ki, yalan deyir, ancaq üstünü vurmadı. Birdən-birə hər şeyi unutmaq 
istədi. Ağlına gətirməzdi ki, onun gəlişi ilə belə yumşalacaq. Nəyə gəldiyini, nə 
istədiyini bilmirdi, ancaq bu gəliş onu, qəribə də olsa, sakitəşdirdi, yumşaltdı. «Bu, 
nədir? – ürəyindən keçirdi. – Yenə başlandı? Yenəmi öz dünyasından qopurdu? 
Yenəmi qanı kükrədi, xəyalı çoşdu, o tilsimli qaranlıq aləmə düşdü?! 
– Elə bildim, məni həmişəlik atırsan, – Joan dilləndi. – Doğrudan da, atmaq 
istəyirdin. Düzünü de! 
Ravik dinmədi. Joan diqqətlə onun üzünə baxdı: 
– Özüm bilirdim, – deyə inamla təkrar etdi. 
– Kalvadosdan bir qədəh də ver. 
– Kalvados idi? 
– Hə. Hiss eləmədin? 
– Yox! – Joan qədəhləri dolduranda, bir əli ilə şüşəni tutdu, o biri əlini isə Ravikin 
sinəsinə qoydu. Ravik sinəsində ağırlıq duydu. Joan öz qədəhini götürüb içdi. 
– Hə, kalvados imiş! – Yenə Ravikin üzünə baxdı:–Yaxşı ki, gəldim. Belə 
olacağını bilirdim. Yaxşı ki, gəldim... 
Hava işıqlaşırdı. Açılan pəncərələrin asta tıqqıltısı eşidilirdi. Səhərin xəfif mehi 
içəri süzülürdü. 
– Gəlməkdə yaxşı elədim? – Joan soruşdu. 
– Bilmirəm, Joan. 
Joan ona tərəf əyildi: 
– Bilirsən... Bilməlisən! 
O qədər əyilmişdi ki, saçları Ravikin çiyinlərinə dağılmışdı. Bu saçlara baxırdı. 
Tanış mənzərə idi. Həm doğma idi, həm də yad... Gah dəyişir, gah da eyni olurdu... 
Gördü ki, üzünün dərisi qabıq qoyub. Gördü ki, üst dodağının qırmızı boyası 
xalxal 
olub. Gördü ki, sir-sifətini diqqətlə boyamayıb... Bütün bunları onun sifətindən 
görürdü. Joanın üzü az qalırdı onun üzünə toxunsun, bütün dünyanın qabağını 
kəsmişdi. Ravik ondan başqa heç nə görmürdü. Təkcə onu görürdü və bilirdi ki, 
onu belə sirli-soraqlı eləyən özünün vurğun könlüdür. Bilirdi ki, bundan da qəşəng, 
bundan da ağıllı, bundan da saf üzlər var. Ancaq onu da bilirdi ki, başqa üz yox, 
məhz bu üz onun qəlbinə hakim kəsilib. Bu hakimliyi də ona özü vermişdi! 
– Hə, – dedi, – yaxşı ki, gəldin. O da yaxşı idi, bu da yaxşıdır... 
– Dözə bilməzdim, Ravik! 
– Nə? 
– Məni atmağına dözə bilməzdim. Tamam atmağına... 
– İndicə özün dedin ki, qayıdacağıma inanmırdın. 


– Bu, başqa şeydir. Ayrı ölkədə qalsaydın, belə olmazdı Onda ayrı düşmüş olardıq. 
Nə vaxtsa sənin yanına gedə bilərdim. Ya da heç olmasa, bu ümidlə yaşayardım... 
Ancaq burada, bir şəhərdə... Başa düşmürsən? 
– Düşürəm. 
Joan dikəlib, saçlarını geri atdı: 
– Məni yalqız qoymağa ixtiyarın yoxdur! Sən mənə çavabdehsən! 
– Yalqız qalmısan? 
167 
– Sən mənə cavabdehsən, – deyə Joan gülümsədi. 
Ravik bircə anlığa bu sözlərə, bu təbəssümə görə ona nifrət elədi. 
– Boş-boş danışma, Joan! 
– Yox, cavabdehsən! Elə o vaxtdan... Sən olmasaydın... 
– Yaxşı, yaxşı, Çexoslovakiyanın işğal olunmasına da cavabdeh mənəm. Daha 
bəsdir, qurtar! Hava işıqlaşır, indicə gedəcəksən. 
– Nə? – Joan diqqətlə onun üzünə baxdı. – Qalmağımı istəmirsən? 
– Yox! 
– Belə de...–pıçıltı ilə deyən Joan birdən əsəbiləşdi: – Demək, belə oldu! Məni 
daha sevmirsən... 
– İlahi, bircə bu çatmırdı! Bu üç ayda hansı axmaq sənin ağlını oğurlayıb? 
– Axmaq deyildi! Bəs neyləyəydim? Bütün günü mehmanxada oturub divarlara 
baxa-baxa dəli olaydım? 
Ravik bir az dikəldi: 
– Etiraf lazım deyil. Məqsədim nəyisə etiraf elətdirmək deyildi. İstəyirdim, 
söhbətin səviyyəsini bir az qaldırım... 
Joan gözlərini döyə-döyə ona baxırdı. Dodaqları büzülmüş, gözləri qıyılmışdı: 
– Niyə həmişə mənə acıqlanırsan? Başqaları heç belə eləmir, təkcə sən hər şeyi o 
dəqiqə problemə çevirirsən. 
– Elədir, – deyə Ravik kalvadosdan bir qurtum alıb, təzədən uzandı. 
– Doğru sözümdür! Adam, bilmir səninlə necə dolansın. Onu məcbur eləyib, 
istəmədiyi şeyləri danışdırırsan, sonra da acıqlanırsan... 
Ravik dərindən nəfəs aldı. Bir az bundan qabaq nə fikirləşmişdi? Zülmət kimi 
qaranlıq məhəbbət aləmi, aşıb-daşan xəyal dünyası – hansı tərəfə istəsən, çəkərsən! 
Bunu insanlar özü eləyir. Həmişə də özləri eləyib! Onlar bütün arzu və xəyalları 
çilik-çilik eləməkdə mahirdirlər. Əllərindən özgə nə gəlir? Doğrudan da, dünyanın 
ən gözəl məxluqu, həm də ən bəxtiqarası neyləyə bilər? Haradasa yerin altında 
böyük bir maqnit gizlənib, üstündə isə rəngarəng fiqurlar gəzişir və elə bilirlər ki, 
hərəsinin öz arzusu, öz taleyi var... Belə olan halda neyləyə bilərsən?! O da həmin 
insanlardan biri deyildimi?! Özü də ən inamsızı və hər şeyin belə olacağını biləbilə 
miskin bir ehtiyatın, ucuz bir kinayənin quyruğundan yapışıb durmuşdu... 
Joan çarpayının ayaq tərəfində büzüşüb oturmuşdu. Gah nəyəsə acığı tutmuş evdar 
qadına, gah da başqa planetdən uçub gəlmiş, hələ də buralara uyuşmayan 
bəniinsana 
bənzəyirdi. Dan yeri sökülmüşdü və günəşin qızılı şəfəqləri onun üstünə 
düşürdü. Yenicə açılmış səhərin təmiz havası iyli-qoxulu həyətlərdən keçib, 
hisliqurumlu 


damlardan aşaraq pəncərədən içəri dolur, özü ilə meşə, həyat ətri 
gətirirdi... 
– Joan! – Ravik sükutu pozdu. – Niyə gəldin, Joan?! 
– Niyə soruşursan? 
– Hə, doğrudan, niyə soruşuram? 
– Niyə sən həmişə nəsə soruşursan? Gəlmişəm, bu, bəs deyilmi? 
– Düz deyirsən, Joan, bəsdir. 
Joan başını qaldırdı: 
168 
– Axır ki, mən deyənə gəldin! Ancaq qabaqca, gərək, adamın bütün sevincini 
əlindən alasan! 
Sevinc! Buna sevinc deyir! Qara yellərin adamı qabağına qatıb çöllərə salmasına, 
bu yellərin caynağından qurtarmaq arzusuna sevinc demək olarmı? Sevinc bayaq 
bircə anlığa bayırda oldu: günəş yer üzünü nura bələməmişdən qabaq onca 
dəqiqəlik sükut çökdü, səhər şehi düşdü... Qoy cəhənnəm olsun, bunlar kimə lazım 
idi? Joan haqlı deyildimi? O da bu səhər şəbnəmi, qaranquşlar, külək, damarlarda 
axan qan kimi haqlı deyildimi? Niyə onu sorğu-suala tutmuşdu? Öyrənmək istədiyi 
nə idi? İndi yanında idi, pərvanə kimi uçub onun otağına qonmuş, gəlib çiçək kimi 
onun otağında açılmışdı, tovuz quşu kimi cilvələnirdi. O isə yanı üstə yıxılıb onun 
qanadlarındagı xalları, yarıqları sayırdı, gözlərini döyə-döyə rəngdən-rəngə düşən 
sifətinə baxırdı. «Özü gəldi... Və elə özü gəldiyi üçün də mən mənasız yerə özümü 
dartıram, – deyə ürəyindən keçirdi. – Ancaq gəlməsəydi, uzanıb bütün gecəni 
fikirləşərdim, qəlbimin hansı guşəsindəsə oğrun-oğrun onun gəlməsini 
arzulayaarzulaya 
güclə özümü aldadardım ki, istəmirəm!» Adyalı kənara tullayıb qalxdı, 
çəkələklərini ayağına keçirdi. 
– Niyə durdun? – Joan heyrətləndi. – Məni bayıra atacaqsan? 
– Yox, öpəcəyəm! Bunu çoxdan eləməli idim! Nə yaxşı ki gəldin, Joan 
Joanın gözləri parıldadı: 
– Məni öpmək üçün qalxmaq lazım deyil,–dedi. 
Səhərin al şəfəqləri evlərin damına sancılmışdı. Səma tutqun mavi rəngə çalırdı. 
Ənginliglərə doğru sürünən bir-iki topa bulud yatmış flaminqolara oxşayırdı... 
– Bir ona bax, Joan, gör nə gözəl gündür! O leysan yağışlar yadındadır? 
– Hə, yaman yağırdı, əzizim. Hava heç açılmırdı, bütün günü yağırdı. 
– Yağışlar mən gedəndə başlamışdı. Sənin bütün ümidlərini də alt-üst eləyən o 
yağışlar olub. Ancaq indi... 
– Hə, indi... 
Joan ona lap yaxın uzanmışdı. 
– İndi hər şey təzədən qayıdıb. Hətta bağımız da var. Mühacir Vizenhofun 
pəncərəsi önündəki qərənfilləri deyirəm. Həyətdəki şabalıd ağaclarının 
budaqlarında quşlar nəğmə deyir... 
Gördü ki, Joan ağlayır. 
– Niyə məndən heç nə soruşmursan, Ravik? 
– Son vaxtlar sənə çox sual verirəm. İndicə özün demədin? 
– Bunlar ayrı sualdır. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə