Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə59/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   55   56   57   58   59   60   61   62   ...   112

soğan şorbası yeyirdilər. Raviklə üzbəüz divanda iki lesbos qadın oturub «Şerri 
Brendi» içir, nəsə pıçıldaşırdı. Biri kişi kostyumu geyib, qalstuk bağlamış, gözünə 
161 
monokl vurmuşdu. O birininsə özü kök, saçı qıpqırmızı idi və dar, çox yeri açıq, 
işıldayan paltar geymişdi. 
«Axmaqlığa bax! – Ravik ürəyindən keçirdi. – «Şəhrizad»a niyə girmədim? Nədən 
qorxuram? Kimdən qaçıram? Bilirəm, ona qarşı olan hisslərim daha da güclənib. 
Bu üç ayın ayrılığı onları boğa bilməyib, əksinə, daha da möhkəmləndirib. Artistlik 
eləməyim havayıdır. Qaranlıq döngələrdən sinə-sinə keçəndə, onun-bunun evində 
gizlənəndə, ulduzsuz qərib gecələrdən qəlbimə damcı-damcı tənhalıq süzüləndə, 
onlar mənim yeganə həmdəmim olub. Ayrılıq onları elə çoşdurub ki, Joan özü onu 
belə coşdura bilməzdi. Ancaq indi...» 
Boğuq bir qışqırtı onu xəyal dünyasından qopardı. Başı öz aləminə qarışanda, içəri 
bir neçə qadın girmişdi. Onlardan biri ağdərili zənciyə oxşayırdı, güclə ayaq üstə 
dayanırdı, başındakı gül taxılmış şlyapanı boynunun ardına itələmişdi və əlindəki 
mətbəx bıçağını tullayıb, yavaş-yavaş pilləkənlə aşağı düşürdü. Heç kəs onun 
qabağına durmadı. Pilləkənlə bir xidmətçi qalxırdı. Qadınlardan biri yuxarıda 
dayanmışdı və onun yolunu kəsdi: 
– Heç nə yoxdur, – dedi, – heçcə nə yoxdur. 
Xidmətçi çiyinlərini çəkib geri döndü. Ravik gördü ki, küncdəki qırmızıbaş qadın 
ayağa durdu. Həmin anda bayaq xidmətçinin yolunu kəsən qadın tələsik bara 
düşdü. Qırmızıbaş əlini ətli əndamına sıxıb dayanmışdı. Ehtiyatla iki barmağını 
qaldırıb, ora baxdı. Paltar deşilmişdi və yara aydınca bilinirdi. Dərisi görünmürdü. 
Görünən yalnız par-par parıldayan yaşıl paltarının altındakı yara idi. Qırmızıbaş 
diqqətlə ona baxır, sanki, gözlərinə inanmırdı. 
Ravik, qeyri-ixtiyari, yerində qurcuxdu, ancaq durmadı. Bir dəfə cəzasını 
çəkmişdi, bəsi idi. Kişi paltarı geymiş qadın qırmızıbaşı çəkib divana oturtdu. 
Həmin anda ikinci qadın, əlində bir qədəh araq, bardan qayıdırdı. Kişi paltarı 
geymiş qadın dizlərini divana dayayıb bir əli ilə qırmızıbaşın ağzını tutaraq, o biri 
ilə onun əlini yaranın ağzından çəkdi. İkinci qadın arağı yaraya tökdü. «Bu da 
dezinfeksiyanın primitiv növüdür», – Ravik ürəyindən keçirdi. Qırmızıbaş zarıdı, 
dartındı, ancaq o biri möhkəm tutmuşdu. Qadınların ikisi də stolun qabağını elə 
kəsmişdi ki, heç kim heç nə görmürdü. Hər şey birdən, özü də lap tez oldu, heç 
kim də heç nə hiss eləmədi. Həmin dəqiqə bir dəstə lesbos qadın və 
homoseksualist içəri doluşdu, sanki, iy bilmişdilər. Onlar küncdəki stolu dövrəyə 
aldılar, ikisi qırmızıbaşı qaldırıb qoluna girdi, qalanları onları dövrələdi, deyə-gülə 
meyxanadan çıxdılar, elə bil, heç nə olmamışdı. İçəridəkilərdən çoxu heç nə hiss 
eləmədi... 
– Gözəl səhnə idi, eləmi? – kimsə arxadan dilləndi. Xidmətçi idi. Ravik başını 
yırğaladı: 
– Nə olmuşdu? – deyə soruşdu. 
– Qısqanclıq! Bu pozğunlar lap qızışıb! Özü də bir dəstədir... 
– Bəs o birilər nə tez gəldilər? Əsl telepatiya idi. 
– Onlar iy bilir, müsyö! 
–Yəqin hansısa gedib zəng vurub. Ancaq yenə də... Heç bir dəqiqə çəkmədi. 


– Onlar iyi bilirlər. Özü də Əzrayılla şeytan kimi bir yerdə gəzirlər, biri o birini 
satmaz. Bunlarınkı bircə odur ki, polis qarışmasın, özləri öz aralarında düzəlişirlər. 
– Xidmətçi onun qədəhini götürdü. 
162 
– Yenə gətirim? Nə içirdiniz? 
– Kalvados. 
– Oldu, bir qədəh də kalvados. 
Xidmətçi aralandı. Ravik başını qaldıranda gördü ki, Joan bir-iki stol o tərəfdə 
oturub. Xidmətçi ilə söhbət eləyəndə gəlmişdi. Yanında iki kişi vardı. Ravik ona 
baxan anda Joan da gözlərini qaldırdı və nəzərləri toqquşdu. Onun gündən 
qaralmış sifəti sapsarı oldu. Bircə saniyəliyə baxışlarını Ravikdən çəkmədən 
oturub qaldı, sonra sərt bir hərəkətlə stolu itələyib qalxdı, ona tərəf gəldi. Gələ-gələ 
də üzünün rəngi dəyişdi, bayaqkı ifadə əriyib yox oldu; üzü avazıdı, təkcə büllur 
təki aydın gözlər əvvəlki kimi ona zillənmişdi. Ravikə elə gəldi ki, bu gözlər heç 
vaxt belə işıldamayıb. Onlardan kin-küdurət yağırdı. 
– Demək, qayıtmısan... – deyə pıçıldadı, sanki, nəfəsi çatmırdı. 
Ravikə lap yaxın dayanmışdı. Bircə anlığa ona tərəf meyilləndi, sanki, qucaqlamaq 
istəyirdi. Ancaq qucaqlamadı, heç əl də uzatmadı. 
– Demək, qayıtmısan...–təkrar elədi. 
Ravik dinmədi. 
– Nə vaxt qayıtmısan?–Yenə bayaqkı kimi pıçıltı ilə soruşdu. 
– İki həftədir... 
– İki həftə! Mənimsə xəbərim yoxdur! Bəs yadına düşmədi ki... 
– Sənin yerini bilən olmadı. Nə mehmanxanada, nə də «Şəhrizad»da. 
– «Şəhrizad»da olmuşam axı! – O nədənsə dayandı.– Niyə məktub yazmırdın? 
– Yaza bilmədim. 
– Yalan deyirsən. 
– Yaxşı, istəmirdim... Qayıdaçağımı bilmirdim. 
– Yenə yalan danışırsan... Bu, bəhanə deyil. 
– Yox, qayıda da bilərdim, qayıtmaya da... Başa düşmək istəmirsən. 
– Yox, mən bircə onu başa düşürəm ki, qayıtdığın iki həftədir, ancaq mən yadına 
düşməmişəm. 
– Joan, – Ravik çox sakit danışırdı. – Sənin çiyinlərini gün Parisdə yandırmayıb... 
Xidmətçi qorxa-qorxa onlara sarı gəldi, gah Joana, gah da Ravikə baxdı. Bayaqkı 
səhnədən sümüyü səksənmişdi. Guya, təsadüfən stolun üstündəki artıq boşqabla 
çəngəl-bıçağı götürdü... Bu, Ravikin nəzərindən yayınmadı: 
– Hər şey qaydasındadır, – dedi. 
– Qaydasında olan nədir? – Joan soruşdu. 
– Heç nə... Bayaq burada bir hadisə oldu... 
Joan diqqətlə onun üzünə baxdı: 
– Sən qadın gözləyirsən? 
– Aman allah! Yox! Bayaq burada dalaşdılar, biri yaralandı. Bu dəfə qarışmadım... 
– Qarışmadın?! – Joan yenicə başa düşdü, rəngi dəyişdi. – Burada nə işin var?! 
Yenə tutacaqlar. İndi hər şeyi bilirəm, ikinci dəfə tutulanda altı ay verirlər. Aradan 
çıx! Sənin Parisdə olduğunu bilmirdim. Elə bilirdim, qayıtmayacaqsan... 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə