Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə55/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   51   52   53   54   55   56   57   58   ...   112

150 
«Yox! – Ravik ürəyindən keçirdi. – Elə şey yoxdur, Düranın adını çəkmək olmaz. 
Həyat belə zarafatları xoşlamır...» 
– Professor Düran! – Leval qürurla sözünə davam etdi. – O, mənə başa saldı... 
Sanitarlar, yenicə qurtarmış tələbələr, massajçılar, assistentlər, hamısı özünü 
burada Almaniyanın tanınmış həkimləri kimi qələmə verir. Hansının dalınca 
düşəsən? Qadağan olunmuş təşrihlər eləyir, uşaq saldırır, mamaçalarla əlbir olub 
çoxunu şikəst eləyir... Allah bilir, daha nə oyunlardan çıxırlar. Hamısının izi nə 
düşmək də olmur... 
«Düranın işidir, – Ravik ürəyindən keçirdi. – İki min frankın əvəzini çıxıb. Bəs 
bundan sonra kim onun üçün təşrih eləyəcək? Əlbəttə Bino! Barışmış olarlar...» 
Birdən hiss elədi ki, Levala qulaq asmır. Yalnız Veberin adı qulağına dəyəndə, 
diqqətini topladı. 
– Doktor Veber adlı bir nəfər sizi xahiş edirdi. Tanıyırsınız? 
– Elə-belə... 
– Gəlmişdi... – Leval bir anlığa gözlərini döyə-döyə hansı nöqtəyəsə baxdı, sonra 
bərkdən asqırdı, cib dəsmalını çıxarıb ağız-burnunu təmiz-təmiz sildi, dəsmala 
baxdı, onu qatlayıb cibinə qoydu. – Sizə heç cür kömək edə bilmərəm. Biz, gərək, 
ciddi olaq. Ölkədən çıxarılacaqsınız... 
– Bilirəm. 
– Fransada əvvəllər də olmusunuz? 
– Xeyr. 
– Bir də qayıtsanız, altı ay... Bunu da bilirsiniz? 
– Bəli. 
–Çalışaram ki, sizi tez aparsınlar. Başqa cür kömək eləyə bilmərəm. Pulunuz var? 
– Bəli. 
– Lap yaxşı... Onda sizi müşayiət edən polisin də, özünüzün də sərhədə kimi yol 
pulunu verərsiniz. – O, başını yırğaladı. – Gedə bilərsiniz... 
– Qayıtmaq üçün dəqiq vaxt qoyulub? – deyə Ravik onu geri aparan məmurdan 
soruşdu. 
– Xeyr, işin gedişindən asılıdır. Niyə soruşursunuz? 
– Bir qədəh «Aperətiv» içmək istədim. 
Məmur şübhəli nəzərlərlə onu süzdü. 
– Qaçmaram, – deyə Ravik cibindən bir iyirmi franklıq çıxarıb əlində oynatdı. 
– Eybi yox, bir-iki dəqiqə ilə heç nə olmaz. 
Taksini qarşılarına çıxan ilk bistronun qabağında saxlatdılar. Səkiyə bir-iki stol 
qoyulmuşdu. Gün çıxsa da, hava soyuq idi. 
– Nə içəcəksiniz? – Ravik soruşdu. 
– «Amer Piksi». Belə havada özgə şey içməzlər. 
– Mənə isə iri qədəhdə konyak gətirin. Su lazım deyil. 
Ravik sakitcə oturub sinədolusu nəfəs alırdı. Təmiz hava nəyə desən, dəyərdi. 
Səkidəki ağacların budaqlarındakı tumurcuqlar qəhvəyi rəngə çalırdı. Təzə çörək 
ətri, yenicə çəkilmiş şərab qoxusu hər yanı bürümüşdü. Xidmətçi qədəhləri gətirdi. 
– Buralarda telefon var? – Ravik ondan soruşdu. 
– İçəridədir. Sağ tərəfdə, tualetin yanında... 


151 
– Bilirsiniz...– Məmur dilləndi. 
Ravik iyirmi franklığı onun ovcuna basdı: 
– Guya, başa düşmürsünüz, kimə zəng vururam?! Qaçmaram. İstəyirsiniz, siz də 
gəlin. 
Məmur çox tərəddüd eləmədi: 
– Yaxşı, – deyib ayağa durdu. – Neyləyəsən, insan yenə öz insanlığında qalır... 
– Joan... 
– Ravik! Aman allah! Haradasan? Buraxdılar? De görüm haradasan? 
– Bistroda... 
– Zarafatı burax! Doğrudan, de, görüm haradasan? 
– Bistroda... 
– Harada? Həbsdən buraxdılar? Bu neçə günü haradaydın? Bu Morozovun... 
– O, sənə həqiqəti deyib. 
– Nə qədər elədim, hara apardıqlarını demədi. Yoxsa o dəqiqə... 
– Elə ona görə deməyib, Joan. Belə yaxşıdır. 
– Bəs niyə bistrodan zəng vurursan? Nə üçün gəlmirsən? 
– Gələ bilmərəm, vaxtım çox azdır. Məmuru birtəhər yola gətirib, iki dəqiqəliyə 
saxlamışam. Bir-iki günə məni İsveçrəyə geçirəcəklər, Joan! Ancaq...–Ravik 
oğrun-oğrun telefon köşkünün şüşəsindən məmura tərəf baxdı. O, piştaxtaya 
söykənib satıcı ilə söhbət edirdi.–Ancaq qayıdacağam...–Azacıq ara verdi.–Joan... 
gəlmə! Sənin yanından bura yarım saatlıq yoldur... Mənimsə bir-iki dəqiqə vaxtım 
qalıb. 
– Məmuru dilə tut, pul ver! Özüm pul gətirərəm... 
– Mümkün deyil, Joan! Gəlməsən, yaxşıdır... Belə yaxşıdır... 
Ravik telefonda onun necə nəfəs aldığını eşidirdi. 
– Mənimlə görüşmək istəmirsən?–Joan soruşdu. 
Nə desin? «Gərək, heç zəng eləməyəydim!–deyə ürəyindən keçirdi. – Göz-gözə 
dayanmasan, kimə nəyi başa sala bilərsən?!» 
– İndi səni görməkdən başqa, heç nə istəmirəm, Joan! 
– Onda gəl! Qoy o kişi də gəlsin! 
– Olmaz, Joan! Vaxtım qurtarır, tez ol, de, görüm indi neyləyirsən? 
– Nə? Nəyi neyləyirəm? 
– Nə geyinmisən? Haradasan? 
– Otağımda... Uzanmışam... Dünən gec qayıtmışam... Bu dəqiqə geyinib gəlirəm. 
Dünən gec qayıdıb! Düz deyir! Nə olsun, sən həbsdəsən, hər şey 63 qaydası ilə 
gedir.. Hər şey yaddan çıxır... İndi uzanıb, yavaş-yavaş onu yuxu tutur, saçları 
yastığa səpələnib... Corablarını, paltarını necə gəldi, stolun üstünə tullayıb... Bütün 
bunları, sanki, isti telefon köşkünün nəfəsi ilə tərlətdiyi şüşəsindən görürdü. 
Məmurun başı lap uzaqda görünürdü, elə bil, akvariumda üzürdü... Özünü ələ aldı: 
– Vaxtım bitdi, Joan! 
Dəstəkdən onun getdikcə zəifləyən səsini eşidirdi. 
– Ola bilməz! Necə yəni gedirsən? Elə şey olar? Hara gedirsən? Niyə gedirsən? 
«Durub. Yastıq yerə düşüb... Əlindəki telefon dəstəyi həm silahıdır, həm də 
düşməni... Ah, onun çiyinləri... Bilmir, neyləsin... Gözləri dörd olub...» 


152 
–Mən ki müharibəyə getmirəm, Joan! Sadəcə olaraq, İsveçrəyə səyahətə gedirəm, 
tez qayıdacağam. Elə bil ki, tacirəm, Millətlər İttifaqına pulemyot satmağa 
gedirəm... 
– Qayıdanda hər şey əvvəlki kimi olacaq? Mən qorxudan ölərəm... 
– Axırıncı sözləri bir də təkrar elə... 
– Düz sözümdür...– Onun səsində yanğı var idi. – Mənə hamıdan sonra deyirsən. 
Veber sənin yanına gedə bilər, mən yox! Morozova zəng vurursan, mənə yox! İndi 
də çıxıb gedirsən... 
– Aman Allah! Gəl söz güləşdirməyək, Joan! 
– Söz güləşdirmirəm, həqiqəti deyirəm. 
– Yaxşı, vaxtdır... Salamat qal, Joan! 
– Ravik! – O, telefonda qışqırdı. – Ravik! 
– Hə... 
– Qayıt! Qayıt! Sənsiz mənim nə günüm?! 
– Qayıdacağam... 
– Mütləq! Mütləq! 
– Hələlik, Joan! Tezliklə qayıdacağam... 
Ravik dar, bürkülü köşkdə bir az da dayandı. Gördü ki, dəstək hələ də əlindədir. 
Qapını açdı. Məmur geri döndü, mehribanlıqla gülümsədi. 
– Qurtardınız? 
– Bəli. 
Qayıdıb bayaqkı yerdə oturdular. Ravik qədəhini axıra kimi içdi. «Gərək, zəng 
vurmayaydım, – deyə fikirləşdi. – Zəngdən qabaq rahat idim, indisə dəli kimi 
olmuşam. Gərək, əvvəlcədən biləydim ki, bu telefon söhbəti bizə heç nə 
verməyəcək. Nə mənə, nə də Joana...» İstədi durub təzədən zəng vursun, əslində, 
bayaq demək istədiyinin hamısını desin. Desin ki, niyə onunla görüşmək istəmədi. 
Desin ki, həbsxananın çirk-pasını ona göstərmək istəmədi... Ancaq yenə də bir yol 
tapacaq, hər şey əvvəlki kimi olacaq... 
– Zənnimcə, durmaq vaxtıdır,–məmur dilləndi. 
– Elədir... 
Ravik xidmətçiyə əl elədi: 
– İki balaca şüşə konyak, nə qədər qəzetiniz varsa, hamısını, bir də on qutu 
«Kaporal» siqareti gətirin. Hesabımızı da deyin. – Məmura tərəf baxdı: – Olar? 
– İnsan insanlığında qalır! – Məmur cavab verdi. 
Xidmətçi onun dediklərini gətirdi. 
– Tıxaclarını çıxarın, – deyə Ravik qəzetləri bölüb, səliqə ilə hər cibinə bir-ikisini 
qoydu, sonra tıxacları yarıyacan şüşələrə elə taxdı ki, orada burğusuz çıxara bilsin 
və paltosunun hər qoltuq cibinə birini qoydu. 
– Siz lap usta imişsiniz. – Məmur dilləndi. 
– Neyləyim, adətkar olmuşam. Uşaq vaxtı ağlıma gətirməzdim ki, böyüyəndə də 
«hindu-hindu» oyunu oynayacağam... 
Yazıçı ilə polyak konyakı görəndə bilmədilər, neyləsinlər! Ustanınsa spirtli 
içkilərdən xoşu gəlmirdi. Onunku pivə idi və deyirdi ki, ən yaxşısı Berlin pivəsidir. 
Ravik quru taxtın üstündə uzanıb qəzet oxuyurdu. Polyak fransızca bilmədiyi üçün 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə