Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə53/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   49   50   51   52   53   54   55   56   ...   112

– Marsel...–Nəhayət, qadından səs çıxdı. 
– Nə? Sakit! Nə? – Polis yenə ona tərəf əyildi. 
Qadın susurdu... 
144 
– Nə? – Polis cavab gözləyirdi. – Bir də deyin! Onu bir də deyin! 
Qadın susurdu... 
– Boş-boş çərənləməyi qurtaracaqsınız, ya yox! – Polis tikinti firmasının 
nümayəndəsinə acıqlandı. – Gəl burada protokol yaz, görüm necə yazırsan... 
Həmin anda fotoaparat çıqqıldadı. 
– Çox sağ olun – Fotoqraf sevindi. – Təbii oldu. 
– Bizim lövhə də düşdü? – Polisə fikir verməyən nümayəndə soruşdu.–Əgər 
düşübsə, altısını indidən mən özüm sifariş verirəm. 
– Yox! Mən sosialistəm. Sığortanı versəniz, daha yaxşı olar! Milyonçuların ovçu 
tulasına bax! 
Həyəcan siqnalı eşidildi. Təcili yardım gəlirdi. «Yaxşı fürsətdir»,–Ravik ürəyindən 
keçirdi və ehtiyatla bir addım atdı. Ancaq polis nəfəri bərk-bərk ondan yapışdı: 
– Mənimlə polis məntəqəsinə gedəcəksiniz, müsyö. Özüm də çox təəssüf edirəm, 
ancaq hər şey yazılmalıdır. 
İkinci polis də buradaydı. İş işdən keçmişdi... «Çox güman ki, heç nə olmaz»,– 
deyə düşünən Ravik onlarla getdi. 
Polis məntəqəsindəki növbətçi dinməz-söyləməz təzədən protokol tərtib eləyən 
polislə jandarma qulaq asdı, birdən Ravikə tərəf döndü: 
– Fransız deyilsiniz,–dedi. Bu, sual deyildi, o dəqiqə başa düşmüşdü. 
– Xeyr!–Ravik cavab verdi. 
– Haralısınız? 
– Çexəm. 
– Bəs burada necə həkimlik edirsiniz? Axı əcnəbi kimi icazəsiz həkim işləməyə 
ixtiyarınız yoxdur?! 
Ravik gülümsədi: 
– İşləmirəm. Turistəm, gəzməyə gəlmişəm. 
– Pasportunuz yanınızdadır? 
– Bu, nəyə lazımdır, Fernan? – O biri məmur sözə qarışdı.–Müsyö qadına kömək 
eləyib, ünvanı da bizdə var, bəs eləyər. Onsuz da şahid çoxdur. 
– Mənim üçün maraqlıdır. Pasportdan, vəsiqədən yanınızda bir şey var? 
– Haradan olsun? Kim pasportunu həmişə yanında gəzdirir ki? 
–Bəs haradadır? 
– Səfirlikdə. Keçən həftə vaxtını uzatmağa vermişəm. 
Ravik bilirdi ki, mehmanxanadadır desə, polis göndərib, yalanının üstünü açarlar. 
Bundan başqa da, ehtiyat üçün özgə mehmanxananın adını vermişdi. Səfirliklə 
canını qurtara bilərdi. 
– Hansı səfirlikdə? – Fernan soruşdu. 
– Çexoslovakiya səfirliyində. Özgə harada ola bilər? 
– Bu dəqiqə zəng vurub soruşarıq. – Fernan diqqətlə onun üzünə baxdı. 
– Buyurun. 
Fernan bircə anlığa fikrə getdi, sonra: 


– Yaxşı, – dedi, – soruşarıq. 
O durub qonşu otağa keçdi. Raviki gətirən məmur part olmuşdu: 
145 
– Bağışlayın, müsyö, – dedi, – o qədər də vacib deyildi. Bu dəqiqə aydınlaşacaq. 
Kömək üçün çox sağ olun. 
«Bəli, aydınlaşacaq!» – deyə ürəyindən keçirən Ravik ehtiyatla yan-yörəsinə 
baxdı, siqaret çıxardı. jandarm qapının ağzında dayanmışdı. Təsadüf idi, hələ heç 
kim ondan ciddi şübhələnmirdi. İtələyib qaça bilərdi, ancaq tikinti firmasının 
nümayəndəsi ilə iki fəhlə də burada idi. Fikrindən vaz keçdi. Adətən, qapının 
ağzında da polislər dayanırdı, aradan çıxmaq müşkül məsələ idi. 
Fernan qayıtdı: 
– Səfirlikdə sizin adınıza pasport yoxdur. 
– Ola bilər. 
– Necə yəni ola bilər? 
– Tək bir məmur hamının pasportunu tanıya bilməz. Bu işlə orada çox adam 
məşğul olur. 
– O, dəqiq bilir. 
Ravik dinmədi. 
– Siz çex deyilsiniz. 
– Bura bax, Fernan...– o biri məmur sözə başladı. 
– Ləhcəniz çex ləhcəsinə oxşamır. 
– Bəs nədir? 
– Almansınız, – Fernan özündən razı halda dilləndi. – Üstəlik, pasportunuz da 
yoxdur. 
– Xeyr!–Ravik etiraz etdi. – Mərakeşliyəm, nə cür fransız pasportu desəniz, 
varımdır. 
– Qurtarın, müsyö!–Fernan qışqırdı. – Bu, nə cəsarətdir?! Siz Fransanın 
müstəmləkə imperiyasını təhqir edirsiniz. 
– Zibili çıxdı! – fəhlələrdən hansısa söz atdı. Tikinti firmasının nümayəndəsi özünü 
elə yığışdırdı, deyərdin əlini indicə gicgahına aparacaq. 
– Burax, Fernan... 
– Yalan danışırsınız. Siz çex deyilsiniz. Pasportunuz var, ya yox? Cavab verin! 
«İnsanın daxilində həmişə bir siçovul gizlənir, onu heç vaxt boğub öldürmək 
olmur...–Ravik ürəyindən keçirdi. – Bu səfehlərin nə borcuna, mənim pasportum 
var, ya yox?! Hə, siçovul iyi alıb, başını deşikdən çıxarır....» 
– Cavab verin! – Fernan böyürdü. 
«Bir parça kağızın hünərinə bax! O olsaydı, bu alçaqlar ikiqat olub üzr istəyərdilər. 
Fərqi yoxdur, istəyir bir ailəlik adam qır, ya da bank yar, əlini gicgahına aparıb 
«xoş getdin!» deyərdilər. Pasport olmasa, Həzrət İsanın özünü də qazamata 
göndərərlər. Yazığı oradaca öldürərlər, otuz üç yaşına çatmağa da qoymazlar!» 
– Kim olduğunuz müəyyənləşənə kimi getmək yoxdur. Mən bu dəqiqə taparam... 
– Çox gözəl... 
Fernan iri addımlarla çıxdı. İkinci məmur kağızları qurdaladı. 
– Müsyö, – dedi, – mən çox təəssüf edirəm! O, belə şeylərin dəlisidir. 
– Eybi yoxdur. 


– Biz qurtardıq? – fəhlələrdən biri soruşdu. 
– Bəli. 
146 
– Yaxşı, onda salamat qalın! – Sonra Ravikə sarı döndü. – Dünya inqilabından 
sonra sizə pasport lazım olmayaçaq. 
– Onu da başa düşmək lazımdır, müsyö, – məmur davam etdi. – Fernanın atası 
dünya müharibəsində ölüb, ona görə də almanlardan zəhləsi gedir, bu oyunları 
çıxarır. – O, peşman-peşman Ravikə baxdı. Deyəsən, işin nə yerdə olduğunu başa 
düşmüşdü. – Çox təəssüf edirəm, müsyö! Tək olsaydım... 
– Eybi yoxdur, – Ravik yan-yörəsinə boylandı. – Fernan qayıdana kimi zəng 
vurmaq olar? 
– Buyurun! Odur, stolun üstündədir. Ancaq bir az tez eləyin. 
Ravik Morozova zəng vurdu, almanca başına gələni ona danışdı, dedi ki, Veberə 
də çatdırsın. 
– Joana da deyim? 
Ravik tərəddüd etdi: 
– Yox, hələ lazım deyil. Eləcə de ki, bir-iki günlüyə saxlayıblar, hər şey 
qaydasında olacaq. Onda gözün olsun. 
– Oldu! – Deyəsən, bu son sözlər Morozovu açmadı, – Oldu, Voyçek! 
Ravik dəstəyi asanda, Fernan içəri girdi. 
– İndi hansı dildə danışırdınız? – O irişdi. – Çex dilində? 
– Esperanto (17) dilində... – Ravik cavab verdi. 
Veber səhəri gün gəldi. 
– Nə pis yerdir, – deyib yan-yörəsinə baxdı. 
– Fransanın həbsxanaları hələ də əsl həbsxana kimi qalır... – Ravik cavab verdi. – 
İçində yalançı humanizm kif atmayıb, XVIII əsrin qədim həbsxana qoxusunu 
saxlayıb. 
– Adamın lap ürəyi bulanır... Gör gəlib hara düşmüsən... Ürəyim bulandı... 
– Heç kəsə yaxşılıq etmək lazım deyilmiş, o dəqiqə cəzasını çəkirsən. Gərək, əl 
vurmayaydım, qadını qan aparaydı. Çox pis zəmanədə yaşayırıq, Veber! 
– Pisdən də pisdir. Burada xəlvəti qaldığını dostların eşələyib tapdılar? 
– Bəs necə... 
– Harada qaldığını da? 
– Elə şey olar?! Mən heç o vəfalı «İnternasional»ı sataram? Qeydiyyatsız adam 
saxladığına görə sahibkarı da cərimələyərdilər. Sürək eləyib qaçqınları tutardılar. 
Bu dəfə «Lankaster» mehmanxanasını nişan verdim. Qabaqlar bir dəfə orada 
qalmışam, balaca, xudmani mehmanxanadır. 
– Təzə adınız Voyçekdir? 
– Vladimir Voyçek, – Ravik irişdi, – dördüncüdür... 
– Tfu! – Veber söydü. – Neyləyək, Ravik? 
Beynəlxalq süni dil. 
– Heç nə... Əsas məsələ odur ki, əvvəllər də burada olduğumu dostlarım bilməsin, 
yoxsa altı ay basacaqlar. 
– Lənət şeytana... 
– Bəli, dünya gündən-günə düzəlir. Nitşe deyirdi ki, həmişə qorxu içində yaşa. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə