Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə54/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   50   51   52   53   54   55   56   57   ...   112

Mühacirlər, istər-istəməz, belə yaşayırlar. 
147 
– Əgər bilməsələr? 
– Zənnimcə, iki həftə... Sonra da ölkədən çıxaracaqlar. 
– Bəs sonra? 
– Sonra da qayıdacağam. 
– Ələ keçənə kimi qalacaqsan... 
– Elədir. Ancaq bu dəfə çox qaldım. Düz iki il! Az qala, bir insan ömrüdür. 
– Nəsə fikirləşmək lazımdır, yoxsa belə olmayacaq... 
– Olar, olar! Neyləmək istəyirsiniz? 
Veber fikrə getdi. 
– Düran! – Birdən yadına düşdü. – Onun tanış-bilişi çoxdur, sözü də geçir... 
nədənsə dayandı, – aman Allah, Heç yadıma düşmür, onların böyüyünü ki özünüz 
təşrih elədiniz! Öd kisəsini kəsdiyinizi deyirəm! 
– Mən yox, Düran özü... 
Veber güldü: 
– Qorxmayın, bunu bildiyimi qoca qurda demərəm. Ancaq o, nəsə eləyə bilər. 
Eləməsə, canını alaram. 
– Bir şey çıxmayacaq! O gün iki min frankını qopartmışam, elə şeyi unudan 
tiplərdən deyil. 
– Eləyər! – Veber arxayın idi.–Onu satmağınızdan qorxaçaq. O qədər təşrih 
eləmisiniz! Bundan əlavə, ona lazımsınız. 
– İstəsə, başqasını tapar. Bino... O da olmasa, nə çoxdur gəlmə cərrah... 
Veber bığlarını tumarladı: 
– Belə qızıl əlləri tapa bilməz. Hər halda, çalışarıq, bəlkə, bir şey çıxdı. Elə bu gün 
başlayaram. Sizə bir şey lazımdır? Yeməkləri necədir? 
– İyrənc! Özüm pul verib gətirtdirirəm. 
– Bəs siqaret? 
–Varımdır. Mənə indi lazım olan şey hamamdır, ona da gücünüz çatmaz... 
Ravik həbsxanada iki həftə qaldı. Ondan başqa kamerada bir suçəkən usta, bir 
yazıçı və bir nəfər də polyak qalırdı. Usta təmiz, yazıçınınsa bir tərəfi yəhudi idi. 
Usta Berlindən ötrü darıxır, yazıçınınsa ondan zəhləsi gedirdi. Polyakınsa heç nə 
vecinə deyildi. Siqaret işinə Ravik baxırdı. Yazıçı isə yəhudi lətifələri danışırdı. 
Ayaqyolundan içəri dolan iyi kəsməkdə ustanın əvəzi yoxdu. 
İki həftədən sonra Raviki apardılar. Onu əvvəlcə inspektorun yanına gətirdilər, o 
da Ravikdən pulu olub-olmadığını soruşdu. Ravik: 
– Var, – dedi. 
– Çox yaxşı, onda taksi ilə gedin. 
Məmurlardan biri də onunla gedirdi. Bayırda günəş çıxmışdı. Təmiz havaya 
çıxmaq nə gözəl imiş! Qapının ağzında qoca bir kişi hava şarı satırdı. Ravik nə 
qədər baş sındırsa da, onun bu şarları nə üçün həbsxananın yanında satdığını 
kəsdirə bilmədi. Məmur taksiyə əl elədi. 
– Hara gedirik? – Ravik soruşdu. 
– Şefin yanına. 
148 


Ravik onun hansı şef oluğunu bilmirdi. Nə fərqi var, kim olur olsun, təki alman 
ölüm düşərgəsinin şefi olmasın. Bu dünyada bircə dənə əsl dəhşət var idi: amansız 
terrorun çənginə düşəsən, heç nə də eləyə bilməyəsən! Qalanı boş şeydir! 
Maşında radio var idi və Ravik onu işə saldı. Əvvəlcə bazarda meyvə-tərəvəzin 
qiyməti haqda məlumat, sonra isə siyasi xəbərlər verildi. Məmur əsnədi. Ravik 
düyməni bir az da burdu. Estrada musiqisi başladı. Məmurun qırışı açıldı. 
– Şarl Trenedir, – dedi, – «Menillmanton»! Söz ola bilməz! 
Taksi dayandı, Ravik pulunu verdi. Onu gözləmə otağına gətirdilər. Yer üzündəki 
bütün gözləmə otaqları kimi, onu da tər, toz, ümid qoxusu doldurmuşdu. 
Yarım saat burada oturub, kiminsə qoyub getdiyi köhnə «Le vi Parizan» (18) 
qəzetinə baxdı. İki həftə kitab üzü görmədiyi üçün onu klassik ədəbiyyat nümunəsi 
kimi oxudu. Sonra onu şefin yanına apardılar. Bu bəstəboy, kök kişini o dəqiqə 
tanımadı. Adətən, təşrih elədiyi adamların üzünə baxmırdı. Onu maraqlandıran 
yalnız xəstə olan yer idi, yardığının kim olmasının mənası yoxdu. Ancaq bu sifətə 
təfərinclə, diqqətlə baxmışdı. Leval idi, sağalmış, qarnı yenə piy bağlamışdı. Öd 
kisəsi yox idi. Ravik Veberlə, Düran haqda olan söhbətini tamam unutmuşdu və 
şəxsən Levalın yanına gətiriləcəyini heç gözləmirdi. 
Leval onu təpədən-dırnağacan süzdü, bir xeyli dinmədi, sonra mızıldandı: 
– Əlbəttə, sizin adınız Voyçek deyil... 
– Xeyr. 
– Bəs nədir? 
– Noyman. – Ravik Veberlə belə sözləşmiş, o da Dürana çatdırmışdı. Voyçek nəsə 
bir az qeyri-adi səslənirdi. 
– Almansınız, eləmi? 
– Bəli. 
– Qaçmısınız? 
– Bəli. 
– Adam heç ağlına sığışdıra bilmir... Eləsinə oxşamırsınız. 
– Qaçqınların hamısı yəhudi deyil. 
– Niyə yalan danışmısınız? Adınızı düz deməmisiniz? 
Ravik çiyinlərini çəkdi: 
– Bəs neyləyəydim? Biz bacardığımız qədər az yalan danışırıq. Ancaq məcburuq, 
kefdən eləmirik. 
Leval barıt kimi partladı: 
– Elə bilirsiniz sizinlə çənə döymək bizə çox xoşdur? 
«Onda bomboz olmuşdu... – Ravik həmin günü xatırladı. – Ağarmış başı boz rəngə 
çalırdı. Gözlərinin altı da torbalanıb göyərmişdi, dodaqları aralanmışdı... Onda 
danışmırdı... Onda iylənmiş bir cəmdək idin, öd kisən də irinləmişdi...» 
– Harda qalırsınız? Ünvan da düz çıxmadı. 
– Hara gəldi... Bir gün burada, bir gün orada... 
– Nə vaxt gəlmisiniz? 
– Üç həftədir. Üç həftə bundan qabaq İsveçrədən keçmişəm. Oradan qovub sərhədi 
keçirtdilər. Özünüz bilirsiniz, sənədimiz olmadığı üçün bizi heç yana qoymurlar, 
xəlvəti qalırıq, çoxumuz özünü öldürməyə qorxur. Sizi narahat etməyimizin səbəbi 
budur... 


149 
– Onda Almaniyada qalın, – Leval donquldandı. – Orada vəziyyət o qədər də pis 
deyil, çoxunu da şişirdirlər. 
«Başqa cür kəssəydim, indi burada oturub belə mənasız danışmazdın, – Ravik 
ürəyindən keçirdi. – Çox yox, lap azca... Onda soxulcanlar sənədsiz-filansız sənin 
sərhədlərini keçərdilər... Ya da yöndəmsiz qutuda bir ovuc kül idin...» 
– Harada qalırsınız? – Leval bir də soruşdu. 
«Başqalarını da tutmaq üçün bunu bilmək sənə mütləq lazımdır», – deyə ürəyindən 
keçirən Ravik cavab verdi: 
– Bahalı mehmanxanalarda. Hərəsində də iki-üç gün, başqa-başqa adlarla 
qalmışam. 
– Düz demirsiniz! 
Ravik yavaş-yavaş cana doyurdu: 
– Əgər düzünü bilirsinizsə, məndən niyə soruşursunuz? 
Leval hirslə əlini stola çırpdı: 
– Özünüzü arsız yerinə qoymayın! – O dəqiqə də diqqətlə əlinin içinə baxdı. 
– Əliniz qayçıya dəydi! 
Leval əlini cibinə qoydu: 
– Sizə elə gəlmirmi ki, həddən artıq həyasızlıq eləyirsiniz?! – Leval 
qarşısındakının tamamilə onun ixtiyarında olduğunu düşünərək, özünü tez ələ 
almağı bacaran adam kimi, sakit danışmağa başladı. 
– Həyasızlıq?! – Ravik təəccüblə ona baxdı. – Buna həyasızlıq deyirsiniz? Bura nə 
məktəbdir, nə də peşman olmuş canilər üçün pansion! Mənim başqa yolum 
yoxdur... Deyirsiniz, özümü indi cəzasını yüngülləşdirmək üçün yalvaran cani kimi 
aparım? Ona görə ki, nasist deyiləm, sənədim də yoxdur? Yalnız yaşamağın 
xatirinə çox təhqirlər, həbsxanalar, polis görsək də, biz heç vaxt özümüzü cani 
hesab etmirik. Niyə başa düşmürsünüz ki, bizi yaşadan da elə budur? Bu, 
həyasızlıq deyil, Allah bilir, nəsə başqa şeydir... 
Leval bu sözləri cavabsız buraxdı. 
– Burada həkimlik eləyirdiniz? – deyə soruşdu. 
– Xeyr. 
«Tikiş indi bilinməz, – Ravik ürəyindən keçirdi. – Onda çox yaxşı tikdi. Elə piyin 
içində işləmək hünər istəyirdi. Sonradan o qədər yeyib-içib ki, yenə piy 
bağlayıb...» 
– Ən dəhşətlisi odur ki, sizlər imtahansız-filansız, nəzarətsiz hər işə başınızı 
soxursunuz. Allah bilir, nə vaxtdan başlamısınız! Elə düşünməyin ki, üç həftə 
dediniz, mən də inandım. Kim bilir, indiyəcən nə qədər fırıldaq işlərdə əliniz olub. 
«Düz deyirsən, əlim sənin piy basmış qarnında olub, şişmiş qara ciyərinə, irinləmiş 
öd kisənə toxunub... – Ravik ürəyindən keçirdi. – Ancaq mənim əlim olmasaydı, o 
dostun səni rüsvayçı bir insanpərvərliklə öldürərdi, sonra da məşhur cərrah kimi ad 
çıxarardı, təşrihin qiymətini qaldırardı...» 
– Çox böyük təhlükədir, – Leval təkrar etdi. – İşləməyə ixtiyarınız yoxdur, ona 
görə də nə iş təklif eləsələr, görürsünüz. Bu barədə bizim adlı-sanlı 
mütəxəssislərdən biri ilə söhbət eləmişəm. O da bu fikirdədir. Əgər, doğrudan da, 
təbabət elminə az-çox bələdliyiniz varsa, onu tanıyarsınız... 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə